Fakt Yoxla

Fakt Yoxla “Fakt Yoxla” siyasət, hüquq, insan hüquqları, sosial və iqtisadiyyat sahələrində faktların yoxlanmasını həyata keçirir.
(9)

“Fakt Yoxla” (Fact Check) Azərbaycan cəmiyyətinə siyasi xəbər və informasiyaların tərəfsiz çatdırılması vasitəsilə ictimaiyyətin manipulyasiyaya məruz qalmasının qarşısının alınmasını qarşısına məqsəd qoyan müstəqil qeyri-hökumət təşkilatıdır. 2019-cu ildə təşəbbüs olaraq Demokratik Təşəbbüslər İnstitutu tərəfindən irəli sürülsə də, hazırda müstəqil təşkilat olaraq fəaliyyət göstərir. Hazırda “Fak

t Yoxla” siyasət, hüquq, insan hüquqları, sosial və iqtisadiyyat sahələrində faktların yoxlanmasını həyata keçirir. Layihənin hədəflərinə aşağıdakılar daxildir:

1. İctimai fiqurların səsləndirdiyi ifadələrin həqiqətəuyğun olub-olmadığını, siyasətçilərin vədlərinə əməl edib-etmədiklərini yoxlamaq;
2. Qanunvericiliyin monitorinqi və qanunların praktikada nə dərəcədə səmərəli tətbiq edildiyinə nəzarət etmək;
3. Azərbaycanın beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəlikləri hansı səviyyədə yerinə yetirdiyini və ölkədə qəbul olunmuş qanunların ümumbəşəri dəyər olan insan hüquqlarına uyğun olub-olmadığını araşdırmaq;
4. Mediada, müxtəlif internet resurslarda gedən yalan xəbərləri aşkarlamaq və ictimaiyyəti məlumatlandırmaq:

“Fakt Yoxla” Beynəlxalq “Fact-checker” şəbəkəsinin Prinsiplər kodeksini öz faktyoxlama meyarlarına daxil etmişdir. Lakin kodeksin prinsipləri ölkə şərtləri nəzərə alınmaqla tətbiq olunur. Həmçinin “Fakt Yoxla” öz fəaliyyətində www.politifact.comwww.factcheck.ge resurslarının təcrübələrinə istinad edir.

İctimai şəxslərin ifadələrində deyilmiş faktların düzgünlüyü aşağıdakı mümkün informasiya resursları vasitəsilə yoxlanılır:

1. Rəsmi dövlət qurumlarının veb-saytlarını istifadə etməklə;
2. “Fakt Yoxla” üzvü tərəfindən ictimai məlumat almaq üçün göndərilmiş rəsmi sorğu vasitəsilə;
3. İnternetdə hökumət və qeyri-hökümət təşkilatlarının, xəbər agentliklərinin, media qurumlarının, tədqiqat institutlarının və digər oxşar qurumların hesabatlarını, araşdırmalarını və ifadələrini axtarmaqla;
4. İctimai şəxslərdən, həmçinin onların media əlaqələndiricilərindən müsahibə götürməklə.

“Fakt Yoxla”nın komandası ictimaiyyətə, seçicilərə, həmçinin siyasətçilərə ölkə gündəmində doğruları müəyyən etməyə yardımçı olur. Bu da siyasətçilərin ictimai hesabatlılığının artırılmasına, faktlara əsaslanan və faktlarla dəstəklənən siyasi ritorikanın inkişafına kömək edir.

“Fakt Yoxla”nın güman olunan aktiv istifadəçiləri aşağıdakılardır: Parlament, hökumət üzvləri, nazirliklər və digər dövlət qurumlarının əməkdaşları, yerli özünüidarəetmə strukturlarının üzvləri və qulluqçuları, siyasətçilər, diplomatlar, xarici missiyaların rəhbərləri, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri, mütəxəssislər, tələbələr, gənc sahibkarlar, təhsil və digər sahələrdə fəaliyyət göstərən gənclər.

“Fakenews”

Saxta xəbər təbliğatının tərkib hissəsidir və onu həyata keçirmək üçün zəruri bir vasitə kimi qəbul edilir. Saxta xəbərin hamı tərəfindən qəbul edilmiş hər hansı bir tərifi yoxdur, lakin ümumi rəyə əsasən müəyyən bir məlumat mənbəyinin populyarlaşması və ya bəlli bir qrupun siyasətinin həyata keçirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrinin yaydığı yalan və ya yanlış məlumatdır.

📣Fevralın 24-də Parisdə keçirilən etirazda etirazçılar Emmanuel Makronu istefaya çağırıb. Hadisədən sonra “axar.az” sayt...
05/03/2024

📣Fevralın 24-də Parisdə keçirilən etirazda etirazçılar Emmanuel Makronu istefaya çağırıb. Hadisədən sonra “axar.az” saytında fermerlərin etirazı ilə qarşılaşdığı iddia edilən Makronun fotosu paylaşılıb.

📌Ancaq dərc edilən foto yeni deyil və 2023-cü ildə Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində çəkilib.

✅Fotonun müəllifi bildirir ki, Makron sərgi iştirakçılarını salamlamaq üçün qaçır.

04/03/2024

İstixana qazı ilə bağlı göstəricilər necə dəyişib?

Sizcə Azərbaycanda hazırkı əsas ekoloji problem nədir?

03/03/2024

📣2022-ci ildə 15-19 yaşlı qadınlar arasında abortların sayı 2080 olub
📌Daha ətraflı videoda

28/02/2024

Azərbaycanda erkən nikah halları

28/02/2024

📣Azərbaycanda 2022-ci ildə kişlər üzrə ən çox ölüm halları 60-64 yaş aralığı, qadınlarda isə 85 və yuxarı yaş aralığında qeydə alınıb.

❓Sizcə bu fərqin əsas səbəbi nədir?

📣Milli Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, Azərbaycanda demokratik, azad, ədal...
23/02/2024

📣Milli Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, Azərbaycanda demokratik, azad, ədalətli və şəffaf seçki keçirilib.

🔎”Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

📌Yazını rəydəki linkdən oxuya bilərsiz.

23/02/2024

‼️Boşanmaların sayı 2023-cü ildə 35,7% artıb.

💍Belə ki, Azərbaycanda 2023-cü ildə 54,2 min nikah (2022-ci illə müqayisədə 12,5% azalma) və 21,688 min boşanma (artım 35,7%) qeydə alınıb.

❓Sizcə boşanmlardakı bu artım nə ilə bağlıdır?

📣Millət vəkili Emin Hacıyev bildirib ki, hər il Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 5 min nəfərə yaxın artır.📌...
22/02/2024

📣Millət vəkili Emin Hacıyev bildirib ki, hər il Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 5 min nəfərə yaxın artır.
📌2012-2022-ci illərdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin ümumi sayında illik artım göstəricisi 5 min yox, 12 min və daha yüksək rəqəmlərlə ifadə olunub.

❓Qanınızda şəkərin miqdarını öyrənmək üçün nə zamansa müayinə olunmusuz?

Ətraflı rəydə

❌”İctimai TV”nin Teleqram kanalında Belçikada fermerlərin federal magistralların əksəriyyətini bağladığını göstərdiyi id...
21/02/2024

❌”İctimai TV”nin Teleqram kanalında Belçikada fermerlərin federal magistralların əksəriyyətini bağladığını göstərdiyi iddia edilən video paylaşılıb.
✅Ancaq görüntülər Belçikaya aid deyil.Görüntülər Kolumbiyada baş verən meşə yanğınlarına aiddir.

20/02/2024

Anar Bağırovun vəkil sayı ilə bağlı iddiası

20/02/2024

☎️Ev telefonundan istifadə edənlərin sayı:

2021-ci il: 1,377,200
2022-ci il: 1,339,900

📞Ev telefonu ilə sonuncu dəfə nə zaman zəng etmisiz?

❌Yerli xəbər saytlarında Eyfel qülləsi yaxınlığındakı ot bağlamalarını göstərdiyini iddia edən foto yerləşdirilib. ✅Fran...
19/02/2024

❌Yerli xəbər saytlarında Eyfel qülləsi yaxınlığındakı ot bağlamalarını göstərdiyini iddia edən foto yerləşdirilib.

✅Fransada fermerlərin aksiyaları zamanı ot bağlamalarından istifadə edilsə də, saytlarda təqdim edilən foto real deyil. Foto daha əvvəl instaqramda süni intellektlə hazırlanan şəkillər paylaşan “If only” adlı hesab tərəfindən paylaşılıb.

Daha ətraflı rəydə

16/02/2024

Qızılca: 2022-ci ildə 1, 2023-cü ildə 1493 yoluxma

16/02/2024

📣2023-cü il üzrə uşaqlara ən çox verilən adlar:

Oğlanlar:
1. Uğur
2.Əli
3. Yusif

Qızlar:
1.Zəhra
2.Məryəm
3. Zeynəb

❓Bəs sizcə ölkədə ən məşhur adlar hansıdır?

15/02/2024

Cənubi Qafqaz ölkələrindəki avtobus sürücülərinin maaşları ilə bağlı iddia

📣2004-cü ilin noyabr ayında Vəkillər Kollegiyası (VK) təsis olunan zaman Azərbaycanda vəkillərin sayı 370 nəfər olub. 20...
15/02/2024

📣2004-cü ilin noyabr ayında Vəkillər Kollegiyası (VK) təsis olunan zaman Azərbaycanda vəkillərin sayı 370 nəfər olub. 2023-cü ildə isə VK-ya üzv vəkillərin sayı 2431 nəfərə çatıb. Yəni, 19 il ərzində ümumilikdə 2061 vəkil, ortalama bir ildə isə 108,5 nəfər vəkil artımı qeydə alınıb.

📌Faizlə ifadədə isə vəkillərin sayı VK yarandığı ildən hər il orta hesabla 5,2% artıb.

Daha ətraflı rəydə

13/02/2024

📣Fazil Mustafa: “Sosial şəbəkələrdə tənqidi fikirlərinə görə kiməsə hər hansı söz deyən də yoxdur”.

Bəs siz millət vəkilinin bu iddiası ilə razısız?

12/02/2024

Azərbaycanla Fransa arasında ticarət səviyyəsi necədir?

12/02/2024

💸Aylıq xərclərnizinin böyük hissəsini hansı xərc təşkil edir?

🔎”Fakt Yoxla” 1990-cı ildən bəri Azərbaycanda istixana qazı emissiyaları ilə bağlı göstəricilərin necə dəyişdiyini anali...
09/02/2024

🔎”Fakt Yoxla” 1990-cı ildən bəri Azərbaycanda istixana qazı emissiyaları ilə bağlı göstəricilərin necə dəyişdiyini analiz edib.

🔗Ətraflı rəydə

📌Bakının Baş planında  Bakı şəhərinin 2040-cı ilə olan əhalisinin sayı  2,88 – 3,17 milyon nəfər arasında dəyişəcəyi bil...
08/02/2024

📌Bakının Baş planında Bakı şəhərinin 2040-cı ilə olan əhalisinin sayı 2,88 – 3,17 milyon nəfər arasında dəyişəcəyi bildirilib.

🔎”Fakt Yoxla” mövzunun əhəmiyyətini nəzərə alaraq Bakıda əhalinin sıxlığını analiz edib.
❓Bəs sizcə paytaxtın hazırkı əhalisi nə qədərdir?

🔗Ətraflı rəydə

📣”Avtobus sürücüləri Gürcüstanda 1023 avro; Ermənistanda 589-929 avro arası; Azərbaycanda 483-537 avro maaş alır”.📌Bunu ...
06/02/2024

📣”Avtobus sürücüləri Gürcüstanda 1023 avro; Ermənistanda 589-929 avro arası; Azərbaycanda 483-537 avro maaş alır”.
📌Bunu Azadlıq qəzeti feysbuk səhifəsində (Facebook) paylaşıb.
🔎”Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

🥩2023-cü ilin dekabr ayına olan və ölkələrin ən bahadan ən ucuza sıralandığı dana ətinin qiyməti siyahısında Azərbaycan ...
05/02/2024

🥩2023-cü ilin dekabr ayına olan və ölkələrin ən bahadan ən ucuza sıralandığı dana ətinin qiyməti siyahısında Azərbaycan 80 ölkə arasında 10,52$ ilə 52-ci yerdə qərarlaşıb.

❓Ətin qiyməti sizi qane edir?

05/02/2024

🌍Qlobal Pasport Sıralaması
1-ci yeri 194 ölkəyə vizasız səyahətlə
🇫🇷Fransa, 🇩🇪Almaniya, 🇮🇹İtaliya, 🇯🇵Yaponiya, 🇸🇬Sinqapur və 🇪🇸İspanya bölüşür.

🇦🇿Azərbaycan 72 ölkə ilə 70-ci sıradadır.

❓Hansı ölkədən viza almaq istəyərsiz?

🔗Henley Pasport İndeksi/ Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA)

📣Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev deyib ki, son illər qəsdən adam öldürmə halları ...
02/02/2024

📣Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev deyib ki, son illər qəsdən adam öldürmə halları artmayıb.

📌2023-cü ilin birinci yarısında 78 qəsdən adam öldürmə hadisəsi qeydə alınıb. Bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 nəfər aşağı olub.

✅”Fakt Yoxla”nın gəldiyi qənaətə əsasən, iddia doğrudur.

02/02/2024

🌍Region üzrə orta ömür müddəti:
(53.)🇹🇷Türkiyə: 78,68
(71.) 🇮🇷İran: 76,97
(80.)🇦🇲Ermənistan: 76,23
(100.)🇷🇺Rusiya: 74,57
(109.)🇦🇿Azərbaycan: 73,62
(122.)🇬🇪Gürcüstan: 72,43

🔗Worldometer / United Nations Population Division

01/02/2024

🌍Ölkələr üzrə orta İQ:
1.🇯🇵Yaponiya: 106.48
199.🇳🇵Nepal: 42.99

84. 🇦🇿Azərbaycan: 84.81

❓Bəs sizin IQ testi nəticəniz neçədir?

❌Dövlət Statistika Komitəsi hesabatında qeyd edir ki, 2022-ci ildə intihar sayı 20 nəfər olub. ✅Ailə, Qadın və Uşaq Prob...
31/01/2024

❌Dövlət Statistika Komitəsi hesabatında qeyd edir ki, 2022-ci ildə intihar sayı 20 nəfər olub.

✅Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məruzəsində bildirilib ki, 2022-ci ildə Ədliyyə nazirliyi tərəfindən 609 intihar qeydə alınıb.

✅Mətbuatın monitorinqi də 2022-ci ildə Azərbaycanda intihar edənlərin sayının 119 nəfər olduğu təsdiqləyir.

📌Faktlar rəydəki linkdə

31/01/2024

📊Ən vətənpərvər 10 ölkə (Win/Gallup):
Ölkələri uğrunda döyüşməyə hazır olan respondentlərin faizi:

🇲🇦Mərakeş - 94%
🇫🇯Fici - 94%
🇵🇰Pakistan - 89%
🇻🇳Vyetnam - 89%
🇧🇩Banqladeş - 86%
🇦🇿Azərbaycan — 85%
🇵🇬Papua Yeni Qvineya - 84%
🇦🇫Əfqanıstan - 76%
🇬🇪Gürcüstan - 76%
🇮🇳Hindistan - 75%

🔗WIN/Gallup International

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Fakt Yoxla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Nearby media companies


Other Media/News Companies in Baku

Show All

You may also like