Xalqxeber

Xalqxeber XalqXeber.Az
Azərbaycan və dünyada baş verən ən son xəbərlər Xalqxeber.Az
(71)

Bir daha anladım ki, bir insandan bu dünyada sadəcə gözəl və işıqlı xatirələr qalır başqa heç bir şey. Sadəcə onu qazanm...
29/09/2023

Bir daha anladım ki, bir insandan bu dünyada sadəcə gözəl və işıqlı xatirələr qalır başqa heç bir şey. Sadəcə onu qazanmağın dərdində olmalıdır hər bir insan və unutmamalıdır ki, ölüm elə bu gün, sabah, bəlkə də bir neçə saniyə, dəqiqə sonra qonaq gələ bilər…

Allah məkanını cənnət etsin dəyərli və xeyirxah Ganire Pashayeva

07/09/2023
04/09/2023

Psixologiya üzrə fəlsəfə doktoru, dosent, Tanınmış teleaparıcı İlham Mirzəyev uzun zamandan sonra yenidən televiziya məkanına geri dönüş edib. Belə ki, İlham Mirzəyev “Space” telekanalında “Yaxşıya Doğru” adlı proqramda aparıcılıq edəcək. Uzun fasilədən sonra...

“TRİ PALMA” HOTEL ƏN BÖYÜK ƏXLAQSIZLIQ YUVASIDIR - Masazırda gizlənən qorxulu təhlükə“TRİ PALMA” HOTEL ƏN BÖYÜK ƏXLAQSIZ...
29/08/2023

“TRİ PALMA” HOTEL ƏN BÖYÜK ƏXLAQSIZLIQ YUVASIDIR - Masazırda gizlənən qorxulu təhlükə

“TRİ PALMA” HOTEL ƏN BÖYÜK ƏXLAQSIZLIQ YUVASIDIR

Yəqin ki, Abşeron rayonu, Masazır yaşayış məntəqəsi ərazisondə fəaliyyət göstərən “Tri Palma” hotel adı ilə tanınan (əslində bura hotel deyil, ən böyük əxlaqsızlıq ünvanlarından biridir) bu ünvanın qanunsuzluğa söykənən fəaliyyəti haqda məlumatlı olan hər kəs bilir ki, hal-hazırda adı çəkilən bu obyekt hotel kimi deyil, açıq-aşkar əxlaqsızlıq ünvanı olaraq fəaliyyət göstərməkdədir. Buna səbəb olan amillərdən ən əsası ondan ibarətdir ki, hotelin inşası həyata keçirilən zaman obyekt sahibi “Tri Palma”nı elə bir “proyekt” əsasında inşa etdirib ki, bu obyektə məxsus otaqlarda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarını həyata keçirmək mümkün olur. Məsələn, təqribən 10-15 otaqdan ibarət olan “Tri Palma” hoteldə cütlüklər üçün lazım olan hər cür şərait yaradılıb.
Onu da bildirək ki, qeyd olunan ünvana cütlüklərin daha çox üz tutmasının özəl səbəbi var. O da hotel adı ilə məşhur olan bu əxlaqsızlıq ünvanının, bir qədər xəlvəti ərazidə fəaliyyət göstərməsidir. Belə bir halın varlığı hər kəsin müəyyən söz-söhbətlərdən, qınaq obyektinə tuş gəlməsindən və s. kənarda qalmasına imkan yaradır. Tutaq ki, bir kimsə “istirahət etmək” üçün ünvan axtarır, o halda həmin şəxs “Tri Palma”nı seçməyə qərar verir. Buna da əsas səbəb, yuxarıda qeyd etdiyimiz kimi adı çəkilən bu ünvanın xəlvəti bir ərazidə fəaliyyət göstərməsidir. Təəssüflər olsun ki, bu əxlaqsızlıq ünvanı “Tri Palma” hotel adını daşıyır. Axı, bu gün hər kəsin düşüncə tərzində hotel adını daşıyan ünvanlarla bağlı istirahət etmək, digər xoşməramlı tədbirləri düzənləmək məqsədilə fikir formalaşıb. Əslində “Tri Palma”ya hotel adının verilməsi və bu ünvanın Abşeron rayonu ərazisində ən “xod” gedən əxlaqsızlıq ünvanlarından birinə çevrilməsi, sözsüz ki, hər kəsdə hotel adıyla bağlı müəyyən tərəddüdlərin, bəzi şübhələrin və s. əmələ gəlməsinə səbəb olur. Görəsən “Tri Palma” hotelin yuxarı üst hissəsinə hotel sözü deyil, birbaşa üç ulduzlu “Tri Palma” əxlaqsızlıq ünvanı sözlərinin yazılması daha məqsədəuyğun hal olmazmı?
Ardı şərhdə…

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri ...
25/08/2023

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.

Mehriban Arif qızı Əliyeva Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib. 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis edib. 2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Mehriban Əliyeva, həmçinin, Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da fondun rəsmi açılışı olub. Heydər Əliyev Fondu xeyriyyəçilik tədbirləri görür, təhsil, mədəniyyət, incəsənətlə bağlı layihələr həyata keçirir. Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Mehriban Əliyeva Birinci vitse-prezident kimi əsas diqqətini sosial məsələlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həlli üzərində cəmləşdirib. Şəhid ailələrinin, müharibə əlillərinin, məcburi köçkünlərin, sağlamlıq imkanları məhdud uşaqların, aztəminatlı ailələrin qayğıları daim onun diqqət mərkəzindədir.
Yeni Azərbaycan Partiyasının sədr müavinidir.

Sabiq DYP rəisi dünyasını dəyişdiBu gün sabiq DYP rəisi dünyasını dəyişib.DYP rəisi Fərman Abdullayev vəfat edib. O, qəf...
24/08/2023

Sabiq DYP rəisi dünyasını dəyişdi

Bu gün sabiq DYP rəisi dünyasını dəyişib.

DYP rəisi Fərman Abdullayev vəfat edib. O, qəfil ürək tutmasından dünyadan köçüb. Əsl adı Fərman olan DYP rəisi cəmiyyət arasında Elxan Abdullayev kimi tanınırdı.

Fərman Abdullayev Bakının bir çox rayonlarında DYP rəisi vəzifəsində çalışıb. Mərhum DYP rəisi daim humanistliyi ilə tanınıb.

İşlədiyi rayonlarda böyük hörmət qazanmış Fərman Abdullayev, cəmiyyət arasında böyük nüfuza sahib olub.

Onun ölümü hər kəsi kədərə qərq edib. Biz də kollektivimiz olaraq, mərhumun ailəsinə dərin hüzünlə başsağlığı veririk.

Allah Fərman müəllimə rəhmət eləsin.

Xuliqanlıqda ittiham olunan jurnalist Cəmil Məmmədli həbs edilib.Bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qərar qəbu...
24/08/2023

Xuliqanlıqda ittiham olunan jurnalist Cəmil Məmmədli həbs edilib.

Bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qərar qəbul edib.

Bu gün keçirilən hazırlıq iclasında prokuror təqsirləndirilən şəxsin istintaqın gedişinə maneə yaratdığını, zərərçəkmişlərə təsir etdiyini əsas gətirərək həbs edilməsinin zəruri olduğunu deyib.

Məhkəmə vəsatəti əsaslı hesab edib.

Qərar əsasən C.Məmmədli barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib.

Qeyd edək ki, Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.

Bu gün Milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidentlərindən biri olmuş Əbülfəz Elçibəyin anım günüdür....
22/08/2023

Bu gün Milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidentlərindən biri olmuş Əbülfəz Elçibəyin anım günüdür.

Əbülfəz Elçibəyin vəfatından 23 il ötür.

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) Şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb, Bakıya qayıtdıqdan sonra ADU-da müəllim işləyib. 1975-1976-cı illərdə antisovet fəaliyyətinə görə həbsdə olub. İlyarımlıq həbsdən sonra Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmağa başlayıb. O, 1988-ci ildə Azərbaycanda başlayan milli azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.

1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyam nəticəsində Bakını tərk edib və 1993-cü il iyunun 17-də Ordubad rayonunun Kələki kəndinə gedib.

İyunun 24-də Milli Məclisin qərarı ilə səlahiyyətlərinə son verilmiş Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.

Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən 62 yaşlı Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

Nikonun düşdüyü qəza ilə bağlı rəsmi açıqlama: 1 nəfər ölüb, yaralılar var
14/08/2023

Nikonun düşdüyü qəza ilə bağlı rəsmi açıqlama: 1 nəfər ölüb, yaralılar var

Xəbər verdiyimiz kimi, bu gün Bakının Heydər Əliyev prospektində ağır qəza baş verib. XalqXeber.Az xəbər verir ki, Nikosayağı kimi tannınan bloger Nicat Mütəllimovun idarə etdiyi "Porşe" markalı avtomobil "Kamaz"la toqquşub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP...

Tanınmış bloger qəzaya düşdü: Vəziyyəti ağırdır
14/08/2023

Tanınmış bloger qəzaya düşdü: Vəziyyəti ağırdır

Sosial şəbəkələrdə "Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimov qəzaya düşüb.AZXEBER.COM-un məlumatında görə, hadisə Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.N.Mütəllimov idarə etdiyi "Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəz...

Bundan gözəl mənzərə varmı? 🇦🇿👍
11/08/2023

Bundan gözəl mənzərə varmı? 🇦🇿👍

Sumqayıtda yerləşən "Green House" şadlıq sarayında yanğın baş verib.İddialara görə, sözügedən şadlıq sarayı "Nyu Sfera” ...
04/08/2023

Sumqayıtda yerləşən "Green House" şadlıq sarayında yanğın baş verib.
İddialara görə, sözügedən şadlıq sarayı "Nyu Sfera” şirkətlər qrupunun tərkibinə daxildir. Şirkətlər qrupunun prezidentinin ,İman Quliyev olduğu deyilir.İddialara görə, biznesmen həm də "Xalqlar Dostluğu” yarmarkasının, İsmayıllıda yerləşən "Green House" istirahət mərkəzinin də sahibidir.
Xatırladaq ki, " Qozbel İman " ləqəbi ilə tanınan iş adamı həmçinin Real Tv-nin təsisçisidir

Dövlət Gömrük Komitəsi
26/07/2023

Dövlət Gömrük Komitəsi

“PATRUL.AZ” media şirkətinin rəhbəri Səməndər Niftəliyev bildirir ki, Koreyadan 2015-ci il istehsalı olan Kia Carnival marka modelli avtomobili 7700 dollara alıb. Avtomobilin Azərbayacana gətirilməsi üçün də 2530, yəni ümumi 10230 dollar ödənilib. Avtomobilin rəsmi alış s...

Göstərilən diqqətə görə, Yasəmən Qəyyumlu xanıma dərin təşəkkürümü bildirirəm…
21/07/2023

Göstərilən diqqətə görə, Yasəmən Qəyyumlu xanıma dərin təşəkkürümü bildirirəm…

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Daşkəsənin icra başçısı Əhəd Abıyev vəzifəs...
17/07/2023

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Daşkəsənin icra başçısı Əhəd Abıyev vəzifəsindən azad olunub.

Əhəd Abıyev 12 il vəzifədə olduğu müddətdə zaman-zaman atdığı qeyri-adi addımlarla mətbuatın gündəminə gəlib.

65 yaşlı sabiq başçı son olaraq sakinlərlə görüşə atla getməsi ilə diqqət çəkmişdi. Daşkəsən İcra Hakimiyyətinin rəsmi feysbuk hesabında paylaşılan, daha sonra silinən məlumatda qeyd olunurdu ki, Əhəd Abıyev seldən zərər görən, avtomobilin hərəkət edə bilmədiyi ərazilərə atla gedib.

İcra hakimiyyətinin guya yolsuzluq avtomobilinin olmaması müzakirələrə səbəb olmuş, icra başçısının bu addımı özünü reklam etməsi kimi qiymətləndirilmişdi. Çünki Əhəd Abıyev at belində fərqli, sakinlərlə görüşdə isə başqa paltarda - kostyum, qalstukda idi.

Əhəd Abıyevin uzun illərdir unudulmayan addımlarından biri də tədbirlərin birində yumruğu ilə üzərinə guya Ermənistan bayrağı çizilmiş “şifer”i sındırması idi. 7 il əvvəl keçirilən tədbirdə “şifer”in əslində, Kolumbiya bayrağının rənglərinə boyandığını anlayanda isə artıq gec idi. Dövrün başçısının bu “şücaəti” Kolumbiya mətbuatına qədər yayılmışdı.

Əhəd Abıyev həm də, boksa olan marağı ilə diqqət çəkirdi. O, dəfələrlə rayon tədbirlərində əlinə boks əlcəyi geyinib rinqə çıxmışdı. İcra başçısının kostyumda boks əlcəyi ilə rinqə çıxması, özündən aşağı vəzifədə çalışan məmurlara “yumruq atması” birmənalı qarşılanmamışdı.

Əhəd Abıyev bir ara hətta sabiq səhiyyə naziri Əli İnsanovu yumruqla vurduğunu deməsi ilə də gündəmə gəlmişdi:

Kəramətdən peçat sözlər…
15/07/2023

Kəramətdən peçat sözlər…

Haqqın yolunu tapdı…
14/07/2023

Haqqın yolunu tapdı…

Şərh sizdə…
14/07/2023

Şərh sizdə…

Allah sizə də qismət eləsin…
10/07/2023

Allah sizə də qismət eləsin…

Bütün növ kosmetoloji prosedurlar üçün müraciət edə bilərsiniz.Ətraflı məlumata üçün whatsapp nömrəsi ilə əlaqə salxayın...
07/07/2023

Bütün növ kosmetoloji prosedurlar üçün müraciət edə bilərsiniz.
Ətraflı məlumata üçün whatsapp nömrəsi ilə əlaqə salxayın:
055 562 97 86


Kəramətdən şedevr…
04/07/2023

Kəramətdən şedevr…

24/06/2023

Dövrümüzün ən prestijli və öndə gedən tədris müəssisələrindən biri olan “Təhsiledu Group” Tədris Mərkəzi 2008-ci ildən etibarən fəaliyyət göstərir.Bugünki müsahibimiz “Təhsiledu Group” Tədris Mərkəzinin rəhbəri Kəmalə Süleymanovadır. Kəmalə xanım aldı...

"Təhsiledu Group " sizə heç bir imtahan vermədən  sadəcə ATTESTATLA qəbul fürsəti yaradır.Bu fürsəti dəyərləndirərək Tür...
19/06/2023

"Təhsiledu Group " sizə heç bir imtahan vermədən sadəcə ATTESTATLA qəbul fürsəti yaradır.Bu fürsəti dəyərləndirərək Türkiyənin ən öndə gedən Universitetlərində tələbə adını qazan.
Mərkəzimiz Türkiyənin 10-dan çox Universitetləriylə rəsmi əməkdaşlıq edir.

🇹🇷Əməkdaşlıq etdiyimiz universitetlər:
-Hitit Universitesi
-Atatürk Universitesi
-Tokat Gaziosmanpaşa Universitesi
-Gümüşhane Universitesi
-Eskişehir Osmanqazi Universitesi
-İzmir Demokrası Universitesi
-Yozqat Bozok Universitesi
-Kırşehir Universitesi
-İstanbul Universitesi
-Dumlu Pınar Universitesi
-Zonquldak Bülent Ecevit Universitesi
-Aydın Adnan Menderes Universitesi
-Medipol Universitesi
-Mersin Universitesi

✅Biz qəbula 100% zəmanət veririk.

📞 050-652-00-77

Ünvan: Yasamal rayonu, İnşaatçılar metrosunun çıxışı, A. M. Şərifzadə 174.

Psixoloq Sevda Əlixanova: Qadın psixoloji, iqtisadi və seksual zorakılıqlara məruz qalırQadınlara qarşı zorakılıq tarix ...
13/06/2023

Psixoloq Sevda Əlixanova: Qadın psixoloji, iqtisadi və seksual zorakılıqlara məruz qalır

Qadınlara qarşı zorakılıq tarix boyu kişilərlə zəif cinslər arasında aparılan bərabər bölgülərin ədalətsizliyi nəticəsində yaranır. Müasir dövr də daxil olmaqla, bütün dövrlərdə kişilər əksər hallarda öz mövqelərindən, eləcə də, onlara verilən güc və səlahiyyətlərdən qadınlara qarşı sui-istifadə ediblər. Zəif məxluqlara qarşı yönəldilən ədalətsizliyin isə əsasən, ailədaxilində baş verməsi faktı bu gün artıq dünya ictimaiyyətinin gündəmində duran əsas aktual məsələlərdəndir. Son günlər qadınlara qarşı zorakılıq hallarının artması və baş verən neqativ halın yaranması ilə bağlı Psixoloq Sevda Əlixanovanın fikirlərini öyrəndik. O, bu halların baş verməsində səbəblərin müxtəlif olduğunu dilə gətirib. Belə ki, qurbanların əksəriyyəti belə şəraitdə əsasən, susurlar. Yardıma ehtiyacları olduqları halda onu qəbul etməkdən qaçırlar. çox az hallarda qurbanlar bu barədə polisə müraciət edir, məhkəmələrdə cinayət işləri açılır. çünki onları bu yoldan çəkindirən bir sıra səbəblər var.
Birincisi, yaxınlarından, qohumlarından, iş yoldaşların utanırlar. Bundan başqa, ya bir sıra hallarda ailədə aldıqları tərbiyə, adət-ənənə onlara şikayətçi kimi çıxış etməyə imkan vermir, ya heç kəsin ona inanmayacağını, ya boşandıqdan sonra küçələrdə səfalət içində qala biləcəyini və sair bu kimi məsələlər qadınların qarşısında duran əsas mneaələrdir. Bəllidir ki, bir çox qadınlar ailələrini "dağıtdıqlarına" görə ata evi tərəfindən qəbul edilmir.
Regionlarda isə qadınlar ümumiyyətlə, məhkəməyə müraciət etməkdən çəkinir. Onlar düşünür ki, bu milli adət-ənənəyə uyğun deyildir.
Belə ki, hər yerdə olduğu kimi Azərbaycanda da istər milli, istər də dini qaydalara əsasən, qadınlar onlara inanmayacaqlarından və ya təkrarən zorakılığa məruz qalacaqlarından qorxaraq müxtəlif instansiyalara o cümlədən, polisə müraciət etməkdən çəkinir, başlarına gələn problemləri ətrafdakılara danışmaqdan utanırlar. Bu, xüsusilə də regionlarda aktual problem olaraq qalır. Məhz bu səbəbdən də ölkədə bu sahənin dəqiq statistikasını vermək mümkün olmur.vaqiff

Psixoloq Sevda Əlixanova: Erkən yaşda ailə quran qızların daxili aləmi parçalanırSon dövrlərdə Azərbaycanda qızların vax...
09/06/2023

Psixoloq Sevda Əlixanova: Erkən yaşda ailə quran qızların daxili aləmi parçalanır

Son dövrlərdə Azərbaycanda qızların vaxtından əvvəl ailə həyatı qurması ənənəviləşib. Xalqxeber.Az bunun səbəblərini, müsbət və mənfi tərəflərini, fəsadlarını və üstünlüklərini, bu cür qurulan ailələrin aqibətinin necə olçası ilə bağlı Psixoloq Sevda İsgəndər qızı Əlixanovanın fikirlərini öyrənməyə çalışıb.
Sevda xanım qeyd edir ki, qəribədir son dövrlərdə valideyinlərdə "qızımın başını tez bağlayım" kimi bir fikir formalaşıb. Bəs bu nə ilə əlaqəlidir? Valideyinlər qızlarının təhsil alaraq inkişaf etməsi, cəmiyyətə faydalı bir kadr kimi yetişməsi əvəzinə niyə onları ərə verməyə üstünlük verirlər? Onları qorxudan səbəblər nədir?
Qəribədir ki, qızların oxuyub savadlı bir kadr kimi cəmiyyətə yararlı olması oğlanların çoxunun gözünü qorxudur.
Bu çox maraqlı məsələdir. Qadınların erkən yaşda ailə həyatı qurması bir çox fəsadlar törədir. Bu ailənin həm psixoloji, həm sosioloji, həm də ailənin təsərrüfatı funksiyası və iqtisadi təminatı baxımından bir çox fəsadlar yaradır. Digər tərəfdən, belə ailələrdə intellektli, savadlı, yüksək dünyagörüşlü övlad tərbiyə edib yetişdirmək çətin olur. Bu isə gələcək nəsillərdə özünü göstərir. Düzdür, qanunla müəyyən olunmuş şəkildə ailə həyatı qurmaq üçün 18 yaş kanstitusiya yaşı kimi müəyyən edilib. Amma, mən düşünürəm ki heç 18 yaş həddi də münasib deyil, çünki çox şey həyat təcrübəsindən asılıdır. Fərdlərin peşə və ixtisasa yiyələnməsində və bir çox məsələlərdə ailədə güclü cins ilə zərif cins arasında sosial və psixoloji fərq olur. Bu, mənfi tərəflərini daha çox qadınlarda göstərir. Belə ki qadınlar erkən yaşda ailə həyatı qurduqda psixoloji yöndən uşaqları tərbiyə etməyə çətinlik çəkirlər. Ümumiyyətlə, ailədə ana təhsilli, dünyagörüşlü olduqda övlad da bu cür olur. Əks halda uşağın da dünyagörüşü və təsir dairəsi məhdudlaşır.Bu isə təbii ki, arzuolunmayan haldır".vaqiff

Ayan doğuşdan beyin qüsurlu və qurd ağız sərt damaq diaqnozu qoyulub sağalması üçün 13.000 manata ehtiyac var.Bu çətin y...
04/06/2023

Ayan doğuşdan beyin qüsurlu və qurd ağız sərt damaq diaqnozu qoyulub sağalması üçün 13.000 manata ehtiyac var.Bu çətin yolda Ayanı tək qoyma.Ayanin sizlərin dəstəyinə ehtiyacı var Instagram: KAPİTAL BANK:4169-7385-7507-3386
Seberbank:2202-2032-5366-0619
Leo bank:4098-5844-9652-3505

Seks üzrə çempionat keçiriləcəkGələn ayın əvvəlində seks üzrə Avropa çempionatı keçiriləcək. Bu yarışı 3000-dən çox üzvü...
30/05/2023

Seks üzrə çempionat keçiriləcək

Gələn ayın əvvəlində seks üzrə Avropa çempionatı keçiriləcək.

Bu yarışı 3000-dən çox üzvü olan İsveç Seks Federasiyası təşkil edir.

Qarşıdan gələn çempionatın iştirakçılarının bütün xərclərini təşkilat öz üzərinə götürür. Çempionat iyunun 8-də başlayacaq və ev sahibi İsveçin Göteborq şəhəri olacaq. Turnir tamaşaçılar qarşısında keçiriləcək.

İndiyədək müxtəlif ölkələrdən 20 iştirakçı ərizə təqdim edib. Onlar tam şifahi sevgi proqramı, mövqe dəyişməsi, orqazm sayı, dözümlülük və s. daxil olmaqla 16 fərqli istiqamət üzrə yarışacaqlar. Matçların hər biri 45 dəqiqədir. Qaliblər üç münsif və tamaşaçı reytinqi tərəfindən müəyyən ediləcək. Yekun qiymətləndirmədə səslərin 70 faizi tamaşaçılara, 30 faizi isə münsiflərə məxsus olacaq.

“İnsanlar cinsi əlaqədə olduqda, bədənləri ağır bir məşqlə müqayisə edilə bilən bir sıra fiziki dəyişikliklərdən keçir. Seks vasitəsilə insanlar zehni və fiziki rifaha nail ola bilərlər. İstədiyiniz nəticəni əldə etmək üçün hər hansı digər idman növlərində olduğu kimi məşq etməlisiniz. Beləliklə, növbəti məntiqi addım yarışlar etmək idi. Digər idman növlərində uduzmaq kədər və bədbəxtlik gətirir. Seksdə belə deyil. Bizim idmanda nə qədər çox həzz alırsansa, bir o qədər çox xal qazanırsan”, - deyə İsveç Seks Federasiyasının prezidenti Draqan Bratiç bildirib.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun anası və 30 ildir Həmkarlar İttifaqı Konfederasiyasının sədri ...
19/04/2023

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun anası və 30 ildir Həmkarlar İttifaqı Konfederasiyasının sədri işləyən, millət vəkili Səttar Möhbalıyevin bacısı olan Yeganə Möhbalıyeva “Rübabə” MMC adlı yeni şirkət açıb.

Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Suraxanı rayonu, Z. Zeynalov küçəsi ev 35-də yerləşir. Bu ünvan Seymur Orucov və anası Yeganənin qeydiyyatda olduğu ünvandır. Yeganə Möhbalıyeva eyni zamanda Sosial Müdafiə Fondunun (DSMF) Xətai rayonu 2 saylı Xidmət Nümayəndəliyinin direktor müavini vəzifəsində çalışır. Gəlini Çeşmi Hacıyeva isə Azərbaycan Dillər Universitetinin multikulturalizm məsələləri üzrə müşaviridir.

Bu arada Səttar Möhbalıyevin xanımı Böyükxanım Mirzə qızı Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Özü isə prezidentin sabiq köməkçisi Əli Həsənovun qudasıdır.

17/04/2023

Ötən həftə Kənd təsərrüaftı naziri təyin edilən Məcnun Məmmədovun qurumda ciddi islahatlar aparacağı gözlənilir. Məcnun Məmmədovun “PASHA Holding” MMC-nin bağçılıq və innovativ ting biznesləri olan “Grand-Agro”nun və “Agro Food Investment” MMC-nin rəhbəri ol...

İndi çəkdim bu xoş fotonu. Ağa Neymətulla küçəsində Dövlət Yol Polisi əməkdaşları yolda texniki nasazlığı olan avtomobil...
12/04/2023

İndi çəkdim bu xoş fotonu. Ağa Neymətulla küçəsində Dövlət Yol Polisi əməkdaşları yolda texniki nasazlığı olan avtomobilə yardım göstərirlər.
DYP əməkdaşlarının sürücü ilə davranışı, diqqəti çox qibtə olunan idi.

Çox təəssüf ki, sürücülər avtomobillərinin texniki sazlığına ciddi yanaşmırlar və yolda problem olanda yolun ortasında avtomobil sönür, uzun tıxac yaranır.
polisazerbaycan

Yeni Ziya Məmmədov - nazir Muxtar Babayev Taleh Abdullayev, Azad Heydərov və Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin d...
09/04/2023

Yeni Ziya Məmmədov - nazir Muxtar Babayev

Taleh Abdullayev, Azad Heydərov və Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin digər əməkdaşları Quba rayon sakini Şahin Qafarovu vəhşicəsinə döyüblər.
Qafarovun döyülməsinin videosu sosial şəbəkələrdə yayılıb.
Bir neçə gün öncə Şahin Qafarov videomüraciətində bunları deyib:
"Hörmətli nazir Muxtar Babayev. Niyə regional mərkəzinizin əməkdaşları on min kubmetrdən çox nadir ağacların kəsilməsinə heç cür reaksiya vermirlər? Müfəttişləriniz yoxlama adı ilə gəlir, yeyib-içib gedirlər..».
Beləliklə, nazir Muxtar Babayev Ziya Məmmədovun yolu ilə gedir. Ziya Məmmədovun nəqliyyat qoçuları yadınızdadırmı?

Salyanda kreativ reklam…
08/04/2023

Salyanda kreativ reklam…

Ehtiyyatlı olun…
06/04/2023

Ehtiyyatlı olun…

.az restoranından şok endirim. İstirahətin tək ünvanı…
04/04/2023

.az restoranından şok endirim. İstirahətin tək ünvanı…

Bu gün tanınmış iş xanımı Azadə Quliyevanın doğum günüdürƏsrlər boyu ən məşhur döyüşçülərin arxasında özündən igidlikdə ...
04/04/2023

Bu gün tanınmış iş xanımı Azadə Quliyevanın doğum günüdür

Əsrlər boyu ən məşhur döyüşçülərin arxasında özündən igidlikdə geri qalmayan güclü xanımlar dayanmışdır. Hansı ki bu qadınlar igidliyi, cəsarəti, biliyi, savadı ilə idarəçilikdə həyat yoldaşlarına, övladlarına dəstək olmuşlar, düzgün qərarlar qəbul etmişlər.

Tarixə adları qızıl hərflərlə yazılmış Sara Xatun, Nüşabə, Xurşidbanu Natəvan və sair qəhrəman xanımlarımız vətən üçün canlarından mallarından keçməyə hər zaman hazır, lazım gəldikdə əllərinə qılınc alıb döyüşmüşlər. Belə qadınlarımız müasir dövrümüzdə də vardır, bir çoxlarını tanımasaq da onlar vitse-prezidentimiz Mehriban xanım Əliyevanın siyasi yolunu üstün tutaraq vətəninin övladları üçün bir çox xeyirxah işlər görmüşlər. Bu gün o xanımlardan biri həm qayğıkeş ana, vəfalı həyat yoldaşı vicdanlı iş qadını, yurdunun vətənpərvər xanımı Azadə xanım Quliyevanın doğum günüdür. İş xanımları arasında hər zaman xeyirxah işləri ilə seçilən Azadə xanımı təbrik edir, ona uzun ömür, can sağlığı, daha yüksək vəzifələr, bol-bol uğurlar arzu edirik . Bizim sizin kimi xeyirxah, işgüzar, vətənini sevən hər bir yerdə sözünü deyə bilən cəsarətli xanımlarımıza ehtiyacımız var.az

Fazil Mustafaya qarşı terakt təşkil edən şəbəkənin ifşa olunacağına əmin idik. Şəbəkənin dərhal ələ keçəcəyini isə gözlə...
04/04/2023

Fazil Mustafaya qarşı terakt təşkil edən şəbəkənin ifşa olunacağına əmin idik. Şəbəkənin dərhal ələ keçəcəyini isə gözləmirdim. Çünki terror aktını planlaşdıranlar sui-qəsdçiləri sahədən çıxarmağı da düşünməyə bilməzdilər. Bununla belə, ehtimal edirəm ki, sui-qəsddən saatlar sonra tətikçi və yardımçıları DTX-nın diqqətinə düşüb. Çünki tətikçi Fazil Mustafanın evinin yaxınlığında dirəyin arxasında gizlənibmiş. Bu vəziyyətdə və şəraitdə uzun zaman gizlənmək mümkün deyil, aradan çıxmaq üçünsə maksimum 20 dəqiqə vaxtı olub. Bu 20 dəqiqədən istifadə edə bilmək üçün killer logistik dəstək almalı idi. Bütün bunlardan sonra izə düşmək Dövlət Təhlükəsizlik Xidməti üçün saatlar məsələsi idi. Şəbəkənin ələ keçməsi göstərir ki, DTX zamanla yarışdan qalib çıxıb. Çünki verilən rəsmi məlumatdan da görünür ki, terraktı təşkil edən sıradan radikal dindarlar deyil, xarici xüsusi xidmət orqanlarıdır. Təşkilatçı kəşfiyyat heç şübhəsiz killerlərinin ələ keçəcəyi təqdirdə onların istintaqda necə davranmalı olması barədə də təlimatlandırıb. Üstəlik, ötmək ehtimallnı nəzərə alıb bəzi manipulyasiyalar da edib. Odur ki, DTX-nın müstəntiqlərini psixoloji baxımdan mürəkkəb dindirmələr gözləyir. Zaman yarışı əsəb savaşına dönür. Əminəm ki bülbül kimi ötəcəklər. Terror şəbəkəsinin bütün ayaqlarını, vintlərini çökdürmək, dövlətə və vətəndaşlara qarşı yeni təxribatların qarşısının alınması üçün bu "qum yemiş bülbül"lərin "nəğmə"si gərəkəcək. Elə bu səbəbdən də terakt törədənlərin ələ keçirilməsi təkcə DTX-nın cari vəzifəsi və prestiji baxımından yox, sabitliyin davamlılığının təminatı açısından da böyük önəm daşıyır. DTX, bütövlükdə hüquq-mühafizə orqanları gerçəkdən böyük iş bacardılar və qum kisəsini ölkəmizdə sabitliyi pozmaq, cəmiyyətimizdə xof yaratmaq istəyənlərin bellərinə şəlləyib zirzəmiyə basdılar. Vətənə göstərilən bu unudulmaz xidmətə görə general-polkovnik Əli Nağıyev başda olmaqla təhlükəsizlik orqanlarına öz vətəndaş təşəkkürümüzü bildiririk.

3 saylı uşaq evinin 16 yaşlı sakini olan Məhəmməd Hacıyevi sosial şəbəkələrdə kimsəsizlər evində baş verən qanunsuzluqla...
02/04/2023

3 saylı uşaq evinin 16 yaşlı sakini olan Məhəmməd Hacıyevi sosial şəbəkələrdə kimsəsizlər evində baş verən qanunsuzluqları dilə gətirdiyi üçün Maştağadakı 1 nömrəli Psixiatriya Xəstəxanasına yerləşdirilməsinə səbəb olan ,onu polisə şikayət edən 3 saylı uşaq evinin müdirəsi Məhbubə Hüseynovanı tanıyın…

Address

Xalqxeber
Baku

Telephone

0554768787

Alerts

Be the first to know and let us send you an email when Xalqxeber posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Xalqxeber:

Videos

Share

XalqXeber.Az

"XalqXeber.Az- Son xeberler Azerbaycan xeberleri Azərbaycan və dünyada baş verən ən son xəbərlər.

Nearby media companies


Other Media/News Companies in Baku

Show All