Gündəlik qarşılaşdığınız problemləri və video sujetlərinizi bizə göndərin işıqlandıraq.
Azərbaycanda ən təhlükəli peşə sahibi jurnalistika ilə məşğul olmaqdır.Müstəqil jurnalistika ilə məşğul olan həmkarlarımız üzləşdikləri haqsızlıqları dilə gətirirlər.
Polis tərəfindən döyülərək öldürülən şəxsin yaxınları Azadlıq Radiosuna müsahibə verib.
Biyabırçılıq
Bu ölkənin səhiyyəsi nə vaxt düzələcək.Doğum evində açıq bazar.Övladı dünyaya göz açmış gənc atadan "şirinlik" adı ilə alınan rüşvət.Tibb müəssəsinin xanım işçisinin bu formada pul tələb etməsinə nə ad vermək olar?
ANHEL NEWS Sonxəbər.az saytına istinadən bildirir ki, hadisənin Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində lentə alınıb.
ANHEL NEWS xəbər verir ki,hüquq müdafiəçisi Rüfət Səfərov "Kanal 11" internet kanalının rəhbəri Teymur Kərimova qarşı Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində göstərilən işgəncələrdən danışıb. İşgəncələrlə bağlı jurnalist özü 29 may Bakı Ağır Cinayətlər məhkəməsində keçirilən məhkəmə prosesindəki çıxışında bildirib.
AXCP, Milli Şura və ADR partiyaları birlikdə 21 Aprel saat 15:00-da Bakıda mitinq keçirtmək qərarı verib.
Bu barədə AXCP sədri Əli Kərimli bildirib.
Şəhidlik statusu verilmədiyi üçün Biləcəridə yolu bağladılar.
"Hərbi xidmətdə olan zaman əsgər və yaxud hərbiçi hansı hallarda dünyasını dəyişdikdə şəhidlik statusu verilmir?".
Azərbaycanda müəmmalı əsgər ölümləri davam edir.Əsgər İmran Əmrahovun yaxınları etiraz edir.
"Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki,əsgər kəskin ürək damar tənəffüz çatışmazlığından vəfat edib".
Allah rəhmət eləsin.Yaxınlarına səbr versin.
Almaniyada marixuananın qanuniləşməsi ilə bağlı qərardan sonra vətəndaşlar Berlində Brandenburg qapısı önündə və Kölndə qeyd edib.
ANHEL NEWS Meydan TV və Alman mediasına istinadən xəbər verir ki,yeni qanunla 18 yaşdan yuxarı yetkinlik yaşına çatmış şəxslər 25 qrama qədər marixuana gəzdirə və evində 50 qram saxlaya bilər.
ANHEL NEWS Time TV-yə istinadən xəbər verir ki,bu gün 2 aprel tarixində Nərimanov Rayon Məhkəməsində Tofiq Yaqublunun məhkəmə prosesi keçirilib.Hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə iclasında T.Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və təmin edilməyib.
Musavat Psrtiyasi üzvü T.Yaqublu ötən ilin dekabr ayının 14-ü saxlanılıb. T.Yaqublu Cinsyət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dəıəduzluq etmə), 320.3.2 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur.O,Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib.
Yaxınları bu həbsin Tofiq Yaqublunun siyasi fəaliyyəti ilə əlaqədar olduğunu bildirirlər.