"İpəkçi" qəzeti

"İpəkçi" qəzeti Azərbaycan ipəkçilərinin açıq tribunası. Salis Məmmədov düz 44 il bu qəzetin redaktoru olub.
(5)

“İpəkçi” qəzeti 1933-cu ildən nəşr edilir; Böyük Vətən Müharibəsi illərində – 1943-cü ildə, nəşri müvəqqəti olaraq dayandırılsa da, müharibədən sonra – 1956-cı ildə, yenidən bərpa edilib. Bu qəzet hal-hazırda respublikamızda nəşri davam edən sonuncu çoxtirajlı (sovet dövründə müəssisə qəzetləri belə adlanırdı) və yeganə fəhlə qəzetidir.
1983-cü ildə “İpəkçi” qəzeti 50 ilik yubileyi münasibəti ilə

Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir. “İpəkçi”nin 60 illik yubileyi münasibəti ilə isə o vaxtkı prezident, mərhum Heydər Əliyev, şəxsən, qəzetin redaksiyasına təbrik məktubu göndərmişdir.
“İpəkçi” qəzetinin 12 dekabr 1990-cı il tarixli, 33 – 34 (1967– 68) saylı nəşrində, V.İ.Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları, birləşin!” şüarı qəzetin başlığı üzərindən götürülmüş, daha əvvəl “Azərbaycan Kommunist Partiyası V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olan bu qəzet, bu dəfə “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdir. Bu, həmin vaxta qədər, Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə tək-tük hallarda təsadüf edilən nadir hadisə idi.
“İpəkçi” qəzeti 1993-cü ildə o vaxtkı Mətbuat və İnformasiya Nazirliyində 177 №-li şəhadətnamə ilə qeydiyyatdan keçmişdir. Təsisçilər isə o vaxtkı Şəki “İpək” şirkəti və qəzetin o vaxtkı redaktoru, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, mərhum Salis Məmmədovdur. O, 2009-cu ildə vəfat etdikdən sonra “Şəki-İpək” ASC İdarə heyəti sədrinin əmri ilə onun yerinə oğlu Aydın Məmmədov təyin edilmişdir. Qəzet 2006-cı ildən “Azərbaycan ipəkçilərinin açıq tribunası” kimi fəaliyyət göstərməkdədir. Qəzetdə “Şəki-İpək” ASC-yə, Şəkinin ictimai-siyasi həyatına, regional iqtisadi problemlərə, ipəkçiliyə və digər məsələlərə aid xəbərlər, analitik məqalələr, tənqidi yazılar və s. dərc edilir.
2011-ci idən “Şəki-İpək” ASC-nin idarə binasındakı 313-cü otaq ofis kimi istifadə edilmək üçün qəzetin redaksiyasına verilmişdir. “İpəkçi” qəzetinin redaksiyası, cəmi, 1 nəfərdən – redaktordan ibarətdir . “İpəkçi” qəzetinin nəşriyyat xərcləri bu qəzetin redaktorunun “Şəki-İpək” ASC-dən aldığı 110 manat məvacib hesabına ödənilir. “İpəkçi” qəzeti digər hər hansı maddi-texniki bazaya və kənar maliyyə mənbələrinə malik deyil, o cümlədən, KİV üçün dövlət tərəfindən ayrılan pullardan da “İpəkçi” qəzetinə hələ ki heç nə verilməmişdir.
“İpəkçi” qəzeti 2010-cu ildən A2 formatda 4 səhifədən ibarət olmaqla “Azərbaycan” nəşriyyatında çap edilir. Tirajı 500 nüsxədir, dövriliyi isə azı ayda bir dəfə nəzərdə tutulur, lakin maliyyə dəstəyinin olmaması səbəbindən son iki ildə orta hesabla ildə yalnız 8 dəfə çıxıb. Bunlardan isə bir-neçəsi “Şəkinin səsi” qəzeti ilə birləşmiş nömrələrdir. Qəzet daha çox Şəki-İpək” ASC işçilərinə pulsuz paylanılma yolu ilə yayılır.
2010-cu ildən internetdə “İpəkçi” qəzetinin saytı da fəaliyyət göstərir. Saytda həmin ildən başlamaqla qəzetin bütün saylarının PDF və Fləş/PDF variantları yerləşdirilməkdədir. NETTY–2010 və NETTY–2011 Milli İnternet Mükafatı üzrə müsabiqələrdə iştirak edən bu sayt, ilkin mərhələdə hər dəfə 15 səs alaraq “İnformasiya və xəbərlər” kateqoriyası üzrə birinci dəfə 50 sayt arasında digər bir saytla birlikdə 1 – 2-ci yerləri bölüşdürərək, ikinci dəfə isə 28 sayt arasından 2-ci yeri tutaraq nominant olmuşdur!

Address

Z. Bünyadov/33
Sheki
557932383

Alerts

Be the first to know and let us send you an email when "İpəkçi" qəzeti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Our Story

“İpəkçi” qəzeti 13 mart 1933-cu il tarixdə “Nuxa ipək kombinatı firqə kollektivinin və yerli komitəsinin orqanı” olaraq nəşrə başlayıb. Qəzetin ilk redaktoru Rəsul Rəsullu idi. Daha sonra - 1935-ci ildən, qəzet Əli İsgəndərovun və digər şəxslərin redaktorluğu ilə çap edilib. İkinci dünya müharibəsi illərində - 1943-cü ildə, qəzetin nəşri dayandırılsa da, müharibədən sonra - 1958-ci ildə yenidən bərpa edilib. 1958-1965-ci illərdə qəzetin redaktoru Məmmədiyyə Cabbarov (Süleymanlı), 1965-2009-cu illərdə Salis Məmmədov olub. Salis Məmmədov 1991-ci ilin sonlarında “Azərbaycan Respublikasının Əməkdar Jurnalisti” fəxri adına layıq görülmüşdür. 2009-cu ildən etibarən isə qəzet Aydın Məmmədovun baş redaktorluğu ilə nəşr edilir.

“İpəkçi” qəzeti 1983-cü ildə, 50 ilik yubileyi münasibəti ilə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur (Bax: "İPƏKÇİ" QƏZETİ, №15 – 16 (1411) ŞƏNBƏ, 28 MAY 1983-cü İL (50 ilik yubiley nömrəsi)). Qəzetin 60 illik yubileyi münasibəti ilə isə Azərbaycan Respublikasının o vaxtkı prezidenti, ulu öndər Heydər Əliyev qəzetin redaksiyasına təbrik məktubu ünvanlamışdır (Bax: Ulu öndər Heydər Əliyevin 20 il əvvəl "İpəkçi" qəzetinə göndərdiyi təbrik məktubunun mətni >> ).

“İpəkçi” qəzetinin 12 dekabr 1990-cı il tarixli, 33-34-cü (1967-1968) sayında, V.İ.Lenin tərəfindən deyilmiş və sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları birləşin!” şüarı qəzetin başlığı üzərindən götürülmüş, buna qədər “Azərbaycan Kommunist partiyası V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olan qəzet “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdir. Bu, həmin vaxta qədər Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə nadir hallarda təsadüf edilən bir hadisə idi.


Other Media/News Companies in Sheki

Show All