Gender

Gender Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gender, Media/News Company, .

ŞƏHİD OLAN ARZULARhttps://gender.az/redaktor-secimi/18375-hd-olan-arzular-nvrolu-vasif.htm
31/01/2025

ŞƏHİD OLAN ARZULAR

https://gender.az/redaktor-secimi/18375-hd-olan-arzular-nvrolu-vasif.htm

ŞƏHİD OLAN ARZULAR.Səhər yenicə açılmışdı. Hələ günəş görünmürdü. Muxtar kişi küçənin başında dayanıb kənddən rayona gedəcək maşın gözləyirdi.- Sabahın xeyir Muxtar kişi.- Aqibətin xeyir.- Uşaqdan bir xəbər var?- Yox. Heç nə yoxdu. Nə öldüsü var, nə qa...

Azərbaycanda narkomanların sayı niyə artır?- ŞOK SƏBƏBLƏR
26/01/2025

Azərbaycanda narkomanların sayı niyə artır?- ŞOK SƏBƏBLƏR

...

“Evdə cin gördüm, saçlarını qabağa atıb gəzirdi”- 17 il n@rkotik istifadə edən Osman danışırhttps://youtu.be/DzyJgHZgmXI...
25/01/2025

“Evdə cin gördüm, saçlarını qabağa atıb gəzirdi”- 17 il n@rkotik istifadə edən Osman danışır

https://youtu.be/DzyJgHZgmXI?si=6PNwBHPlG-0HZq1Q
“Düşünürdüm ki, həyat yoldaşım məni atsa, onu öl*dürərəm”
“Mən son bir neçə ayda özümü tapdım”
“Bu illər ərzində çox şey itirdim, amma ən təəssüf etdiyim zamanımdır...”
“Səhər evdən çıxırdım, belimdə çanta, ancaq n@rkotik axtarırdım”
Osmanın hazırda 39 yaşı var. 17 il alkoqol və n@rkotik asılılığından əziyyət çəkib. 3 ilə yaxındır ki, “ayıqdır”, özünün təbirincə desək, artıq “təmiz həyat” yaşayır.
O, hazırda “Sağlam Addım” Reabilitasiya Mərkəzində çalışır, gənclərə n@rkomaniyadan xilas olmağın mümkün olduğunu və bunun yollarını göstərir.
“Sağalan n@rkoman uğura məhkumdur”, - deyən Osman artıq xoşbəxt olduğunu bildirir. Bunun əsas səbəblərindən biri odur ki, 22 yaşında ailə qurduğu, sonralar onu atıb gedərsə “öldürəcəyinə qərar verdiyi” həyat yoldaşı ilə artıq münasibətləri düzəlib, övladlarına yaxşı təhsil verir və onların hər bir uğuruna sevinir.
“Uşaqlıqdan “kriminal romantika”ya meylli olmuşam”, - deyən həmsöhbətimiz əlavə edir ki, hələ 10-11 yaşlarında adını çəkmək istəmədiyi qonşusu ilə birgə şokoladla tut arağı içməyə başlayıb. Daha sonra yüngül n@rkotik istifadəçisinə çevrilib. Qeyd edir ki, ailədə 8 uşaq olsalar da, yalnız o, bu bəlaya düçar olub.
Uşaqlıdan “axtarışa çıxdığını” bildirən Osman n@rkotik istifadə etdiyi müddətdə yaxşı heç nə tapmadığını, yalnız son 3-4 ay ərzində “özünü tapdığını” deyir.
İtirdiklərinin isə daha çox olduğunu bildirir. Bunlardan isə yalnız boşuna keçən zamanına heyfi gəlir.
Müsahibimiz etiraf edir ki, n@rkotik almaq üçün dəfələrlə evdən oğurluq edib. Ağrıdığı vaxtlar isə ölmək istəyib: “Allaha yalvarırdım ki, canımı al”.
Sintetik n@rkotiklər istifadə etdikdən sonra evdə qəribə varlıqlar gördüyünü, uzun müddət öz-özünə danışdığını deyir: “Evdə cin görürdüm, saclarını qabağa atıb gəzirdi”.
Osman onu da bildirir ki, n@rkotik onun psixoloji durumuna da çox böyük zərər verib. Bu səbəbdən, ağır dərmanlar istifadə etməyə başlayıb: “Gün ərzindən 30 ədəd “Tramadol” atırdım”.
Buyurun, Osmanın həyat hekayəsini onun öz dilindən eşidin.

“Düşünürdüm ki, həyat yoldaşım məni atsa, onu öl*dürərəm”“Mən son bir neçə ayda özümü tapdım”“Bu illər ərzində çox şey itirdim, amma ən təəssüf etdiyim zaman...

Keçmiş narkoman yaşadığı dəhşətləri açıqlayır
24/01/2025

Keçmiş narkoman yaşadığı dəhşətləri açıqlayır

Stopnarkotik adlı kullanıcının videosuna göz atın.

“Oteldə tanış olduğum qadın narkotik təklif etdi...” - 10 il istifadəçi olan Kənanın həyat hekayəsi
22/01/2025

“Oteldə tanış olduğum qadın narkotik təklif etdi...” - 10 il istifadəçi olan Kənanın həyat hekayəsi

“Oteldə tanış olduğum qadın narkotik təklif etdi...” - 10 il istifadəçi olan Kənanın həyat hekayəsi ...

"Biz bütün müharibələrə son qoyacağıq. Mən sülhü bərqərar edəcəyəm. Mən sülhməramlıyam.✅ Biz Meksika ilə sərhəddə fövqəl...
22/01/2025

"Biz bütün müharibələrə son qoyacağıq. Mən sülhü bərqərar edəcəyəm. Mən sülhməramlıyam.

✅ Biz Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edirik və ölkəyə qanunsuz daxil olan milyonlarla miqrantın və cinayətkarın geri qaytarılması prosesinə başlayırıq.

✅ “Meksika körfəzi” “Amerika körfəzi”nə çevriləcək. "Panama" kanalına nəzarəti bərpa edəcəyik.

✅ Vətəndaşlarımızı zəngin etmək üçün başqa ölkələrə artırılmış tarif və vergilər tətbiq edəcəyik.

✅ Biz böyük neft ehtiyatlarımızdan istifadə edəcəyik.

✅ Amerika əvvəlkindən daha böyük və güclü olacaq.

✅ Biz narkotik kartellərini xarici terror təşkilatları kimi tanıyacağıq.

✅ Bu gündən etibarən ABŞ-də yalnız iki cins tanınacaq - kişi və qadın.

✅ Mən söz azadlığını geri qaytarmaq üçün bütün hökumət senzurasını dərhal dayandıracağam.

🇹🇷🏴Boluda baş verən yanğında 66 nəfər həyatını itiribTürkiyənin Daxili işlər naziri Əli Yerlikaya yanğınla bağlı verdiyi...
21/01/2025

🇹🇷🏴Boluda baş verən yanğında 66 nəfər həyatını itirib

Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya yanğınla bağlı verdiyi açıqlamada bildirib...

Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya yanğınla bağlı verdiyi açıqlamada 66 nəfərin həyatını itirdiyini və 51 nəfərin yaralandığını bildirib.

Daxili işlər naziri belə deyib: "Təəssüf ki, 66 canımızı itirdik, 51 nəfər yaralımız var və çox kədərliyik. Yanğın söndürüldü, soyutma işləri davam edir. İşlərin başa çatdığı yerlərdə AFAD və yanğınsöndürmə qruplarının otaq-otaq apardığı yoxlamalar nəticəsində indiyə qədər 66 nəfərin həyatını itirdiyini müəyyən edilib."

/TRT Azərbaycan/

Başın sağ olsun, Türkiyə.😢🥀🥀🙏

19/01/2025

🇦🇿🏴1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı törədilən qanlı FACİƏdən 35 il ötür

Şəhidlərimizi Qürur və Ehtiramla anırıq!

Allah rəhmət eləsin.😢💔🥀🥀🙏

20 il narkotik istifadə etdi, bu dünyada cəhənnəmi yaşadı
18/01/2025

20 il narkotik istifadə etdi, bu dünyada cəhənnəmi yaşadı

Check out Stopnarkotik’s video.

“Bu cəmiyyətdə ayıq qalmağın özü möcüzədir” - QURBAN ORUCDAN SENSASİON MÜSAHİBƏ
11/01/2025

“Bu cəmiyyətdə ayıq qalmağın özü möcüzədir” - QURBAN ORUCDAN SENSASİON MÜSAHİBƏ

Sosiallaşma və adaptasiya üzrə mütəxəssis: “Bizim cəmiyyət olaraq mənəvi inkişafa ehtiyacımız var”“N@rkomanların və iqromanların sayı artır”“İndi cəmiyyətimi...

Narkomaniyaya qarşı mübarizə nəticə verir? – HANSI NÖV ASILILIĞIN SAYI ARTIR?
13/12/2024

Narkomaniyaya qarşı mübarizə nəticə verir? – HANSI NÖV ASILILIĞIN SAYI ARTIR?

“Stop narkotik”in aparıcısı Rübabə Səməndərin qonağı “Güvən” Reabilitasiya Mərkəzinin rəhbəri İlqar Ağayevdir.Buyurun, izləyin, verilişmizi paylaşmağı, kanal...

Bu şirin gözəllə bu gün tanış olmuşam. 217 saylı avtobusda. Əvvəlcə onu oğlan uşağı bildim. Fərq yoxdur, oğlan, ya qız. ...
10/12/2024

Bu şirin gözəllə bu gün tanış olmuşam. 217 saylı avtobusda. Əvvəlcə onu oğlan uşağı bildim. Fərq yoxdur, oğlan, ya qız. Həmişə bacardığım qədər balaca dostlarımızı teatra dəvət edirəm.
Uşaq anası ilə yanaşı dayanmışdı. Anasına dedim onu teatra gətirsin, gözəl tamaşalarımız var. İlk dəfə qonağım kimi dəvət edəcəyəm...

Anası da asta səslə pıçıldadı: "Vallah, qızım nə bağça üzü görüb, nə də məktəb. Tamaşanın nə olduğunu haradan bilsin? Mənim də başım çörək qazanmağa qarışıb, onun-bunun evində işləyirəm. Dilənçi deyiləm, halal pulumu qazanıram, kim də köhnə paltar-palazını verir, aparıb 2-ci əldən satıram. Açığı, maddi imkan olmayıb uşağa müəllim tutam, heç 1-ci sinfə də qoya bilmədim. Qarnın güclə çatdırıram. Üzümüzə gələn il bəlkə məktəbə yazdıram. Qubada yaşayırdım. Qonşularım dedilər iş tapıblar və çağırıblar gəlmişəm. Kiminsə evini yığışdırıram. Oradan dolanıram. Ev sahibləri də köhnə-küləş paltarlarını verir, aparıb dəyər-dəyməzinə satıram. Balaca da bütün günü böyrümdə. Gözümdən kənara qoymuram".

Uşağın gözəlliyinə bütün avtobus heyran idi. Kim baxırdısa, təbəssüm dolu sima ilə fikirlərini anasına çatdırır, Allahın yaratdığı gözəlliyə şükr edirdi.

Ana-bala nimdaş geymişdilər, amma səliqəli idilər. Qaraçı deyildilər.
Qadının bir sözü bayaqdan qəlbimi deşir. Heç demə, uşağın atası onu 7 il öncə atıb gedib...
Səbəbi də o imiş ki, niyə qız doğmusan?
Müasir dövrdə sürü təfəkkürü ilə yaşayanların varlığını duymaq bir yana, hətta onlar haqda eşitmək də sarsıdıcıdır...

Yazıq analar! Can analar!

Uşağın şəklini çəkməyə və onlar haqqında yazmağa qadından icazə almışam. Deyir ki, gizlədiləsi bir şey yoxdur. Tanıyanlar bilir...

Bəlkə də düz etməyib uşağın üzünü açıq paylaşmışam. Amma düşünürəm ki, feysbukun dili yüyrək olar. Təhsil işçiləri, səlahiyyətlilər ölkədə Hollivud aktrisalarından da gözəl, dünya gözəllərindən də gözəl olan körpələrin təhsildən yayınmasından xəbərdar olsunlar.
Kim bilir, bəlkə sabah bu Azərbaycan gözəli ölkəmizi nüfuzli beynəlxalq tədbirlərdə təmsil edəcək.
Təhsildə niyə bu qədər boşluq olsun ki? İcbari təhsil sistemi deyil? Niyə maraqlanmayıblar ki, belə bir uşaq təhsildən yayınıb?

Qadının nömrəsini götürmüşəm.
Düşündüm ki, elə böyük səlahiyyət sahibi olmasam da, iki-üç cümlə yazanda məni oxuyan dəyərli dostlarım var. Dəyərli dostlarımın olması elə milyonlara dəyər!
Bu uşağın təhsil almağına şərait yaradılsa, çox sevinərəm. Bunu etmək vətəndaşlıq borcumuz olmalıdır! Ölkəmizin gələcəyi üçün...

Fəridə Rüstəmova Aslanova

N@rkotacirlərə şok zərbə! Çox sayda tutulan var! Külli miqdarda n@rkotik ələ keçirildi - XƏBƏR SAATI
09/12/2024

N@rkotacirlərə şok zərbə! Çox sayda tutulan var! Külli miqdarda n@rkotik ələ keçirildi - XƏBƏR SAATI

Stopnarkotik, narkotik, наркотики, drugs, narkomaniya, drug addiction, наркотик, cemiyyet, cəmiyyət, общество, society, asili, asılı, зависимый, dependent, ...

Heç kimin getmədiyi ölkə - Yox olmaq təhlükəsi var
22/11/2024

Heç kimin getmədiyi ölkə - Yox olmaq təhlükəsi var

Dünyanın dördüncü ən kiçik ölkəsi olan və “gizli cənnət” kimi tanınan Tuvalu yox olmaq təhlükəsi ilə üz-üzədir.Gender.az Teleqraf.com-a istinadla xəbər verir ki, Tuvalu iqlim dəyişikliyi səbəbindən illər ərzində tamamilə yox ola bilər.Ölkənin dəniz səviyyəsin...

Bu məşhurların fəxri adları əllərindən alındı
22/11/2024

Bu məşhurların fəxri adları əllərindən alındı

Rusiyalı müğənnilər Nikolay Baskov və Filipp Kirkorov Ukrayna prezidenti Vladimir Zelenskinin fərmanı ilə “Ukraynanın xalq artisti” titulundan məhrum edilib.Gender.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Zelenski administrasiyasının rəsmi saytında məlumat verilib.Bu...

“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
22/11/2024

“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib

İnnovasiya və sürət lideri “Bakcell” MMC-nin təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib.Tədbirə spiker qismində “Bakcell”in Marketinq direktoru Elxan Sadıqzadə, “PwC Azərbaycan”ın Məsləhət xidmətləri depa...

Address


Alerts

Be the first to know and let us send you an email when Gender posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share