Diplomatiya.az

  • Home
  • Diplomatiya.az

Diplomatiya.az 📌Instagram:
📌TikTok: .az





📰Qlobal dünyanın nəbzini bizimlə tutun.

📌Instagram:
📌TikTok: .az



📰Qlobal dünyanın nəbzini bizimlə tutun.


🔴Diplomatiya.az, Azərbaycan Respublikasının və digər ölkələrin diplomatiya sahəsindəki aktual və müasir məsələləri barədə xəbər və analitik məqalələr təqdim edən bir onlayn informasiya portalıdır.

🔻Bu portal, ölkədə və dünyada baş verən diplomatik proseslər, müzakirələr, müqavilələr və bey

nəlxalq münasibətlərlə bağlı son xəbərləri və məqalələri oxuculara çatdırır.

🔻Portalda, diplomatik sahədə fəaliyyət göstərən Azərbaycanın diplomatik missiyalarının işi və onların öhdəlikləri barədə məlumatlar da yer alır. Diplomatiya.az, həm də diplomatik məsələləri/prosesləri anlamaq və izləmək üçün əhəmiyyətli bir resurs olaraq tanınır.

26/12/2024

🔴Ermənistanın baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammiti zamanı növbəti iclasda Ermənistan nümayəndə heyətinin iştirak formatı barədə mübahisə ediblər.

🔻Mübahisə Paşinyanın Ermənistan nümayəndə heyətinin 2025-ci ilin mayında Minskdə Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasında distant formatda iştirak edəcəyini deməsindən sonra başlayıb.

🔻"Sizin probleminiz nədir, Minsk bu qədər uzaqdır və sizi aparan yoxdur? Əgər lazımdırsa, biz sizi apararıq", - deyə Lukaşenko hiddətlənib.

🔻Paşinyan cavab verib ki, o, "bu məsələ ilə bağlı artıq açıq bəyanat verib və bu bəyanat qüvvədə qalır".

🔻Qeyd edək ki, Ermənistanın baş naziri koronavirusa yoluxduğu üçün Aİİ-nin hazırkı sammitində videobağlantı vasitəsilə danışıb. Lukaşenko tədbirdə şəxsən iştirak edib.

08/12/2024

🔴Suriyada Bəşər Əsəd rejiminin sona çatması ölkənin yeni mərhələyə keçməsi müşahidə olunur.

🔻2011-ci ildən başlayan vətəndaş müharibəsi rejimi tükədib. İran və Rusiyanın dəstəyi ilə mövcudluğunu qoruya bilməyən Əsəd hökuməti artıq ərazilər üzərində tam nəzarəti təmin edə bilmədi. Xüsusilə İdlib və Hələb bölgələrindəki döyüşlər rejimin hərbi və siyasi gücünün tükəndiyini göstərdi.

🔻Bu prosesdə Heyət Təhrir əş-Şam (HTŞ) lideri Məhəmməd Colani ön plana çıxdı. Artıq Colani təkcə bir hərbi lider deyil, Suriyanın gələcək siyasi arxitekturasını formalaşdırmaq iddiasında olan bir şəxs kimi tanınır. O, həm Suriyanın daxili siyasətində, həm də beynəlxalq münasibətlərdə diqqət mərkəzinə çevrilib.

🔴Məhəmməd Colani kimdir?

🔻Əsl adı Əhməd Hüseyn əl-Şər’a olan Məhəmməd Colani Suriyanın Dər’a bölgəsində dünyaya gəlib. Onun ailəsi Əbdül Nəsir rejiminin tərəfdarları olub. Bu səbəbdən Colaninin siyasi təfəkküründə erkən yaşlardan etibarən ərəb millətçiliyi və İslamçılıq düşüncəsi formalaşıb.

🔻Colani ilk dəfə 2003-cü ildə İraqda ABŞ-a qarşı mübarizə aparan silahlı qruplaşmalara qoşulub. O, qısa müddətdə Əbu Musab əl-Zərqavinin rəhbərlik etdiyi Əl-Qaidənin İraq qanadı ilə əlaqə qurub. Daha sonra İŞİD lideri Əbu Bəkr əl-Bağdadi ilə işləyib. Lakin İŞİD-dən ideoloji fikir ayrılıqları səbəbindən qoparaq Ən-Nüsrə Cəbhəsini yaradıb. Ən-Nüsrə Cəbhəsi sonradan Heyət Təhrir əş-Şam (HTŞ) adı altında fəaliyyətini davam etdirdi.

🔻Colani özünü dəyişmək və beynəlxalq imicini yeniləmək üçün son illərdə ciddi addımlar atıb. Dini qiyafəni tərk edərək hərbi uniforma və müasir geyimlərdə görünməyə başlayıb. O, bir neçə dəfə Qərb mediasına açıqlamalar verərək deyib: “Mən terrorçu deyiləm. İŞİD və Əl-Qaidə keçmişdə qaldı.”



⬇️ARDI ŞƏRHDƏ⬇️

08/12/2024

🔴 : Suriyada müxalifət qüvvələri paytaxt Dəməşqi ələ keçiriblər.

🔻Bu barədə "Əl-Cəzirə" və "Reuters" məlumat yayıb.

🔻Məlumata görə, Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb.

🔻Bildirilir ki, Suriya Prezidenti Bəşər Əsəd ölkədəki son hadisələr fonunda paytaxt Dəməşqi tərk edib. Onun təyyarəsi naməlum istiqamətə uçub.

03/12/2024

🔴 : Prezidentin hərbi vəziyyət elan etməsindən sonra Koreya Respublikası Milli Assambleyasının binasına giriş-çıxış bağlanıb.

🔻Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

🔻Müxalifət prezidentin qərarını konstitusiyaya zidd adlandırıb. "Toburo" Demokratik Partiyası deputatları toplamaq qərarına gəlib.

🔻Koreya Respublikasının Quru Qoşunlarının Baş Qərargah rəisi Pak An Su ölkədə hərbi vəziyyətin tətbiqindən sonra komandir təyin edilib. Hərbi vəziyyət müddətində Pak An Su Milli Assambleyanın, siyasi partiyaların və birliklərin fəaliyyətinə, eləcə də mitinqlərin keçirilməsinə qadağa qoyub. Həmçinin, regional parlamentlərin fəaliyyəti də qadağan edilib.

🔻Cənubi Koreyada hərbi vəziyyətin tətbiqi fonunda Seul küçələrində hərbi texnika görüntülənib. Fotoları "Reuters" agentliyi yayıb.

23/11/2024

🔴 -da tarixi qərarlar qəbul edildi:

🔻● İqlim Razılaşmasının 6.2 və 6.4-cü bəndlərinin təsdiqlənməsi

🔻● Loss and Damage Fund-un tam fəaliyyətə başlaması ilə bağlı tarixi qərarın qəbul olunması

🔻● Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) haqqında yeni qərar layihəsinin təsdiqlənməsi.

22/11/2024

🔴 hakimiyyəti hərbi əməliyyatlar zamanı ilk milli mülki müdafiə planını hazırlamağa başlayıb.

🔴 , və sakinlərə içərisində mümkün münaqişənin nəticələrini aradan qaldırmağa dair tövsiyələr olan vərəqələr paylamağa başlayıb.

🔴 hakimiyyəti ilə genişmiqyaslı münaqişəyə hazırlaşmaq üçün 1000 səhifəlik gizli əməliyyat planı hazırlayıb.

🔴 ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib.

🔴 ilə Rusiya arasında raket atışmasından və Rusiya prezidenti 'in videomüraciətindən sonra Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsi tərəflərini təmkinli olmağa çağırıb.

🔴 fövqəladə iclas keçirəcəyini elan edib və bu iclasa Ukraynanın da qatılacağı bildirilib.

🔴 Prezidenti Kasım Jomert Tokayev Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkədəki mühüm hərbi və mülki obyektlərin təhlükəsizliyini təmin etmək üçün aidiyyəti qurumlara təcili tədbirlər görməyi tapşırıb.

🔴 baş nazirinin müavini Aleksandr Vulin: “Bayden administrasiyasının Rusiya ərazisini vurmaq üçün raketlərinin istifadəsinə icazə vermək qərarı son 100 ildə bəlkə də ən mühüm qərardır və biz müharibəsi astanasındayıq."

🔴Şimali Koreya lideri Kim Çen In: " yarımadası heç vaxt indiki kimi nüvə münaqişəsi riskinin bu qədər yüksək səviyyəsi ilə üzləşməyib".

🔴 Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç: "Qərb Rusiya və Belarusa qarşı hərbi əməliyyatlara hazırlaşır”.

01/11/2024

🔴2024-cü il noyabrın 1-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşü keçirilib.

🔻Yuxarıda qeyd olunan komissiyaların birgə fəaliyyəti haqqında 2024-cü il avqustun 30-da imzalanmış Əsasnamənin 7-ci maddəsinə uyğun olaraq, görüş zamanı Tərəflər həmin Əsasnamənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların onların dövlətləri tərəfindən yerinə yetirilməsi barədə bildirişləri mübadilə etdilər.

🔻Əsasnamənin 7-ci maddəsinin bu cür prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı gündə onun qüvvəyə minməsini təsbit etməsini nəzərə alaraq, Tərəflər vurğuladılar ki, sözügedən Əsasnamə 2024-cü il noyabrın 1-də qüvvəyə minir.

🔻Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi apardılar.

🔻Tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə etdilər.

🔻Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəldilər.

🔻Komissiyaların görüşü başa çatdıqdan sonra Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan ayrıca olaraq nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə etdilər.

27/10/2024

🔴"Gürcüstan hökuməti, müxalifətin etirazlarına baxmayaraq, təsdiqlənəcək".

🔻Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

🔻O, vurğulayıb ki, müxalifət partiyaları yeni çağırış parlamentinin ilk iclasının işinə mane ola bilməyəcəklər.

🔻Xatırladaq ki, daha əvvəl "Dəyişikliklər Koalisiyası" oktyabrın 27-dən etiraz aksiyalarına başlayacağını elan etmişdi.

21/10/2024

🔴Böyük Britaniya Kralı III Çarlzın Avstraliyaya səfəri qalmaqalla başlayıb. Belə ki, monarxın federal parlamentdəki çıxışı zamanı Yaşıllar Partiyasından olan senator Linda Torp demarş edərək krala və kraliçaya qarşı təhqiramiz sözlər deyib.

🔻Bu barədə "The Australian" nəşri xəbər yayıb.

🔻Bildirilib ki, III Çarlzın salamlama nitqindən sonra senator Torp Avstraliya torpağını yerli sakinlərə qaytarmağı tələb edib.

🔻"Siz bizim kralımız deyilsiniz, siz burada xoş qarşılanmırsınız! Torpağımızı bizə qaytarın, bizdən oğurladığınız hər şeyi qaytarın", - deyə o, etiraz səsini ucaldıb.

🔻Kral senatorun qışqırıqlarına reaksiya verməyib və Avstraliyanın Baş naziri Entoni Albaneze ilə söhbətini davam etdirib.

🔻Linda Torpun özünü isə parlament iclasları zalından çıxarıblar.

09/10/2024

🔴 baş naziri 'ın Parlamentində çıxışı zamanı bir macar fəal Orbana pul ataraq etiraz edib.

🔻“Ölkəni neçəyə satdınız? O, ölkəmizi 'ə və 'ə satdı”.

08/10/2024

🔴 'da jurnalistlər İlham Əliyev və Paşinyana sülhlə bağlı sual verib:

🔻 nə vaxt imzalanacaq?

🔻 : Hər şey razılaşdırılanda

🔻 : Mən artıq öz təklifimi irəli sürmüşəm. Düşünürəm ki, sülhü məhz indi imzalamaq üçün kifayət qədər razılaşdırılmış məzmun var.

01/10/2024

🔴 : İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə raket hücumu təşkil etdiyini açıqlayıb.

🔻Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

🔻Bildirilib ki, hücum HƏMAS lideri İsmayıl Haniyənin qətlinə cavabdır və əgər hərbi reaksiya verərsə, daha sarsıdıcı cavabla üzləşəcək.

🔻İranın -dəki daimi nümayəndəliyi isə bəyan edib ki, İsrailə hücum ölkənin suverenliyinin pozulmasına legitim cavabdır.

🔻Qeyd edək ki, raket zərbələrilə əlaqədar İordaniya və İraq həva məkanını bağlayıb.

30/09/2024

🔴Ermənistan Konstitusiya Məhkəməsi Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadı etibarsız sayıb.

🔻Qeyd edək ki, 'ın Müstəqillik Bəyannaməsində ölkəmizə qarşı ərazi iddialarının olduğunu və bunun sülhə maneə törətdiyini bildirib.

28/09/2024

🔴 : 'da " " tərəfdarlarının nümayişi keçirilir.

🔻Etirazçılar 'ın Yaşıl Zonasına daxil olaraq səfirliyini mühasirəyə alıblar.

🔻ABŞ Dövlət Departamenti qeyri-rəhbər işçilərə ailələri ilə birlikdə kompleksi tərk etməyi tövsiyə edib.

🔻Qeyd edək ki, İraqda şiələr "Hizbullah" lideri 'ın tərəfindən öldürülməsinə etiraz edirlər.

27/09/2024

🔴Karib hövzəsi dövləti olan Haiti Fransadan təzminat tələb edir.

🔻Bu barədə Haitinin Keçid Prezident Şurasının sədri Edqar Leblan Fil Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

🔻Məlumata görə, Haiti Parisin müstəmləkəçilik siyasətinin ölkəyə vurduğu zərərin ödənilməsini istəyir.

🔻Fil Haitini "dünyanın ilk müstəqil qaradərili ölkəsi" adlandırıb. Ölkə 1804-cü ildə Fransadan müstəqilliyini elan edib. 1825-ci ildə Haiti fransızların ölkənin müstəqilliyini tanıması üçün Parisə böyük məbləğdə pul ödəməli olub ki, bu da Karib hövzəsi dövlətini yoxsulluq həddinə çatdırıb. Haiti yalnız 1947-ci ildə borcunu tam olaraq ödəyib. Edqar Leblan Fil bunun fəsadlarının hələ də hiss olunduğunu qeyd edib.

🔻Qeyd edək ki, ekspertlərin hesablamalarına görə, ödənilən ümumi məbləğ 21 milyard dollar təşkil edib. Port-o-Prensdə inflyasiya nəzərə alınmaqla, kompensasiya 150-200 milyard dollar həcmində qiymətləndirilir. Haiti səlahiyyətliləri müxtəlif beynəlxalq forumlarda bu təzminat mövzusunu daim qaldırırlar.

🔻"Bu borc haitililərin köləlik buxovlarından xilas olduqları cəsarət üçün bir cəza növü oldu. Bu, ölkənin potensialını bir çox nəsillər boyu boğan ədalətsiz cəza idi", - deyə o bildirib.

🔻"Ödədiyimiz pulları qaytarmağın vaxtı çatmayıbmı? Bununla əlaqədar ölkəmiz keçmişdə dəymiş ziyanın tanınması, ödənilməsi, habelə kompensasiyaların verilməsinə yönəlmiş konkret tədbirlər çərçivəsində bir sıra hökumətlər, eləcə də BMT-nin bəzi qurumları tərəfindən irəli sürülən təklifləri alqışlayır", - deyə siyasətçi vurğulayıb.

🔻O əlavə edib ki, ölkə müstəmləkəçilik siyasətinin qurbanı olan ölkələrlə keçmiş müstəmləkəçi dövlətlər arasında dialoq mexanizminin yaradılması prosesində BMT-yə güvənir.

🔻Ölkədə çətin vəziyyətlə bağlı danışan Edqar Leblan Fil su içmək üçün çıxışını yarımçıq kəsib, lakin stəkan tapmadığı üçün birbaşa su qabından içib və bu zaman suyu üzərinə töküb. Əsəbi olduğu görünən Fil daha sonra pencəyinin qolu ilə ağzını silib və bununla da çıxışını yekunlaşdırıb.

26/09/2024

🔴ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə və xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında üçlü görüş başa çatıb.

🔻Görüş Nyu-Yorkda Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

🔻Görüş mediaya qapalı keçib.

18/09/2024

🔴İsrailin müdafiə naziri Yoav Qalant sentyabrın 18-də etdiyi çıxışında müharibənin yeni mərhələsinin başladığını elan edib.

🔻Bu barədə "The Jerusalem Post" məlumat yayıb.

🔻"Ağırlıq mərkəzi şimala doğru sürüşür. Bu, o deməkdir ki, biz gücləri, resursları və enerjini getdikcə daha çox şimala yönləndiririk", - deyə Qalant bildirib.

🔻"Bu əməliyyat hərtərəfli bir əməliyyatdır və onun missiyası aydın və sadədir - şimal icmalarının sakinlərini təhlükəsiz şəkildə evlərinə qaytarmaq", - o əlavə edib.

🔻Bildirilir ki, İsrail Müdafiə Qüvvələri öz bölmələrindən biri olan 98-ci diviziyanı Qəzza zolağından Livanla sərhədə köçürür.

18/09/2024

🔴İran İslam Respublikası Silahlı Qüvvələrinin ali və yüksək rütbəli zabitləri Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə ziyarət ediblər.

🔻Bu barədə səfirlik məlumat yayıb.

🔻Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Address


Alerts

Be the first to know and let us send you an email when Diplomatiya.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Diplomatiya.az:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share