Qafqazinfo.az

  • Home
  • Qafqazinfo.az

Qafqazinfo.az Azərbaycanın ictimai, siyasi və sosial xəbər portalı

17/05/2025

Sosial şəbəkələrdə Elgünə aid olduğu bildirilən görüntülər yayılıb. Görüntülərdə onun həmin gecə marketə daxil olduğu, alış-veriş etdikdən sonra obyekti tərk etdiyi öz əksini tapıb.

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.Mayın 18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bö...
17/05/2025

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.

Mayın 18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Qobustan, Qusar, Neftçala, Salyan, Daşkəsən, Goranboy, Kəlbəcər, Laçın, Cəlilabad, Biləsuvar, Yardımlı, Lerik, Astara, Masallı, Lənkəranda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xəbər verildiyi kimi, mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölm...
17/05/2025

Xəbər verildiyi kimi, mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb və intensiv ibtidai istintaq tədbirləri aparılır.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Qeyd edilib ki, hazırda iş üzrə daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir, habelə hadisənin bütün halları, səbəbləri və mexanizmi tam, hərtərəfli və obyektiv şəkildə araşdırılması məqsədilə zəruri ekspertizalar təyin edilib:

“Bununla belə, təəssüf hissi ilə qeyd olunur ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən hadisənin təfərrüatlarına dair istintaq orqanı ilə dəqiqləşdirilməmiş, istintaqın hazırkı mərhələsində müəyyən edilmiş hallarla ziddiyyət təşkil edən, o cümlədən zərərçəkmiş şəxsin bədənində aşkar edilmiş xəsarət izlərinin yeri, sayı, xarakteri və mənşəyi, o cümlədən bu xəsarətlərin hansı şəraitdə baş verdiyinə dair reallığı əks etdirməyən məlumatlar yer alır.

Bu cür əsassız və dəqiqləşdirilməmiş məlumatların tirajlanması, ictimaiyyətin obyektiv və doğru informasiya ilə təmin olunmasına xələl gətirməklə yanaşı, ictimaiyyətdə süni ajiotaja səbəb olur.

Bildiririk ki, qeyd olunan cinayət işi üzrə hadisə yerinin baxışı və əldə edilmiş ilkin sübutlar əsasında bütün mümkün versiyalar, o cümlədən intihar, ehtiyatsızlıqdan ölümə səbəb olma, habelə şəxsin yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi yoxlanılır.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha xatırladır ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında aparılmalı, xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanunauyğun davranılmalıdır.

Odur ki, sosial şəbəkə istifadəçilərindən və ictimai fəallardan bu məsələdə yüksək həssaslıq göstərmələri, istintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaların yayılmaması xahiş olunur.

İbtidai istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.

Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov: “Əməkhaqqı məsələsi ən ciddi problemdir. Məsələn, mənim ay...
17/05/2025

Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov: “Əməkhaqqı məsələsi ən ciddi problemdir. Məsələn, mənim aylıq əməkhaqqım 1370 manatdır, digərlərinin əməkhaqqı 600-900 manatdır.

Hazırda İnstitutda 180 nəfər çalışır, onlardan 117 nəfəri elmi işçi, qalanları isə köməkçi heyətə daxildirlər.

Professorların maaşı 1000 manata yaxındır. Aydındır ki, bu maaşla heç bir alim ailə dolandıra bilməz, ona görə də onlara qanunvericiliyin tələbinə uyğun olaraq digər müəssisələrdə yarım ştat işləməyə imkan verilir”

Gürcüstan vətəndaşı olan yük avtomobili sürücüsü “Qırmızı Körpü” gömrük postunda 60 min ABŞ dollarını qaçaqmalçılıq yolu...
17/05/2025

Gürcüstan vətəndaşı olan yük avtomobili sürücüsü “Qırmızı Körpü” gömrük postunda 60 min ABŞ dollarını qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək istəyərkən saxlanılıb.

41 yaşlı Agil Nazarov 40 min dolları corablarında, 20 mini isə şalvarının cibində gizlədərək ölkəyə keçirməyə çalışıb.

İstintaqla müəyyən edilib ki, pul Agil Nazarova məxsus olmayıb. O, istintaqa verdiyi ifadəsində deyib ki, Fərid adlı şəxs həmin vəsaiti Bakıya çatdırmaq üçün ona verib və qarşılığında 120 manat vəd edib. Maddi çətinliklərlə üzləşdiyi üçün də bu təklifi qəbul edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Agil Nazarov qaçaqmalçılıqda təqsirli bilinib. Lakin məhkəmə iki azyaşlı övladı olmasını da nəzərə alaraq onu həbsdə saxlamayıb. Agilə şərti cəza təyin edilib, o, məhkəmə zalından azadlığa buraxılıb.

60 min dollar isə Dövlət Gömrük Komitəsinin depozit hesabına yerləşdirilib. Əsl sahibi cinayət məsuliyyətinə cəlb edildikdən sonra həmin pulun taleyinə aydınlıq gətiriləcək.

Xalq artisti Aygün Səmədzadə Gəncə filarmoniyasının direktoru vəzifəsinə təyin olunub.
17/05/2025

Xalq artisti Aygün Səmədzadə Gəncə filarmoniyasının direktoru vəzifəsinə təyin olunub.

Dünən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən SMS-bildiriş gəldi.Elgün Azərbaycan dili fənnindən 100 baldan 85 bal topla...
17/05/2025

Dünən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən SMS-bildiriş gəldi.

Elgün Azərbaycan dili fənnindən 100 baldan 85 bal toplamağı bacarmışdı...

O, eyni zamanda martda keçirilən buraxılış imtahanında da 300 baldan 204 toplamışdı.

16/05/2025

Kənan Qurbanlı ötən ilin avqust ayının 19-da ailəsi ilə birgə dənizə çimməyə gedib. Çimərlik geyimində dənizə girən Kənan anidən gözdən itib. Valideynləri ilə yanaşı, hər kəs onun dənizdə boğulduğunu düşünüb.

Həmin vaxtdan dənizdə Kənanın nəşinin axtarışları davam edirdi. Ancaq tapılmırdı ki, tapılmırdı.

İndi baş verənlər isə onun öldüyünü düşünən ailəsi üçün əsl sürpriz olub. Çünki Kənan düz 9 aydan sonra dünən sağ-salamat evlərinə qayıdıb.

Gəncədə döyülərək öldürülən 18 yaşlı Elgün İbrahimovun yaxınları danışıblar.“Anası xəstə adamdır, p*s vəziyyətdədir. Xəs...
16/05/2025

Gəncədə döyülərək öldürülən 18 yaşlı Elgün İbrahimovun yaxınları danışıblar.

“Anası xəstə adamdır, p*s vəziyyətdədir. Xəstəxanadan zəng gəldi. Gedəndə gördük ki, onu vəhşicəsinə döyüblər. Şərəf lövhəsində şəkli olan, nümunəvi uşaq idi. Cinayətkarların tutulmasını, başqa uşaqların, anaların başına bunun gəlməməsini istəyirik”, - mərhumun qohumu Samirə Zeynalova söyləyib.

Mərhumun dayısı bildirib ki, araşdırmalarının yekununu gözləyirlər:

“Hamı balasını çölə buraxmağa qorxur. Ehtimallar çoxdur, hərə bir söz danışır”.

Dostları isə deyir ki, Elgün heç vaxt mübahisəyə girən, davakar biri olmayıb.

16/05/2025

Azərbaycan Prezidenti kübar davranışı ilə diqqət çəkib.

Belə ki, Prezident İlham Əliyev yağışlı hava şəraitində əlində çətir tutaraq Aİ-nin xanım rəsmisinin islanmasının qarşısını alıb.

Hazırda təqdim edəcəyimiz şəkli heç bir şərh vermədən siyasi cəhətdən günün fotosu adlandıra bilərik. Onsuz da son illər...
16/05/2025

Hazırda təqdim edəcəyimiz şəkli heç bir şərh vermədən siyasi cəhətdən günün fotosu adlandıra bilərik.

Onsuz da son illərdə hər üç ölkə arasında gedən siyasi danışıqlarda kimin lider olduğunu məhz bu foto özü deyir.

16/05/2025

Tərəflər arasında maraqlı dialoq yaşanıb. Belə ki, Paşinyan Azərbaycan Prezidentini kofe içməyə dəvət edib. Prezident İlham Əliyev isə indi söhbət etdiyini, daha sonra yaxınlaşacağını bildirib.

Address

Bakı şəhəri, Nərimanov Rayonu, Vladimir Mayakovski Küçəsi, 8/9. M10

Telephone

+994554900596

Website

https://t.me/qafqazinfo, https://az.m.wikipedia.org/wiki/Qafqazinfo

Alerts

Be the first to know and let us send you an email when Qafqazinfo.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Qafqazinfo.az:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share