Ovqat.com

Ovqat.com Analtik informasiya portalı

https://ovqat.com/manset/72203-naxcivan-canisinliyinin-dabbaqdaki-gonu.html
20/10/2024

https://ovqat.com/manset/72203-naxcivan-canisinliyinin-dabbaqdaki-gonu.html

Naxçıvanda olarkən Şahbuz sakinlərindən biri mənə saxladıqları heyvanı Azərbaycanın digər rayonlarında sata bilməmələrinin səbəbini soruşmuşdu. Mən də bunu Naxçıvanın ərzaq təhlükəsizliyi ilə izah etmişdim. Demişdim ki, Naxçıvandakı fermerlər saxladıqları heyv...

Bir neçə gün bundan əvvəl Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə vəfat edib.Qe...
10/10/2024

Bir neçə gün bundan əvvəl Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə vəfat edib.

Qeyd edək ki, mərhum Əkrəm Hüseynzadə ağır xəstə olmasına baxmayaraq, seçkilərə az qalmış sonuncu vəzifəsinə təyin olunmuşdu.

Cəmi 41 yaşında dünyasını dəyişən Əkrəm Hüseynzadəyə Naxçıvanın yetişdirdiyi ən dəyərli elm adamlarından biri kimi baxılırdı. Buna baxmayaraq, onun elm sahəsində də bəxti gətirməmişdi. Uzun illər işlədiyi AMEA-nın Naxçıvan bürosunun “şefləri”nin onu davamlı təzyiq altında saxladıqları və hətta xəstəliyinin də bu təzyiqlərin yaratdığı stress nəticəsində ortaya çıxdığı bildirilir. Doğrusu, bu iddiaların nə qədər doğru olduğunu deməyim üçün əlimdə ciddi faktlar yoxdur. Xüsusilə yaxınlarının bu barədə söyləntiləri dilə gətirməsi hələlik mənim üçün istedadlı elm adamının AMEA Naxçıvan bürosu tərəfindən nə qədər ağır təzyiqlərə məruz qaldığını təsdiqləyən etiraf kimi dəyərlidir.

Yaxınlarının bildirdiyinə görə, AMEA-nın Naxçıvan bürosunda üzləşdiyi təzyiqlərdən sonra məcburən öz işindən ayrılıb NDU-da işləməyə başlayan və ardınca da əldə çıraqla üzüyola sədr axtarılan MSK-nın başına gətirilən Əkrəm Hüseynzadə Naxçıvan akademiyasının rəhbərliyinin cinayət əməlləri barədə çox ciddi faktlara malik idi. Bunu dəfələrlə AMEA Naxçıvan bürosunun rəhbərliyinin üzünə də deyirdi. Dostlarının iddiasına inansaq, Əkrəm Hüseynzadənin bildiyi dərin sirlərin bir çoxu onun doğmalarında da var. Yaslı ailəsini bu ağır gündə narahat etmək istəmirəm. İnanıram ki, onlar bu itkinin ağırlığını öz üzərlərindən atandan sonra mənimlə əlaqə saxlayacaq və bir çox mübhəmlərin ortaya çıxarılmasında öz dəstəklərini bizdən əsirgəməyəcəklər.

Allah Əkrəm Hüseynzadəyə rəhmət eləsin.

https://ovqat.com/prizma/72014-canisinin-naxcivana-qarsi-mental-savasi.html
08/10/2024

https://ovqat.com/prizma/72014-canisinin-naxcivana-qarsi-mental-savasi.html

Mental savaş deyilən bir anlayış var. Hələ Ukrayna müharibəsi başlamamışdan əvvəl Rusiya Müdafiə nazirinin müşaviri Andrey İlnitski «Арсенал Отечества» jurnalına müsahibəsində bu tip savaşları belə tərif edirdi: “Klassik müharibələrdə məqsəd düşm...

https://ovqat.com/manset/71984-baba-rzayevle-bagli-ne-bas-verir.html
06/10/2024

https://ovqat.com/manset/71984-baba-rzayevle-bagli-ne-bas-verir.html

2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib. Bu xəb....

Əlində plaket tutan bu cavan oğlan Naxçıvan Respublika Xəstəxanasının laboratoriyasının direktor müavinidir. Adı isə Nih...
05/10/2024

Əlində plaket tutan bu cavan oğlan Naxçıvan Respublika Xəstəxanasının laboratoriyasının direktor müavinidir. Adı isə Nihatdır. Laboratoriya “Exon Naxçıvan” şirkətinə veriləndə bu vəzifəyə təyin olunub. Hansı keyfiyyətinə görə? Çünki o, Naxçıvan xəstəxanalarının yeni patronu TBİM sədri Vüsal Məmmədovun xalası oğludur.

Nihatın atası isə Respublika xəstəxanasının 6-cı mərtəbəsində yerləşən yeməkxanasını işlədir.

Bərəkallah, Vüsal müəllimə, adam rəsmən Naxçıvan səhiyyəsinin işıq gələn hər deşiyinə bir barmağını soxub.

“Türkün bizə yazığı gəlir, bizimkilər bizə qənim kəsilib” – “Canişinistan” laborantlarıNaxçıvan Respublika Xəstəxanasını...
05/10/2024

“Türkün bizə yazığı gəlir, bizimkilər bizə qənim kəsilib” – “Canişinistan” laborantları

Naxçıvan Respublika Xəstəxanasının laboratoriyasını Exon Naxçıvan MMC adlı bir şirkətə veriblər.

Laborantların etiraz iclasına gələn şirkətin direktoru onların şikayətini dinləyib və arqumentləri ilə razılaşıb. Hətta deyib ki, bizə çox bel bağlamayın, bu gün burdayıq, sabah Naxçıvandan çıxıb gedə bilərik. Sizi dövlət işçiliyindən azad edirlərsə, biz gedəndən sonra taleyiniz necə olacaq? Hətta onu da əlavə edib ki, Türkiyədə dövlət işində çalışan məmuru heç kim işdən çıxara bilməz. Sizi hansı əsasla işdən çıxarırlar, şəxsən mən anlamış deyiləm.

Laborantlar türk şirkətinin direktorunun bu sözlərini belə şərh edirlər: “Türkün bizə yazığı gəlir, bizimkilər bizə qənim kəsilib”

Naxçıvan Respublika xəstəxanasının laboratoriyası işçiləri ilə bərabər Türkiyə şirkətinə satılıb - ŞOK "Gülüm Naxçıvan" ...
05/10/2024

Naxçıvan Respublika xəstəxanasının laboratoriyası işçiləri ilə bərabər Türkiyə şirkətinə satılıb - ŞOK "Gülüm Naxçıvan" əhvalatı

Naxçıvan səhiyyə sistemində ərizə qalmaqalı bitmək bilmir.

Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Respublika xəstəxanasının işçilərinə müddətli əmək müqaviləsi yazdırmağa çalışan TMİB (Naxçıvanın TƏBİB-i) bu tələbə etiraz edən tibb işçilərinin şikayəti media orqanları tərəfindən işıqlandırılandan sonra geri çəkilmişdi. Respublika xəstəxanasının işçilərinə müddətsiz əmək müqaviləsi imzalatmaqla (tibb işçiləri arasında 40 ildir eyni xəstəxanada işləyənlər də var və onlara yenidən işə girmə ərizəsi yazdırılması hansı zərurətdən doğub anlamaq mümkün deyil) canlarını qurtaran TMİB başbilənləri indi həmin tibb ocağının laboratoriyasının əməkdaşlarına “ilişib”. Respublika xəstəxanasının attestasiya imtahanından 11 bal toplayan (gorun çatlamasın, Mirzə Cəlil) Baş həkimi Ramazan “yoldaş” (Naxçıvanda hələ də sovet müraciət forması dəyişməyib) laboratoriya işçilərini bir araya toplayıb, onların artıq xəstəxanaya aid olmadıqlarını, bir türk şirkətinə satıldıqlarını bildirib. Və israrla tələb edib ki, indi yeni ağalarının adına ərizə yazıb köhnə işlərinə yenidən qayıda bilərlər.

Laboratoriya ilə birlikdə özlərinin də qul kimi satıldıqlarını eşidib xeyli təəccüblənən işçilər tələb ediblər ki, onlara alqı-satqı müqavilələri göstərilsin. Onları narahat edən əsas məsələ isə sabah Türk şirkətini Naxçıvandan qovsalar (ki, Naxçıvan üçün bu olduqca asan məsələdir), laborantların taleyinin necə olacağıdır. Nə illah ediblərsə, işçilərə bu barədə hər hansı məlumat və rəsmi sənəd göstərilməyib. Beləcə, ara qarışıb, dəftər itib. Nəticədə Naxçıvan xəstəxanalarının yeni rəhbəri TMİB sədri Vüsal Məmmədov “yoldaş” laborantların harayına özünü yetirib. O da bu zavallılara çoxdan “satıldıqlarını” etiraf edib, amma yenə də bunu təsdiq edən heç bir sənəd göstərə bilməyib.

İki arada, bir dərədə qalan laborantlar sonunda xəstəxananın Həmkarlar İttifaqının sədri Qəzənfər Abdullayev “yoldaş”a məktub yazıb bu qul hərracına aydınlıq gətirməsini istəyiblər.

Bazar ertəsi günü ünvanına yetişəcək məktubu Qəzənfər müəllimdən əvvəl siz dəyərli Oxucularımızın nəzərinə çatdırırıq.

https://ovqat.com/manset/71891-naxcivanda-yeni-herrac-bazari.html
30/09/2024

https://ovqat.com/manset/71891-naxcivanda-yeni-herrac-bazari.html

Naxçıvan MR-da fəaliyyət göstərən bütün tibb müsəssisələrinin işçilərindən müddətli əmək müqaviləsi bağlamaları tələb olunur. Ovqat.com-a bu barədə Naxçıvan MR Respublika Xəstəxanasının əməkdaşları məlumat verib. Bildiridiyinə görə, xəstəxana rəhbərliyi...

https://ovqat.com/manset/71617-putinin-bakiya-seferinin-sirleri-acilir.html
13/09/2024

https://ovqat.com/manset/71617-putinin-bakiya-seferinin-sirleri-acilir.html

“Rusiya prezidenti Vladimir Putinin Azərbaycana son səfərində İlham Əliyevin iqamətgahında gecələməsi bir çox analitiklər tərəfindən iki dövlət arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu göstərmək mesajı kimi qiymətləndirilmişdi. Bəziləri hətta b...

https://ovqat.com/manset/71566-pasinyan-bakiya-gelir-xeberinin-eks-sedasi.html
10/09/2024

https://ovqat.com/manset/71566-pasinyan-bakiya-gelir-xeberinin-eks-sedasi.html

Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıda keçiriləcək COP29 (Conference of Parties) zirvəsində iştirakı ilə bağlı şayiələr təkzib edilsə də, mövzu gündəmdən düşmür. Son olaraq Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bu haqda açıqlama vermişdi. Demi...

Address

Yashar Aliyev 40/48, Flat 8, Apartment 46
Baku

Telephone

+994557464044

Alerts

Be the first to know and let us send you an email when Ovqat.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Media/News Companies in Baku

Show All