BizimXəbər.Tv

BizimXəbər.Tv Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BizimXəbər.Tv, Qosabulaq.

İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...İbrahim Cəfərov...
19/12/2024

İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...

İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu 2024-cü il satınalma planlarına daxil etdiyi satın alınacaq mallar və xidmətlər üzrə keçirdiyi kotirovkaların nəticələrini açıqlayıb. İnstitut əvvəlki illərdə olduğu kimi, bu dəfə də keçirdiyi satınalmalarda şübhələnməyə xeyli yer qoyub. Mətləbə keçməzdən öncə satınalmalara diqqət yetirək.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu “Bir sıra işlərin görülməsi”nin satın alınması üzrə 01.11.2024-cü ildə başladığı kotirovka sorğusuna 17.12.2024-cü ildə yekun vurub və “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 79.694,63 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdıırır. MMC İnstitutda qeyri-yaşayış binalarının əsaslı təmiri, tikili və avadanlıqların cari təmir xərcləri və abadlaşdırma xidmətləri haqqının ödənilməsi işlərini həyata keçirəcək.

Sözügedən Elmi-Tədqiqat İnstitutu bir sıra xidmətlərin satınalınması üzrə 31.10.2024-cü ildə başladığı kotirovka sorğusuna 06.12.2024-cü ildə yekun vurub və “GENERAL TƏCHİZAT VƏ SERVİS” MMC ilə 14.726,4 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdıırır. Bu MMC isə İnstitutda istehlakyönlü müxtəlif xidmətlər və sanitariya-gigiyena və digər xidmət haqqı xərcləri işlərini həyata keçirəcək. MMC Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə 10.12.2024-cü ildən etibarsız təchizatçıların siyahısına daxil edilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu bir sıra malların satınalınması üzrə 30.10.2024 cü ildə başladığı kotirovka sorğusuna 04.12.2024-cü ildə yekun vurub və “SİVVOR PP” MMC ilə 84.031 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdıırır. Bu MMC isə İnstitutu bir sıra mallarla, amma bilinmir hansı mallarla təchiz edəcək.

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun bu MMC-lərlə daha əvvəllər də işbirliyində olduğu üzə çıxdı. Belə ki, Elmi Tədqiqat İnstitutu üçün “Elmi-tədqiqat işləri üçün mal və xidmətlər”in satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 38.704 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.11.2024-cü ildə dərc edilib.

“Dəftərxana, təsərrüfat, kartriclər və s. əlaqədar mallar”ın satın alınması üzrə “NUR GENERAL SUPPLIER” MMC ilə 14.971,84 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.11.2024-cü ildə dərc edilib.

İstehlak yönlü müxtəlif xidmətlərin satın alınması üzrə “SİVVOR PP” MMC ilə 14.000 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.11.2024-cü ildə dərc edilib.

Maşın və avadanlıq mallarının satınalınması üzrə “NUR GENERAL SUPPLIER” MMC ilə 29.977,9 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 19.01.2024-cü ildə dərc edilib.

Elmi Tədqiqat İnstitutu üçün mənzil, məişət, kommunal, təmir işləri üçün mallar və əsaslı təmir işləri”nin satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 46.197 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 19.01.2024-cü ildə dərc edilib.

Elmi Tədqiqat İnstitutu üçün “Kimyəvi və aktiv maddələr”in satın alınması üzrə”NUR GENERAL SUPPLIER” MMC ilə 29.978,49 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 19.01.2024-cü ildə dərc edilib.

Elmi Tədqiqat İnstitutu üçün “Elmi-tədqiqat işləri üçün mal və xidmətlər”in satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 29.944,86 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 19.01.2024-cü ildə dərc edilib.

Elmi Tədqiqat İnstitutu üçün “Avadanlıqlar”ın satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 9.968,64 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 19.01.2024-cü ildə dərc edilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun satınalma müqaviləsi bağladığı MMC-lərin fəaliyyət sferasına diqqət yetirdikdə nələri görmüş oluruq.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ATLANTİS CONSTRUCTİON GROUP” (VÖEN: 1506100031) Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.09.2022-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, MUĞAN, ev 7, m. 4, qanuni təmsilçisi kimi isə Yusifli Fərid Cavanşir oğlu qeyd olunub.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SİVVOR PP” (VÖEN: 2008451201) Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.02.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, GENERAL ŞIXLİNSKİ, ev 92,94,96, m. 28, qanuni təmsilçisi kimi isə Xəlilsoy Vüsal Tehran oğlu qeyd olunub.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, MMC bir dövlət qurumunun yanacaq və sürtkü materialları, nəqliyyat vasitələrinin cari təmiri xərcləri üzrə, başqa bir qurumun dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə, digər bir qumun “Müxtəlif mallar”ın satınalınması üzrə keçirdiyi kotirovka sorğularının qalibi olub ki, bu da sözügedən şirkətin ixtisas göstəricilərinə olan şübhələri artırır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.10.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, HÖVSAN ŞTQ, MUĞAN, ev 7, GİRİŞ 72, MƏRTƏBƏ 1, m. 4, qanuni təmsilçisi kimi isə Yusifzadə Nərmin Tahir qızı qeyd olunub.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GENERAL TƏCHİZAT VƏ SERVİS” (VÖEN: 2008007161) Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.05.2023-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, NAXİMOV DÖNGƏSİ, ev 94, m. 2, qanuni təmsilçisi kimi isə Yusibova Rəhimə Rəhman qızı qeyd olunub.

Qeyd edək ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun bu MMC-lərlə işbirliyi ötən ilə təsadüf edir. Belə ki, Elmi-Tədqiqat İnstitutu ötən il “NUR SUPPLIER” MMC ilə dəftərxana mallarının satınalınması üzrə 14.992 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.02.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanının QƏBƏLƏ RAYONU, KİÇİK PİRƏLİ, qanuni təmsilçisi kimi isə Yusibova Rəhimə Rəhman qızı qeyd olunub.

MMC-lərlə bağlı daha əvvəllər apardığımız araşdırmada məlum olmuşdu ki, “NUR SUPPLIER” və “GENERAL TƏCHİZAT VƏ SERVİS” MMC-lər Qəbələnin Kiçik Pirlər kəndində yaşayan 63 yaşlı evdar qadın Rəhimə Yusibovanın adına yaradılıb. “NUR GENERAL SUPPLIER” Yusifzadə Nərmin Tahir qızının, “ATLANTİS CONSTRUCTİON GROUP” MMC isə Yusifli Fərid Cavanşir oğlunun adına yaradılıb. Bu MMC-ləri isə Bakıdan bir nəfər edir. Həmçinin “SİVVOR PP” MMC-ni də.

Göründüyü kimi Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Satınalma Komissiyası kotirovka sorğularının keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, Bir nəfər tərəfindən idarə olunan 5 MMC-nin nə müvafiq sahədə peşəkarlığına, nə təcrübəsinə, nə də digər uyğunluq göstəricilərini nəzərə almamışdır. Bu da keçirilmiş satınalma prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərovdu. O, 25 iyul 2013-cü ildən 6 sentyabr 2022-ci ilə qədər Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində çalışıb. Rektorluqdan azad edildikdən cəmi bir ay sonra, 6 oktyabr 2022-ci ildə keçmiş kənd təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə gətirilib. elektron mediada İbrahim Cəfərovun fəaliyyəti ilə bağlı hələ Dövlət Aqrar Universitetinin rektoru olduğu zamanlar da çox yazılıb. Onun rəhbəri olduğu yerlərdə qohumlarına, yaxınlarına şərait yaratması barədə yayılan məlumatlar çoxdu. Məlumatlara görə elə kürəkəni Samir də aylarla işə gəlmədiyi halda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutundan əmək haqqı alır. Görsənən odur ki, İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən başqa dəyərlər də var.

Aktualinfo.org

19/12/2024

Bakıda dəhşətli görüntülər: Aptek müdiri xanım işçisini döydü - VİDEO

Aptek müdirinin işçisi olan gənc qızı təpikləyərək döyməsi, başına stul çırpması ilə bağlı yeni görüntülər ortaya çıxıb.

Yenicag.az xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, hadisə bu ilin 8 iyun tarixində Nəsimi rayonu Rəşid Behbudov küçəsində yerləşən aptekdə baş verib.

Paytaxtda çoxsaylı aptekləri olan iş adamı Elnur Cabbarov sahibi olduğu aptekə gələrək orada çalışan N.Aşirovaya hücum edib və döyərək xəsarətlər yetirib.

Belə ki, hadisədən 1 gün əvvəl, yəni iyunun 7-də N.Aşirova iş yoldaşı olan həmcinsi ilə yazışarkən müdiri olan E.Cabbarovu pişiyinə bənzədərək onun “toppuş” olduğunu bildirib.

Digər əməkdaş bu barədə müdirə məlumat verib və N.Aşirovanın telefonunu əlindən alaraq yazışmalarına baxış keçiriblər.

Bundan sonra aptekə gələn E.Cabbarov xanım əməkdaşı döyüb. O, daha sonra xanımın üzr videosunu çəkərək votsapdakı qrupa göndərib.

Görüntülər isə apteklər şəbəkəsində çalışan digər xanım əməkdaşın işdən çıxarılmasından sonra ictimailəşib. Bununla bağlı olaraq E.Cabbarov xanım əməkdaşa zəng edərək onu təhqir edib. Qadının əri isə ona zəng edərək görüşə çağırıb və aralarında dava-dalaş olub.

Bu hadisədən sonra E.Cabbarov və işdən çıxardığı qadının əri polisə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, Elnur Cabbarov və Zamin Quliyevin şikayətləri əsasında Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Araştırmaların sonunda məsələyə hüquqi qiymət veriləcək.

19/12/2024

Şərhsiz

Azərenerji”də film kimi olaylar baş verir -Korrupsiya,kriminal,məhəbbət və daha nələr.. Üzeyir Yusifovun "Məcnun"u oynad...
18/12/2024

Azərenerji”də film kimi olaylar baş verir -Korrupsiya,kriminal,məhəbbət və daha nələr.. Üzeyir Yusifovun "Məcnun"u oynadığı filmdə Baba Rzayev də baş roldadı

“Azərenerji” ASC-nin sədri Balababa Rzayevi geniş ictimaiyyətə tanıtmağa o qədər də ehtiyac yoxdu. Bakının Zirə qəsəbəsində anadan olmuş Baba Rzayev ömrü boyu energetika sahəsində çalışmış bir şəxsdir. 1988–1998-ci illərdə Bakı Elektrik Quraşdırma İdarəsinin rəisi, 1998-ci ildə bu müəssisə Səhmdar Cəmiyyətə — "Bakıelektro" ATSC-yə çevrildikdən sonra 2006-cı il tarixinədək sədri vəzifəsində çalışıb. Bundan sonra Baba Rzayev 2015-ci ilə qədər "Bakıelektrikşəbəkə" ASC sədri vəzifəsinin başında durub. Sonra Baba Rzayev 2018-ci ilə qədər "Azərişıq" ASC-nin sədri olub. Balababa Rzayev 2018-ci ilin sentyabrından da "Azərenerji" ASC-nin prezidenti təyin edilib. Göründüyü kimi, Baba Rzayev aşağıdan tutmuş yuxarıya, nə az, nə də çox, düz 36 ildir rəhbər vəzifədə çalışır. Bu isə o deməkdir ki, Baba Rzayev energetika sahəsinin incəliklərini bildiyi kimi, idarəetmənin də sirlərinə sahibdir. Belə olan təqdirdə necə ola bilir ki, Baba Rzayevi işçiləri aldada bilir, onun əmrlərini saxtalaşdırır, altdan-altdan müxtəlif işlər çevirə bilirlər?
Əsas məsələyə keçməzdən əvvəl son vaxtlar “Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsində baş verən bir çox məsələlərlə bağlı elektron mediada yayılmış məlumatlara da nəzər salmaq istərdik. Ətraflı burada: https://yenisoz.az/gundem/5107-azrenerji-asc-nin-ndn-dovlti-milyardlarla-borca-salmasinin-sbblri-bilindi-prezident-muracit.html
Yazırlar ki, “Azərenerji” ASC-nin vitse prezidenti Zirəddin Quliyevin himayədarlığı altında İstehsalat üzrə Operator rəisi təyin olunmuş 66 yaşlı Üzeyir Yusifov xüsusi rəğbət bəslədiyi 24 yaşlı Mehin Zeynalovanı 2022-ci ilin aprelindən 600 manat əməkhaqqı ilə əvvəlcə mühəndis vəzifəsinə qəbul edildikdən sonra, 2023-cü ilin sentyabr ayınadək həftəlik 2000 manat ezamiyyə xərci, digər peşəkar mütəxəssislərə isə 350 manat ezamiyyə xərci hesablanmışdır. Mehin Zeynalova “Azərenerji”ASC-də işlədiyi qısa müddətdə (2021-2023) sədr Baba Rzayevin imzaladığı 16 mart 2023-cü il tarixli, 23/K saylı “Təyin olunma barədə” əmrini saxtalaşdıraraq 15-ci ödəniş dərəcəsini 16-cı kimi qeyd etmiş və nəticədə 1850 manat əməkhaqqı ilə xidmət rəisinin müavini təyin edilmişdir. Yəni, ödəniş dərəcəsini şişirtməklə büdcədən əlavə 100 manat artıq vəsait almışdır.
Qeyd edək ki, “Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsində baş verən bəzi hadisələrin mediaya sızmasından sonra Mehin Zeynalova işdən qovulub. Maraqlıdır 66 yaşlı Üzeyir Yusifovun 24 yaşlı gənc, xanım kadrının birdən birə işdən qovulmasına nə səbəb olub?
Qeyd etdiyimiz kimi, 2023-cü ildə Üzeyir Yusifov 24 yaşlı xanım dostunu xidmət rəisinin müavini vəzifəsinə təyin etmişdir.Vəzifəsinə görə ona xidməti avtomobil və gənc və enerjili İntiqam İsayev adlı sürücü də ayrılmışdır. Bir müddət sonra aralarında yaranan soyuq münasibətlərdən maksimum faydalanmağa çalışan sürücü İntiqam İsayev özünə məxsus –299 28 48 mob telefonun votsap profilindən 2023-cü ilin avqustun son günlərində, səhər saat 4:08-də Mehin Zeynalovaya mesaj göndərir: “Mənə 50 min verməlisən, Yoxsa səni rüsvay edəcəm el aləmdə” 30 dəqiqə sonra İntiqam votsapla yenidən soruşur: “ Nə oldu 50 min? Vermirsən deməli” Saat 5:27 –də Mehin İntiqama cavab yazır: “ Verəcəm, səbrli ol”.( votsap yazışma sənədi əlavə olunur)

Sürücü ilə idarə rəisi Üzeyir Yusifovun 24 yaşlı xanım işçisi arasında olan bu yazışma onu göstərir ki, “Azərebnerji” ASC-nin İdarəsinin xidmət rəisinin müavini ya vəzifəsindən süi-istifadə edərək qısa müddətdə külli-miqdarda dövlət vəsaitini mənimsəmişdir, ya da rəisi ilə arasında olan gizli pul sövdələşmələrindən və digər etika xatirinə yazmaq istəmədiyimiz məsələlərdən xəbəri olmuş və ondan şantaj yolu ilə bu qədər pul tələb etmişdir.
Bu mesajlaşmanın səhəri günü sürücü İntiqam İsayev Mingəçevir şəhərində yerləşən “Azərenerji” ASC-nin DRES stansiyasına xidməti işə göndərilir. Bundan xəbər tutan Mehinin idarədəki “qoruyucu mələkləri” hesab edilən, Üzeyir Yusifovun qardaşı uşaqları Yusifov Nicat və Yusifov Ziya qohumları dərhal İntiqamı cəzalandırmaq üçün Mingəçevirə gedir və idarənin həyətində, bütün kameralrın qarşısında sürücünü avtomobilin içindəcə möhkəm döydükdən sonra onu sürüyüb həyətə salır və yenə davam edirlər. Mühafizə xidmətinin müdaxiləsindən sonra sürücü Mingəçevir şəhər Polis İdarəsinə gələrək döyülməsilə bağlı şikayət ərizəsi verir. Aparılan araşdırmadan, həkimin verdiyi rəydən və kamera görüntülərindən, sürücünün aldığı ağır bədən xəsarətlərindən aydın olur ki, cinayət hadisəsi baş vermişdir. Hadisə ilə bağlı Baş Prokurorluğun “Azərenerji” ASC rəhbərliyinə göndərdiyi məktubun araşdırılaraq nəticəsi barədə məlumat verilməsi xahiş olunur. Lakin baş vermiş cinayətlərin ört-basdır edilməsi üçün Balababa Rzayev 2023-cü ilin sentyabrın 14-də “Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidmətinin 4 əməkdaşını, şöbə rəisinin müavini Mehin Zeynalovanı, sürücü İntiqam İsayevi, və digər əməkdaşlar- idarə rəisinin qardaşı oğulları olan Nicat və Ziya Yusifovları işdən azad olunmaları barədə əmr imzalamaqla işini bitmiş hesab etmişdir.
Lakin çox maraqlıdır ki, "Azərenerji" ASC şefinin işdən çıxma barədə əmrindən heç 3 ay keçməmiş, Üzeyir Yusifovun qardaşı oğlanları Yusifov Nicat və Ziya idarədə öz rəsmi işlərinə bərpa olunur və hazırda “ölü can”lar kimi faktiki işləmədən əməkhaqqı alırlar.
Mediada yayılmış bu məlumatlardan da göründüyü kimi Balababa Rzayevin rəhbərlik etdiyi “Azərenerji” ASC- də və ona tabeli qurumlarda özbaşınalıq baş alıb gedir. Göründüyü kimi ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsində vəzifə səlahiyyətlərindən su istifadə, dövlət əmlakını talama, mənimsəmə, korrupsiya hallarına yol verilir və hətta kriminal hadisələr törədilir. Təbii ki, ütün bunların sorunlusu da “Azərenerji” ASC-nin sədri Baba Rzayevdir. Məhz Baba Rayev yaradıb Üzeyir Yusifova bu şəraiti.

BƏS ÜZEYİR YUSİFOV KİMDİR?
Yusifov Üzeyir Milan oğlu 2000-ci ilə qədər “Azərenerji” ASC-nin Xüsusi Təkmilləşdirmə Quraşdırma Mərkəzinə rəhbərlik etdiyi dövrdə DRES-lərin təmir işlərinə baxdığı zaman dövlət əmlakının külli miqdarda mənimsəmə faktı üzrə barəsində CM-nin 179.3.2 maddəsi üzrə cinayət işi başlanmış və həbs edilmiş bir şəxs olub. Üç illik həbasxana həyatından sonra, yəni 2003-cü ildə dövlət büdcəsinə vurduğu 10 milyonlarla manat (o vaxtın kursu ilə) vəsaiti formal “ödədikdən” sonra, yəni himayədarlarının köməkliyi sayəsində azadlığa çıxmışdır. (lakin faktiki olaraq dövlət büdcəsinə ödəmə haqqında heç bir sənəd olmamışdır) Həbsdən çıxmaq üçün onun Mingəçevir şəhərində “Azərpoçt” işçisi olmuş Məlahət adlı qadınla qeyri-rəsmi nikahdan olmuş 2 azyaşlı qızına da dərhal öz soyadını verib cəzasını yüngülləşdirməklə məhkumluq həyatına son qoya bilib.
Göründüyü kimi 2018-ci ildə “Azərenerji” ASC –nin sədri Balababa Rzayevin əmri ilə İstehsalat üzrə Operator rəisi təyin edilib və əsas vəzifəsi “Azərenerji” ASC-nin balansında olan bütün obyektlərin təmir –tikinti işlərinə nəzarət etməkdir. Həmçinin o da görününr ki, Üzeyir Yusifov əvvəllər törətdiyi cinayət əməlindən heç də peşiman olmamış, əksinə dəstəsilə birlikdə dövlət büdcəsinə külli-miqdarda ziyan vurmaqda davam edir. Bu yolla Üzeyir Yusifovun son illər əldə etdiklərinə bəzi əlavələr edərək diqqətinizə çatdırırıq: (Əvvəlki burada: https://paralel.az/az/article/467043)
Bakı şəhəri, Səbayıl rayonu, Xəqani küçəsi , ev 26/32, mən., 53-də Masallı sakini Orduxandan aldığı və dəyəri 280 000 manat olan 4 otaqlı mənzil,
Bakının Nəsimi rayonu, 28 May küçəsi, 33-də sabiq deputat Elxan Süleymanovun oğlundan 440 000 manata aldığı 4 otaqlı, 165 kv.m sahəsi olan təmirli mənzili,
Bakının Binəqədi rayonu, Novxanı qəsəbəsində, RES TİME restoranını dönəndən 300 m içəridə, transformatorun yanında dəyəri 500 000 mant olan iki mərtəbəli villası,
Mingəçevir şəhəri, Maqomayev küçəsi 18/18-də yerləşən küçənin sağ və solundakı 12 mərtəbəli binalarda, 115 kv m sahəsi olan 3 otaqlı mənzillər.
Özünün etirf etdiyinə görə Balababa müəllimin ona bağışladığı 2 ədəd villa,
2019-cu il buraxılışlı, 99 VX 199 dövlət nömrə nişanlı, ağ rəngli 200 000 manata aldığı Rang Rover avtomobili,
2020-ci il buraxılışlı, 99 ZR 199 nömrəli göy rəngli BMV X-6 avtomobili,
Kürəkəninə aldığı 2020-ci il buraxılışlı 99 CY 199 nömrəli MERCEDES avtomobili,
CİP Camar markalı avtomobili,
2019-cu il burxılışlı KİA STİNGER markalı, 99 UC 199 nömrəli göy avtomobil,
Hazırda yeni 2022. Buraxılışlı Hundai Sonata, 77 PB 199 nömrəli xidməti avtomobilini idarə edir. Digərləri qarajda toz basır.
Qızı Əliyeva Aysu Üzeyir qızının adına sənədləşdirdiyi və 600 000 manata aldığı, Bakı şəhəri, Xətai rayonu, 55 saylı orta məktəbin yanındakı, 122 kv m sahəsi olan “AY Beauty Gallery” gözəllik salonu.,
Bakı, Səbail rayonu, “Hökümət Evi”nin arxasında yerləşən binadan aldığı 500 000 manat dəyəri olan mənzili,
Hazırda evində saxladığı 820 000 AZN nağd pul kütləsi.
2024-cü ildə həyat yoldaşı Suğra Yusifovanın adına sənədləşən Mingəçevir şəhərinə bir neçə km qalmış, yolun sağında yerləşən 0.24 ha torpaq sahəsi və üzərində tikilməkdə olan 2 ədəd ikimərtəbəli villalar.
2024-cü il buraxılışlı M.Zeynalovaya hədiyyə etdiyi “Tayota” markalı avtomobil.
Bunlar təkcə bizə məlum olan və 2018-ci ildən sonar Ü.Yusifovun “Azərenerji” ASC-də vəzifəyə təyin edildikdən dərhal sonra əldə etdiyi əmlakların bir qismidir. Qeyd edək ki, qızı Aysel üçün dəyəri 650 000 manata aldığı gözəllik salonundan başqa bütün əmlaklar arvadı Yusifova Surğanın adına rəsmiləşdirlmişdir. Xatırladaq ki, idarə rəisinin həyat yoldaşı ev xanımı olmuş və bu günədək heç yerdə işləməmişdir. Və bu qədər əmlakların əldə edilməsi üçün maliyyə mənbəyi olmamışdır.
Son məlumatlara görə “Azərenerji” ASC-nin İdarə rəisi Üzeyir Yusifov yeni layihələrin icrası ilə əlaqədar hazırda Mingəçevir DRES-də fəaliyyət göstərir və adları rəsmi işə “ölü can”lar kimi yenidən yazılan qohumları olan Yusifov Nicat və Ziya isə Mingəçevir şəhərinə çatmamış yolun sağ tərəfində iki ədəd yanaşı tikilməkdə olan, yaşıl dam örtüklü ikimərtəbəli özəl villalalrın tikinti işlərinin icrasını tapşırmışdır. Hər iki villanın tikintisi üçün ayrılmış torpaq sahəsi Ü.Yusifovun 2018-ci ildən vəzifəyə təyin edildikdən sonra əldə etdiklərinin hamısını həyat yoldaşı, evdar qadın olan Suğra Hüseyn qızı Yusifovanın adına sənədləşmişdir. ( https://www.youtube.com/watch?v=vPlc6r5xd_g)
Göründüyü kimi “Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsinin rəisi Üzeyir Yusifov ailəli bir şəxsdir. Amma buna baxmayaraq idarə rəisi hansısa səbəbdən öz əməkhaqqı kartını da işdən qovulan Mehin Zeynalovaya verməyə məcbur olmuşdur. Maraqlıdır, 66 yaşlı bir dövlət məmurunu 24 yaşlı bir xanımdan asılı edən, çəkindirən, qorxudan nədir?
KİMDİR MEHİN ZEYNALOVA?
Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirdikdən sonra, 2022-ci ilin aprel ayından “Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsində mühəndis vəzifəsinə qəbul edilib.

İdarə ona 2023-cü ilin sentyabrında işdən çıxarılan kimi tez tez ezamiyyə vərəqi vermiş və həftəlik ona 2000 manat ezamiyyə xərci hesablanmışdır. Üzeyir Yusifovun bu xanıma hədiyyə etdiyi əvvəlki KİA markalı avtomobil 2022-ci ildə toyundan 1 ay əvvəl Zirə yolunda törətdiyi avtoqəzada yararsız hala düşmüşdür. Onun əvəzinə səxavətli rəis yeni 90 MY 290 dövlət nömrə nişanlı, SOUL markalı yeni avtomobili alıb hədiyyə edib. Bunlardan əlavə Üzeyir Yusifov Mehin Zeynalovanın anasının adına Abşeronda, Masazır qəsəbəsində balaca bir villa, Saray qəsəbəsində isə 12 sot torpaq sahəsi alıb hədiyyə edib. İşdən çıxdıqdan sonra isə Üzeyir Yusifov tərəfindən Mehin Zeynalovaya 2024-cü ilin yanvarında yeni “Tayota” markalı bahalı avtomobil hədiyyəsi edilib. Bunlara baxmayaraq idarə rəisi hansısa təzyiqə görə öz əməkhaqqı kartını da işdən qovulan bu xanıma verməyə məcbur olmuşdur.
Buradan ortaya suallar çıxır: “Azərenerji” ASC-nin idarəsində mühəndis vəzifəsində yenicə işə başlamış Mehin Zeynalovaya nəyə görə, hansı üstün cəhətlərinə görə 2022-ci ilin aprelindən başlayaraq hər həftə üçün ezamiyyə xərci 2000 manat, digər peşəkar mütəxəssislər üçün 350 manat hesablanmışdır?
Sürücü İntiqam İsayevin Mehin Zeynalovadan şantaj yolu ilə 50000 manat pul tələb etməsi daha maraqlıdır. Bir ildir işə başlamış bir xanım 50 manat haradan ala bilər? Bu hadisəyə görə sürücünün Mingəçevir DRES-in həyətində Nicat və Ziya Yusifovlar tərəfindən döyülməsi faktı necə ört-basdır edilmişdir?
Göründüyü kimi “Azərenerji” ASC-nin Enerji İstehsalı Operatorun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsində film kimi olaylar baş verir. Burada korrupsiya əməllərindən tutmuş kriminal hadisələrə, məhəbbət səhnəsinə qədər süjetlər var. Baş rolda "Məcnunu" oynayan Üzeyir Yusifov oynayır. Yalnız Baba Rzayevin bu filmdə hansı rolda olduğu bəlli deyil. Çünki o, idarədə baş verən və verməkdə davam edən özbaşınalıqların qarşısını almaqda maraqlı deyil. Yuxarıda qeyd etdiyimiz kimi Baba Rzayev uzun illərdir rəhbər vəzifələrdə çalışır. Necə olur ki, onun təyin etdiyi kadrlar işlərində yuxarıda sadaladığımız kimi xoşagəlməz hallara yol verirlər? “Azərenerji” Enerji İstehsalı Operatorun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsinin rəisi Üzeyir Yusifovun əldə etdiyi milyonların hesabını niyə sormur Baba Rzayev işçisindən. Mətbuat yazır ki, Üzeyir Yusifov maaş kartını Mehin Zeynalovaya verib. Baba Rzayev bunun səbəbini sevimli kadrından niyə soruşmur. Baba Rzayev hər işlədiyi yerdə xanımlara avtomobil alan işçisindən bunların hansı pullarla əldə etdiyini niyə soruşmur? Təbii ki, Üzeyir Yusifov bütün bunları dövlət vəsaitini talamaq yolu ilə əldə edir. Bunu Baba Rzayev də çox yaxşı bilir. Amma çox maraqlıdır ki, haqqında yayılan bu kimi xoşagəlməz məlumatlardan sonra “Azərenerji” sədri öz kadrı Üzeyir Yusifovun barəsində tədbir görmək əvəzinə ona daha da geniş şərait yaradır. Üzeyir Yusifov da öz növbəsində, ətrafındakı bəzi xanımlara...

Baksovet Kamil” Eldar Əzizova necə kələk gəlib?Məşhur iş adamlarından biri “Baksovet Kamil”ə qiyməti təxminin 30 min dol...
18/12/2024

Baksovet Kamil” Eldar Əzizova necə kələk gəlib?

Məşhur iş adamlarından biri “Baksovet Kamil”ə qiyməti təxminin 30 min dollar dəyərində olan elektriklə işləyən avtomobil hədiyyə edib
Bakı Şəhər İcra Hakimiyyətindəki (BŞİH) bəzi məmurların ölkə paytaxtında həyata keçirilən qanunsuz tikililərdən külli miqdarda vəsaitlər əldə etdiyi heç kimə sirr deyil. BŞİH-nin verdiyi qərar və sərəncamlar Bakının bütün rayonlarında keçərli olduğu üçün işbazların bir çoxu “12 imama yalvarmaqdansa, bir Allaha yalvarmağa”, yəni bilavasitə bu qurumun qapısını döyməyə üstünlük verir. Bu isə sözügedən qurumdakı bəzi məmurlara qaz vurub qazan doldurmağa imkan verir.
Bu istiqamətdə Mediatv.az-ın elektron poçtuna daxil olan məlumata görə, adıçəkilən qurumda sırf bu sahədə “ixtisaslaşan” məmurlar da var ki, bunlardan da biri “Baksovet Kamil”dir. İcra başçısı Eldar Əzizovun etimadından sui-istifadə edərək ondan xəbərsiz çoxlu sayda qanunsuz tikinti prosesinə qanuni don geyindirən, külli miqdarda rüşvət qarşılığında imzalanmaması gərkən sənədləri imzalayan “Baksovet Kamil”, “zəhməti müqabilində” böyük pullar qazanmaqdadır.
Ömrünün ixtiyar vaxtında “yaşamağın yolunu tapan” bu şəxs xidmət göstərdiyi məmurların səxavətindən də gen-bol yararlanmaqda, onlardan dəyəri on və yüz min manatlarla hesablanan hədiyyələr almaqdadır. Onun cari ildə aldığı bu tip hədiyyələrdən biri də qiyməti təxminin 30 min dollar dəyərində olan avtomobil olub. Elektriklə işləyən bu avtomobil “Baksovet Kamil”ə məşhur iş adamlarından biri tərəfindən verilib. “Baksovet Kamil” öncə hədiyyəni qəbul etməyə ehtiyat etsə də, daha sonra bunu bir şərtlə qəbul edə biləcəyini bildirib. O, qeyd edib ki, gərək bundan heç kimin, xüsusilə də Eldar Əzizovun xəbəri olmasın. Bu barədə qarşı tərəfdən təminat alan “Baksovet Kamil” hədiyyə avtomobili halal dədə-baba mirası kimi qəbul edib.
Növbəti yazılarımızda sizi “Baksovet Kamil”in kimliyi, icra hakimiyyətindəki vəzifəsi və yol verdiyi qanunsuzluqlarla bağlı daha ətraflı məlumat verəcəyik.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.

“SOCAR Midstream Operations” ölkədən pul çıxarıb? – Sabah məhkəməsidirÖlkədən külli miqdarda pul çıxarmaqda günahlandırı...
18/12/2024

“SOCAR Midstream Operations” ölkədən pul çıxarıb? – Sabah məhkəməsidir

Ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılan “SOCAR Midstream Operations” MMC ilə bağlı başladılmış işə sabah baxılacaq.

Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“SOCAR Midstream Operations”la bağlı növbəti işə sabah – 18 dekabr tarixində Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qeyd edək ki, cərimələnməsi gözlənilən “SOCAR Midstream Operations” MMC-nin Baş direktoru Fərhan Əliyev Çingiz oğludur.

Qarşı tərəfi dinləməyə hazırıq.

18/12/2024

Xırdalanda binanın üstündə "bina" tikirlər - MTK sədri isə həbsdədir - VİDEO

Xırdalanda yerləşən 17 mərtəbəli binanın 18-ci mərtəbəsində qanunsuz tikintiyə dair məsələ hələ də həll olunmayıb.

Bir ay əvvəl İcra Hakimiyyəti məsələdən xəbərdar olsa da, yalnız araşdırma aparılacağı bildirilmişdi. Lakin bina ərazisinə yenidən baş çəkildikdə heç bir araşdırmanın aparılmadığı məlum olub.

Binanın komendantı məsələyə dair verdiyi açıqlamada İcra Hakimiyyətinin xəbərdar olduğunu bildirib. Həmin binaya yaxın başqa bir binada da eyni qanunsuz tikinti üsulunun tətbiq edildiyi görmək olur. O binanın komendantı isə "İcazəsiz heç bir iş görülə bilməz"- deyə vurğulayıb.

Qeyd edək ki, sözügedən binanın müdiriyyəti hazırda həbsxanadadır. Məsələ ilə bağlı İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən yenidən aydınlıq gətirən heç bir məlumat verilmir. Bu vəziyyət qanunsuz tikintilər ilə bağlı ciddi suallar yaradır və aidiyyəti qurumların məsələni nə zaman həll edəcəyi ilə bağlı hələ də cavab gözlənilir.

Daha ətraflı süjetdən izləyə bilərsiz:

Address

Qosabulaq

Alerts

Be the first to know and let us send you an email when BizimXəbər.Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BizimXəbər.Tv:

Videos

Share