![Trampın polis tərəfindən çəkilən fotosu ilə 7 milyon pul qazanacaq. Bu şəkli suvenirlərin üzərinə yapışdırılacaq... Yum...](https://img4.medioq.com/618/004/693196496180040.jpg)
29/08/2023
Trampın polis tərəfindən çəkilən fotosu ilə 7 milyon pul qazanacaq. Bu şəkli suvenirlərin üzərinə yapışdırılacaq... Yumurtadan yun qırxmağı, daşdan pul çıxarmağı ilə Tramp rəhmətlik babasına oxşayıb. O da çox fürsətcil kişi olub. Təkcə bir faktı deyim. Alyaskada "qızıl qızdırması" başlayanda baba Tramp da bu sahədə bəxtini sınayanlardan biri olub. Bərbərliklə qazandığı pulun bir hissəsini bu sahəyə yatırmaq istəyib. Lakin yolun yarısında başa düşüb ki, bu ağır iş onun səhhəti üçün deyil. Sərt soyuğu olan sıldırımlı bir aşırımda dayanmağa məcbur olub, lakin geri dönməyib. Bu aşırım o qədər təhlükəli idi ki, atlar yuxarıdan yıxılıb tələf olurdu, lakin şaxta sayəsində çürümürdü. Baba Tramp orada yolun yarısından qayıdan bir neçə nəfərə biznes təklifi etdi: mənim üçün tikinti materialı gətirin və yaxşı pul qazanın. Beləcə bir neçə aydan sonra qızılaxtaranlar üçün həmin ərazidə ilk hotel inşa edildi. Mehmanxana restoranı isə donmuş at cəsədlərindən qonaqlara yemək təklif edirdi...