Xankəndidə Zəfər Gününə həsr olunan hərbi parad
Xəbər verdiyimiz kimi, bu gün noyabrın 8-də Xankəndi şəhərində Zəfər Gününə həsr olunan hərbi parad keçirilib.
FED.az-ın məlumatına görə, paradda, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və ailəsi - xanımı Mehriban Əliyeva və oğlu Heydər Əliyev, eləcə də dövlət rəsmiləri, o cümlədən müdafiə naziri Zakir Həsənov, Daxili İşlər Naziri Vilayət Eyvazov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və digər rəsmilər iştirak ediblər.
Baş nazir Əli Əsədovdan Nikol Paşinyana cavab: "Əlimizdə kifayət qədər digər imkanlar var" - VİDEO
“Azərbaycan hələ İkinci Qarabağ müharibəsi bitəndən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı öz mövqeyini bildirib”.
Bu sözləri 4-cü Tbilisi İpək Yolu Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycan Baş naziri Əli Əsədov Ermənistan Baş nazirinin ölkəsinin Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğu ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
“Eyni zamanda keçən ay həyata keçirilən lokal antiterror tədbirlərindən sonra da Azərbaycan sülh müqaviləsi ilə bağlı mövqeyinə eyni dərəcədə sadiq qalıb”, - Baş nazir qeyd edib.
Nəqliyyatla bağlı məsələlərə toxunan Ə.Əsədov Azərbaycanın 2020-ci ildə imzalanmış Üçtərəfli bəyanata uyğun olaraq kommunikasiyaların açılması məsələsi üzərində uzun müddət çalışdığını, öz mövqeyini bildirdiyini vurğulayıb: “Biz kommunikasiyaların açılmasını istəyirik. Ancaq bu, tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq”.
Azərbaycanda ilk ödənişli Bakı-Quba yolu belə işləyir – REAL VİDEO
Azərbaycanda ilk ödənişli yol olan Bakı-Quba-Rusiya sərhədi yolundan istifadə başlanıb.
Yolun ilk istifadəçilərindən olan Samir Həsənov Bakı Quba yolunun necə işləməsini qeydə alıb. Burada bildirilir ki yeni yolda sürət limiti yoxdur və maşını hətta saatda 200 kilometrlə də sürmək olar. İstifadəçi özü burada surələri saatda 180 km dək artıraraq yolun keyfiyyətini yoxlayıb.
FED.az Samir Həsənovun qeydə aldığı videonu təqdim edir.
Xəbər verildiyi kimi, Tarif Şurası yeni tikilmiş Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu üzrə tarifləri müəyyən edib.
H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə aşağıdakı kimidir:
1. Minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik - bütün yol üçün 12 manat.
2. Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik - bütün yol üzrə təxminən 15 manat.
3. Avtobuslar üzrə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində - bütün yol üçün 10 manat.
4. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpik - bütün yol üçün 25 manat müəyyən edilib.
İlk ödənişli yoldan istifadə xüsusi çip yerləşdirilən kart vasitəsilə həyata keçiriləcək. Bu kartı yolun giriş və çıxışlarından, yaxın gələcəkdə isə şəhər və rayonlarda müxtəlif satış nöqtələrindən əldə etmək mümkün olacaq.
Kartın 2 formada olması nəzərdə tutulub. Belə ki, yoldan daimi istifadə edən sürücülər daimi kart, vaxtaşırı istifadə edənlər isə müvəqqəti və ya birdəfəl
Naxçıvanda yeni «Mapple» avtomobilinin istehsalı başlayıb – QİYMƏT
Naxçıvan Avtomobil Zavodu (NAZ) yeni «Mapple» avtomobillərinin istehsalına başlayıb.
FED.az xəbər verir ki, mini SUV modelin mühərrik həcmi 1,5 litr təşkil edir.
Detallar videodadir:
Arayik Arutyunyan həbs edilib - VİDEO
FED.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycanın Qarabağ ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı başlanmış cinayət işləri üzrə Azərbaycan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirilir.
https://fed.az/az/huquq/arayik-arutyunyan-cinayet-mesuliyyetine-celb-edilib-vi%CC%87deo-178101
Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq aparılır.
FED.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Məlumata görə, toplanılmış sübutlarla, hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Ona qarşı irəli sürülən ittihama əsasən, müəyyənləşdirilmişdir ki, Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texni
Xankəndi artıq enerjini Azərbaycandan alır...
Yevlaxda tarixi görüş - VİDEO
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı...
"Binə" və "Sədərək"i su basdı.
Dünyadakı sualti optik kabellər - VİDEO
Bütün planetdə okeanın dibi ilə 426 aktiv kabel xətti çəkilib. Əksəriyyəti bağdakı şlanq ölçüsündə olan kabellərin ümumi uzunluğu isə 1,3 milyon kilometrdir.
Dünyadakı bütün internet traffikin 95%-i məhz dəniz və okeanların dibi ilə çəkilmiş sualtı optik kabellər vasitəsilə ötürülür. Onlar demək olar ki, dünyadakı bütün data mərkəzlərini birləşdirir Son vaxtlara qədər dünyadakı bütün sualtı kabellər dövlətlər və telekommunikasiya şirkətəri tərəfindən idarə edilirdi. Amma 2022-ci ilin əvvəlində «The Wall Street Journal» məlumat yaydı ki, «Alphabet» (yəni Google), «Meta» (Facebook), «Amazon» və «Microsoft» kabellərin əsas sahiblərinə çevriliblər. Onlara miəxsus ötürücü qurğular bütün kabellərin 66%-ni təşkil edir.
Təkcə Google şirkəti 2016-2018-ci illərdə sualtı internet infrastrukturu yaratmaq üçün bütün dünya üzrə kabellərin çəkilməsinə 47 milyard dollar yatırıb.
İlham Əliyev Zəngilan hava limanının açılışında Ərdoğana: "Siz kəsəcəksiniz, qızıldan da qiymətli olacaq".
Hava limanında qırmızı lenti kəsmaya hazırlaşan Ərdoğan qayçının qızıldan olub olmadığı ilə maraqlanıb, cavabında İlham Əliyev, "qızıldan deyil, amma siz kəsəcəksiniz, qızıldan da qiymətli olacaq" deyib.
Azərbaycanın işğaldan azad edilmiş müqəddəs torpaqlarında 2ci hava limanının acilis mərasimində Dövlət başçılarının səmimi goruntuləri...
Krım körpüsü belə partladılıb... - VİDEO
Müdafiə Nazirliyinin brifinqi - CANLI
Ən çox satılan Kompüter Brendləri
Dünyada ən çox satılan Kompüter Brendləri - 1999-2022 - VİDEO
Brüsseldə Prezident İlham Əliyevin Aİ Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü başa çatıb. 🇦🇿🇦🇿🇦🇿
Google Pay, ABB
«Google Pay»a necə qoşulmaq olar? – VİDEO
Xəbər verildiyi kimi, bu gündən etiğarən Azərbaycanın yerli bankları «Google Pay» sisteminə inteqrasiya olunub və yerli bankların müştəriləri «Google Pay» vasitəsilə ödənişlər və sair əməliyyatlar edə bilərlər.
FED.az xəbər verir ki, ölkənin ən böyük bankı olan ABB-nin müştəriləri də bu sistemdən faydalana biləcəklər.
FED.az aktuallığını nəzərə alaraq bank müştərilərinin «Google Pay»a qoşulma imkanı ilə bağlı ABB-nin hazırladığı videonu təqdim edir.
Azərbaycan Ordusunun Rusiya sülhməramlılarının olduğu Azərbaycan ərazilərində erməni terrorçularına qarşı həyata keçirdiyi cəza tədbirləri...
Kəlbəcər rayonunun Heyvalı kəndində ermənilərin artilleriya hərbi hissəsi və azı bir post məhv edilib...
İlham Əliyev: «Koçaryanla Sərkisyan Xankəndindən dovşan kimi qaçmışdılar, belə qəhrəian idilərsə niyə qaçırdılar?!».
«Ermənistanda bizə hürməyə çalışan faşistlər bilsinlər ki, hər an onların dərsini verməyə hazırıq»