19 -20 sentyabr 2023-cü il Qarabağda antiterror əməliyyatından bir il ötdü.Antiterror qurbanlarından ikisi Fərid Mirzəyev, Bilalov Sərxan Qax şəhər Şəhidlər xiyabanında uyuyur.😞 Bu gün onların xatirəsini hörmətlə andıq. Allah rəhmət eləsin. Ruhları şad olsun🙏🙏🙏
18 sentyabr Milli Musiqi günü münasibətilə C. Cabbarlı adına Mərkəzi Kitabxanada silsilə tədbirlər təşkil olunmuşdur. Onlardan biri də ölməz bəstəkarımız Üzeyir Hacıbəyovun əsərlərindən təşkil olunmuş kitab sərgisidir.Sizə "Musiqi dünyasının ölməz günəşi" adlı sərgini elektron formada təqdim edirik.
"İnsan alveri və ona qarşı mübarizə yolları" Videoçarx
Hazırladı Qax MKS -nin Ləkit Malax kitabxanasının əməkdaşı Aytən Ziyadova
30 avqust 2024-cu il tarixində C. Cabbarlı adına Mərkəzi Kitabxananın "Görkəmli şəxsiyyətlər" elektron layihəsində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş "Naxçıvan-qədim diyar "adlı audio-viziual məlumat saatı təqdim olunmuşdur
Bəxtiyar Vahabzadə şeriyyəti dünya durduqca yaşayacaq və seviləcək. C. Cabbarlı adına Mərkəzi Kitabxananın əməkdaşı Aytən Məhyəddinova şairin şeirlərindən birini səsləndirir
Qax ziyalıları-Maarrif Fədailəri
14 avqust 2024-cü il."Qax ziyalıları-Maarif Fədailəri’’ layihəsində Molla Əhməd Əfəndi
Müəllim - zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, elmi üstün olan, qəlbiylə insanlara yaxınlaşan, böyük örnək, insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran şəxsiyyətdir. O, bar verən ağac kimi başıaşağı, gülməsi təbbəssüm, millətin, xalqın yükünü çiynində daşıyır. İdeallığa doğru gedən, ancaq yerişini dəyişməyən, heç bir qarşılıq gözləmədən könül saraylarını inşa edən, ciddiyyəti qəlbinə hakim edən, ancaq təkəbbürlənməyən, peşəsini sevən, sevməyi sevən, nifrətə nifrət edən bir ana, atadır.Bugün haqqında söhbət açacağımız şəxs Azərbaycanın Qaxımızın təhsilində müstəsna rolu olan , Gənclərin maarriflənməsində əlindən gələni əsirgəməyən Maarif fədaimiz Molla Əhməd Əfəndi olacaq
Hərbi vətənpərvərlik dərsləri:
Siz bizlər üçün ölsəniz də,
Bizlər üçün siz ölməmisiniz.
Azərbaycanın ən gənc Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Cavanşir Rəhimovun avqustun 6 - da şəhadətə ucaldığı gündür.
Hörmətlə anırıq.
5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açmışdır. Bir yaşında olarkən ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçmüşlər. Cavanşir buradakı Suraxanı rayonu 104 saylı orta məktəbə getmiş, səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirmişdi. O, qısa müddət ərzində karate idman növünü öyrənmiş və idman ustası normativini ödəmişdi. 1992-ci ildə Cavanşir hərbi xidmətə çağırılır, onun taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşür. Bir müddət təlim keçən Cavanşir Rəhimov bort-atıcı peşəsinə yiyələnmişdi. Könüllü olaraq müharibəyə getmək istədiyini bildirəndə onu baş leytenant Ruslan Polovinkonun komandiri olduğu Mi-24 vertolyotuna bort-atıcı təyin edilir.
6 avqust 1992-ci ildə Qasapet yüksəkliyindəki döyüşçüləri xilas etmək üçün havaya qalxan hərbi vertolyot üç dəfə uçuş edərək yerdəki erməni mövqelərini atəşə tutdu və buradakı erməni bölüyünü məhv etdi. Dördüncü uçuş zamanı Cavanşir artıq yaralı olsa da, uçuşa hazır olduğunu bildirir və yenidən havaya qalxan vertolyot Qasapet istiqamətində güclü raket atəşinə tutularaq vurulur. Bu zaman zərbənin gücündən Cavanşir yaxınlıqdakı taxıl zəmisinə düşür. Bir aydan sonra mal-qara otaran çoban Cavanşirin meyitinə rast gəlir və yaxınlıqdakı hərbi hissəyə bildirir. 1992-ci il sentyabr ayının 9-da Müdafiə Nazirliyinin işçiləri və Cavanşirin atasının iştirakı ilə dəfn edilir.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə
Azərbaycan kinosunda xidməti olan görkəmli aktyorlarımızı hörmətlə yad edirik. Ruhları şad olsun
Əkinçi” qəzetinin ilk nömrəsinin çap olunduğu gün – iyulun 22-si Azərbaycanda Milli Mətbuat Günüdür. Bu qəzetin nəşri Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış unudulmaz tarixlərdən biridir. “Əkinçi” çox çətin, mürəkkəb bir dövrdə xalqı maarifləndirmək, məlumatlandırmaq, insanlara ana dilində qəzet oxumağı aşılamaq kimi mühüm missiyaları üzərinə götürərək böyük bir jurnalistika məktəbinin əsasını qoyub. Bu il milli mətbuatımızın yaranmasından 149 il ötür.
Azərbaycan Jurnalistikasında küllünc vuranları - həqiqəti dünyaya çatdıran jurnalistləri biz kitabxanaçılar, mədəniyyət işçiləri səmimi qəlbdən təbrik edirik.
Ulu Öndər deyirdi: “Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”.
Azərbaycanın milli mətbuatı müxtəlif dövrləri əhatə edən böyük bir yol keçib. Müasir dövrdə mediamızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli Lider hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirir və belə bir əlamətdar gündə Ümummili lideri yad edilib böyük ehtiramla abidəsinin önünə tər çiçəklər düzülüb.
12 iyul tarixində C. Cabbarlı adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə yayımlanan video süjetimizdə Azərbaycanın milli qəhrəmanı General- mayor Polad Həşimov barədə söhbət açdıq.Və inanırıq ki bu video süjet sizin üçün də maraqlı olacaq. General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.
1 iyul 2024 cü il.
Şəki-Zaqatala Regional Mədəniyyət idarəsi Qax rayon Cəfər Cabbarlı adına Mərkəzi kitabxanada ‘Qaxın Görkəmli Şəxsiyyətləri’ adlı layihəyə start vermişik.Təşəbbüsünü Mərkəzi kitabxananın direktoru Güllü Əhmədovanın irəli sürdüyü həmin bu layihəni kitabxananın əməktasları Maksudova Gülnar və Məmmədova Aytənin aparıcılığı ilə tez -tez sizin qarşınızda olacaq..Hər dəfə Qaxımızın tanınmış və görkəmli şəxsiyyətlərini sizlərə təqdim edəcəklər.Bugunki ziyalımız görkəmli Azərbaycan xadimi Imam Mustafayevin həyatı və yaradıcılığını sizlərə təqdim edirik…
13.06.2024 -cü il tarixində Qax rayon MKS- nin C.Cabbarlı adına mərkəzi kitabxananın uşaq şöbədinfə 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş "Biz Heydər babanın nəvələriyik"adlı bayram tədbiri keçirilib.
Tədbirdə Qax şəhər T.İsmayılov adına 5 saylı tam orta məktəbin I-A sinifinin şagirdləri ,valideyinlər və sinif rəhbəri Fatma Rəşidova iştirak edib.
Tədbirdə birincilərin hazırladıqları vətənpərvərlik, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib.Tədbirin məqsədi 15 iyun milli qurtuluş gününü mahiyyətini,xalqımız üçün dəyərli olmasını balacalara çatdırmaqdı.
Birincilər bayram tədbirindən xoş ovqatla ayrıldılar.
Qaxın Görkəmli Şəxsiyyətləri
Şəki-Zaqatala Regional Mədəniyyət idarəsi Qax rayon Cəfər Cabbarlı adına Mərkəzi kitabxanada ‘Qaxın Görkəmli Şəxsiyyətləri’ adlı layihəyə start vermişik.Təşəbbüsünü Mərkəzi kitabxananın direktoru Güllü Əhmədovanın irəli sürdüyü həmin bu layihəni kitabxananın əməktasları Maksudova Gülnar və Məmmədova Aytənin aparıcılığı ilə tez -tez sizin qarşınızda olacaq..Hər dəfə Qaxımızın tanınmış və görkəmli şəxsiyyətlərini sizlərə təqdim edəcəklər.Bugunki ziyalımız görkəmli Azərbaycan xadimi Sadıq Murtuzayevin həyatı və yaradıcılığını sizlərə təqdim edirik…
21 may tarixində Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə S.Vurğun adına Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş "Kitabla açılsın hər sabahımız" adlı kitab bayramı keçirilib.
Bədii kompozisiya: "Heydər adlı günəş doğdu Azərbaycanda! ".Kompozisiya "Azərbaycan oxusun" kitabından seçmələr əsasında təşkil olunmuşdur.
Təqdim edirlər: Sevinc Abakarova, Ziyadova Aytən, Maqsudova Gülnar, Aytən Məmmədova, Nazlı Güman.
Musiqi nömrəsi ilə ifa edir Fərid Kərimov