Nehrəm xəbərləri

  • Home
  • Nehrəm xəbərləri

Nehrəm xəbərləri "Nehrəm xəbərləri" səhfəsində verilən xəbərlər və məlumatlar haqqında hər hansı bir

BİLDİRİŞ Noyabr ayının 8-i saat 10-00 dan 15-00 dək Bakı şəhəri Binə qəsəbəsində yerləşən Laçın mərasim evində (kişilər ...
05/11/2025

BİLDİRİŞ

Noyabr ayının 8-i saat 10-00 dan 15-00 dək Bakı şəhəri Binə qəsəbəsində yerləşən Laçın mərasim evində (kişilər və qadınlar) həmkəndlimiz mərhumə ana Hüseynəliyeva Tərlan Hüseynqulu qızının Qara bayram və 40 mərasimi keçiriləcək. Mərhumə ananın əzizlərinin arzusu sizlərin bu mərasimdə iştirak etməsdlr.
"Nehrəm Xəbərləri" səhifəsi adından mərhumə anaya Allahdan rəhmət, əzizlərinə səbr diləyirik.

ALLAH RƏHMƏT

Əlaqə nömrəsi: Oğlu Hüseynəli 077 462 23 31
Oğlu Həmzə 077 462 24 08
Oğlu Məhərrəm 077 250 51 38
Oğlu Ramin 077 414 87 62
Oğlu Ramiz 077 462 23 30

NEHRƏMLİ UĞURU 1-4 noyabr tarixində Macarıstan Respublikasının Laqatelek şəhərində Powerlifitq (güc idman) idman növü üz...
05/11/2025

NEHRƏMLİ UĞURU

1-4 noyabr tarixində Macarıstan Respublikasının Laqatelek şəhərində Powerlifitq (güc idman) idman növü üzrə dünya çempionatı keçirilib. 40 ölkədən 600 idmançının qatıldığı çempionatda iştirak edən həmkədlimiz, Cəlil Əbülfəz oğlu Əliyev yarışın ən ağır çəkisini qaldıraraq dünya rekordunu yeniləyib. Gərgin keçən yarışda çempionumuz qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsində şanlı bayrağımızı ən yüksəklərdə dalğalandıraraq bizləri sevindirdi.
Bu münasibətlə çempionumuzu təbrik edir, gələcək idman karyerasında uğurlar arzulayırıq.

BAYRAĞIMIZI DAİMA UCALARDA DALĞALANDIR
ÇEMPİON!

NEHRƏMLİ UĞURU 19-25 oktyabr tarixində Monteneqro Respublikasının Budva şəhərində keçirilən Boks üzrə Avropa çempionatın...
04/11/2025

NEHRƏMLİ UĞURU

19-25 oktyabr tarixində Monteneqro Respublikasının Budva şəhərində keçirilən Boks üzrə Avropa çempionatında həmkəndlimiz, 2 qat Avropa bürünc medal mükafatçısı, 2 qat Respublika çempionu, Hədəf Liseyinin yetirməsi Mehran Məsum oğlu Rəsulov 80 kq çəki dərəcəsində qızıl medal qazanaraq müqəddəs Azərbaycan bayrağını ən ucalarda dalğalandıraraq bizləri sevindirdi.
Bu münasibətlə çempionumuzu təbrik edir, gələcək idman karyerasında uğurlar arzulayırıq.

BAYRAĞIMIZI DAİMA UCALARDA DALĞALANDIR ÇEMPİON!

NEHRƏMLİ UĞURU Oktyabr ayının 25-də Bakı şəhərində Əlbəyaxa Döyüş Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda h...
01/11/2025

NEHRƏMLİ UĞURU

Oktyabr ayının 25-də Bakı şəhərində Əlbəyaxa Döyüş Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda həmkəndlimiz, 2007-ci təvəllüdlü Əbülfəz Elşən oğlu İbrahimov 73 kq çəki dərəcəsində qızıl medal qazanaraq Rusiya Federasiyasınln paytaxtı Moskva şəhərində keçiriləcək dünya çempionatına vəsiqə qazanmışdır.
Bu münasibətlə çempionumuzu təbrik edir, gələcək yarışlarında uğurlar arzulayırıq.

BAYRAĞIMIZI DAİMA UCALARDA DALĞALANDIR ÇEMPİON!

BAŞSAĞLIĞI Noyabr ayının 1-də həmkəndlimiz, 1950-ci il təvəllüdlü Məleykə Qasım qızı İsmayılova Nehrəm qəsəbəsində dünya...
01/11/2025

BAŞSAĞLIĞI

Noyabr ayının 1-də həmkəndlimiz, 1950-ci il təvəllüdlü Məleykə Qasım qızı İsmayılova Nehrəm qəsəbəsində dünyasını dəyişib. Mərhumə ana bu gün saat 12-də Nehrəm qəsəbə qəbristanlığında torpağa tapşırılacaq. Mərhumə ana üçün yas mərasimi noyabrın 2 və 3 saat 09-00 00 dan 18-00 dək, Nehrəm qəsəbə mərasim evində (yeni məscidin yanı) keçiriləcək.
"Nehrəm xəbərləri" səhifəsi adından mərhumə anaya Allahdan rəhmət, əzizlərinə səbir diləyirik.

ALLAH RƏHMƏT ELƏSİN.

Əlaqə nömrəsi: Oğlu Cəlal 077 250 03 41
Oğlu Bəxtiyar 051 854 08 87
Oğlu Ələsgər 050 749 11 01

BAŞSAĞLIĞI Oktyabr ayının 30-da həmkəndlimiz, 2000-ci il təvəllüdlü, Qurban Cəfər oğlu Vəliyev Nehrəm qəsəbəsində dünyas...
30/10/2025

BAŞSAĞLIĞI

Oktyabr ayının 30-da həmkəndlimiz, 2000-ci il təvəllüdlü, Qurban Cəfər oğlu Vəliyev Nehrəm qəsəbəsində dünyasını dəyişib. Mərhum bu gün Nehrəm qəsəbə qəbristanlığında torpağa tapşırılacaq. Mərhum üçün yas mərasimi oktyabr ayının 31-i və noyabr ayının 1-i saat 09-00 dan 18-00 dək Nehrəm qəsəbə mərasim evində (Hacı Əbülfəz m həyəti) keçiriləcək.
"Nehrəm Xəbərləri" səhifəsi adından mərhuma Allahdan rəhmət, əzizlərinə səbr diləyirik.

ALLAH RƏHMƏT ELƏSİN.

Əlaqə nömrəsi: Atası Cəfər 0772506549
Əmisi Vəli 0772511681
Əmisi Sultan 0503444712

BAŞSAĞLIĞI Oktyabr ayının 25-də  həmkəndlimiz, 1982-ci il təvəllüdlü Firdovsi Bayram oğlu Məmmədov Bakı şəhərində dünyas...
25/10/2025

BAŞSAĞLIĞI

Oktyabr ayının 25-də həmkəndlimiz, 1982-ci il təvəllüdlü Firdovsi Bayram oğlu Məmmədov Bakı şəhərində dünyasını dəyişib. Mərhum ata bu gün saat 12-da Buzovna qəsəbə qəbristanlığında torpağa tapşırılacaq. Mərhum ata üçün yas mərasimi sabah saat 10 00-dan 17-00 dək Binə qəsəbəsində yerləşən mərasim evində (Verona şadlıq sarayının yanı) keçiriləcək.
"Nehrəm Xəbərləri" səhifəsi adından mərhum ataya Allahdan rəhmət, əzizlərinə səbr diləyirik.

ALLAH RƏHMƏT ELƏSİN.

Əlaqə nömrəsi:Dayısı Ələsgər 0502228676
Qardaşı Məhəmməd 0702856131
Qardaşı Elçin 050 846 93 06

23/10/2025

BİLDİRİŞ

Oktyabr ayının 26-ı saat 09-00 dan 15-00 dək Nehrəm qəsəbə mərasim evində (yeni məscidin yanı) həmkəndlimiz, mərhum ata Abdullayev İsgəndər Məhəmməd oğlunun Qara bayram və 40 mərasimi keçiriləcək.
Mərhumun əzizlərinin arzusu sizlərin bu mərasimdə iştirak etməsdir.
"Nehrəm Xəbərləri" səhifəsi adından mərhum ataya Allahdan rəhmət, əzizlərinə səbr diləyirik.

ALLAH RƏHMƏT ELƏSİN.

Əlaqə nömrəsi: Oğlu Asiman 060 503 02 01
Qardaşı Rüstəm 060 510 33 50
Dayısı Yusif müəllim 050-622-12-51

BİLDİRİŞ Oktyabr ayının 26-ı saat 10-00 dan 16-00 dək Bakı şəhəri Babək prospektində yerləşən Sokarın mərasim evində (ki...
23/10/2025

BİLDİRİŞ

Oktyabr ayının 26-ı saat 10-00 dan 16-00 dək Bakı şəhəri Babək prospektində yerləşən Sokarın mərasim evində (kişilər və qadınlar) həmkəndlimiz mərhumə ana Əliyeva Məryəm həkim Qurban qızının Qara bayram və 40 mərasimi keçiriləcək. Mərhumə ananın əzizlərinin arzusu sizlərin bu mərasimdə iştirak etməsdlr.
"Nehrəm Xəbərləri" səhifəsi adından mərhumə anaya Allahdan rəhmət, əzizlərinə səbr diləyirik.

ALLAH RƏHMƏT

Əlaqə nömrəsi: Həyat yoldaşı Bəhlul həkim 050 250 27 04
Oğlu Şahin 070-539-39-99
Qardaşı Məhəmməd 050-611-14-36

ŞƏHİDLƏR VURULANDA YOX UNUDULANDA ÖLÜRLƏROktyabr ayının 26-ı  həmkəndlimiz, 44 günlük Vətən müharibəsi şəhidi, Naxçıvan ...
22/10/2025

ŞƏHİDLƏR VURULANDA YOX UNUDULANDA ÖLÜRLƏR

Oktyabr ayının 26-ı həmkəndlimiz, 44 günlük Vətən müharibəsi şəhidi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun MAXEHQ Elvin Mustafa oğlu Teymurovun şəhadətinin 5-i ildönümü münasibətilə anım mərasim keçiriləcək. Saat 11-də Nehrəm qəsəbə qəbristanlığında uyuyan qəhrəman şəhidimizin məzarı ziyarət olunacaq, günorta şəhidimizin öz evlərində (2 N-li məktəbin yaxınlığı) ehsan süfrəsi açılacaq.

ALLAH RƏHMƏT ELƏSİN.

Əlaqə nömrəsi: Qardaşı Emin 060 368 14 94

NEHRƏMLİ UĞURU Həmkəndlimiz, alim-filoloq, publisist-naşir, filologiya üzrə fəlsəfə doktoru, dosent, Hədəf Şirkətlər Qru...
21/10/2025

NEHRƏMLİ UĞURU

Həmkəndlimiz, alim-filoloq, publisist-naşir, filologiya üzrə fəlsəfə doktoru, dosent, Hədəf Şirkətlər Qrupunun qurucusu və baş direktoru, Azərbaycan Nəşriyyatlar Assosiasiyasının həmtəsisçisi və direktoru Şəmil Sadiq Turan Akademiyasının qurucu üzvü seçilib.

Bu münasibətlə Şəmil Sadiqi təbrik edir, gələcək elmi araşdırmalarında uğurlar arzulayırıq.

Keçid üçün link:
https://www.turkustan.az/news/daily/126545

HÜSEYN BAĞIROĞLU YAZIR ĞÖY ATLI ƏFSANƏSİ I hissə1918-ci ilin iyul ayının 3-dən 4-nə keçən gecə ilan vuran yatsa da Kərb...
21/10/2025

HÜSEYN BAĞIROĞLU YAZIR


ĞÖY ATLI ƏFSANƏSİ

I hissə

1918-ci ilin iyul ayının 3-dən 4-nə keçən gecə ilan vuran yatsa da Kərbəlayı Muxtarın, Hacı Mehdinin və kəndin digər ağsaqqallarının gözünə yuxu getmədi.
Baxışları ilə bir-birlərinə ümid versələr də gözlərinin dərinliklərində nigarançılıq kölgələri də vardı. Amma bir məsələdə qəti qərara gəlmişdilər, nə qədər ki, canlarında can var idi Nehrəmin müqəddəs torpağına erməni ayağı dəyməyəcəkdir.
Nəinki hər məhəllə, hər ev, hətta, hər qarış torpaq uğrunda vuruşacaqdılar. Yaşadıqları evləri belə alınmaz qala halına gətirmişdilər. Andranikin və ona qoşulan daşnakların, culaların, qaxtağanların hikkəsi nehrəmlilərin sarsılmaz iradəsinə dəyib çilik-çilik olmalıydı. Yaycı kəndində qan içməkdən qudurmuş itə dönən ermənilərin qulağını kəsib köpünü almaq lazım idi. Bu gün türkün mənliyi at kimi şahə qalxmalıydı. Bu gün iman küfrün dərisinə saman təpməliydi. Bu gün zalımın anası ağlar qalmalıydı. Əks təqdirdə yaşamağa səbəb olan hər şey öz mənasını itirəcəkdir.
Qadınların və uşaqların bir hissəsi Araz çayının o biri tayına köçürülmüşdü, bir hissəsi isə kəndin mərkəzindəki bir neçə evə yerləşdirilmişdi. Evlərin qapısına neftlə dolu qablar qoyulmuşdur. Bəd ayaqda əsir düşməmək üçün neft töküb arvad uşağı yandıracaqdılar. Kənd böyüklü-kiçikli, qadınlı-kişili çox ağır bir sınaqdan keçirdi. Düşmənin havadarı çox, amma insafı, mürvəti, ləyaqəti yox idi. Ana bətnindəki körpələrə əl qaldıran bir millətin ləyaqəti olmaz!
Dan yeri günəşin şəfəqlərindən, Kərbəlayı Muxtarın, Hacı Mehdinin və digər ağsaqqalların gözü qəzəbdən qızarırdı.1918-ci ilin iyul ayının 4-dü səhəri belə açılırdı.

x x x

Səhərin gözü açılmamış, Naxçıvan torpağına ayaq basan bir gündən, qulağı qurdlu itlər kimi Culfanın kəndlərini sülənən Andranikin qoşunu daşnak yuvası
olan Güznüt kəndindən Nehrəmə tərəf hərəkət etməyə başladı. Qocaların gözlərini oyan, qarıların belinə qaynar somavar bağlayan, ana bətnindəki körpələri süngülərlə tikə-parça etməkdən həzz alan, səbəbsiz-filansız türk qanına yerikləyən erməni əsgərləri hərbi paraddan keçirmiş kimi əllərində silah, saxta bir əda ilə yeriyirdilər. Kənardan baxan olsa elə bilərdi ki, bu harın və yekəxana gədələr bu yerişlə
gedib o qədim kəndi palçıq kimi ayaqlayıb keçib gedəcəklər. Amma Haçadağın zirvəsindən boylanmaq istəyən günəşin şüalarına Haçadağ bambaşqa sözlər pıçıldayırdı.

x x x

Andranik qoşunu ilə birlikdə xam xəyallar qura-qura Nehrəmə tərəf getməkdə olsun, mən tələm-tələsik olsa da, sizə bir az Təzəkənd ermənilərindən danışım.
Bəzən deyirlər ki,Təzəkənd erməniləri Andranikin hücumu haqqında nehrəmlilərə xəbər veriblər. Bu əsla belə olmayıb, Andranikin Nehrəmə hücumunun vaxtını kəndin ağsaqqalları dəqiq bilirdilər. Çünki ermənilər qudurmuş itə dönən bir gündən, yəni 1917-ci ilin dekabr ayının 21-dən bu kəndin adamları hadisələrin tam mərkəzində olublar.Təzəkənd erməniləri bu məsələdə nehrəmlilərlə əlbir, dilbir olmayıb.
Nehrəmlilərə xəbər başqa mənbədən gəlirdi. Necə deyərlər Andranikin nehrəmlilərdən xəbəri olmasa da, nehrəmlilərin Andranikdən xəbəri var idi. Andranikin
gecələr gördüyü yuxuları Andranik yuxudan oyanana qədər kəndin ağsaqqalları artıq yozub qurtarırdılar. Sözlərimin fantaziya olduğunu düşünə bilərsiniz, amma inansanızda, inanmasanız da bunlar həqiqətdir. Dediklərimin təstiqi olsun deyə sizə bir faktı açıqlayım. 1918-ci ilin iyun ayının14-də Andranikin uğursuz qədəmi Culfa torpağına dəyən kimi nehrəmlilər Naxçıvana -Milli komitəyə ətraflı məlumat göndərir: ”Xidməti-alilərinzə məlum edirəm ki, Andranikin dəstəsi İrandan övdət etdikdə Araz körpüsünü atıb Yaycı kəndinə keçmiş. Həmin kəndin əhalisini qətlü-
qarətə dükar qıldıqda, kəndi tari-mar etdi. Cəmaləddin (Camaldın) və Ərəzin kövşəni də erməni qüvvəsi ilə dolubdur. Lazımi binagüzarlıq etməkdən ötrü xəbər verirəm. Müxlisiniz Tağı Nağdəliyev”.
Baş verən hadisələrin fonunda adama elə gəlir ki, Tağı Nağdalıyev sanki bir kəşfiyyat sisteminin rəhbəridir. Onlar baş verən hadisələri və Andraniki izləyib Milli komitəni məlumatlandırırlar. İyul ayının 14-də T. Nağdalıyevin həmin gün göndərdiyi ikinci məktubda bunu açıq-aşikar görmək olur. Nağdalıyev ikinci mək-
tubunda yazır: “Xidməti-alilərinizə məlum edirəm ki, Yayçıdan Nehramçılar qaçıb gəliblər və şəhadət ediblər ki, Osmanlı qoşununun qabağını almaq münasibətiylə
İranda ermənilər Araz körpüsünü atdılar. Sonra Yayçı kəndinə hücum edib yarım saatın ərzində həmin kəndi tar-mar etdilər. Lazımi binagüzarlıqdan ötrü xəbər veri-
rəm Tağı Nağdəliyev”.
Tağı Nağdalıyev nehrəmli olduğu üçün onun Milli komitəyə göndərdiyi məlumatların bir surəti də Kərbəlayı Muxtara çatırdı. Bu səbəbdən də Təzəkənd ermənilərinə heç bir ehtiyac yox idi. Ehtiyac olsaydı fəlakət baş verərdi.
İyun ayının 10-da Milli komitəyə daxil olan iki məlumata diqqət yetirək:”Axşam saat 10 radələrində Nehrəmlə Təzəkənd köylərinin ətraflarında 15 dəqiqədən ziyadə atışma oldu. Atışmanın kimlər tərəfindən törədilməsi məlum olmadı”.
Əvvəlinci mahal komissarı Mirzə Mahmud xan Əsgərov tərəfindən verilən ikinci məlumat isə bir xəbərdarlıqdır. Məlumatda deyilir:”Təzəkənd erməniləri Nehrəm əhalisinə ucuz qiymətə un satmaq istəyir. Həmin undan bişirilən çörəklər müsəlman camaatını ishal naxoşluğuna salıb tələf edəcək”.
Bu hadisələr Andranikin Naxçıvan mahalına hücumu ərəfəsində baş verir. Bunlar sözsüz ki, bir təsadüf deyil. Güznüt ermənilərindən fərqli olaraq Təzəkənd erməniləri bir az pərdəli iş görür.

x x x

Erməni qoşunu eyni əda ilə irəliləyirdi. Bəzən kolların dibindən bir bildirçin “pırr” eləyib üçürdu, bəzən də bir dovşan dovşan ürəkli erməni əsgərlərini qorxudaraq tullana-tullana qaçıb gözdən itirdi. Ordubad və Culfanın kəndlərində saysız-hesabsız qətillər törədən bu adamabənzər məxluqlar elə bil ki, qan tökmədən
rahatlıq tapa bilmirdilər.
Erməni qoşunu Qaxır təpələrinə çatanda Nehrəm dağlarında bir neçə boz canavar üzünü göylərə tutb elə qəzəbli-qəzəbli uladı ki, Andranik özündən asılı olmayaraq vahimələndi və bütün bədənini soyuq tər basdı. Canavarların sürü halında ulaması bu yerlərin öz sahibi var, kimsə buralara gələ bilməz demək idi. Andranik bunu bildiyi üçün canavarların ulamasının p*s bir əlamət olduğunu anladı. Ürəyinə damdı ki, bu gün uğursuz bir gün olacaq. Özünü bədbin fikirdən xilas etmək üçün qoşuna dayanmaq əmri verdi və özü də faytonunda yerini rahatlayıb fikirə getdi.

x x x

Andranik zəhərli ağlını başına yığıb özünə gələnə kimi, sizə bir məlumat da verim. Nehrəmlilər təkcə hadisələri və Andronikin yürüşünü izləyib Milli komitəni məlumatlandırmaqla kifayətlənmirdilər. Ordubadın ucqar kəndlərindən ta Naxçıvan şəhərinə qədər bir çox döyüşlərdə iştirak edir, qəhrəmancasına vuruşurdular.
Aydın təsəvvür yaransın deyə 1918-ci ilin mart ayının 8-də bir nehrəmlinin Naxçıvan şəhərində necə döyüşdüyü haqda olan məlumatı diqqətinizə çatdırım: “Sübhdən başlamış atışma saat 12-də daha da şiddətləndi və saat1-də müsəlmanlar erməni tərəfinə hücum edib düşməni dalı əyləndirdilər. Müsəlmanları tərənnümə və həyəcana gətirən fəqət Nehram əhli Hacı Molla İsmayıl Axundzadə cənabları oldu.
Mumilileyh bir əlində tapança digər əlində Quran tutub qabaqda yüyürüb cihad edərək müsəlmanlara yetişdi və müsəlmanları həyəcana gətirdi. İşbu hücumda
Xalatovun binası işğal edilib burada xeyli patron və silah qənimət olaraq ələ gəldi”.
Naxçıvan şəhərində ermənilərə qarşı belə cihad edən nehrəmli gör indi Nehrəmdə ermənilərə qarşı necə cihad edər. Hacı Molla İsmayıl Axundzadənin timsalında bu kəndin adamlarının Andranikin qoşunu ilə necə döyüşəcəyini təsəvvür edə bilərsiniz.

x x x

Andranik özünə gələn kimi əlinin işarəsi ilə qoşuna “irəli” əmri verdi. Qoşun özündən razı halda hərəkətə başladı. Kərbəlayı Muxtar Müslüm, Müseyib və Sadıqla birlikdə Hacəlinin evinin damından erməni qoşununun hərəkətini izləyirdi. Qoşun kəndə yaxınlaşanda Kərbəlayı Muxtar üzünü Müslümə tutub:” Bunların yerişi mənim heç xoşuma gəlmədi”,- dedi. Bu adamlar bir-birini bir sözdən, bir işarədən anlayırdı. Müslüm Müseyiblə Sadığa:”Adama birini gəbərtsək qalanları tazıya dönəcək”,- dedi və üçü də bir anda gözdən itib kəndin müxtəlif yerlərində mövqe tutdular. Müslüm atəş açan kimi Müseyiblə Sadıq da tüfəngin tətiyini sıxdılar. Qəfil açılan atəşdən üç erməni əsgəri yerə sərildi, qoşun isə pərən-pərən düşdü. O təkkəbürlü qoşundan əsər-əlamət qalmadı. Pərən-pərən düşən ermənilər kolun-kosun, daşın-kəssəyin arxasında gizlənə-gizlənə və Nehrəm arxının içi ilə mısa-mısa irəliləməyə başladılar. Kənddən atılan bu üç güllə səsindən sonra yenə tam sakitlik köçdü. Nə bir
kimsə gözə dəyir, nə də səs-səmir gəlirdi. Heç bir kənd Andraniki belə ölü bir sükutla qarşılamamışdı. Nə uşaqlar ağlaşır, nə qadınlar fəryad edirdi. Nə bir it səsi,
nə bir pişiy səsi gəlirdi. O güllələr atılmasaydı deyərdin bəs bu kənddə nə bir inni, nə bi cinni var. Sükutun səssizliyi adamın canına vəlvələ salırdı. Andranik dönüb adyutantına pıçıldadı:”mənim bu kənddən gözüm heç su içmədi. Belə sakitlik ancaq məzarlıqda olur”. Adyutantı Andronikin tərəddüdündən heyrətlənsə də bir söz demədi.
Bu ölü sükut elə bil Anrdaniki ölümlə hədələyirdi. Hirsindən-hikkəsindən dişi bağırsağını kəsirdi. O elə bilirdi Kərbəlayı Muxtar qəzəbinə yenilib atını qoşunun
qabağına sürəcək, çöllükdə böyük bir ordu ilə vuruşacaq. Andranik anlamırdı ki, hər zamanın öz hökmü, hər məkanın öz döyüş qaydaları var. Öz fərziyəsinin tələsinə düşən Andranikin dişi bağırsağını kəsirdi. Xəyalında Kərbəlayı Muxtarı hədələyirdi:” Sizi də yaycılılar kimi tikə-tikə doğrayıb Araz çayına tökməsəm mənə də Andranik deməsinlər”.
Toplar və pulemyotlar Qaşar təpələrinə yerləşdiriləndən və qoşun Nehrəmi hər tərəfdən müasirəyə alandan sonra Andranik hücum əmri verdi. Toplar, pulemyotlar, tüfənglər bir anda ölüm saçmağa başladı. Elə bil qiyamət qopdu. Nehrəm oda alova büründü.

( Ardı var)

Address


Telephone

+994702533254

Website

Alerts

Be the first to know and let us send you an email when Nehrəm xəbərləri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nehrəm xəbərləri:

  • Want your business to be the top-listed Media Company?

Share