Bakı vaxtı ilə saat 08:50-yə olan məlumata görə, ABŞ-da Prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp 230 nümayəndə (51,1%), Demokrat Partiyasının namizədi Kamala Harris 165 nümayəndə (47,5%) qazanıb.Qazanmaq üçün keçərli say 270-dir.
Mağazad maraqlı hadisə
Bakıda mağazada maraqlı hadisə
Müştəri qiyməti 1043 manat olan noutbukun dəyərini qəpiklər ilə ödədi
Bir neçə gün öncə “Azerbaijan Technologies” şirkətinə məxsus olan noutbuklar, kompüterlər, kompüter hissələri və aksesuarların satışı üzrə ixtisaslaşmış mağazada maraqlı hadisə baş verib.
Belə ki, mağazadan noutbuk əldə edən şəxs onun tam dəyərini 10 və 20 qəpiklərdən ibarət olan xırda pullar ilə ödəyəcəyini bildirib. Mağazanın əməkdaşları "fərqi yoxdur, qəpik də puldur" deyərək onun istəyini təmin ediblər. Müştəri aldığı noutbukun 1043 manat olan tam dəyərini qəpiklər ilə ödəyib. Qəpiklərin sayılması üçün mağazanın satıcıları xeyli vaxt sərf etsələr də, əsas məqsədin müştərinin məmnunluğudur.
Mağaza Bakı şəhəri , 28 May küçəsi 15 (23 saylı məktəblə üzbəüz) ünvanında yerləşir.
İspaniyanın Valensiya əyalətində oktyabrın 29-da başlayan leysan yağışları daşqınlara səbəb olub.
Reuters yerli hökumətə istinadən xəbər verir ki, ölənlərin sayı 50 nəfəri keçib.
Bölgədə dəmir yolu və magistral yolların hərəkəti dayandırılıb. Helikopterlər insanları evlərdən və avtomobillərdən xilas etmək üçün istifadə olunur.
Səlahiyyətlilər sakinlərə evdə qalmağı və səyahətdən çəkinməyi tövsiyə edib.
Bakının Nizami rayonunda “Vosmoy” bazarı kimi tanınan “8-ci km Ticarət Mərkəzi”ndə tikilmiş taxtadan olan köşk və piştaxtalar sökülüb. Küçə ticarətinin aparıldığı ərazinin təmizlənməsinə başlanılıb.
Öz mallarını daşımaqla məşğul olan obyekt sahibləri əvvəlcədən söküntü ilə bağlı məlumat verilmədiyini bildiriblər. Mallarının yerdə qaldığını deyən satıcılar onları harada satacaqlarını bilmirlər.
Fotoqraf Xəyal Vəlizadənin söküntü gedən ərazidən çəkdiyi fotoları təqdim edirik.
Expressbank silsiləvi ekoloji layihələr keçirir
Expressbank “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə başlatdığı “Təbiətə qayğı – Gələcəyə miras” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində silsiləvi yaşıl aksiyaların icrasına başlayıb.
Belə ki, bu il ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsinə həmrəylik ifadəsi olaraq Expressbank əməkdaşlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Layihənin keçirilməsində məqsəd bank əməkdaşlarını yaşıl gələcəyin bünövrəsinin qoyulması ideası ətrafında toplayaraq dövlətimizin tutduğu mövqeyə dəstəyi ifadə etməkdir. Layihə çərçivəsində paytaxtın ən hərəkətli yollarındn biri olan Salyan şosesinin yolkənarı ərazisində 300 ədəd Eldar şamı ağacı əkilib. Aksiyanın həyata keçirilməsinə BŞİH əməkdaşları da dəstək göstəriblər.
Qeyd edək ki, Expressbank ASC bundan öncə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutan ağacəkmə aksiyasında da fəal iştirakı ilə fərqlənmişdi.
"Expressbank" ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir.
Üstünə ciddi düşdülər!
NƏZARƏT GÜCLƏNDİRİLİB, 6000 MANATADƏK SANKSİYA TƏTBİQ OLUNUR
Dövlət Vergi Xidməti kartdan karta köçürmə üsulu ilə işləyən sahibkarlara bir daha xəbərdarlıq edir.
Hazırda Bakıda yağan yağışlar nəticəsində Sabunçu körpüsünün altında yenə su yığılır. Körpüyə giriş bağlanıb.
"Bağırov" körpüsünün altına yenə su yığılır
Bakı şəhərində yağıntılı hava şəraiti nəticəsində Heydər Əliyevin prospektindəki "Bağırov" körpüsünün altında yenə təhlükəli vəziyyət yaranıb.
Belə ki, körpünün altını su basıb.
Qeyd edək ki, oktyabrın 22-də də "Bağırov" körpüsündə eyni vəziyyət yaranmışdı.
NET FINANCE 5 illik uğur dolu yolu qeyd edib
NET FINANCE, Azərbaycanın aparıcı audit, maliyyə və konsaltinq şirkətlərindən biri olaraq, öz 5 illik yubileyini böyük təntənə ilə qeyd edib.
2019-cu ildə əsası qoyulan şirkət qısa müddət ərzində güclü mütəxəssis komandası və müştəri məmnunluğuna əsaslanan xidmət siyasəti ilə bazarın öncüllərindən biri olmağı bacarıb.
Şirkət həmtəsisçisi və direktoru Aqşin Əsgərov yubiley tədbirində çıxış edərək bildirib: “Bizim bu gün gəldiyimiz nöqtə komanda işinin, etibarlı müştəri əlaqələrinin və innovativ yanaşmalarımızın nəticəsidir. 5 il ərzində əldə etdiyimiz uğurlar bir başlanğıcdır, biz daha böyük hədəflərə doğru inamla irəliləyirik.”
Bu müddət ərzində NET FINANCE bir çox yerli və beynəlxalq layihələrə imza ataraq öz sahəsində yüksək etibar qazanmışdır. Şirkət, müştərilərə göstərilən xidmət keyfiyyətini artırmaq, innovativ həllərlə yeni bazarlara çıxmaq və Azərbaycanın biznes sektorunun inkişafına dəstək olmaq istiqamətində fəaliyyətini davam etdirir.
Yubiley tədbirində həm şirkət işçiləri, həm də bir çox nüfuzlu qonaqlar iştirak edib. Gələcək üçün ambisiyalı planlar və yeni tərəfdaşlıqlar barədə müzakirələr aparılıb.
NET FINANCE fəaliyyət göstərdiyi illər ərzində müxtəlif audit, vergi, maliyyə və konsaltinq xidmətlərini uğurla həyata keçirərək, Azərbaycanın iqtisadi inkişafına öz töhfəsini verib. Şirkət, peşəkar komanda ilə, müştərilərə göstərilən xidmətlərin hər zaman yüksək səviyyədə qalmasına zəmanət verir və gələcəkdə də Azərbaycanda maliyyə bazarının liderlərindən biri olmağı hədəfləyir.
Azərbaycan Prezident İlham Əliyevin Kazan hava limanından qarşılanmasının görüntüləri.
Prezident İlham Əliyevi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov qarşılayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində səfərədədir.
Azərbaycan Prezidenti İlham Əliyev BRİCS sammitində iştirak etmək üçün Kazana gəlib.
"Təbii fəlakətdir, fövqəladə vəziyyətdir. Ola bilər bəzi nöqsanlara da yol verilib"
Bunu yağışın yaratdığı fəsadlar və çətinliklər barədə sualları cavablandırarkən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.