Qanuna Zidd

Qanuna Zidd Əziz dostlar! Hər birinizi "Qanuna Zidd" Facebook səhifəsində görməyə şadıq.

Burada sizi nələr gözləyir:
📍Qanunvericiliyin qısa şərhi⚖️
📍Aktual problemlərin işıqlandırılması📰
📍Qanunları sadə dildə öyrənmək imkanı📚
📍Maarifləndirici videolar🎥

02/12/2024

"Şalvar" - işıqların tənzimlənməsi üçün xüsusi texniki vasitə.

Bu gün Bakının bir sıra küçə və prospektlərində avtobus zolaqları salınıb. Bu təqdirəlayiq bir addımdır. İctimai nəqliyy...
21/11/2024

Bu gün Bakının bir sıra küçə və prospektlərində avtobus zolaqları salınıb. Bu təqdirəlayiq bir addımdır. İctimai nəqliyyatın inkişafı üçün verilən bu qərar sərnişinlərin fasiləsiz daşınmasını və gediləcək ünvana vaxtında çatmasını təmin edir.
Lakin unudulan bir məqam var... taksi sürücüləri. Onlar rəsmən əziyyət çəkirlər. Taksidən istifadə edən şəxslər üçün avtobus zolağı, 2-ci cərgə anlayışı yoxdur. Harda sifariş verirsə, ora da gəlməlidir. Bəs yaxşı, bu sürücü maşını harda saxlasın? Baxmayaraq ki, qanunvericilikdə sərnişinlərin minmə və düşməsi üçün avtobus zolağında saxlamaq olar, əfsuslar olsun ki, həmin zolağa daxil olan kimi 100 manat + 2 bal, 2-ci cərgədə saxlayanda isə 80 manat + 2 bal cərimə gəlir. Sərnişinlərin taksilərə minmə-düşmə yeri nəzərdə tutulmadan həmin sürücüləri necə cərimələmək olar axı? Bu sürücü dəridən qabıqdan çıxır ki, 5-10 manat pul qazansın. Onu da cərimələrə verir. Ondansa heç işləməsin və evdə otursun. Amma indiki zamanda ailəsinin dolanması üçün ona heç kim elə belə pul verən deyil...
Ortalığa çıxan suala isə gəlin birlikdə cavab axtaraq: taksi sürücüləri və ya adi elə minik avtomobili sürücüləri sərnişinləri mindirib-düşürmək hansı zolaqdan istifadə etməlidirlər ki, cərimə olunmasınlar?...
Hörmətlə...

Gecədən bəri bütün xəbər saytları, sosial şəbəkələr bar-bar bağırır ki, Noyabrın 1 gecə saat 00:00-dan etibarən "COP29" ...
01/11/2024

Gecədən bəri bütün xəbər saytları, sosial şəbəkələr bar-bar bağırır ki, Noyabrın 1 gecə saat 00:00-dan etibarən "COP29" zolağına daxil olanlar 100 manat + 3 bal cərimə olunacaq. Yaxşı, xəbər paylaşırsınızsa, zəhmət olmasa açıqlama da verin ki, hansı maddəyə əsasən bu cərimə tətbiq ediləcək. Yox əgər bilmirsinizsə, o zaman dəqiqləşdirin sonra paylaşın.
İlk növbədə onu qeyd edim ki, qanunvericilikdə "COP29" zolağı anlayışı yoxdur. Bu da o deməkdir ki, qanunda anlayışı olmayan bir zolağa görə cərimə yazmaq da əsassızdır.
Lakin, "COP29" zolağı avtobus zolaqları ilə birgə təşkil edildiyindən, yəni eyni zolaq olduğundan, həmin zolaqlarda digər nəqliyyat vasitələrinin HƏRƏKƏTİ və DAYANMASI QADAĞANDIR. Həmçinin, həmin zolaqlara SAĞA DÖNMƏK üçün icazə verilən (qırıq-qırıq xətt) tərəfdən keçərək daxil olmaq olar. Bu zolaqlarda HƏRƏKƏT EDƏN nəqliyyat vasitələrinin sürücülərinə isə 100 manat + 3 bal deyil, 2 cərimə balı tətbiq edilir, İXM 327.1-1-ci maddəsinə əsasən.
Hə, bir şeyi də qeyd edim ki, YHQ 48.4-cü maddəsinə əsasən, avtobus, həmçinin "COP29" zolaqlarında HƏRƏKƏT yalnız 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş təqdirdə QADAĞANDIR. Yəni, nişan yoxdursa, həmin zolaqlarda hərəkət etməyə görə cərimə tətbiq edilə bilməz.
Hər bir halda çalışaq qaydalara əməl edək və yollarda ehtiyatlı olaq.
Hörmətlə...

28/10/2024

Yol polisi sizi saxladıqda nə edirsiniz?

Baxmayaraq ki, ölkəmizdə AZS 122:2023 Standartı "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şər...
25/10/2024

Baxmayaraq ki, ölkəmizdə AZS 122:2023 Standartı "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 Yanvar 2023-cü il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilmə Qaydası"na uyğunlaşdırılmış və 27 Yanvar 2024-cü il tarixində QÜVVƏYƏ MİNMİŞDİR, əfsuslar olsun ki, bizə edilən müraciətlər TAM ƏKSİNİ göstərir.
Daha dəqiq desək, vətəndaşların üzləşdiyi problem xaricdən gətirilən avtomobillərin nəinki İLKİN, hətta sonradan TƏKRAR QEYDİYYATI ilə bağlıdır. Belə ki, sürücüdən arxada qalan şüşələrin tünd olmasına görə avtomobili qeydiyyata almaqdan İMTİNA EDİRLƏR. Vətəndaş standartın dəyişdiyini, sürücüdən arxada olan şüşələrin qeydiyyat prosesinə aid olmadığını bildirsədə, "Kimə istəyirsən şikayət et!", deyilərək qapıdan bayıra çıxarılır.
Bu hələ azmış kimi, Baş Dövlət Yol Polisi İdarəsinə bu məsələ ilə bağlı rəsmi şikayət ünvanladıq da, qürumdan gələn "rəsmi cavab" belə adamı məyus edir... Beləki, vətəndaşa Azərbaycan Respublikasında köhnə, AZS 122:2004 Standartın qüvvədə olduğu bildirilir. Yəni, bilərəkdən vətəndaşlara SƏHV məlumat RƏSMİ qaydada verilir...
Hörmətli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi.
Hörmətli Azərbaycan Respublikasının Baş Prokurorluğu.
Qeyd olunanlarla bağlı sizdən bu məsələnin BİRDƏFƏLİK HƏLL olunmasında köməklik göstərməyinizi xahiş edirəm.
Biz hər zaman çalışırıq ki, vətəndaşlarımız Azərbaycan Respublikasının qanunlarına riayət etsinlər. Yol hərəkəti Qaydalarına əməl etsinlər.
Maksimum şəkildə maarifləndirməyə çalışırıq ki, yollarda qəzaların və qayda pozuntularının sayı azalsın...
Əfsuslar olsun ki, bəzi dövlət qurumlarında Azərbaycan Respublikasının Qanunlarını heçə sayan bəzi əməkdaşlar çox rahat şəkildə vətəndaşlara əziyyət verməkdən çəkinmir.
Zəhmət olmasa bununla bağlı ciddi bir tədbir görün.
Sağlam Azərbaycan naminə...

05/10/2024

70 yaşlı şəxslər sürücülük vəsiqəsi ala bilərlər?

02/10/2024

Texniki baxışın dövlət rüsumu neçədir?

01/10/2024

Sərnişinləri necə düşürürsünüz?

30/09/2024

Maşının həbsi varsa nə edirsiniz?

29/09/2024

Sementi qurumayan nişan və cərimə.

29/09/2024

Hər işdə bir xeyir var. Misal üçün, düşünürəm ki COP29 olmasaydı, aeroport yolunda olan qoşa xətti silməyəcəkdilər. Göründüyü kimi, illərdi o yolda çəkilən qoşa xəttin taleyi sən demə bura qədər imiş... Təşəkkürlər COP29😀

29/09/2024

Bəs siz bu günə qədər cərimə olunmusunuz?

28/09/2024

Avtobus zolağında necə hərəkət edək?

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Qanuna Zidd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share