RealXeber.info

RealXeber.info Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RealXeber.info, Media/News Company, Baku.

Ərdoğan Zelenski ilə müzakirələr apardı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski a...
06/01/2024

Ərdoğan Zelenski ilə müzakirələr apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

Danışıq zamanı Türkiyənin dövlət başçısı Türkiyənin Ukraynada sülhün təmin olunması üçün vasitəçi rolunu öz üzərinə götürməyə və sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib. Ərdoğan taxıl dəhlizinin yenidən fəaliyyətə başlamasının vacib olduğunu da xatırladıb.

ABŞ Dövlət Departamenti Azərbaycanda dini tolerantlığı pozmağa çalışır - Metyu BrayzaAzərbaycanda dini etiqad azadlığı i...
05/01/2024

ABŞ Dövlət Departamenti Azərbaycanda dini tolerantlığı pozmağa çalışır - Metyu Brayza

Azərbaycanda dini etiqad azadlığı ilə bağlı narahatlıqların ifadə edilməsi Azərbaycan cəmiyyətinin ən güclü tərəflərindən biri olan dini və etnik tolerantlığı pozmağa yönəlmiş yersiz cəhd kimi görünür.

Bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

"Azərbaycanda yaşamaq və ABŞ-Azərbaycan münasibətləri üzərində işləmək şəxsi təcrübəm göstərir ki, Azərbaycan müxtəlif dini icmalara gəldikdə təəccüblü dərəcədə müxtəlif və tolerantdır. ABŞ-ın nöqteyi nəzərindən Azərbaycanın strateji baxımdan ən güclü tərəflərindən biri Azərbaycan cəmiyyətinin əsasən şiə İslam cəmiyyətinin olduğu dünyəvi, lakin mahiyyətcə dünyəvi olmasıdır", - deyə o bildirib.

M.Brayza qeyd edib ki, əhalisinin əksəriyyəti şiə olan dünyəvi cəmiyyət olmaqla Azərbaycan tolerantlıq və iqtisadi inkişaf nümunəsidir:

"Mən Azərbaycanda yaşayanda katolik idim. Hər bazar günü Bakıdakı Roma Katolik Kilsəsindəki katolik mərasimində iştirak edirdim. Mən həmçinin fəal protestant icmaları və pravoslav xristianlarla tanışam, həm də təbii ki, dünyanın ən qədim icmalarından biri olan oradakı yəhudi icması ilə də tanışam. Düşünürəm ki, demək olar ki, bütün azərbaycanlılar Krasnaya Slobodanın dağ yəhudiləri ilə fəxr edirlər. Mən bilirəm ki, pravoslav yəhudi icması inkişaf edir və onun baş ravvinlərindən biri bir dəfə mənə dedi ki, Azərbaycanda antisemitizm yoxdur. Və təbii ki, dini müxtəliflik baxımından Azərbaycanda təkcə şiə müsəlmanlar deyil, böyük əksəriyyəti təşkil etmələrinə baxmayaraq, təbii ki, sünnilər də var, xüsusən də bildiyim kimi Azərbaycanın şimal-qərbində".

Zəngəzur dəhlizinin Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 2025-ci ildə yekunlaşdırılacaq.
05/01/2024

Zəngəzur dəhlizinin Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 2025-ci ildə yekunlaşdırılacaq.

05/01/2024

🇦🇿Qarlı havada keşiyimizi çəkən əsgərlərimiz...❤️

Vətən müharibəsinin iştirakçıları Adana valiliyində olublarVətən müharibəsi iştirakçılarının bir qrupunun Tərxis Olunmuş...
05/01/2024

Vətən müharibəsinin iştirakçıları Adana valiliyində olublar

Vətən müharibəsi iştirakçılarının bir qrupunun Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə qardaş ölkəyə səfəri davam edir.

Vətən müharibəsinin iştirakçıları səfər çərçivəsində Adana valiliyində olublar.

Azərbaycanlı qazilərlə görüşündən məmnunluğunu ifadə edən Adana valisi Yavuz Selim Köşger xatırladıb ki, İkinci Qarabağ müharibəsində Azərbaycana ilk dəstək göstərənlərdən biri də Adana şəhəri idi. Azərbaycanın Qələbəsindən sonra Türk dünyasına güvənin daha da artdığını qeyd edən vali ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin onları da sevindirdiyini vurğulayıb.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Vətən müharibəsi dövründə qardaş Türkiyənin mənəvi dəstəyinin xalqımız Azərbaycan dövləti və xalqı üçün əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan və Türkiyə ən çətin anlarda daim bir-birinin yanında olub. Çanaqqala və Qurtuluş savaşlarında ata-babalarımızın çiyin-çiyinə döyüşdüklərini diqqətə çatdıran Emin Həsənli Azərbaycanın bir sıra şəhər və rayonlarında “Türk şəhidliyi” abidələrinin olduğunu qeyd edib. O deyib ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət də Türkiyədir. Son illərdə Türkiyənin bütün dünyada nüfuzu artmaqdadır. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyə son 20 il ərzində böyük inkişaf yolu keçib. Hazırda Türkiyə beynəlxalq müstəvidə vasitəçi dövlət kimi qəbul edilir. Türkiyə Qarabağda, Yaxın Şərqdə baş verən hadisələrdə, Rusiya- Ukrayna müharibəsində əsas vasitəçilərdən biridir və bu problemlərin həllində töhfə verməyə səy göstərir.

Ukrayna ordusu Krıma PUA-larla zərbə endirib, Rusiyanın 23 hərbçisi ölübUkrayna Silahlı Qüvvələrinin Moskvanın ilhaq etd...
05/01/2024

Ukrayna ordusu Krıma PUA-larla zərbə endirib, Rusiyanın 23 hərbçisi ölüb

Ukrayna Silahlı Qüvvələrinin Moskvanın ilhaq etdiyi Krım yarımadasına endirdiyi zərbələr nəticəsində Rusiya ordusunun 23 hərbçisi ölüb.

Bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Ölənlərdən 5-nin zabit olduğu bildirilib.

Həlak olanların sayının artacağı istisna deyil.

Ukrayna Silahlı Qüvvələrinin konkret olaraq hansı hədəfləri vurduğu açıqlanmayıb.

05/01/2024

Laçında avtomobil qəzasında həlak olan gizir İsmayılov Həsən Ümid oğlu Gəncədə dəfn edilib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu göndərib.Məktubda deyilir:"Hörmətli həmvə...
05/01/2024

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli həmvətənlər!

Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik.

Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşadır, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak edirlər.

Əziz həmvətənlər!

Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!".

Avtomobil qəzasında həlak olan hərbçi Səxavət Axundovla vida mərasimi keçirilibAzərbaycan Ordusunun yanvarın 4-də Laçınd...
05/01/2024

Avtomobil qəzasında həlak olan hərbçi Səxavət Axundovla vida mərasimi keçirilib

Azərbaycan Ordusunun yanvarın 4-də Laçında avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Səxavət Axundovla Xaçmaz rayonunun Sayad kəndində vida mərasimi keçirilib.

Mərasimdə mərhumun yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

S.Axundov Sayad kənd məzarlığında dəfn olunacaq.

Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.

Miller: Rusiya ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasındakı diplomatik səylərinə mane olmurRusiya h...
05/01/2024

Miller: Rusiya ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasındakı diplomatik səylərinə mane olmur

Rusiya heç bir halda ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasındakı diplomatik səylərinə mane olmur.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.

“Rusiya Ermənistan və Azərbaycan üçün zəruri hesab etdiyimiz mühüm diplomatik səyləri həyata keçirməyə heç bir şəkildə mane olmur və biz onları həyata keçirməyə davam edəcəyik”, - sözçü bildirib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-də mümkün növbəti görüşünə gəlincə, Miller qeyd edib ki, görüş təyin olunanda Vaşinqton bu məsələ ilə bağlı açıqlama verəcək.

05/01/2024

Şuşadan Ağdamadək…
Köhnə yol Xankəndi, Xocalı, Əsgəran...

Rusiya Prezidenti azərbaycanlı həkimi təltif edibRusiya Federasiyasının Prezidenti Vladimir Putin azərbaycanlı həkimi tə...
04/01/2024

Rusiya Prezidenti azərbaycanlı həkimi təltif edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin azərbaycanlı həkimi təltif edib.

Moskvanın N.V.Sklifosovski adına Elmi-Tədqiqat Təcili Tibbi Yardım İnstitutunun şöbə müdiri Ruslan Bayramov “Təşəkkürnamə” ilə təltif olunub.

Bu barədə Sərəncam Rusiya Prezidentinin rəsmi internet səhifəsində yerləşdirilib.

Ruslan Bayramov həkim ailəsində dünyaya göz açıb. Onun babası Əmir Bayramov Gürcüstanın azərbaycanlılar yaşayan Kvemo-Kartli diyarının Marneuli rayonunun Qaçağan kəndində anadan olub. Əlli ilə yaxın Moskvadakı N.V.Sklifosovski adına Təcili Tibbi Yardım ETİ-də cərrah kimi çalışıb. Sonralar onu oğlu Şamil Bayramov əvəz edib. O da həmin institutda 30 il xəstələrə xidmət göstərib.

Bugün Laçında Avtoqəzada həlak olan hərbçilərin - Fotoları Xəbər verdiyimiz kimi, bu gün Laçında hərbi nəqliyyat vasitəs...
04/01/2024

Bugün Laçında Avtoqəzada həlak olan hərbçilərin - Fotoları

Xəbər verdiyimiz kimi, bu gün Laçında hərbi nəqliyyat vasitəsinin qəzaya düşməsi nəticəsində iki hərbi qulluqçumuz həlak olub.

Hərbçilərin fotolarını təqdim edirik:

Xaçmaz rayonu Sayad kənd sakini əsgər Axundov Səxavət Fərasət oğlu.

Gəncə sakini gizir İsmayılov Həsən Ümid oğlu.

Sülh sazişinin mətni üzərində iş birbaşa olaraq Bakı ilə İrəvan arasında aparılır - Hikmət HacıyevAzərbaycanın Qarabağ b...
04/01/2024

Sülh sazişinin mətni üzərində iş birbaşa olaraq Bakı ilə İrəvan arasında aparılır - Hikmət Hacıyev

Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi 23 saatlıq antiterror tədbirlərindən dərhal sonra ölkəmiz Qarabağın erməni sakinlərinin Azərbaycan dövlətinə reinteqrasiyası üçün portal yaradıb. Bu barədə Azərbaycan Prezidentinin Administrasiyasının mətbuata yaydığı məlumatda bildirilib və həmçinin bu məsələ regional mediada geniş yer alıb.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

"Azərbaycan qürur hissi ilə qeyd edir ki, BMT-nin üç missiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən öz təsdiqini tapdığı kimi ildırımsürətli antiterror tədbirləri zamanı və ondan sonrakı dövrdə mülki şəxslərə qarşı zorakılıq halları qeydə alınmayıb. Azərbaycan hərbi əməliyyatların dinc əhaliyə zərər vurulmadan necə aparılmalı olduğunu bütün dünyaya nümayiş etdirib.

Başqa sözlə desək, dinc əhalinin olduğu yerdə qalması üçün hər cür şərait yaradılmışdı. Buna baxmayaraq, erməni sakinlərin əksəriyyəti Qarabağı tərk etmək qərarına gəldilər. Sadəcə olaraq, onlar Azərbaycan Bayrağı və vətəndaşlığı altında yaşamaq istəmirlər və bu, onların bölgəni tərk etmək barədə qərar vermələrinə səbəb olub, əsasən azərbaycanlılara qarşı etnik nifrətə görə. Yeri gəlmişkən, iyirmi il əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryan sizin istinad etdiyiniz Avropa Şurası Parlament Assambleyasındakı bəyanatında “ermənilərlə azərbaycanlılar arasında etnik uyğunsuzluqdan” danışmışdı. AŞPA rəsmiləri bəyan ediblər ki, “Avropa Şurası yarandığı gündən indiyədək heç vaxt “etnik uyğunsuzluq” ifadəsini eşitməyib.

Erməni sakinlərinin əksəriyyəti qorxurdular ki, Azərbaycan Birinci Qarabağ müharibəsi zamanı ermənilərin törətdiklərinin qisasını ala bilər, lakin bizim niyyətimiz bu deyildi. Azərbaycan heç vaxt mülki əhalini hədəfə almır. Beləliklə, Azərbaycan Laçın yolu vasitəsilə Ermənistana təhlükəsiz keçid təmin etdi. Erməni sakinlərin çox kiçik bir hissəsi Qarabağda qalmaq qərarına gəlib və hazırda onların ehtiyacları ödənilir. Reinteqrasiya portalı fəaliyyətini davam etdirir.

Eyni zamanda, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində Ermənistandakı kompakt şəkildə yaşadıqları məskənlərindən kütləvi şəkildə qovulmuş yüz minlərlə azərbaycanlının geri qayıtmaq hüququnu rədd etməsi narahatedici məqamdır. Ermənistanın baş naziri onları “Ermənistanın milli təhlükəsizliyinə təhdid” adlandırıb ki, bu da tamamilə qəbuledilməzdir. Bir tərəfdən “sülh dövrü” elan etmək, digər tərəfdən də öz tarixi vətənlərinə qayıdıb yaşamaq istəyən azərbaycanlı qaçqınları “ölkənin milli təhlükəsizliyinə təhdid” adlandırmaq olmaz.

Ermənistandan qovulmuş azərbaycanlı qaçqınları təmsil edən Qərbi Azərbaycan İcması hər zaman Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşdığını vurğulayır. Onların məqsədləri, sadəcə olaraq, Ermənistandakı doğma torpaqlarına sülh yolu ilə qayıtmaqdır.

Siz humanitar yaralar barədə qeyd etdiniz. Həqiqətən də Qarabağ münaqişəsi Azərbaycan xalqının faciəsinə çevrilmişdir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Yüz minlərlə insanın taleyi məhv edilib. Dörd minə yaxın azərbaycanlının taleyi hələ də naməlum olaraq qalır. Azərbaycanda valideynlər var ki, itkin düşən oğullarının şəkillərini öz məzar daşlarının üzərinə həkk etməyi mənəvi təsəlli olaraq vəsiyyət edirlər. Siz özünüz də regiona səfər etmisiniz və bu işğalın Azərbaycan şəhərlərini, kəndlərini nəyə çevirdiyini görmüsünüz. Bir vaxtlar inkişaf edən şəhərlər tamamilə məhv edilib və onlar artıq mövcud deyildir. Əvəzində isə erməni işğalçıları dəqiq mina xəritələri olmadan bizə bir milyondan çox minadan ibarət ölümcül miras qoyublar. Təsəvvür edirsiniz ki, XXI əsrdə azərbaycanlılar öz suveren ərazilərində mina partlayışlarının qurbanına çevrilirlər. Hazırda azərbaycanlıların qarşısında ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası, yaşayış və iş şəraitinin yaradılması və əhalinin geri qaytarılması kimi böyük bir vəzifə dayanır.

Digər humanitar yara isə mədəni irsimizin - abidələrimizin, məscidlərimizin, qəbiristanlıqlarımızın məqsədyönlü şəkildə dağıdılmasıdır. Məscidlərimiz donuzların və inəklərin saxlanılması üçün tövlə kimi istifadə edilib. Ermənistan bununla Azərbaycan xalqının izini silməyə çalışıb", - o qeyd edib.

Prezidentin köməkçisi danışıq formatları ilə bağlı sualı belı cavablandırıb:

"Hər bir formatın öz üstünlükləri var və onların effektivliyini müqayisə etmək düzgün olmazdı. Müxtəlif mərhələlərdə müxtəlif formatlar bizə irəli getməyə imkan verib və biz iştirak edən bütün vasitəçilərə minnətdarıq. Məkan bizim üçün önəmli deyil, ən əsası nəticədir. Biz nəticəyönümlü danışıqların tərəfdarıyıq. Prinsipcə, biz səmimi vasitəçiliyin əleyhinə deyilik, lakin birbaşa danışıqlara üstünlük veririk. Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa olaraq Bakı ilə İrəvan arasında aparılır".

Həlak olan hərbi qulluqçulara şəhid statusu veriləcəkSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu gün Laç...
04/01/2024

Həlak olan hərbi qulluqçulara şəhid statusu veriləcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu gün Laçında həlak olan hərbçilərə şəhid statusunun verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən verilən bildiriş əsasında verilir. Laçında həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova xidmət vaxtı həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək.

Qeyd edək ki, yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.

Ermənistan nə istədiyini aydın şəkildə bəyan etməlidir - Hikmət HacıyevSovet dövründə və hətta ölkələrimizin müstəqilliy...
04/01/2024

Ermənistan nə istədiyini aydın şəkildə bəyan etməlidir - Hikmət Hacıyev

Sovet dövründə və hətta ölkələrimizin müstəqilliyinin ilk illərində istismarda olan dəmir yolu ilə keçməli olan ən qısa marşrutla sonuncu yük qatarı 1992-ci ildə keçib. Ermənistan bu dəmir yolu əlaqəsini bərpa etməkdə maraqlı olduğunu desə də, onlar paralel magistralın tikintisinə qarşı çıxırlar və bunun əvəzində Azərbaycana uzun, əlverişsiz və hava şəraitindən asılı olan şimal marşrutunu təklif edirlər. Bu, bir daha Ermənistanın nəqliyyat əlaqələrini açmaq istəmədiyini nümayiş etdirir.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

"Biz Ermənistan ərazisi ilə daşımaları nə Ermənistanın suverenliyinə, nə də Ermənistan-İran əlaqələrinə təhlükə kimi görmürük. Çünki Azərbaycandan Naxçıvana - Ermənistanın ucqar cənubundan keçən nəqliyyat əlaqəsi Ermənistanla İran arasında olan ticarət yoluna təsir etməyəcək. İki marşrut bir-birinə mane olmadan kəsişir. Əgər siyasi iradə mövcuddursa, məqbul üsullar tapmaq həmişə mümkündür. “Dəhliz” termini Ermənistanı qorxutmamalıdır, çünki bu, nəqliyyat marşrutları kontekstində geniş istifadə olunur. Bu nəqliyyat əlaqəsi Ermənistanı İranla sərhədindən məhrum etməyəcək. Bu marşrut Ermənistanı iki hissəyə də bölməyəcək. Təəssüflər olsun ki, bununla bağlı xüsusən də bəzi Qərb mediasında ölkəmə qarşı geniş şər-böhtan kampaniyasının aparıldığını görürük", - o qeyd edib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləri - Qarabağın və Şərqi Zəngəzurun Ermənistan tərəfindən qeyri-qanuni işğalı səbəbindən Ermənistan regionumuzun əsas enerji və kommunikasiya layihələrindən kənarda qalıb. Ermənistan uzun illər özünü təcrid vəziyyətində saxlayıb:

"Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində regional kommunikasiyaların açılması üçün müxtəlif layihələr də müzakirə oluna bilər. Ermənistan ərazisindən Naxçıvana nəqliyyat xəttinin istifadəyə verilməsi Ermənistanın Orta Dəhliz layihəsinə daxil edilməsində mühüm rol oynayacaq. Ancaq Ermənistan nəhayət ki, nə istədiyini aydın şəkildə bəyan etməlidir".

"Artıq üç ilə yaxındır ki, Azərbaycan Ermənistanın Naxçıvanla nəqliyyat əlaqəsini təmin etmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir. Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq. Biz, həmçinin Dünya Gömrük Təşkilatını öz nou-hau və standartlarını bölüşmək üçün dəvət etmişdik. Lakin Azərbaycan heç vaxt bütün səylərini bir istiqamətdə qurmur, ona görə də biz paralel olaraq alternativ həllər üzərində işləyirik. Biz, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətini ildə 5 milyon tona çatdırmaq istiqamətində işlər görürük. Biz iranlı tərəfdaşlarımızla birlikdə İran ərazisindən keçməklə Naxçıvana alternativ marşrut yaradırıq. İrəvanın bu halda yeni regional kommunikasiya layihəsindən kənarda qalması yalnız onun öz siyasətindən asılı olacaq.

Onu da deyim ki, İran ərazisindən keçən nəqliyyat layihəsinin reallaşması Ermənistandan keçən marşrutun gündəmdən çıxarılması demək deyil. Biz bu istiqamətdə Ermənistanla işləməyə hazırıq. Daha çox alternativin olması həmişə daha yaxşıdır. Ermənistan vasitəsilə Naxçıvana nəqliyyat əlaqəsi onun suverenliyinə təsir etməyəcək. Bu mövzu ətrafında yaranmış isteriya tamamilə əsassızdır", - H.Hacıyev vurğulayıb.

Muxtar Babayev COP29-un prezidenti təyin edilibAzərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un ...
04/01/2024

Muxtar Babayev COP29-un prezidenti təyin edilib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un prezidenti təyin edilib.

Bu barədə COP28-in sosial şəbəkədəki hesabında bildirilib.

“Bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edir. COP29-un prezidenti Muxtar Babayevə və COP29-un aparıcı müzakirəçisi Yalçın Rəfiyevə fəaliyyətlərində uğurlar arzulayırıq. Biz COP28-in tarixi uğuruna əsaslanmaq və 1,5°C-nin əlçatan olması üçün COP29 və COP30, eləcə də, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının prezidentləri ilə işləməyi səbirsizliklə gözləyirik”, - məlumatda deyilir.

Qeyd edək ki, Şərqi Avropa Regional Qrupu dekabrın 11-də Dubayda keçirilən COP28 konfransında rəsmən elan edilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etmək üçün Azərbaycanı seçib. Azərbaycanda COP29 2024-cü ilin noyabrına planlaşdırılıb.

Ərdoğan CHP liderindən aldığı təzminatı hərbi fonda bağışlayıbTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq P...
04/01/2024

Ərdoğan CHP liderindən aldığı təzminatı hərbi fonda bağışlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özəldən aldığı təzminatı hərbi fonda (Mehmetçik Vəqfi) bağışlayıb.

Bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın "X" hesabında paylaşım edib.

O bildirib ki, Prezidentin şəxsi hüquqlarının pozulmasına görə CHP sədrindən alınan 65 min lirəlik mənəvi təzminat əsas və əlavə debitor borclarla birlikdə Ərdoğanın icazəsi ilə Mehmetçik Vəqfinə bağışlanıb.

Laçında yol qəzasında 2 hərbçimiz həlak olubYanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat ...
04/01/2024

Laçında yol qəzasında 2 hərbçimiz həlak olub

Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Faktla bağlı araşdırma aparılır.

Türkiyə MN: "Azərbaycan da daxil dost və müttəfiq ölkələrin haqlı davalarına dəstək verməyə davam edirik"Türkiyə Milli M...
04/01/2024

Türkiyə MN: "Azərbaycan da daxil dost və müttəfiq ölkələrin haqlı davalarına dəstək verməyə davam edirik"

Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri kont-admiral Zeki Aktürk Türkiyənin Azərbaycan da daxil olmaqla dost və müttəfiq ölkələrin haqlı davalarına dəstək verməyə davam etdiyini bildirib.

Bu barədə MMN rəsmisi həftəlik keçirlən mətbuat konfransında deyib.

"Türk Silahlı Qüvvələrimiz Kipr, Azərbaycan, Liviya, Kosovo, Bosniya və Herseqovina, Qətər, Somali və bir çox başqa bölgələrdə uğurla xidmət edir. Qardaş, dost və müttəfiq ölkələrin ədalətli mübarizəsinə dəstək verməkdə davam edirik", - deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonunda fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində işini davam etdirir.

Xocavənddə 7 avtomat, 2 qumbara tapılıbXocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlə...
04/01/2024

Xocavənddə 7 avtomat, 2 qumbara tapılıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları rayon ərazisində 7 avtomat, 2 əl qumbarası, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edərək götürüb.

Dövlət Departamenti: “İranda baş vermiş partlayışlarda ABŞ və İsrailin əli yoxdur” ABŞ Dövlət Departamenti İranda baş ve...
04/01/2024

Dövlət Departamenti: “İranda baş vermiş partlayışlarda ABŞ və İsrailin əli yoxdur”

ABŞ Dövlət Departamenti İranda baş vermiş partlayışlarda ABŞ və İsrailin əli olmadığını açıqlayıb.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, İranın Kirman əyalətində qəbiristanlıq yaxınlığında baş verən partlayışlara görə İsrailin məsuliyyət daşıması üçün heç bir səbəb görmür: "ABŞ heç bir şəkildə bu işdə iştirak etmir. İkincisi, İsrailin partlayışlarda əli olduğuna inanmağa heç bir əsasımız yoxdur”.
Qeyd edək ki, SEPAH generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında iki ayrı məkanda partlayış törədilib. Partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib. Həmçinin İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə gözlənilən səfəri təxirə salınıb.

Fransa Azərbaycanlıları Koordinasiya Şurası Evian-lö Bən şəhər meriyasına etiraz edibFransanın Evian-lö Bən şəhər meriya...
04/01/2024

Fransa Azərbaycanlıları Koordinasiya Şurası Evian-lö Bən şəhər meriyasına etiraz edib

Fransanın Evian-lö Bən şəhər meriyasının “Azərbaycan Bağı” adı ilə bağlı şəhərdəki bütün lövhələrin yığışdırılmasına dair qərarı bu ölkədə yaşayan Azərbaycan icmasını hiddətləndirib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Fransa Azərbaycanlıları Koordinasiya Şurası adından Fransa Xarici İşlər Nazirliyinə, Fransa parlamentinə, Evian-Lö Bən şəhər meriyasına ünvanlanan bəyanatda bu yolverilməz hadisə Azərbaycanın İsmayıllı şəhəri ilə Fransanın Evian-lö Bən arasında 2015-ci ildə imzalanmış qarşılıqlı dostluq və əməkdaşlıq xartiyasının kobudcasına pozulması kimi qiymətləndirilib.

Nəzərə çatdırılıb ki, məhz həmin xartiyaya əsasən 2017-ci ildə bu şəhərdə “Azərbaycan Bağı” açılıb və parkda dünya qadınlarının azadlıq rəmzi olan görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ucaldılıb.

Azərbaycanla Ermənistanın artıq sülh müqaviləsinin imzalanması üzrə danışıqlar mərhələsində olduğunu xatırladan Koordinasiya Şurası qeyd edib ki, meriyanın qərarı Ümumi İcma Məcəlləsinin L. 1115-1 maddəsinə ziddir.

ABŞ-dən Türkiyəyə F-16 döyüş təyyarələrinin satışı ilə bağlı AÇIQLAMAABŞ rəhbərliyi İsveçin NATO-ya üzvlük prosesinin Tü...
04/01/2024

ABŞ-dən Türkiyəyə F-16 döyüş təyyarələrinin satışı ilə bağlı AÇIQLAMA

ABŞ rəhbərliyi İsveçin NATO-ya üzvlük prosesinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsində qəbul edilməsindən məmnun olduğunu və F-16 döyüş təyyarələrinin Ankaraya satışı prosesi üzərində həssaslıqla çalışdığını açıqlayıb.

ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Metyu Miller gündəlik mətbuat konfransında İsveçin NATO üzvlüyü və Türkiyənin F-16 təyyarənin satış prosesini qiymətləndirib.

Miller Türkiyə Böyük Millət Məclisinin İsveçlə bağlı qanun layihəsinin Xarici Əlaqələr Komissiyasında qəbul edilməsini müsbət qarşıladıqlarını və layihənin Baş Assambleyada qəbul edilərək imzalanmasını gözlədiklərini bildirib.

Administrasiyanın F-16-ların satışı və İsveçin NATO-ya üzvlüyünü bir-biri ilə əlaqəli məsələlər kimi görmədiyini bildirən ABŞ sözçüsü bu iki məsələni bir-biri ilə bağlı görən Konqres üzvlərinin olduğunu da qeyd edib.

Konqresdə bu mövzuda bəzi problemlərin olduğunu bildirən Miller F-16-lar da daxil olmaqla, iki ölkə ilə bağlı mövzular üzərində həssaslıqla çalışdıqlarını vurğulayıb.

Vətən müharibəsi iştirakçılarının bir qrupunun Türkiyəyə səfəri başlayıbTərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndir...
03/01/2024

Vətən müharibəsi iştirakçılarının bir qrupunun Türkiyəyə səfəri başlayıb

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə bir qrup qazinin yanvarın 2-də Türkiyəyə səfəri başlayıb.

1922-ci il yanvarın 3-də Mersin, 5-də isə Adana şəhərlərinin düşmən işğalından azad edilməsinin il dönümləri ilə əlaqədar olaraq Vətən müharibəsi iştirakçılarından ibarət Azərbaycan nümayəndə heyəti qardaş ölkədəki tədbirlərdə iştirak edəcək, hərbiyönümlü rəsmi şəxslərlə, partiya rəhbərləri ilə görüşlər keçirəcək.

Səfər barədə məlumat verən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Azərbaycan-Türkiyə əlaqələrinin günü-gündən inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyəyə qalxmasında Ümummilli Lider Heydər Əliyevin də böyük əməyi var. Onun “Bir millət, iki dövlət” şüarı və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamı bu birliyin və qardaşlığın rəmzinə çevrilib: “Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın da qardaşlıq əlaqələri münasibətləri daha da inkişaf etdirərək müttəfiqlik səviyyəsinə yüksəldib. İki qardaş ölkə bütün platformalarda bir-birini dəstəkləyir, biri-birinin yanındadır. Hərbiyönümlü təşkilatlar da bu əlaqələri yüksək səviyyədə davam etdirirlər. Belə ki, Türkiyə Ehtiyatda olan Zabitlər Birliyi, Ehtiyatda olan Gizirlər Birliyi, Türkiyə Müharibə Veteranları Birliyi, Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Birliyi ilə 2014-cü ildən bəri çox sıx əməkdaşlığımız var. Bu məqsədlə ildə bir neçə dəfə qarşılıqlı olaraq Türkiyə və Azərbaycana qazilərinin səfərləri təşkil olunur”.

E.Həsənli əlavə edib ki, qazilərin asudə vaxtının səmərəli təşkili, həmçinin iki ölkə arasında hərbiyönümlü QHT-lərin əməkdaşlığı, hərbi sahədə təcrübə mübadiləsinin aparılması da səfərlərin əsas məqsədlərindəndir.

Qeyd edək ki, yanvarın 2-dən 11-dək davam edəcək səfər çərçivəsində Türkiyənin Ankara, Adana və Mersin şəhərlərində müxtəlif dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulur.

03/01/2024

Öz sahibinə qucaq açan Xanın kəndi, Xankəndi!🇦🇿🇹🇷

Şəhid Xudayarın anası: Polad Həşimovun açdığı cığırla gedənlər ərazi bütövlüyümüzü bərpa etdilərPolad Həşimovun şəhadət ...
03/01/2024

Şəhid Xudayarın anası: Polad Həşimovun açdığı cığırla gedənlər ərazi bütövlüyümüzü bərpa etdilər

Polad Həşimovun şəhadət xəbəri Xudayara çox p*s təsir etmişdi. Mənə yığıb onun şəhid olma xəbərini deyəndə ona şəhidliyin əlçatmaz zirvə olduğunu, hər adamın həmin mərtəbəyə ucala bilmədiyini dedim. Dedi ki "başa düşürsən, ana, əsgərin generalını şəhid etmək evindəki atasını öldürmək kimidir. Onun intiqamı yerdə qalmayacaq". Xudayar Dövlət Sərhəd Xidmətinin kiçik giziri idi. Vətən müharibəsi başlayanda Polad Həşimovun qisasını almaq və ərazi bütövlüyümüzü bərpa etmək üçün könülü olaraq döyüşə yollandı. Zəngilan istiqamətində döyüşlərdə şəhid oldu.

Bunu Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanova deyib.

“Şəhid olan oğulların şəkillərinə baxdıqda, həyat hekayələrini dinlədikdə açıq-aydın görmək olar ki, o gözəl məqamın nuru şəhadət şərbətini içəcək oğulların üzünə, əməllərinə yansıyıb. Polad Həşimovun da simasından, davranışlarından sanki cənnətin sorağı gəlirdi. Daşkəsən, Tovuz, Murovdağda xidmət edənlər, onunla ünsiyyətdə olanlar bilirlər ki, o, necə zabit olub. Şəhid general-mayor digər oğlum Məhəmmədin Daşkəsəndə komandiri olub. Onun necə bir komandir olduğu hər kəsə bəlli idi. Oğlum deyirdi ki, Polad Həşimov əsgərlərinə öz övladı kimi baxır. Polad kimi generallar neçə əsrdən bir yetişir. Onun kimi generalın da belə qəhrəman əsgərləri olmalı idi. Ərazi bütövlüyümüzü bərpa edənlər də məhz onun açdığı cığırla gedənlər oldular. Çox şükür ki, torpaqlarımız düşmən tapdağından xilas edilib. Azad olunmuş torpaqlara ayaq basanda generalımız başda olmaqla bütün şəhidlərin ruhuna dualar oxuyuruq. Nə onun, nə də onun qəhrəman əsgərlərinin qisası qiyamətə qalmadı”, - deyə şəhid anası vurğulayıb.

03/01/2024

Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. İMZA

Qasim Süleymaninin öldürülməsinin ildönümü yürüşündə partlayış olub - 20 ölü, 15 yaralı varİran İnqilab Keşikçiləri Qvar...
03/01/2024

Qasim Süleymaninin öldürülməsinin ildönümü yürüşündə partlayış olub - 20 ölü, 15 yaralı var

İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu Kerman şəhəri qəbiristanlığına gedən Golzar Şahadai yolunda iki partlayış baş verib.

Hadisə Qasim Süleymaninin öldürülməsinin ildönümünün qeyd olunduğu vaxt baş verib. İlkin məlumata əsasən, 20 nəfər ölüb, 15 nəfər yaralanıb.

Partlayışın səbəbi hələ ki məlum deyil.

Qeyd edək ki, Qasim Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib. Sepah-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlədə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir.

03/01/2024

Bayram günlərində bölgələrə səfərlərin sayı kəskin artıb. Hazırda Qubadan Şahdağa qədər böyük avtomobil sıxlığı müşahidə olunur…

Fransada azərbaycanlı şairə Natəvanın abidəsini sökməyə hazırlaşırlar Hələ 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri il...
03/01/2024

Fransada azərbaycanlı şairə Natəvanın abidəsini sökməyə hazırlaşırlar

Hələ 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le-Ben şəhərinin meriyası azərbaycanlı şairə Natəvanın abidəsini sökməyə hazırlaşır.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Heykəl artıq parça ilə örtülüb.

Qeyd edək ki, abidənin stendlərinin yerləşdiyi “Azərbaycan parkı” adını bildirən bütün lövhələr sökülüb.

Bu vəziyyət Fransa cəmiyyətini bürüyən azərbaycanofobiyanın artıq absurd həddə çatdığını göstərir. Və bu baxımdan Fransa Ermənistana bənzəyir.

Fransa hakimiyyəti baş verənlərə münasibət bildirəcəkmi? Axı onlar Qafqazın mədəni irsi üçün belə narahatdırlar! Yoxsa azərbaycanlıdırsa, onu məhv etmək olar?!

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when RealXeber.info posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Media/News Companies in Baku

Show All