Kinoinfo

Kinoinfo Gənc Film İstehsalçıları Assosiasiyasının film istehsalçıları və investorlar üçün kino xəbərləri saytı.

16/01/2025

Rejissor Nurlan Həsənli "Erkən hisslər" filmi haqqında danışır.
Film 17 yanvar saat 19.00-da Nizami Kino Mərkəzində...
Giriş sərbəstdir.

2024-cü ildə kinoteatrlarda 27 Azərbaycan filmi nümayiş olunub.Statistika Kinoinfo.az tərəfindən hazırlanıb.Daha ətraflı...
14/01/2025

2024-cü ildə kinoteatrlarda 27 Azərbaycan filmi nümayiş olunub.
Statistika Kinoinfo.az tərəfindən hazırlanıb.

Daha ətraflı şərhdəki linkdə...

CineMastercard Park Cinema Nizami Cinema Center

Hikmət Rəhimovun "Apatiya 2" filminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimindən kinoinfo.az-ın fotosessiyasını ...
13/01/2025

Hikmət Rəhimovun "Apatiya 2" filminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimindən kinoinfo.az-ın fotosessiyasını təqdim edirik.

KINOINFO.AZ – 1 YAŞIMIZ OLDU!Gənc Film İstehsalçıları Assosiasiyasının təsis etdiyi kino xəbər saytı - kinoinfo.az fəali...
10/01/2025

KINOINFO.AZ – 1 YAŞIMIZ OLDU!

Gənc Film İstehsalçıları Assosiasiyasının təsis etdiyi kino xəbər saytı - kinoinfo.az fəaliyyətinin bir ilini tamamladı. İlk növbədə kino peşəkarlarına ünvanlanan saytda il ərzində
247 YAZI - Həmçinin 23 analitik məqalə, 40-a yaxın müsahibə və persona tanıtımı
48 FOTOSESSİYA
27 VİDEOREPORTAJ
32 VİDEOMÜSAHİBƏ
yayımlanıb.
Növbəti dövrdə də kinoinfo.az bol informasiyalı məlumatlar, analitik məqalələr, kino yenilikləri, rəngarəng fotossessiya və maraqlı videoreportajlarla fəaliyyətini gücləndirərək davam edəcək.
Sayt Azərbaycan Respublikasınnın Kino Agentliyinin maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Azərbaycan Kinematoqrafçılar İttifaqı sayta təşkilatı dəstək göstərib.
Sayt Əli İsa Cabbarov, Ramil Ələkbərov, Aynur Kazımova, Həmidə Baxışova, Nəzirməmməd Zöhrablı, Rüfət Bəndəliyev və digər şəxslərin əməyi ilə fəaliyyət göstərir.

Bir il ərzində film istehsalının hər hansı bir mərhələsində iştirak edərək xəbərlərimizə mənbə təşkil edən, məmnuniyyətlə müsahibə verən, çəkiliş meydanlarını və təqdimat mərasimlərini əməkdaşlarımızın ixtiyarına verən, kinonu sevən, ürəyi kino ilə döyünən, bu bir il ərzində bizimlə olan bütün oxucularımıza və izləyicilərimizə təşəkkür edirik!

kinoinfo.az

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Kino Agentliyi (ARKA) post-prodakşn mərhələsində olan filmlərə dəstək...
10/01/2025

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Kino Agentliyi (ARKA) post-prodakşn mərhələsində olan filmlərə dəstək məqsədilə növbəti müsabiqə elan edir.

Bir film üçün nəzərdə tutulan maksimal dəstək məbləği
tammetrajlı bədii filmlər üzrə - 30 000 (otuz min) AZN,
tammetrajlı sənədli filmlər üzrə - 20 000 (iyirmi min) AZN,
qısametrajlı bədii və sənədli filmlər üzrə - 15 000 (on beş min) AZN,
qısametrajlı animasiya filmləri üzrə isə 13 000 (on üç min) AZN
müəyyən olunub.

Daha ətraflı şərhdəki linkdə

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi

Yanvarın 17-də saat 19:00-da Nizami Kino Mərkəzində dövlət dəstəyi ilə istehsal olunmuş “Narqız” animasiya filminin, həm...
10/01/2025

Yanvarın 17-də saat 19:00-da Nizami Kino Mərkəzində dövlət dəstəyi ilə istehsal olunmuş “Narqız” animasiya filminin, həmçinin “Tərsinə kölgələr” və “Erkən hisslər” qısametrajlı bədii filmlərinin təqdimatı keçiriləcək.
Filmlər haqqında daha ətraflı şərhdəki linkdə və saytımızda kinoinfo.az
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi

Kinotənqidçi Hacı Səfərov: "Filmi çəkəndə əsas məsələ maddi resurslarla vaxt resursunu birləşdirməkdən ibarətdir". Hacı ...
07/01/2025

Kinotənqidçi Hacı Səfərov: "Filmi çəkəndə əsas məsələ maddi resurslarla vaxt resursunu birləşdirməkdən ibarətdir".
Hacı Səfərov rejissor kimi çəkdiyi ilk filmi haqqında danışır.
"Tərsinə kölgələr" filmi Azərbaycan Respublikasının Kino Agentliyinin post-prodakşn mərhələsindəki filmlərə dəstək müsabiqəsinin qaliblərindən biridir. Film həmçinin Azərbaycan Kinematoqrafçılar İttifaqının da dəstəyini əldə edib.

Daha ətraflı şərhdəki linkdə...

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi Azərbaycan Kinematoqrafçılar İttifaqı

07/01/2025

Rejissor Murad Muradov "Danışır və göstərir Şuşa" filmi haqqında danışır...
Film Azərbaycan Respublikasının Kino Agentliyinin keçirdiyi müsabiqənin qaliblərindən biridir.
Daha ətraflı şərhdəki linkdə...

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi

07/01/2025

Azərbaycan Kinematoqrafçılar İttifaqının elan etdiyi ssenari müsabiqəsi parlaq qadln obrazı müəllifi kimi kino tariximizə düşmək şansı verir.
Baş mükafat 5000 azn.
Şərtlər şərhdə.

29/12/2024

Prodüser Emil Nəcəfov rejissor Elməddin Alıyevin "Qayıdış" (Geri dönüş) filmi haqqında danışır.
Film Azərbaycan Respublikasının Kino Agentliyinin keçirdiyi "post-prodakşn mərhələsində olan filmlərə dəstək" müsabiqəsinin qaliblərindən biridir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi Elmeddin Aliyev Vasif Velizade

28/12/2024

Rejissor Səidə Haqverdiyevanın "Qırxdan sonra..." filminin təqdimat mərasimi olub. Kinoinfo.az-ın tədbirdən hazırladığı videoreportajı təqdim edirik.
Daha ətraflı şərhdəki linkdə...

Saida Hagverdiyeva

26/12/2024

Prodüser Emil Nəcəfov rejissor İlkin Yusifin "Sən haralısan, durna?" filmi haqqında fikirlərini deyir.
Film Azərbaycan Respublikasının Kino Agentliyinin keçirdiyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin qaliblərindən biridir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən 2023-cü il t...
24/12/2024

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən 2023-cü il tarixində elan olunan film layihələri müsabiqəsinin qaliblərindən olan “Narqız” animasiya filminin istehsalı yekunlaşıb. Xronometrajı 9 dəqiqə olan film ANİMAFİLM Studio tərəfindən istehsal olunub.
Filmin prodüseri Rəşid Ağamalıyev, quruluşcu rejissoru və rəssamı Məsud Pənahi, ssenari müəllifləri Məsud Pənahi, İsmayıl İman və Nəzrin Ağamalıyevadır. Yaş həddi 8+ olan filmin mövzusuna əsasən balaca Narqız göyə çərpələng uçurur və dünyada hər şeyi unudaraq onun ardınca qaçır. Sevinc içərisində olan qız torpaq altında olan və öz partlamaq saatını gözləyən təhlükənin belə fərqində deyil. Bu isə minadır...
Dram janrında olan filmin ideya müəllifi Bəhruz Pənahi, bəstəkarı Azər Hacıəsgərli, səs rejissoru Nadir Mahmudov, aparıcı animatoru Firəngiz Bağırova, kompozitinq rəssamı Emil Şiran, səsləndirmə rejissoru isə Qurban Məsimovdur.
Daha ətraflı şərhdəki linkdə...
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi Rashid Aghamaliyev Nazrin Aghamaliyeva Ismail Iman Azer Hajiasgarli Nadir Mahmudov

23/12/2024

Prodüser Emil Nəcəfov rejissor Nurlan Həsənlinin "Erkən hisslər" filmi haqqında danışır: "İstədik anlayaq görək uşaqlarla işləmək necə olacaq... Fikrimcə p*s alınmayıb".
Film Azərbaycan Respublikasının Kino Agentliyinin keçirdiyi müsabiqənin qaliblərindən biri olaraq çəkilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi Nurlan Hasanli

21/12/2024

“MƏN, LALƏ, BİR DƏ ŞERLOK HOLMS” SERİALI İTV-DƏ NÜMAYİŞ OLUNACAQ
Fantastik komediya janrında ərsəyə gətirilən “Mən, Lalə, bir də Şerlok Holms” serialı 22 dekabr 2024-cü il tarixində İctimai televiziyanın efirində nümayiş olunacaq. Elm və Təhsil Nazirliyinin dəstəyilə KAC Qrup Media tərəfindən istehsal olunan serialın baş prodüseri Amiran Babayev, quruluşçu rejissoru Rüfət Şahbazov, ssenari müəllifləri Tural Sevdimalı və Vüqar Hüseynovdur.
Daha ətraflı şərhdəki linkdə...

Rufet Sahbazov Amiran Babayev Rasim Jafar

Dekabrın 24-də Nizami Kino Mərkəzində “Qırxdan sonra…” qısametrajlı bədii filminin təqdimatı olacaq.Filmin qəhrəmanı ail...
20/12/2024

Dekabrın 24-də Nizami Kino Mərkəzində “Qırxdan sonra…” qısametrajlı bədii filminin təqdimatı olacaq.
Filmin qəhrəmanı ailə məişət sıxıntıları ilə üzləşən, yaşı 40-ı keçmiş aktrisa, zaman keçdikcə kinoda və teatrda ona tələbatın azaldığını hiss edir. Amma bunu qəbul etmək istəmir. Əsas ideyalardan biri sənətin görünməyən tərəflərinin qadın qəhrəmanın müxtəlif ruh hallarında təsvirinə can atmaqdır. Rejissor aktyor və qadın taleyinə iki qəhrəmanın sarsıntıları, yaşantıları fonunda kinematoqrafik baxış edir.
Filmin ssenari müəllifləri Saida Haqverdiyeva, Sevda Sultanova, rejissoru Saida Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğludur. Əsas rolları Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva ifa edirlər.
“RS Production"un istehsalı olan filmin (prodüserlər Kəmalə Nəhmətova və Saida Haqverdiyeva) montaj rejissoru Əli Xiləli, ikinci operatoru Sahib Mikayılov, səs rejissoru Mehman Nadirov, səs operatoru Aslan Əlibəyovdur.

20/12/2024

Rejissor Mətləb Muxtarov: "Sənədli filmin tamaşaçısı dünyada da azdır".

Daha ətraflı şərhdəki linkdə...

Metleb Muxtarov

19/12/2024

Prodüser Emil Nəcəfov: ""Yaddaş sarayları" filminin rejissoru Mətləb Muxtarovun vizual dili fərqlənir".
"Yaddaş sarayları" filmi Azərbaycan Respublikasının Kino Agentliyindən post-prodakşn dəstəyi alıb.
Film haqqında daha ətraflı şərhdəki linkdə...

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ARKA - Azərbaycan Respublikasının Kino Agentliyi Metleb Muxtarov

Address

Bülbül Pr. 30
Baku
1014

Alerts

Be the first to know and let us send you an email when Kinoinfo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share