525-ci qəzet - 525.az

525-ci qəzet - 525.az "525-ci qəzet" və 525.az saytının "Facebook" səhifəsi
(3)

“Stivenin arvadı Anna da həkimdir - göz həkimi. Bu da qərbin elmi düşüncəsinin başqa bir cəhətini təmsil edir: ancaq göz...
24/06/2024

“Stivenin arvadı Anna da həkimdir - göz həkimi. Bu da qərbin elmi düşüncəsinin başqa bir cəhətini təmsil edir: ancaq gözüylə gördüyünü təsdiq edən, okulyar-mərkəzli insan. Anna zahirən sarışın, göy göz, sağlam, gözəl qadındır, ancaq hərəkətlərinə, davranşılarına baxanda, elə bil, müqəvvadır. Əriylə sevişməsi belə mexanikidir, Stiven yataqda ona narkoz deyir, qadın donub qalır”.

24.06.24 - Müqəddəs maralın qətli - Hacı Mirmehdi Ağaoğlu üçün...

“Bu günün liderlərindən isə ənənəvi qəddarlıq metodları tələb olunmur. İstər on nəfərdən ibarət kollektivdə, istərsə də ...
24/06/2024

“Bu günün liderlərindən isə ənənəvi qəddarlıq metodları tələb olunmur. İstər on nəfərdən ibarət kollektivdə, istərsə də on qatının idarəetməsində balanslı münasibəti qorumaq önəmli amillərdən birinə çevrilib. Ümumilikdə götürəndə isə demokratik dəyərlərə söykənən idarəetmənin daha effektiv olduğu danılmazdır”.

24.06.24 - Məqam, yoxsa məram? - Aytac Sahəd yazır...

“Arka sokaklar” serialının ulduzu Zafer Erginin xalası, tanınmış arxeoloq Muazzez İlmiye Çığ 110 yaşına qədəm qoyub! O, ...
24/06/2024

“Arka sokaklar” serialının ulduzu Zafer Erginin xalası, tanınmış arxeoloq Muazzez İlmiye Çığ 110 yaşına qədəm qoyub!

O, 1914-cü ildə Osmanlıda dünyaya göz açıb. Zafer Ergin sosial media hesabında “canım xalam, Allah uzun ömür versin” cümləsi ilə Muazzez İlmiye Çığın doğum gününü təbrik edib.

“…Çünki o, Şirməmməd Hüseynov idi. Bir az Məhəmməd Əmin. Bir az Əli bəy Hüseynzadə. Bir az Fətəli xan Xoyski idi... daha...
24/06/2024

“…Çünki o, Şirməmməd Hüseynov idi. Bir az Məhəmməd Əmin. Bir az Əli bəy Hüseynzadə. Bir az Fətəli xan Xoyski idi... daha kimlər idi... Amma həm də Şirməmməd Hüseynov idi. Mən ona cümhuriyyət dövrümüzün şərəf lövhəsitək baxırdım. Elə indi də. 2019-cu il, 24 iyun. Onun tarixə köçdüyü tarixdir…”

24.06.24 - PROFESSOR ŞİRMƏMMƏD HÜSEYNOVUN VƏFATINDAN 5 İL ÖTÜR...

“Bakıya gələndən bir-iki gün sonra Əkrəmə zəng elədim. Neçə illər idi ki, onunla hal-əhval tutmurduq, görüşmürdük, danış...
22/06/2024

“Bakıya gələndən bir-iki gün sonra Əkrəmə zəng elədim. Neçə illər idi ki, onunla hal-əhval tutmurduq, görüşmürdük, danışmırdıq. Ünsiyyətimiz yox idi. Xeyli söhbət etdik. Cavanlıq vaxtlarını yada saldıq, 1960-cı illərin ikinci yarısı, 70-ci illər...”

22.06.24 - Xəstəxana canlı bir filosof idi - Xalq yazıçısı Elçinlə müsahibə...

Bu gün "525-ci qəzet"in 31 yaşı tamam olur!Bütün kollektivimizi və "525" sevənləri təbrik edirik!
17/11/2023

Bu gün "525-ci qəzet"in 31 yaşı tamam olur!

Bütün kollektivimizi və "525" sevənləri təbrik edirik!

XALQ ŞAİRİ SABİR RÜSTƏMXANLININ "ÖMÜR KİTABI" HAQQINDA
16/11/2023

XALQ ŞAİRİ SABİR RÜSTƏMXANLININ "ÖMÜR KİTABI" HAQQINDA

16.11.23 - BİR DAHA XALQ ŞAİRİ SABİR RÜSTƏMXANLININ "ÖMÜR KİTABI" HAQQINDA...

1992-ci ilin mayından erməni işğalı altında olan Laçın şəhəri avqustun 26-da düşməndən azad edildi. Mərhələli şəkildə La...
16/11/2023

1992-ci ilin mayından erməni işğalı altında olan Laçın şəhəri avqustun 26-da düşməndən azad edildi. Mərhələli şəkildə Laçının bütün kəndləri düşməndən təmizləndi. Bundan sonra bu ərazilərin əsl sakinlərinin 30 illik həsrətdən sonra bölgəyə köçürülməsi üçün tikinti quruculuq işlərinə başlanıldı. Aparılan quruculuq işlərindən sonra yerli əhalinin Laçın şəhəri də daxil olmaqla Zabux, Sus və digər kəndlərə köçürülməsi prosesi davam edir.

16.11.23 - 30 İLDƏN SONRA LAÇINLILAR DOĞMA YURDLARINA BÖYÜK RUH YÜKSƏKLİYİ İLƏ DÖNÜRLƏR...

"- Orada nə pıçıldaşırdınız? Yəqin nə isə bir xahişiniz var. Çəkinməyin, deyin!Artıq istəsək də, heç nəyi gizlətmək mümk...
16/11/2023

"- Orada nə pıçıldaşırdınız? Yəqin nə isə bir xahişiniz var. Çəkinməyin, deyin!

Artıq istəsək də, heç nəyi gizlətmək mümkün deyildi. İsa müəllim gəlişimizin səbəbini qısaca anlatdı. Heydər Əliyev kimi isə çağırıb göstəriş verdi..."

Xalq yazıçısı Elmira Axundovanın keçmiş xarici işlər naziri, səfir Vilayət Quliyevlə müsahibəsi

16.11.23 - Heydər Əliyev sözün gücünə və müdrikliyinə inanırdı - Vilayət Quliyevlə müsahibə...

"The EurAsian Times" qəzetinin xəbərinə görə, Almaniya Fransa ilə birlikdə gerçəkləşdirməyi planlaşdırdığı yeni nəsil dö...
16/11/2023

"The EurAsian Times" qəzetinin xəbərinə görə, Almaniya Fransa ilə birlikdə gerçəkləşdirməyi planlaşdırdığı yeni nəsil döyüş təyyarəsi layihəsini tərk edə bilər. Məlumata görə, Almaniya Fransa ilə əməkdaşlığa son vedikdən sonra Böyük Britaniyanın təşəbbüsü olan proqramda iştirak etmək imkanını nəzərdən keçirir. Böyük Britaniyanın təşəbbüsü isə Fransanın yeni nəsil döyüş təyyarəsi proqramına Avropada əsas rəqib hesab olunur. Fransa Almaniya və İspaniya ilə birlikdə yeni nəsil döyüş təyyarəsi proqramı olan "Gələcək Döyüş Hava Sistemi"nin həyata keçirilməsinə 100 milyard avrodan çox vəsait sərf etməyi planlaşdırırdı. Avropanın ən böyük müdafiə layihəsi kimi dəyərləndirilən "Gələcək Döyüş Hava Sistemi" layihəsinin Almaniyanın iştirakı olmadan gerçəkləşməsi mümkün görünmür.

16.11.23 - Fransaya növbəti zərbə...

Bu gün Zəngilan şəhərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq...
16/11/2023

Bu gün Zəngilan şəhərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

16.11.23 - Zəngilanda nəqliyyat-logistika sahəsi üzrə beynəlxalq konfrans işə başlayıb...

“- Bəy təkid elədi, - dedi.- Kim?- Böyük bəy - Elçibəy - Prezident. Haçansa bizi Fuad Salahlı tanış etmişdi. Fuad müəlli...
15/11/2023

“- Bəy təkid elədi, - dedi.

- Kim?

- Böyük bəy - Elçibəy - Prezident. Haçansa bizi Fuad Salahlı tanış etmişdi. Fuad müəllimlə dost idilər…”

15.11.23 - "Balaca Fuad"ın son xahişi - Yazıçı Anar yazır...

Onu biz nə dərəcədə tanıyırıq? Onu - Şəms Təbrizini. Adı Günəş olan böyük Azərbaycan övladını. Adını bilmək hələ tanımaq...
15/11/2023

Onu biz nə dərəcədə tanıyırıq? Onu - Şəms Təbrizini. Adı Günəş olan böyük Azərbaycan övladını. Adını bilmək hələ tanımaq deyil. Haqqında rəvayət, nağılvari biliklərə sahib olmaq hələ bələdlik sayılmaz. Amma gərək belə olmaya. Bu gün bütün dünyada müsəlman aləmindən çıxaraq Məhəmməd peyğəmbərdən sonra ən çox məşhur olan ikinci böyük ad Cəlaləddin Ruminin ismidir.

15.11.23 - TANRININ DOSTUNUN DOSTU - Rafael Hüseynov yazır...

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ailə üzvlərinin də aeroportda VİP salondan istifadə etməsini istəyir.
15/11/2023

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ailə üzvlərinin də aeroportda VİP salondan istifadə etməsini istəyir.

15.11.23 - Sabir Rüstəmxanlı ailə üzvlərinin də aeroportda VİP salondan istifadə etməsini istəyir...

Vətən Müharibəsi nəticəsində azad edilmiş ərazilərimizin savaşdan dərhal sonra bərpasına başlanılması, bir sıra infrastr...
15/11/2023

Vətən Müharibəsi nəticəsində azad edilmiş ərazilərimizin savaşdan dərhal sonra bərpasına başlanılması, bir sıra infrastruktur layihələrin həyata keçirilməsi, o cümlədən, elektrik enerjisi ilə təminat və yol infrastrukturunun yenidən qurulması bir daha onu göstərir ki, bu məsələ Azərbaycan dövləti üçün prioritetdir. İşğaldan azad edilmiş ərazilərimizə qayıdacaq əhalinin məşğulluq məsələlərinin həlli sahəsində də genişmiqyaslı işlər aparılır. "Böyük Qayıdış"dan sonra orada yaşayacaq yerli vətəndaşlar üçün məşğulluğun təmin olunması dövlətin davamlı diqqət mərkəzində olan mühüm məsələdir.

14.11.23 - Böyük Qayıdış yolunda mühüm addımlar atılır...

Bir dəfə xasiyyətcə müxtəlif olan bu maraqlı qələm əhli sübh tezdən harasa getməli olurlar. İndiki Hüseyn Cavid (o vaxtk...
14/11/2023

Bir dəfə xasiyyətcə müxtəlif olan bu maraqlı qələm əhli sübh tezdən harasa getməli olurlar. İndiki Hüseyn Cavid (o vaxtki N.Nərimanov) prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişdiyi yerdə iri meyvə-tərəvəz köşkünün yanından keçəndə Əbülfət qəfildən maşının əyləcini basır.

Xaraktercə səbrsiz olan Namiq həyəcanla ətrafa boylanıb soruşur:

- Əbülfət, nə olub? Maşını niyə saxladın? Bəyəm QAİ var?

Əbülfət gülümsəyib sakit tonda deyir:

- Yox, əşi, QAİ kimdir ki, məni saxlasın. Orada pomidor satırlar.

14.11.23 - Çaparaq notlar - Firuz Mustafa yazır...

"Qazilərimizi tanıyaq" rubrikasının ilk qonağı İkinci Qarabağ müharibəsi iştirakçısı Əsgərov Nofəl Elçin oğludur. Onunla...
14/11/2023

"Qazilərimizi tanıyaq" rubrikasının ilk qonağı İkinci Qarabağ müharibəsi iştirakçısı Əsgərov Nofəl Elçin oğludur. Onunla keçdiyi döyüş yolu haqqında danışmışıq.

14.11.23 - Lazım olsa yenə gedəcəyəm, gedəcəyik... - "Qazilərimizi tanıyaq" rubrikası...

Noyabrın 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
14/11/2023

Noyabrın 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

14.11.23 - Laçının daha 40 sakini doğma yurda qayıdır...

Qəzet oxuyaq – qəzetçilik ənənələrimizi birlikdə yaşadaq!Qəzetimizi köşklərdən, poçt şöbələrindən, eləcə də abunə vasitə...
14/11/2023

Qəzet oxuyaq – qəzetçilik ənənələrimizi birlikdə yaşadaq!

Qəzetimizi köşklərdən, poçt şöbələrindən, eləcə də abunə vasitəsilə əldə edə bilərsiniz.

13.11.23 - QƏZETİMİZİ KÖŞKLƏRDƏN, POÇT ŞÖBƏLƏRİNDƏN, ELƏCƏ DƏ ABUNƏ VASİTƏSİLƏ ƏLDƏ EDƏ BİLƏRSİNİZ!...

ABŞ-dən Yaxın Şərqdəki müharibəni dərhal dayandırmasını istəyən İran əks halda Vaşinqtonu "ciddi ziyanla" üzləşəcəyi ilə...
13/11/2023

ABŞ-dən Yaxın Şərqdəki müharibəni dərhal dayandırmasını istəyən İran əks halda Vaşinqtonu "ciddi ziyanla" üzləşəcəyi ilə hədələyir. Belə bir bəyanatla İranın müdafiə naziri Məhəmməd Rza Aştiani çıxış edib. General Aştiani amerikalılara məsləhət görüb ki, müharibəni dərhal dayandırsınlar, əks halda ABŞ-a ağır zərbə vurulacaq.

13.11.23 - Söz savaşı müharibəyə çevriləcəkmi? - Xaqani Cəfərli yazır...

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nərmin İmanovadır. Onunla tanınmış rəssam İsaak Brodskini...
13/11/2023

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nərmin İmanovadır. Onunla tanınmış rəssam İsaak Brodskinin "26 Bakı komissarının güllələnməsi" əsərindən danışmışıq.

13.11.23 - "26 Bakı komissarının güllələnməsi" - "Bir rəsmin dedikləri" rubrikası...

ABŞ və Qərbi Avropa ölkələrinin demokratiya, insan haqlarından öz mənafeləri üçün istifadə etdikləri artıq heç kimə sirr...
13/11/2023

ABŞ və Qərbi Avropa ölkələrinin demokratiya, insan haqlarından öz mənafeləri üçün istifadə etdikləri artıq heç kimə sirr deyil. Başqa sözlə, Qərb digər dövlətlərin daxili işlərinə müdaxilə etmək, onlara təzyiq göstərmək üçün demokratiya, insan haqlarından bir vasitə kimi istifadə edir. Əgər həqiqətən də, Qərb üçün bu prinsiplər önəmli və həyati əhəmiyyətli olsaydı, o zaman Ermənistanın işğalı nəticəsində öz yurd-yuvasından didərgin düşmüş bir milyona yaxın soydaşımızın 30 il ərzində bütün hüquqlarının pozulmasına göz yummazdı. Heç bir Qərb dövləti və təşkilatı indiyə qədər bu mövzuda danışmayıb, Ermənistanın qeyri-insani əməllərini pisləməyib.

13.11.23 - ABŞ və Qərbdə diskriminasiya p*k həddə çatıb...

O, Türkiyəni dünənin və bugünün türkiyəlilərinin hamısından çox sevirdi. Çünki onun yurda məhəbbətində dərin həsrət, ümi...
13/11/2023

O, Türkiyəni dünənin və bugünün türkiyəlilərinin hamısından çox sevirdi. Çünki onun yurda məhəbbətində dərin həsrət, ümidsiz əlçatmazlığın ağrısı da vardı. Doğulduğun, böyüdüyün, hər daşı, ağacı, küçəsi, binası, hətta həbsxanası ilə sənə doğma olan bir yerdən əbədilik ayrı düşəsən, ən çox sevdiyinə səni rəsmən düşmən elan edələr, sənin buralara bir də qayıdışına ümid də ölmüş ola, - nə hala düşərsən, o halınla necə yaşayarsan?

13.11.23 - SULARDA İTƏN, ÜRƏYİMİZDƏ ƏBƏDİ QALAN ŞƏKLİNİZ - Rafael Hüseynov yazır...

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 110,2 %, o cüm...
13/11/2023

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 110,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 %, qeyri-ərzaq məhsulları üzrə 109,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,1 % təşkil edib.

13.11.23 - Azərbaycanda illik inflyasiya 10 faizə düşüb...

"Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normal...
13/11/2023

"Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir".

13.11.23 - İlham Əliyev: "Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir"...

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid:"9-cu Bakı Beynəlxalq Kitab Sərgisinə əvvəlki illərdəkindən daha çox mara...
12/11/2023

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid:

"9-cu Bakı Beynəlxalq Kitab Sərgisinə əvvəlki illərdəkindən daha çox maraq var. Burada təxminən 11 ölkədən 30 qonaq şirkət və 130 dan çox nəşriyyat-poliqrafiya işi ilə məşğul olan yerli müəssisə iştirak edir. Sərgi çərçivəsində çox maraqlı tədbirlər keçirilir. Hamını sərgini ziyarət etməyə dəvət edirəm".

12.11.23 - Builki kitab sərgisində AZƏRTAC xüsusi fəallıq göstərir - Rəşad Məcid...

Ermənistanda insan alveri hallarının sayı 10 dəfə artıb.
12/11/2023

Ermənistanda insan alveri hallarının sayı 10 dəfə artıb.

12.11.23 - Ermənistanda insan alveri 10 dəfə ARTIB...

"Mənim üçün ən vacib olan futbol oynamaqdır".
12/11/2023

"Mənim üçün ən vacib olan futbol oynamaqdır".

12.11.23 - Mbappedən gələcəyi ilə bağlı AÇIQLAMA...

Bu gün Azərbaycanda Konstitusiya Günüdür. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-...
12/11/2023

Bu gün Azərbaycanda Konstitusiya Günüdür. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarılıb.

12.11.23 - Azərbaycan Konstitusiyasını hazırlayan 35 nəfər kim idi... - SİYAHI...

Bu dəqiqələrdə Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana aparılır.
12/11/2023

Bu dəqiqələrdə Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana aparılır.

12.11.23 - Fransanın hərbi texnikası Ermənistana aparılır...

Address

Yasamal Rayonu, Əhməd Cəmil Küçəsi, 64/66
Baku
AZ1141

Telephone

+994125102883

Website

Alerts

Be the first to know and let us send you an email when 525-ci qəzet - 525.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 525-ci qəzet - 525.az:

Videos

Share

Nearby media companies


Other Media/News Companies in Baku

Show All