Axar.az

Axar.az Axar.az, Azərbaycanda fəaliyyət göstərən geniş oxucu kütləsinə malik onlayn xəbər portalıdır. Portal oxucularına operativ və dəqiq məlum

Sayt yerli və beynəlxalq xəbərləri, analitik yazıları, iqtisadi, siyasi, sosial və mədəniyyət mövzularını əhatə edir.

Karate ustası, beşqat dünya, 11 qat Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev Karate Feder...
16/01/2025

Karate ustası, beşqat dünya, 11 qat Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən istefa verib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, o, Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsindən ayrılıb.

Qeyd edək ki, R.Ağayev keçən ilin fevralında Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi g...
16/01/2025

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın əksər rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Xəbər verdiyimiz kimi, orta ümumtəhsil müəssisələrində qış tətili 27-31 yanvar tarixlərində olacaq.Axar.az xəbər verir k...
16/01/2025

Xəbər verdiyimiz kimi, orta ümumtəhsil müəssisələrində qış tətili 27-31 yanvar tarixlərində olacaq.

Axar.az xəbər verir ki, 25-26 yanvar və 1-2 fevral tarixləri şənbə və bazar günlərində təsadüf etdiyindən, məktəblilərin qış tətili bu il 9 gün (25 yanvar-2 fevral) davam edəcək.

Fevralın 3-də isə ikinci yarımilin ilk dərs günü olacaq.

Qazaxıstanın Mangistau vilayətindən olan ekoloqlar Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı ərazidə araşdırma aparıblar...
16/01/2025

Qazaxıstanın Mangistau vilayətindən olan ekoloqlar Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı ərazidə araşdırma aparıblar.

Axar.az xəbər verir ki, məlumatı Tengrinews.kz yayıb.

Bildirilib ki, "Embraer 190" təyyarəsinin qəza yerində ətraf mühitin çirklənməsinin müəyyən edilməsi zərurəti ilə əlaqədar olaraq mütəxəssislər tərəfindən torpaq nümunələri götürülüb.

Nəticələr bir müddət sonra açıqlanacaq.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Bu gün Bakının bütün mikrorayonlarında və Rəsulzadə qəsəbəsinin bir hissəsində - "Vorovski" ərazisində suyun verilməsind...
16/01/2025

Bu gün Bakının bütün mikrorayonlarında və Rəsulzadə qəsəbəsinin bir hissəsində - "Vorovski" ərazisində suyun verilməsində fasilə yaranacaq.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Məlumata görə, buna səbəb su xəttində baş verən qəzanın aradan qaldırılması işləridir. Saat 19:00-dan sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq.

Rusiyanın Ukraynaya qarşı müharibəsi ABŞ-ı Rusiya ilə münaqişəyə girmək riski qarşısında qoyur.Axar.az xəbər verir ki, b...
16/01/2025

Rusiyanın Ukraynaya qarşı müharibəsi ABŞ-ı Rusiya ilə münaqişəyə girmək riski qarşısında qoyur.

Axar.az xəbər verir ki, bu sözləri Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə namizədi Con Ratkliff deyib.

“Rusiya-Ukrayna müharibəsi davam edir, dağıntılar baş verir və Birləşmiş Ştatların nüvə silahına malik ölkə ilə münaqişəyə cəlb olunma riskini artırır”, - o bildirib.

Ratkliff Çinin qlobal hökmranlığa can atmasını, transmilli cinayətləri, İran və Şimali Koreyanın addımlarını və Yaxın Şərqdəki vəziyyəti ABŞ-ın milli təhlükəsizliyinə təhdidlər adlandırıb.

15/01/2025

Sumqayıtda qapısız təcili yardım maşını görüntülənib

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerl...
15/01/2025

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, axşama doğru yağış tədricən kəsiləcək. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında, gündüzdən isə əksər yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, təzə balığ...
15/01/2025

Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, sarımsağın, soğanın, balqabağın, limonadın qiymətlərində müşahidə olunub.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, ötən ay ucuzlaşma isə əsasən qarabaşaq və manna yarmasının, çörəyin, mal və qoyun ətinin, kəsmiyin, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, portağalın, limonun, kələmin, yerkökünün, çuğundurun, kartofun, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2023-cü ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 102,7 faiz təşkil edib.

2023-cü ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 103,7 faiz təşkil etmişdir. Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma xidmətlərinin və istirahət turlarının qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Nazilər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cəd...
15/01/2025

Nazilər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli (VTC) dərəcələrini təsdiq edib. Minimum əmək haqqının bu ilin yanvarın 1-dən etibarın 400 manata çatdırılması ilə bağlı olaraq VTC pilləri üzrə də maaş artımları həyata keçirilib. Bununla da həmin vətəndaşlarımızın aylıq tarif (vəzifə) maaşları artırılıb.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov qeyd edib.

"Son qərara əsasən, dövlət idarələrində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımız üçün yeni aylıq vəzifə maaş məbləğləri müəyyənləşib: 1-ci pillə üzrə maaşlar 345 manatdan 400 manata, 2-ci üzrə 359 manat 416 manata, 3-cü üzrə 371 manatdan 433 manata, 4-cü üzrə 389 manatdan 450 manata, 5-cü üzrə 406 manatdan 470 manata, 6-cı üzrə 422 manatdan 490 manata, 7-cü üzrə 441 manatdan 510 manata, 8-cü üzrə 458 manatdan 530 manata, 9-cü üzrə 478 manatdan 550 manata, 10-cü üzrə 497 manatdan 575 manata, 11-cü üzrə 518 manatdan 600 manata, 12-cü üzrə 538 manatdan 625 manata, 13-cü üzrə 560 manatdan 650 manata, 14-cü üzrə 584 manatdan 675 manata, 15-cü üzrə 607 manatdan 700 manata, 16-cı üzrə 632 manatdan 730 manata, 17-cü üzrə 694 manatadan 760 manata, 18-cü üzrə 833 manatdan 870 manata və nəhayət sonuncu pillə üzrə 1125 manatdan 1150 manatadək artırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-ın Bakıdakı səfirliyinin iddialarına cavab verib....
15/01/2025

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-ın Bakıdakı səfirliyinin iddialarına cavab verib.

Axar.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında yazıb.

“Bəxtiyar Hacıyevə qarşı qanuni məhkəmə qərarı işdəki çoxsaylı sübutlara əsaslanır və məhkəmə prosedurlarına xarici müdaxilə qəbuledilməzdir.

Maraqlıdır ki, eyni növ vergi fırıldaqçılığı və maliyyə cinayətləri Amerika Birləşmiş Ştatlarında dəfələrlə ciddi şəkildə cəzalandırılır və həbs müddəti 30 ilə qədər çata bilər, nə üçün bu ölkə digər ölkələrdə belə cinayətlərə qarşı verilən cəzadan narazıdır.

Görünür ki, belə bir yanaşma qanunun aliliyinin əhəmiyyətinin artırılmasından daha çox siyasi maraqlara əsaslanır”, – o qeyd edib.

Hər yeni təqvim ilinin əvvəlində ayrı-ayrı ölkələrin hərbi insitutları və mərkəzləri müxtəlif məlumatlar və prinsiplər ə...
15/01/2025

Hər yeni təqvim ilinin əvvəlində ayrı-ayrı ölkələrin hərbi insitutları və mərkəzləri müxtəlif məlumatlar və prinsiplər əsasında orduların reytinqini tərtib edirlər. Yeni reytinqdə biz bir pillə geriləmişiksə, bu, Ordumuzun zəiflədiyi mənasında gəlmir.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov “Global Firepower” portalının tərtib etdiyi orduların reytinqini şərh edərkən deyib.

Üzeyir Cəfərov bildirib ki, Ordumuz öz potensialına görə həm Ermənistanı, həm də Gürcüstanı, hətta bəzi aparıcı ölkələri geridə qoyur:

“Hətta indiki reytinqdə də biz Ermənistan və Gürcüstandan çox qabaqdayıq. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin imkanları tam fərqlidir. Artıq yeni, ən müasir silah-sursatlar alırıq”.

Hərbi ekspert reytinq cədvəlində Ermənistan ordusunun 11 pillə irəliləməsini bu cür izah edib:

“Ermənistanın ordusu və arsınalı 44 günlük savaşda əhəmiyyətli şəkildə məhv edildi. Bundan sonra Ermənistan silahlar almağa başladı. 2024 Ermənistan üçün silah alınması məsələsində xüsusi il olub. Görünür, reytinqi tərtib edənlər bu amili əsas götürüblər. Amma bu, Ermənistan ordusunun gücləndiyi anlamına gəlmir. Ermənistan ordusu sərhəddə dayanmağa əsgər tapmır, hansı güclənmədən söhbət gedə bilər?

Onu da vurğulayım ki, hərbi insitutların tərtib etdiyi reytinqlər nisbidir. Hərbi məlumatların əksəriyyətinin məxfi xarakter daşıdığını nəzərə alsaq, mərkəz və insitutların hazırladığı cədvəllərin ordunun gücünü tam əks etdirdiyni deyə bilmərik”.

Qeyd edək ki, “Global Firepower” portalının tərtib etdiyi dünyanın ən güclü ordularının reytinqində Azərbaycan Ordusu 60-cı (ötən il 59-cu idi), Türkiyə ordusu 9-cu (ötən il 8-ci idi) yeri tutub.

Ötən il 102-ci yerdə olan Ermənistan ordusu isə bu il xeyli irəliləyərək, 91-ci olub.

Gələn həftənin ilk iş günü 20 Yanvar – Ümumxalq Hüzn Gününə təsadüf edir.Axar.az xəbər verir ki, 18 və 19 yanvar tarixlə...
14/01/2025

Gələn həftənin ilk iş günü 20 Yanvar – Ümumxalq Hüzn Gününə təsadüf edir.

Axar.az xəbər verir ki, 18 və 19 yanvar tarixləri şənbə və bazar gününə təsadüf etdiyindən, 18-20 yanvar tarixləri qeyri-iş günləri olacaq.

Bakıda və Abşeron yarımadasında yanavrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keç...
14/01/2025

Bakıda və Abşeron yarımadasında yanavrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-7° isti olacaq.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Entoni Blinken yanvarın 14-də Vaşinqtonda strateji...
14/01/2025

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Entoni Blinken yanvarın 14-də Vaşinqtonda strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Teleqram kanalında məlumat yayılıb.

Məlumata görə, imzalanma mərasimi bu gün saat 21:00-da baş tutacaq.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın 14-15 yanvar tarixlərində Vaşinqtona işgüzar səfəri və burada Dövlət ka...
14/01/2025

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın 14-15 yanvar tarixlərində Vaşinqtona işgüzar səfəri və burada Dövlət katibi Entoni Blinken və digər rəsmilərlə görüşü ilk baxışdan məntiqsiz görünür. Çünki bu görüşdən bir neçə gün sonra Entoni Blinkeni dövlət katibi postunda bir başqası əvəz edəcək. Yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən sonra dövlət postları vəzifələrini yeni simalar tutacaq. Belə olan halda Ararat Mirzoyanın köhnələrlə görüş məqsədilə Vaşinqtona səfərinin mənası nədir?

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bundan əvvəl ABŞ-ın Ermənistanla strateji tərəfdaşlıq haqqında saziş imzalamağı planlaşdırdığı haqda məlumat yayılmışdı:

“Ancaq Dövlət Departamenti bu xəbəri təsdiq etməmişdi. Halbuki Ararat Mirzoyan sənədin müzakirəsi üçün görüşlər keçiriləcəyinə eyham vurmuşdu. Belə çıxır ki, ya Ararat Mirzoyan, ya da Dövlət Departamenti yalan danışır. Ancaq əgər Ararat Mirzoyan ABŞ-da hakimiyyət dəyişikliyinə bir neçə gün qalmış vəzifəsini itirəcək dövlət katibi ilə görüşürsə, demək, ortada nəsə var.

Rəsmi İrəvan Tramp administrasiyasının Cənubi Qafqazda Azərbaycanla tərəfdaşlığı gücləndirəcəyindən ehtiyat edir. Görünür, indidən Vaşinqtonla nəsə imzalamaq istəyirlər ki, Tramp administrasiyası Bayden dövründəki sazişə sadiq qalsın. Ancaq Tramp üçün keçmiş razılaşmaların və sazişlərin heç bir əhəmiyyəti yoxdur”.

Tiktok əməliyyatında həbs edilən “Vaqa” ləqəbli tiktoker Vüqar Zeynalzadə ev dustaqlığına buraxılmayıb.Kult.az lent.az-a...
13/01/2025

Tiktok əməliyyatında həbs edilən “Vaqa” ləqəbli tiktoker Vüqar Zeynalzadə ev dustaqlığına buraxılmayıb.

Kult.az lent.az-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində tiktokerin şikayətinə baxılıb.

Tiktokerin vəkili Arzu Cavadov Yusif Nərimanov rayon məhkəməsinin müvəkkili barəsində çıxardığı 4 ay müddətinə həbs-qətimkan tədbirindən narazı olduğunu bildirib.

Vəkil vəsatətində göstərib ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşaq var, anası ağır onkoloji xəstəlikdən əziyyət çəkir.

Daha sonra məhkəmə yekun qərarı elan edib.

Qərara əsasən, “Vaqa” ləqəbli tiktokerin şikayəti təmin edilməyib və Nərimanov rayon məhkəməsinin onun barəsində çıxardığı qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, “Vaqa” ləqəbli Tiktoker Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Milli Hidrometeor...
13/01/2025

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər isə bəzi yerlərdə duman olacaq.

Şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşama doğru bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 2-7° isti olacaq.

Address

Bakı şəhəri, Binəqədi Rayonu, S. S. Axundov Küçəsi 31/23
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Axar.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share