Azərbaycanım

Azərbaycanım Məqsədimiz Millətimizə Vətənpərvərlik hissini aşılamaq, Azərbaycanımızı, Tariximizi, M Azərbaycan coğrafi addır. "Azər", "od" mənasını verir.

Paytaxt: Bakı

Müstəqillik:
Azərbaycan Xalq Cümhuriyyəti - 28 May 1918; Azərbaycan Respublikası - 18 Oktyabr 1991.

Ərazisi: 86.400 km2 (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otlaqlar, 36,9% sair torpaqlar)

Əhalisi: 9.250.000 (15.01.2013)

Azərbaycan sözünün mənşəyi barədə müxtəlif fikirlər mövcuddur. Bir tərəfdən bu ad eramızdan bir neçə min il əvvəl bu ə

razidə yaşamış, atəşpərəst əhalinin adı ilə bağlıdır. Yerli əhali tanrılarının atəş, od olduğuna inanır, ona sitayiş edirdilər. Türk adı olan "Azər" bu ərazidə uzun müddət istifadə edilmişdir. "Azər" sözü iki hissədən ibarətdir: "az" və "ər". Beləliklə, "Azər", "cəsur adam", "cəsur oğlan", "atəş qoruyan" mənalarını verir. "Azərbaycan" sözü burada yaşamış qədim Türk boyları olan, "azər boyu" (az/xəz-ər) və "azər boyları" adından əmələ gəlib. Göytürk yazılarında az boyu, az əri deyimləri aydın göstərir ki, adı çəkilən yer adlarında "azər" "az" və "ər" sözlərindən yaranıb. Coğrafi mövqeyi:


Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, paytaxt Bakı 40° paralel üzərində yerləşir. Sərhədlərinin ümumi uzunluğu 3472 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir. Cənubdan İranla 765 km, Türkiyə ilə 15 km (bəzi məlumatlarda 13 və ya 11 km), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Sahil xəttinin uzunluğu - 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir. Dəniz səviyyəsindən ən ucqar nöqtə Bazardüzü (4466 m.), ən aşağı nöqtə isə (-28 m.) Neftçala rayonu ərazisindədir. Orta yüksəklik 657 m-dir. Böyük göllər (km2)
Sarısu - 67.0
Ağgöl - 56.2
Ağzıbirçala - 37.0
Mehman - 35.0
Böyükşor - 9.2
Hacıqabul - 8.4

Böyük adalar (km2)
Pirallahı - 14.4
Çilov - 11.5
Xərə-Zirə - 3.5
Böyük-Zirə - 1.4

Böyük çaylar (km)
Kür - 1515
Araz - 1072
Alazan (Qanıx) - 413
İori (Qabırrı) - 389
Samur - 216
Tərtər - 200

Dünyada ən böyük göl -Xəzər dənizi
sahəsi 400000 km2, dərinliyi-1025 m.

Ən yüksək dağ zirvəsi Bazardüzü (4466 m).


İqlimi:

Azərbaycan Respublikası subtropik qurşağın şimal qurtaracağında, Qafqazın cənub-şərqində və İran yaylasının şimal-qərbində yerləşir. Ərazinin coğrafi mövqeyi, relyefin mürəkkəbliyi, Xəzər dənizinin yaxınlığı, il ərzində yer səthinə düşən günəş radiasiyasının bolluğu, müxtəlif mənşəli hava kütlələrinin təsiri altında olması və s. burada iqlimin müxtəlifliyinə səbəb olmuşdur.


İqtisadiyyat:

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.

Address

Azerbaijan
Baku
AZ1001

Website

Alerts

Be the first to know and let us send you an email when Azərbaycanım posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share


Other News & Media Websites in Baku

Show All