Köhlən nəşriyyatı

Köhlən nəşriyyatı Ana dilimizdə keyfiyyətli və orijinal tərcümələr!

11/10/2024
Yetmiş illik ayrılıq axır ki çatdı sona,Salam! Rəsul övladı Məhəmməd Əmin kişi!Yordun uzaq yolları, səsinlə, sorağınla,Q...
29/01/2024

Yetmiş illik ayrılıq axır ki çatdı sona,
Salam! Rəsul övladı Məhəmməd Əmin kişi!
Yordun uzaq yolları, səsinlə, sorağınla,
Qırdın axır belini həsrətin, qəmin, kişi!

Məzarına baxanın kirpiyində nəm gördüm,
Ağ mərmərin üzündə qara donlu qəm gördüm,
Sənin kimi yarımaz bir qisməti kəm gördüm,
Acıdım taleyinə min bəxti kəmin, kişi!

Sağ olsun məzarını ağ mərmərə tutanlar,
Dilindəki sözləri seçib zərə tutanlar.
Qoy tarixdən utansın səni şərə tutanlar,
Yaman getdi əlindən fürsətin, çəmin, kişi!

Tanrı səni yaratdı, bir də çətin yarada,
Sən qurtuluş istədin, qanlar axdı arada.
Beşiyin Bakıdadır, məzarın Ankarada,
Sənin Vətəndən özgə kimin var, kimin, kişi!

Nələr çəkib başımız, dərdimizdən halıydın,
Yaralı bir nəğmənin unudulmaz xalıydın.
Sən də bizim torpağın Mustafa Kamalıydın,
Heyf! Sünbül tutmamış biçildi zəmin, kişi!

Səndən sonra gələnlər qara yeltək əsdilər,
Bizi bizdən almağa coşdular, tələsdilər.
Məğrur saraylar yapan düz əlləri kəsdilər,
Daşı düz qoyulmadı özülün, himin, kişi!

Ana öz övladını qoymaz gözündən yana,
Vətənin ölməz oğlu, gedək Azərbaycana.
Millət "İstiqlal!" - deyə yenidən gəlir cana,
Özün çal havasını köklənən simin, kişi!

Əzilməz xalqın kökü, dərindədir, dərində,
Zaman çəkib oturdar hər kəsi öz yerində,
İllər gəlib keçsə də sən xalqın nəzərində
Yenə həmin oğulsan, yenə də həmin kişi!
Bu böyük həqiqətə əmin ol, əmin, kişi!

Dəyərli oxucularımız!9-ci Beynəlxalq Kitab Sərgisində biz də iştirak edəcəyik!Sərgidə yerli nəşriyyatlarla yanaşı fərqli...
11/11/2023

Dəyərli oxucularımız!

9-ci Beynəlxalq Kitab Sərgisində biz də iştirak edəcəyik!

Sərgidə yerli nəşriyyatlarla yanaşı fərqli ölkələrdən təşrif buyuran nəşriyyatlar, naşirlər və müəlliflər də iştirak edəcəklər! Sərgiyə gəlməklə möhtəşəm endirimlərdən yararlana, sevdiyiniz müəlliflərin imza və təqdimat mərasimlərində iştirak edə bilərsiniz!

Hər birinizi kitablarımız, 30%-50% endirimlərimiz və möhtəşəm stendimizlə gözləyəcəyik!

Bakı Ekspo Mərkəzi

11-15 noyabr

10:00-20:00

Tariximizə qızıl hərflərlə yazılmış 8 Noyabr Zəfər Günü münasibətilə xalqımızı təbrik edirik!
08/11/2023

Tariximizə qızıl hərflərlə yazılmış 8 Noyabr Zəfər Günü münasibətilə xalqımızı təbrik edirik!

Bu kitabda təqdim etdiyimiz on iki hekayənin üçü “Şanapipik haqqında mahnı” adlı birinci kitabımda (“Bağışlayın, Rənanı ...
24/06/2023

Bu kitabda təqdim etdiyimiz on iki hekayənin üçü “Şanapipik haqqında mahnı” adlı birinci kitabımda (“Bağışlayın, Rənanı tanımırsınız?”, “Qurbağalı gölün sahilləri” və “Qarışqa tapdalamayan”), yeddisi “Sərçələr üçün poema” kitabımda (“Abşeron hekayələri” bölməsindəki hekayələr) çap olunmuşdu. Axırıncı iki hekayəni isə (“Məryəm xalanın oğlu” və “Yer üzündə axırıncı gecə”) kitablar çap olunandan sonra yazdığım hekayələrdən seçmişəm. Hekayələrin hamısını təzədən gözdən keçirdib redaktə etmişəm. Amma xüsusi dəyişiklik yoxdur. Kobud dil xətalarını düzəltməyə çalışmışam bircə (o vaxt yazanda daha çox şifahi nitqə əsaslanmışdım). Bu hekayələri yazanda çox şeyi bilmirdim. Amma təbii, nöqsanlar hələ də qalıb. Çünki hələ də bilmədiyim şeylər var. Hər halda, bu hekayələr mənə çox əzizdir. Onları yazdığım vaxt aralığında (söhbət kitablarımda çap olunan hekayələrdən gedir; iyirmi üç-iyirmi yeddi yaş arası yazmışam onları) bir az başqa cür adam idim, düşüncələrim başqa idi, ədəbiyyata baxışım başqa idi. Əslinə qalsa, o vaxtlar hələ ədəbiyyatın, hekayə yazmağın nə olduğunu bilmirdim. Heç indi də tam dəqiqliyiylə bilmirəm, amma hər halda savadım və biliyim o vaxtkından az da olsa artıb və bu inkişaf da (yəqin inkişaf deməklə səhv etmirəm) o hekayələr kimi hekayə yazmağıma mane olur. Hə, daha o cür yaza bilmirəm.

Onda bu kitabı da həsr edək o hekayələri yazan Həmidə…

Yükləmək üçün: https://litres.az/book/h-mid-piriyev/yer-uzund-axirinci-gec-68288362/

Hər birinizi Ələsgər Siyablının "Dünya tarixinin Turan dövrü" və "Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan" kitablar...
07/06/2023

Hər birinizi Ələsgər Siyablının "Dünya tarixinin Turan dövrü" və "Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan" kitablarının imza gününə dəvət edirik.

İmza günü saat 15:30-da KitabAl stendində baş tutacaqdır.

Address

Bakixanov Qəsəbəsi; Mehmandarov 169A
Baku
KOHLANPRESS

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 09:00 - 14:00
Sunday 09:00 - 17:00

Telephone

+994553599923

Alerts

Be the first to know and let us send you an email when Köhlən nəşriyyatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Köhlən nəşriyyatı:

Share

Category

Bizim fəaliyyətimiz

Azərbaycanda fəaliyyət göstərən nəşriyyat. Əsas fəaliyyəti elmi və bədii ədəbiyyatların buraxılışı ilə bağlıdır.