Çapar dərgisi

  • Home
  • Çapar dərgisi

Çapar dərgisi Aylıq tarix dərgisi

Azərbaycan Cümhuriyyətinin Paris Sülh Konfransı Ali Şurası tərəfindən de-fakto tanınmasından 105 il ötdü.Professor Vilay...
12/01/2025

Azərbaycan Cümhuriyyətinin Paris Sülh Konfransı Ali Şurası tərəfindən de-fakto tanınmasından 105 il ötdü.

Professor Vilayət Quliyevin təsbitlərinə görə tanınmanın qeyd olunma tarixlərində bir qarışıqlıq var. Beləliklə:

Konfransın Ali Şurasının qətnaməsi:
10 yanvar 1920-ci il (Ali Şuranın beşinci üzvü Yaponiya 24 yanvarda tanıyıb);

Azərbaycan Nümayəndə Heyətinə bildirilib: 11 yanvar 1920-ci il (Georgi Mamuliyaya görə Gürcüstana 12 yanvarda bildirilib);

Rəsmi məlumatın yayılması (İngiltərə yüksək komissarı Oliver Uordrop tərəfindən): 12 yanvar 1920-ci il;

Rəsmi Bakıya məlumat Tiflisdən Faris bəy Vəkilov tərəfindən teleqramla bildirilib: 12 yanvar 1920-ci il;

Azərbaycanda tanınma münasibətilə qeyri-iş günü: 14 yanvar 1920-ci il.

Bayraq qəhrəmanımızın 54 yaşı oldu.Milli ruhumuzun bayraqdarı bayrağımız var olduqca yaşayacaq.
02/01/2025

Bayraq qəhrəmanımızın 54 yaşı oldu.

Milli ruhumuzun bayraqdarı bayrağımız var olduqca yaşayacaq.

Qələbəmizin bayraqdarı General-mayor Polad Həşimov 50 yaşında. Sən hər zaman qürurumuz olacaqsan, GENERAL!
02/01/2025

Qələbəmizin bayraqdarı General-mayor Polad Həşimov 50 yaşında.

Sən hər zaman qürurumuz olacaqsan, GENERAL!

Bu gün dəyərli müəllifimiz Əkbər N.Nəcəfin 50 yaşı tamam olur.Hörmətli alimimizi yubileyi münasibətilə təbrik edirik, uz...
01/01/2025

Bu gün dəyərli müəllifimiz Əkbər N.Nəcəfin 50 yaşı tamam olur.

Hörmətli alimimizi yubileyi münasibətilə təbrik edirik, uzun və sağlam ömür, elmi fəaliyyətində daha böyük uğurlar əldə etməsini arzu edirik.

Qeyd edək ki, yubilyarın dərgimizdə çoxsaylı məqalələri dərc olunub, nəşriyyatımızda yeni kitablarının nəşri planlanmaqla yanaşı dörd kitabı, bir kitabımızda ön sözü nəşr olunub:

1. "Azərbaycan Səlcuqları. Yaqutilər (1043-1103)"
2. "İnanc yaddaşı. Köklər və tarixlər"
3. "Quldur. Orta əsrlər Azərbaycan və Müsəlman Şərqində haqsız kimliklər"
4. "Moğol şahmatı. Hüləgü xan"

Ön sözü:
"Türki-tacdar. Mühacirlər Şah İsmayıl Xətai haqqında"

.Nəcəf

🔔 2024-cü ildə "Çapar" yayınlarının fəaliyyəti haqqında hesabatımızı təqdim edirik:🔵 ANAİB II Kitabqurdu Payız Oxu Maraf...
31/12/2024

🔔 2024-cü ildə "Çapar" yayınlarının fəaliyyəti haqqında hesabatımızı təqdim edirik:

🔵 ANAİB II Kitabqurdu Payız Oxu Marafonunu yekunlaşdırdıq;
🔵 Rəsulzadə Ev Muzeyi Təşəbbüs qrupunun Rəsulzadə Qiraətləri tədbirinin Bakı və Ankara günlərində iştirak etdik;
🔵 "Vergi və Mühasibatlıq Zirvəsi 2024" biznes forumunda iştirak etdik;
🔵 ANAİB II Lənkəran Kitab Festivalında iştirak etdik;
🔵 Xəzər Universitetində "Çapar" dərgisinin Ömər Faiq Nemanzadəyə həsr olunmuş xüsusi buraxılışlarının təqdimatını keçirdik;
🔵 Bakı Dövlət Universiteti və ANAİB-in təşkilatçılığı ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş kitab sərgisində iştirak etdik;
🔵 ANAİB-in təşkilatçılığı ilə Azərbaycan Naşirlərinin I Forumunda iştirak etdik;
🔵 10-cu Oxu günündə iştirak etdik;
🔵 Milli Azərbaycan Tarixi Muzeyində 28 Maya həsr olunmuş "Müstəqilliyimiz əbədidir" tədbirində iştirak etdik;
🔵 ANAİB III Uşaq Kitab Festivalında iştirak etdik;
🔵 "Milli Marketinq Forumu - 2024"-də iştirak etdik;
🔵 Mədəniyyət Nazirliyi yanında İctimai Şura ilə ANAİB üzvlərinin görüşündə iştirak etdik;
🔵 ANAİB üzvləri ilə Ukrayna Səfirliyi və Ukrayna Naşirlərinin görüşündə iştirak etdik;
🔵 Professor Boran Əzizin "Bakı Dövlət Universitetinin repressiyaya məruz qalmış müəllim və tələbələri" kitabının müzakirəsini keçirdik;
🔵 Libraff Kitab Mağazasının təşkilatçılığı ilə Dilqəm Əhməd - "Mühacirlər Güney Azərbaycanda" kitabının təqdimatını keçirdik;
🔵 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etdik;
🔵 Azərbaycan Mətbuat Şurasında Boran Əzizin "Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən repressiya edilmişlər" kitabının təqdimatını keçirdik;
🔵 Azərbaycanın İstanbul konsulluğunun təşkilatçılığı ilə Dilqəm Əhmədin "Son mənzili İstanbul olan azərbaycanlılar" kitabının təqdimatı keçirildi;
🔵 41-ci TÜYAP - İstanbul Beynəlxalq Kitab Sərgisində iştirak etdik;
🔵 21-ci Ankara Beynəlxalq Kitab Sərgisində iştirak etdik;
🔵 ANAİB III Gəncə Kitab Sərgisində iştirak etdik;
🔵 ANAİB I Bakı Kitab Festivalında iştirak etdik;

#2024

Xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirik.
31/12/2024

Xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirik.

Bu gün dəyərli müəllifimiz Professor Boran Əzizin 70 yaşı tamam olur.Hörmətli ziyalı, ağsaqqal alimimizi yubileyi münasi...
30/12/2024

Bu gün dəyərli müəllifimiz Professor Boran Əzizin 70 yaşı tamam olur.
Hörmətli ziyalı, ağsaqqal alimimizi yubileyi münasibətilə təbrik edirik, uzun və sağlam ömür, pedaqoji və elmi fəaliyyətində daha çox nəticələr əldə etməsini arzu edirik.

Qeyd edək ki, nəşriyyatımızda yubilyarın yeni kitablarının nəşrini planlamaqla yanaşı, üç kitabı nəşr olunub:

1. "Cümhuriyyətə gedən yol"
2. Bakı Dövlət Universitetinin repressiyaya məruz qalmış müəllim və tələbələri"
3. "Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən repressiya edilmişlər"

Əziz dostlar, dəyərli oxucular. "Çapar" tarix dərgisinin nəşrə başlamasından 6 il ötür. İlk sayının Azərbaycan Cümhuriyy...
24/12/2024

Əziz dostlar, dəyərli oxucular.
"Çapar" tarix dərgisinin nəşrə başlamasından 6 il ötür.
İlk sayının Azərbaycan Cümhuriyyəti Parlamentinin 100 illiyinə həsr olunduğu dərgimizin bu günədək 15 sayı nəşr olunub.

Biz davam edəcəyik.
Biz tariximizi özümüzlə daşıyırıq.

Bu gün, Xəzər Universitetində Baş redaktorumuzun İstanbulda nəşr olunmuş "Son Mənzili İstanbul Olan Azərbaycanlılar" kit...
24/12/2024

Bu gün, Xəzər Universitetində Baş redaktorumuzun İstanbulda nəşr olunmuş "Son Mənzili İstanbul Olan Azərbaycanlılar" kitabının təqdimatı olacaq.
İstəyənlər qatıla bilərlər. Giriş sərbəstdir.

Saat 15:00
Xəzər Universitetinin Neftçilər kampusu, Mərmər salon.
Məhsəti küç., 41

Professor Boran Əzizin "Azərbaycanda repressiya" mövzusunda mühazirəsi və "Bakı Dövlət Universitetinin repressiyaya məru...
19/12/2024

Professor Boran Əzizin "Azərbaycanda repressiya" mövzusunda mühazirəsi və "Bakı Dövlət Universitetinin repressiyaya məruz qalmış müəllim və tələbələri" və "Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən repressiya edilmişlər" kitablarının imza saatı olacaq.

20 dekabr
Saat 15:00
ANAİB I Bakı Kitab Sərgisində
Çapar stendində

Ünvan: Bakı İdman Sarayı (keçmiş Əl Oyunları Sarayı)

Redaktorumuz Sahil Sərxanlının "Tərkən xatun. Səlcuqların qadın sultanı" kitabının imza saatı olacaq.20 dekabrSaat 14:00...
19/12/2024

Redaktorumuz Sahil Sərxanlının "Tərkən xatun. Səlcuqların qadın sultanı" kitabının imza saatı olacaq.
20 dekabr
Saat 14:00
ANAİB I Bakı Kitab Sərgisində
Çapar stendində

Ünvan: Bakı İdman Sarayı (keçmiş Əl Oyunları Sarayı)

ANAİB I Bakı Kitab Sərgisinin açılış günündə Dilqəm Əhmədin "İrəvanlı mühacirlər" mövzusunda çıxışı, kitab təqdimatı və ...
18/12/2024

ANAİB I Bakı Kitab Sərgisinin açılış günündə
Dilqəm Əhmədin "İrəvanlı mühacirlər" mövzusunda çıxışı, kitab təqdimatı və imza günü olacaq.
Bakı İdman Sarayında sizlərin yolunu gözləyəcəyik.

ANAİB I Bakı Kitab Sərgisinə sadəcə 2 gün qaldı.Bütün oxucularımız dəvətlidir. 19-22 dekabr tarixlərində saat 10:00-20:0...
17/12/2024

ANAİB I Bakı Kitab Sərgisinə sadəcə 2 gün qaldı.
Bütün oxucularımız dəvətlidir.
19-22 dekabr tarixlərində saat 10:00-20:00-dək sizləri gözləyəcəyik.
Ünvan: Bakı İdman Sarayı (keçmiş Əl Oyunları Sarayı)

14/12/2024

Baş redaktorumuz deyir ki:

19-22 dekabr
Bakı İdman Sarayında
ANAİB I Kitab Festivalına gəlin
Sizlərə sürprizimiz olacaq.
Azərbaycan Nəşriyyatları Assosiasiyası


Əziz Bakı və ətraf bölgələrdə yaşayan oxucularımız.İstanbul, Ankara və Gəncədən sonra ilin son kitab tədbiri üçün sizlər...
13/12/2024

Əziz Bakı və ətraf bölgələrdə yaşayan oxucularımız.
İstanbul, Ankara və Gəncədən sonra ilin son kitab tədbiri üçün sizlərin görüşünə gəlirik.

19-22 dekabr tarixlərində sizlərlə birlikdə olacağıq.
Son nəşrlərimizi əldə etmək, müəlliflərimizlə görüşmək, bayram endirimlərindən yararlanmaq üçün Bakı İdman Sarayında (keçmiş Əl Oyunları Sarayı) yolunuzu gözləyəcəyik.
gedək.
Bayramı kitab ab-havasında qeyd edək.

ANAİB I Bakı Kitab Festivalında görüşənədək.

08/12/2024

ANAİB III Gəncə Kitab Sərgisində Mehdi Gəncəli

Əziz Gəncə sakinləri.Sabah saat 16:00-da ANAİB III Bakı Kitab SərgisindəTürkiyənin Mərmərə Universitetinin dosenti Dr.Me...
07/12/2024

Əziz Gəncə sakinləri.
Sabah saat 16:00-da
ANAİB III Bakı Kitab Sərgisində
Türkiyənin Mərmərə Universitetinin dosenti Dr.Mehdi Gəncəlinin
Gəncə Maarif Evinin rəhbəri İmamverdi Vəliyevin moderatorluğu ilə
"Gəncə Ruhaniyyə Mədrəsəsi və Abdulla Sur" mövzusunda çıxışı olacaq.
Hər biriniz dəvətlisiniz.

Sahil Sərxanlı - "Tərkən xatun. Səlcuqların qadın sultanı" kitabının imza saatı olacaq. Bu gün, saat 14:00-dan etibarənB...
07/12/2024

Sahil Sərxanlı - "Tərkən xatun. Səlcuqların qadın sultanı" kitabının imza saatı olacaq.

Bu gün, saat 14:00-dan etibarən
Bütün Gəncə xanımları, tarixsevərləri dəvətlidir.

Ünvan: Gəncə Dövlət Universiteti Urban zalı

Address


Alerts

Be the first to know and let us send you an email when Çapar dərgisi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Çapar dərgisi:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

Tarixi özümüzlə daşıyırıq!

Çapar nəşriyyatı olaraq 2018-ci il dekabrın 17-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişik. Fəaliyyət sahəmizin əsasını Azərbaycanın maariflənmə dövrü, Cümhuriyyət illəri və mühacirət tarixi irsinin araşdırılması və ictimaiyyətə çatdırılması təşkil edir.

Hal-hazırda sahəsinin professionalları və yenilikçiləri ilə çalışırıq. Zaman keçdikcə daha da keyfiyyətli və məhsuldar fəaliyyət göstərmək yolunda uğurla addımlayırıq. Oxucuların zövqlə oxuyacağı nəşrlərimizi rəflərdə görə bilərsiniz.