Axin.az

Axin.az Ən son Xəbərlər bizdə. Siyasət, Cəmiyyət, İdman, İqtisadiyyat, Dünya və.s xəbərlər bizimlə. Reklam üçün əlaqə qura bilərsiniz.
(1)

Saytımız: Axin.az
Telegram kanalı: Axın Az

https://axin.az/ İran imperiyası çoxdan süqut etsə də, bu ölkə özünün xarici siyasətində keçmişdə istifadə etdiyi “qızıl...
02/11/2021

https://axin.az/ İran imperiyası çoxdan süqut etsə də, bu ölkə özünün xarici siyasətində keçmişdə istifadə etdiyi “qızıl diplomatiya”sını yürütməkdə davam edir.

“Caliber” hərbi-analitik layihəsinin yeni videosüjeti İran imperiyasının tarixdə həyata keçirdiyi hərbi və diplomatik ekspansiyasına və hazırkı klerikal hökumətin siyasətinə həsr edilib.

Növbəti video təhlildə qeyd olunur ki, İran rejiminin Cənubi Qafqaz və Azərbaycana münasibətdə mövqeyi İrəvanın maraqları ilə kəsişir.

Xüsusən Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfərdən sonra regionda yaranan yeni geosiyasi situasiya Tehran və İrəvanı razı salmadığından bu tandem situasiyanı öz xeyrinə dəyişmək xətti yürüdür.

“Caliber”ə məlumatlı mənbədən daxil olan informasiyaya əsasən, son günlər İran və Ermənistan arasında hərbi sahədə əməkdaşlıq daha da genişləndirilir, İrəvan öz hərbi sənaye kompleksini İranın vasitəsi ilə bərpa etməyə çalışır.

Məhz bu səbəblərdən irəli gələrək İranın hərbi və siyasi dairələrinin İrəvana səfərlərində intensivlik müşahidə edilir.

Video saytda https://axin.az/cemiyyet/38274-caliber-ran-ermnistani-azrbaycanla-yeni-muhariby-hazirlayir-vdeo.html

https://axin.az/ “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”də dəyişiklik edilib.Bununla bağlı Prezident İlham Əliy...
02/11/2021

https://axin.az/ “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”də dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla Azərbaycan İnvestisiya Holdinqinin vəzifələri artırılıb.

Dəyişikliyə əsasən, dövlət müəssisələrinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını təsdiq etmək Azərbaycan İnvestisiya Holdinqinin vəzifələri sırasına daxil edilib.

https://axin.az/manset/38262-azrbaycan-nvestisiya-holdinqinin-vziflri-artirildi-frman.html

https://axin.az/cemiyyet/38267-sahil-babayev-direktoru-vzifsindn-azad-etdi.html
02/11/2021

https://axin.az/cemiyyet/38267-sahil-babayev-direktoru-vzifsindn-azad-etdi.html

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin direktoru İsmayıl İsrafilov vəzifəsindən azad edilib.“Qaynarinfo”nun məlumatına görə, bununla bağlı nazir Sahil Babayev əmr imzalayıb. S.Babayevin digər əmri ilə İ.İ...

https://axin.az/idman/38249-messi-barsaya-qayitmaq-arzusundan-danisdi.html
01/11/2021

https://axin.az/idman/38249-messi-barsaya-qayitmaq-arzusundan-danisdi.html

PSJ-nin hücumçusu Lionel Messi “Barselona”ya qayıtmaq ehtimalı barədə danışıb.“Barselona”ya qayıdardımmı? Bəli, həmişə demişəm ki, kluba kömək etmək istəmişəm. Nə vaxtsa texniki katib olmaq istərdim. Bilmirəm, bu, “Barselona”da, ya başqa klubda olacaq. Əgər ...

https://axin.az/ PSJ-nin hücumçusu Lionel Messi “Barselona”ya qayıtmaq ehtimalı barədə danışıb.“Barselona”ya qayıdardımm...
01/11/2021

https://axin.az/ PSJ-nin hücumçusu Lionel Messi “Barselona”ya qayıtmaq ehtimalı barədə danışıb.

“Barselona”ya qayıdardımmı? Bəli, həmişə demişəm ki, kluba kömək etmək istəmişəm. Nə vaxtsa texniki katib olmaq istərdim. Bilmirəm, bu, “Barselona”da, ya başqa klubda olacaq. Əgər imkan olsa, öz töhfəmi vermək istərdim, çünki bu klubu sevirəm, bundan sonra da yaxşı olmasını, irəliləməyə davam etməsini və dünyada ən yaxşılardan biri kimi qalmasını istərdim”, - deyə L.Messi bildirib.

Mənbə: Sport.es

https://axin.az/idman/38249-messi-barsaya-qayitmaq-arzusundan-danisdi.html

https://axin.az/ Cənubi Koreya Respublikası və ABŞ Hərbi Hava Qüvvələri birgə təlimlərə başlayıb.Bu barədə Cənubi Koreya...
01/11/2021

https://axin.az/ Cənubi Koreya Respublikası və ABŞ Hərbi Hava Qüvvələri birgə təlimlərə başlayıb.

Bu barədə Cənubi Koreya Müdafiə Nazirliyindəki mənbə məlumat verib.

Bildirilir ki, təlim beş gün davam edəcək. Təlimlərə Cənubi Koreyanın F-15K və KF-16, ABŞ-ın F-16 qırıcıları da daxil olmaqla yüzə yaxın təyyarə cəlb edilib. Respublikanın hava komandanlığı hər hansı təfərrüat verməkdən imtina edərək, manevrlərin plana uyğun şəkildə həyata keçirildiyini bildirib.

Son illərdə müttəfiqlər Şimali Koreya ilə diplomatik münasibətlərin bərpasını dəstəkləmək üçün birgə təlimləri məhdud miqyaslı keçirirlər.

Mənbə: TASS

https://axin.az/dunya/38247-cnubi-koreya-v-abs-birg-hrbi-tlimlr-basladi.html

https://axin.az/ İtaliyanın paytaxtı Romada keçirilən G20 sammiti dünya siyasətinin konturlarının cızılmasında çəki qaza...
01/11/2021

https://axin.az/ İtaliyanın paytaxtı Romada keçirilən G20 sammiti dünya siyasətinin konturlarının cızılmasında çəki qazanmış ölkələrin liderlərinin müzakirələr aparması üçün münbit platforma oldu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Cozef Bayden də bir araya gələrək iki ölkə arasındakı gərginliyin azaldılması üçün səylərini ortaya qoydular.

Diqqət çəkən məqamlar:

1. Ərdoğanla Baydenin görüşü Romada yox, Şotlandiyanın Qlazqo şəhərində keçirilməsi nəzərdə tutulurdu;

2. Liderlər bir araya gələrkən Baydenin Ərdoğanla təmas yaratması üçün təşəbbüskar olduğu göründü.

Ardı saytımızda https://axin.az/siyaset/38237-romada-rdogan-bayden-gorusu-prdarxasi-mqamlar-zngzur-dhlizi-thll.html

https://axin.az Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndür...
30/07/2021

https://axin.az Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin əməkdaşlarının Türkiyə Respublikasına yola düşməsi üçün hazırlıq işləri gedir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ən qısa zamanda qüvvələr qardaş Türkiyə Respublikasına yola düşəcək.

https://axin.az/  Fransalı futbolçu Olivye Jiru tibbi baxışdan keçmək üçün İtaliyadadır.İtaliyalı idman jurnalisti və te...
16/07/2021

https://axin.az/ Fransalı futbolçu Olivye Jiru tibbi baxışdan keçmək üçün İtaliyadadır.

İtaliyalı idman jurnalisti və televiziya aparıcısı Gianluigi Longari öz “Twitter”ində 34 yaşlı futbolçunun videosunu paylaşıb.

Məlumatda qeyd olunur ki, hücumçunun keçidi ilə bağlı bütün detallar həll edildikdən sonra Jirunun “Milan” klubu ilə 2023-cü ilin iyun ayına qədər müqavilə imza atacağı gözlənilir.

Qeyd olunur ki, “Milan” O.Jirunu komandaya cəlb etmək üçün 1 milyon avro xərcləməli olub.
https://t.me/joinchat/Dl2UsnqpZbRkNTJi

İdman xəbərləri https://t.me/joinchat/NhoI96cQW005OWIy

https://axin.az/ “Səbail” klubu qapıçısı Nikolas Hagenlə yollarını ayırıb.Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı xə...
15/07/2021

https://axin.az/ “Səbail” klubu qapıçısı Nikolas Hagenlə yollarını ayırıb.

Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı xəbər yayıb.

Qvatemalalı qolkiperin başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, 2020/2021-ci il mövsümündən “Səbail”in şərəfini qoruyan Hagen 27 oyunda meydana çıxıb və 6 oyunda qapısını toxunulmaz saxlayıb.

https://axin.az/ “Qarabağ” klubunun futbolçusu Filip Ozobiç Avstriya toplanışını dəyərləndirib.O, bununla bağlı klubun s...
15/07/2021

https://axin.az/ “Qarabağ” klubunun futbolçusu Filip Ozobiç Avstriya toplanışını dəyərləndirib.

O, bununla bağlı klubun saytına açıqlama verib.

“Məşqlərimiz çox yaxşı keçir. Düşünürəm ki, komandamızda hamı bu fikirlə razılaşar. Keçirdiyimiz yoldaşlıq oyunlarının da bizə çox xeyri dəyəcək. Tam hazır olmaq üçün qısa zamana ehtiyacımız var. Yeni oyunçularımız var və yəqin ki, yenə olacaq. Biz də onlara əlimizdən gələn köməyi etməliyik ki, komandaya, oyun üslubumuza tez uyğunlaşsınlar. Konfrans Liqasında qarşılaşacağımız “Aşdod” yaxşı komandadır. Bizi çətin oyun gözləyir. Əminəm ki, matça qədər tam hazır ”, - deyə Ozobiç qeyd edib.

Futbolçu həmçinin Azərbaycan millisindən dəvət gözlədiyini bildirib:

“Dünən eşitdim ki, FIFA mənim Azərbaycan millisində çıxış etməyimə icazə verib. Mən də bu anı gözləyirdim. Uzun müddətdir ki, Azərbaycandayam. Bu ölkə mənə çox doğmadır. Səbirsizliklə millinin oyunlarını və yığmaya dəvəti gözləyəcəyəm. Millinin baş məşqçisi mənə dəvət göndərərsə, yığmanın uğurları üçün hər zaman əlimdən gələni etməyə hazıram. Mənim üçün doğmalaşmış ölkənin millisi üçün əlimdən gələni əsirgəməyəcəm”.

https://axin.az/ Ermənistanın Müdafiə Nazirliyi iki hərbçisinin itkin düşdüyünü açıqlayıb.Bu barədə “Sputnik Ermənistan”...
14/07/2021

https://axin.az/ Ermənistanın Müdafiə Nazirliyi iki hərbçisinin itkin düşdüyünü açıqlayıb.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Artur Nalbandyan və Aramais Torosyan adlı hərbçilərin dumanlı hava şəraiti səbəbilə Zəngəzur bölgəsinin Qaragöl yaxınlığında itkin düşdüyü qeyd olunur.

Hərbçilərin axtarışlarına başlanılıb.

https://axin.az/ “Qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi” narahatlıq doğurur. Azərbaycan ehtiyaclarından q...
13/07/2021

https://axin.az/ “Qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi” narahatlıq doğurur. Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb. Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur”.

Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransında çıxış edərkən deyib.

İlham Əliyev daha sonra bildirib:

“Bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. Bununla yanaşı, biz hər fürsətdə, inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırırıq.

Çətinliklərin bir-biri ilə sıx əlaqəli olduğunu nəzərə alaraq, Azərbaycanın sədrliyi ilə səhiyyə və əmək nazirlərinin onlayn toplantıları keçirilib, kommunikasiya və təhsil nazirlikləri kimi digər sahəvi nazirliklər səviyyəsində də görüşlərin keçirilməsi nəzərdə tutulub”.

İlham Əliyev qeyd edib ki, Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə aldığı mandata əsasən, Azərbaycan sədr qismində təşkilat üzrə gənclərin institusional şəbəkəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir:

“Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir.

Bakı Zirvə görüşündəki çıxışımda vurğulamışdım ki, Qoşulmama Hərəkatının digər təsisatlarla dialoqunun inkişaf etdirilməsi və əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın sədrliyinin prioritetləri sırasında olacaq. Məmnunluqla qeyd edirəm ki, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının yuxarıda qeyd olunan onlayn Zirvə görüşündə iştirak ediblər. Daha sonra Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir”.

https://axin.az/ Qoşulmama Hərəkatı 2020-ci ilin 12-17 iyul tarixlərində Ermənistanın Tovuzda törətdiyi hərbi təxribatla...
13/07/2021

https://axin.az/ Qoşulmama Hərəkatı 2020-ci ilin 12-17 iyul tarixlərində Ermənistanın Tovuzda törətdiyi hərbi təxribatları pisləyib və Azərbaycana dəstəyini nümayiş etdirib.

Axın.az xatırladır ki, 2020-ci ilin iyulun 18-də Qoşulmama Hərəkatı Ermənistanın təxribatına dair Kommünike qəbul edib.

Sənəddə Ermənistanın silahlı bölmələrinin hücumu kəskin pislənilib.

Sənəddə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək, habelə ərazi bütövlüyünün bərpası məqsədilə göstərdiyi səylərə həmrəylik ifadə edilib.

Qoşulmama Hərəkatı ötən ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi dövründə də Azərbaycana dəstək göstərib.

Belə ki, oktyabrın 9-da Qoşulmama Hərəkatının onlayn nazirlər görüşündə Ermənistanın mülki əhalini atəşə tutması müzakirə edilib.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun sədrliyi ilə keçirilmiş iclasda Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirləri, nazir müavinləri və BMT yanında daimi nümayəndələri iştirak ediblər.

İclasda “Bütün cəbhə boyu Azərbaycan Respublikasının silahlı qüvvələrinin mövqeləri və mülki yaşayış məntəqələrinə qarşı Ermənistan Respublikası tərəfindən silahlı hücum” adlı Xüsusi Bəyannamə qəbul edilib.

Hərəkata üzv dövlətlər Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstəklərini ifadə edib, Azərbaycan Respublikası ilə həmrəy olduqlarını bildiriblər.

Vətən Müharibəsi dövründə (19 oktyabr) BMT Təhlükəsizlik Şurası bəyanat layihəsi hazırlayıb.

Sözügedən layihə əsasən Rusiya Federasiyası və Fransa tərəfindən hazırlanıb.

Bəyanat layihəsində BMT Təhlükəsizlik Şurasının Qarabağın işğalı ilə bağlı məlum qətnamələrinə istinad öz əksini tapmayıb.

Qoşulmama Hərəkatına üzv ölkələr isə təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər.

Onların bu israrlı mövqeyi nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur olublar.

https://axin.az/ “Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəndən sonra təşkilatın fəaliyyəti aktiv fazaya keçdi”.Bunu A...
13/07/2021

https://axin.az/ “Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəndən sonra təşkilatın fəaliyyəti aktiv fazaya keçdi”.

Bunu Axın.az-a açıqlamasında politoloq Qabil Hüseynli Qoşulmama Hərəkatının fəaliyyətini şərh edərkən deyib.

Ekspert 2020-ci ilin mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildiyini xatırladıb.

Onun sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi koronavirus pandemiyasına qarşı mübarizədə səfərbərliyi təmin etmək üçün ardıcıl təşəbbüslərlə çıxış etməsi beynəlxalq arenada yüksək qiymətləndirilib.

“Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi bəşəriyyətə təhdid yaradan koronavirus pandemiyasının təsirlərinin aradan qaldırılması barədə məsələni BMT-nin gündəminə gətirdi. Ötən ilin dekabrında cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası keçirildi. Dünya ölkələri, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlər bu təşəbbüsü yüksək dəyərləndirdilər”, - deyə Q.Hüseynli əlavə edib.

Q.Hüseynli Qoşulmama Hərəkatının Azərbaycanın mövqeyini müdafiə edən qərarların qəbul edilməsində böyük rol oynadığını da xatırladıb.

“Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının 2 illik müddətinə qeyri-daimi üzvü seçilmişdi. Həmin zaman bir çox ölkələr BMT Təhlükəsizlik Şurasının üzvü seçilmək uğrunda yarışırdılar. Ancaq Qoşulmama Hərəkatına üzv ölkələrin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzvlük Azərbaycanın xeyrinə həll olundu”.

Ekspert Qoşulmama Hərəkatının Vətən müharibəsində Azərbaycana qətiyyətli dəstək göstərdiyini də xatırladıb.

Qoşulmama Hərəkatına 120 dövlət üzvdür. Bununla yanaşı, qurumda Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatı, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlət iştirak edir.

2019-cu ilin oktyabrın 25-də Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana (2022-ci ilədək) keçib.

Aqşin Kərimov

https://axin.az/ İtaliya millisinin müdafiəçiləri Leonardo Bonucci və Corco Kyellini 2022-ci ildə Qətərdə keçiriləcək Dü...
13/07/2021

https://axin.az/ İtaliya millisinin müdafiəçiləri Leonardo Bonucci və Corco Kyellini 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatında çıxış etmək imkanlarını şərh ediblər.

Bu barədə “Sky Sport Italia” məlumat yayıb.

“Əgər mən sabah ümumiyyətlə qaça bilsəm əla olacaq. Donnarumma əlbəttə ki, çıxış edəcək. Leo da. Mənə isə baxarıq”, - deyə Kyellini bildirib.

Bonucci isə həmkarını mundialda çıxış etməyə inandıracağını bildirib.

“Mən onu razı salmağa çalışacağam. Birlikdə məzuniyyətə gedəcəyik və mən onunla danışacağam. Narahat olmayın”, - deyə Bonucci bildirib.

Qeyd edək ki, 36 yaşlı Corco Kyellini Avropa çempionatında final oynayan ən yaşlı kapitan olub, 34 yaşlı Bonucci isə finalda fərqlənən ən yaşlı oyunçu kimi tarixə düşüb.

https://axin.az/ Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyaya rəsmi səfəri çərşivəsində öl...
08/07/2021

https://axin.az/ Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyaya rəsmi səfəri çərşivəsində ölkə prezidenti Vladimir Putinlə görüşüb.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər arasındakı söhbət zamanı Qarabağ məsələsi, eləcə də Ermənistan – Azərbaycan münasibətlərinə də toxunulub.

Paşinyan Rusiyanın 44 günlük müharibənin dayandırılmasındakı xidmətlərini vurğulayıb. O, bildirib ki, Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsindən sonra bölgədə vəziyyət sabitləşib.

Hökuməti başçısı mina xəritələri qarşılığında ölkəyə qaytarılmış ermənilərə görə Putinə təşəkkür edib.

https://axin.az/ Prezident İlham Əliyev XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb.A...
08/07/2021

https://axin.az/ Prezident İlham Əliyev XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli sammit iştirakçıları!

Sizi səmimi qəlbdən salamlayır və “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən növbəti Avrasiya İqtisadi Zirvə Toplantısının öz işinə başlaması münasibətilə təbrik edirəm.

Avrasiya iqtisadi zirvə toplantıları uzun illərdir uğurla sülh və dialoqu təşviq edir, qloballaşma dövründə yeni çağırışların müzakirə edildiyi bir platforma kimi Avrasiya regionunda əməkdaşlığın inkişafına hər zaman dəyərli töhfələr verir. Builki sammit “İnsanlık daha iyisini hak ediyor” (Bəşəriyyət daha yaxşısına layiqdir) devizi altında keçirilir və bunun da böyük rəmzi mənası var. Bəşəriyyətin rifahı, qlobal miqyasda bütün maraqların və siyasətlərin mərkəzində insan amilinin dayanması, insanların layiq olduğu bir dünyada yaşaması üçün bu gün hər birimiz məsuliyyət daşıyırıq. Pandemiya ilə bərabər dünyamız hazırda iqlim dəyişikliyindən irəli gələn çağırışlar, qlobal təhlükəsizliyə təhdid yaradan bir sıra risklərlə üz-üzədir. Bütün bu problemlər qlobaldır və onların həlli də yalnız qlobal əməkdaşlıqla mümkündür. İnsanlığı təhdid edən problemlər üzərində birgə çalışma, ədalətin təmini, regional əməkdaşlıq, bərabərsizliyin aradan qaldırılması yeni geosiyasi nizamın da başlıca şərtidir.

Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı köklü surətdə dəyişməklə əməkdaşlığa, sülhə, regional və qlobal miqyasda dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına istiqamətlənmiş strateji kurs həyata keçirir. İnsanlıq əleyhinə törədilmiş cinayətlərə, işğala son qoyan və regionda böyük inkişafa yol açan bu prosesdə qardaş Türkiyə bizə hər zaman yüksək dəstək verdi. Vətən müharibəsində qələbəmiz və hazırkı proseslər Azərbaycan–Türkiyə qardaşlığının, sarsılmaz birliyinin nailiyyətləridir. Ən önəmlisi isə hər iki ölkənin özü üçün bir dəyərə çevirdiyi ədalət və inkişafın qələbəsidir. Yeni geosiyasi reallığın ən böyük təntənəsi isə Şuşa Bəyannaməsidir. Bu tarixi sənəd Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq, tərəfdaşlıq münasibətlərini müttəfiqlik statusunda rəsmiləşdirdi. Bu təhlükəsizlik və sülhə yüksək zəmanət sənədi Cənubi Qafqaz daxil olmaqla bütövlükdə Avrasiya üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə regionun resurslar, kommunikasiya və logistika potensialından səmərəli istifadəyə imkan yaradan, hər kəs üçün faydalı, firavan, layiqli gələcəyin qurulması naminə inamla birgə addımlayır. Ölkələrimizin enerji təhlükəsizliyinin təminatındakı qlobal rolu da Avrasiyada davamlı əməkdaşlıq və xalqların rifahı üçün möhkəm təməl olaraq qalacaqdır.

İnanıram ki, bu toplantıda aparacağınız müzakirələr bəşəriyyətin rifahı naminə əməkdaşlıq üçün yeni perspektivlərin müəyyənləşməsində faydalı olacaqdır.

Zirvə Toplantısının işinə uğurlar arzulayıram”.

https://axin.az/ Fransanın PSJ klubu ispaniyalı müdafiəçi Serxio Ramosu transfer etdiyini rəsmən açıqlayıb.“Haber Global...
08/07/2021

https://axin.az/ Fransanın PSJ klubu ispaniyalı müdafiəçi Serxio Ramosu transfer etdiyini rəsmən açıqlayıb.

“Haber Global”ın məlumatına görə, 35 yaşlı futbolçu klubun heyətində 4 nömrəli idman köynəyilə çıxış edəcək.

Ramosla iki illik müqavilə imzalandığı bildirilib.

https://axin.az Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə Mərkəzi Bankd...
07/07/2021

https://axin.az Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə Mərkəzi Bankda vətəndaşların fərdi və kollektiv şəkildə qəbulu müvəqqəti olaraq dayandırılıb.

Bankdan Axın.az-a verilən məlumata əsasən, pandemiyaya qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə Mərkəzi Bankın inzibati binalarında vətəndaşların yerində qəbulunun müvəqqəti təxirə salınması ilə əlaqədar olaraq onlayn şəkildə qəbul istiqamətində əlavə işlər görülüb.

Belə ki, vətəndaşlar Mərkəzi Bankın rəsmi internet səhifəsində “İstehlakçıların hüquqları” bölməsinə daxil olmaqla öncədən qəbula yazılmadan rəsmi iş günlərində saat 10:00-dan 11:00-dək “Skype” və ya “Whatsapp” vasitəsilə videoqəbulda iştirak edə bilərlər.

Videoqəbulla bağlı nəzərdə tutulmuş saatlarda hər hansı səbəbdən əlaqə saxlaya bilməyən vətəndaşlar Mərkəzi Bankın “966” qaynar xəttinə zəng etməklə, onlayn və ya yazılı şəkildə rəsmi müraciət ünvanlamaqla, həmçinin, 055 966 19 66 “Whatsapp” nömrəsinə mesaj yazmaqla videoqəbula yazıla bilərlər.

Qeyd olunanlarla yanaşı, ölkəmizdə pandemiyanın geniş miqyas aldığı dövrdən etibarən Mərkəzi Bankın “966” qaynar xətti iş günlərində fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək daxil olan zənglərin cavablandırılmasını təmin edib, eyni zamanda vətəndaşların onlayn qəbuluna başlanılıb.

https://axin.az Böyük Britaniya öz qoşunlarını Əfqanıstandan çıxartsa da terrorizmə qarşı mübarizəni davam etdirmək niyy...
07/07/2021

https://axin.az Böyük Britaniya öz qoşunlarını Əfqanıstandan çıxartsa da terrorizmə qarşı mübarizəni davam etdirmək niyyətindədir və terrorçuların mövqelərinə hava zərbələri endirmək hüququnu qoruyub saxlayır.

TASS agentliyi xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi jurnalistlərə açıqlama verərkən söyləyib.

O, Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Suriya və İraqda “İŞİD”ə qarşı həyata keçirilmiş “Shader” əməliyyatlarına işarə edib.

C. Hippi Əfqanıstanda da hadisələrin oxşar xətt üzrə inkişaf edəcəyi təqdirdə belə planların nəzərdə tutulduğunu istisna etməyib.

Xatırladaq ki, London 2014-cü ildə “Shader” əməliyyatı çərçivəsində terrorçuların hədəflərinə iki minə yaxın hava hücumu təşkil edib.

https://axin.az Rusiyada koronavirusa bir gündə 23 378 yoluxma qeydə alınıb.“İnterfax” ölkənin operativ qərargahına isti...
07/07/2021

https://axin.az Rusiyada koronavirusa bir gündə 23 378 yoluxma qeydə alınıb.

“İnterfax” ölkənin operativ qərargahına istinadla məlumat verir ki, virusa yoluxan 737 xəstə həyatını itirib. Bu, pandemiya başlayandan ölüm sayında maksimum göstəricidir.

Ən çox ölüm Moskvada (114 nəfər), Sankt-Peterburqda (99 nəfər), İrkutsk vilayətində (33 nəfər) qeydə alınıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma sayında (5 658 672 nəfər) ölkələr arasında beşinci yerdədir.

https://axin.az Çeçenistanın hazırkı başçısı Ramzan Kadırov növbəti beş ildə də respublikaya rəhbərlik etmək niyyətindəd...
06/07/2021

https://axin.az Çeçenistanın hazırkı başçısı Ramzan Kadırov növbəti beş ildə də respublikaya rəhbərlik etmək niyyətindədir.

Bu barədə Çeçenistan respublikanın seçki komissiyasının rəsmi “Instaqram” səhifəsində məlumat verilib.

R.Kadırov öz namizədliyini “Vahid Rusiya” partiyasından irəli sürüb.

Məlumat üçün qeyd edək ki, R.Kadırovun 44 yaşı var. O, 14 ildən çoxdur Çeçenistana rəhbərlik edir.

https://axin.az Əfqanıstan Silahlı Qüvvələrinin mindən çox əsgəri Tacikistan ərazisinə çəkilmək məcburiyyətində qalıb.Mk...
06/07/2021

https://axin.az Əfqanıstan Silahlı Qüvvələrinin mindən çox əsgəri Tacikistan ərazisinə çəkilmək məcburiyyətində qalıb.

Mk.ru xəbər verir ki, onları dövlət sərhədini pozmağa Bədəxşan vilayətinin bir neçə rayonunu ələ keçirən talibançılar məcbur ediblər.

Ölkə qoşunlarına şəxsi heyətini qorumaq üçün Tacikistan ərazisinə keçmək əmri verilib. Onların ümumi sayı min otuz yeddi nəfərdir. Əfqanıstan silahlı qüvvələrinin “Taliban” hərəkatının basqısı altında Tacikistana doğru hərəkət etməsi ilk dəfə deyil.

22 iyun tarixindən Əfqanıstan əsgərləri dördüncü dəfə sərhədi keçirlər, lakin ən çox say sonuncuda olub.

Qeyd edilir ki, Tacikistan Sərhəd Mühafizəsi əsgərləri humanizm prinsipi əsasında qəbul edir.

Sərhədin mühafizəsi üçün Düşənbə əlavə 20 min hərbçisini səfərbər edir.

https://axin.az Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələri...
06/07/2021

https://axin.az Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə 5 400 000 manat vəsait ayrılır.

https://axin.az AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilmiş dörd oyunu ilə bağlı UEFA tərəfindən AFFA-ya təşəkkür...
06/07/2021

https://axin.az AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilmiş dörd oyunu ilə bağlı UEFA tərəfindən AFFA-ya təşəkkür məktubu daxil olub.

Axın.az UEFA -nın Tədbirlər üzrə baş direktoru Martin Kallenin məktubunun təqdim edir:

“Hörmətli həmkarlar,

Bakıda keçirilən dörd oyunun yüksək səviyyədə təşkilinə görə sizi təbrik edirik. Bu, inanılmaz bir uğurdur!

Ötən bir neçə həftə bu işə cəlb olunan hər kəs üçün çox gərgin keçdi. AVRO-2020 layihəsinə sərf etdiyiniz əməyə görə hər birinizə təşəkkür edirəm. Əzmkar və motivasiyalı insanların bir komanda şəklində birlikdə çalışdığı, ortaq məqsəd və ambisiyalara sahib olduğu halda nələrin əldə oluna biləcəyini nümayiş etdirdiniz.

Mən Bakıda keçirilmiş bir oyunda iştirak etmək şərəfinə nail oldum və işçi heyətindəki atmosferdən, yüksək peşəkarlıq standartlarından çox təsirləndiyimi deyə bilərəm. COVID-19-un son bir neçə ayda yaratdığı qeyri-müəyyənlik fonunda belə, AVRO-2020 oyunlarını həvəslə təşkil etmək əzminiz bariz şəkildə görünürdü. Bunu həmişə – bu gün və bu yaydakı yarışdan hələ çox sonra da xatırlaya və bununla fəxr edə bilərsiniz.

Bu müddət ərzində birlikdə çalışdıqdan sonra siz UEFA-nın geniş Avropa ailəsinin ayrılmaz bir hissəsinə çevrildiniz. Ümid edirəm ki, bu layihədə çalışdığınız müddətdə zövq aldınız və turnirin həyəcanlı keçəcəyi şübhə doğurmayan qalan oyunlarını izləməkdən də zövq alacaqsınız.

https://axin.az Bu gün AVRO-2020-də turnirin yarımfinal mərhələsinə start veriləcək.Axın.az xəbər verir ki, turnirin əsa...
06/07/2021

https://axin.az Bu gün AVRO-2020-də turnirin yarımfinal mərhələsinə start veriləcək.

Axın.az xəbər verir ki, turnirin əsas favoritlərindən olan İtaliya İspaniya ilə qarşılaşır.

Komandalar indiyədək 37 dəfə qarşılaşıb. Hər komanda 11 dəfə qələbə qazanıb, 15 dəfə isə heç-heçə qeydə alınıb.

Komandalar indiyədək Avropa çempionatlarında altı dəfə qarşılaşıb. Bunlardan 2-də İtaliya, 1-də İspaniya qalib gəlib, 3 matçda heç-heçə olub. İspaniyanın əsas vaxt hesabında qalib gəldiyi yeganə qarşılaşma 2012-ci ildə baş verib. Onda İspaniya qrupdakı ilk oyununda 1:1 oynadığı rəqibinə Kiyevdəki finalda 4:0 qalib gəlib və bununla da turnirin həlledici görüşlərində ən böyük hesablı qələbəyə imza atıb.

Bu iki komanda sonuncu dəfə 2017-ci ildə dünya çempionatının seçmə mərhələsində qarşılaşıb. İspaniya 3:0 qalib gəlib.

İtaliya millisində müdafiəçi Leonardo Spinatsola dabanında, İspaniya yığmasında yarımmüdafiəçi Pablo Sarabia bud nahiyəsindəki zədəyə görə oynaya bilməyəcək.

AVRO-2020

1/2 final

23:00 İtaliya – İspaniya

Baş hakim: Feliks Brıx (Almaniya)

London. “Uembli” stadionu

Səbuhi Musayev

https://axin.az Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti Nursult...
06/07/2021

https://axin.az Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Təbrik mətnində deyilir:

“Hörmətli Nursultan Abişeviç,

Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Siz şərəfli bir ömür yolu keçərək Qazaxıstan Respublikasının rifahı, bugünkü səviyyəyə yüksəlməsi üçün var qüvvənizi sərf etmiş, ölkənizin beynəlxalq aləmdə layiqli yer tutmasına nail olmuş görkəmli dövlət xadimisiniz.

Azərbaycan ilə Qazaxıstanı xalqlarımızın ortaq tarixi və mənəvi dəyərlərindən qaynaqlanan dostluq və qardaşlıq telləri birləşdirir. Mən xalqlarımız və ölkələrimiz arasında bu əlaqələrin möhkəmləndirilməsi istiqamətində xidmətlərinizi yüksək qiymətləndirirəm. Eyni zamanda Türk Şurasının fəxri sədri kimi fəaliyyətinizi, türkdilli xalqlar arasında birliyin bərqərar olması naminə töhfənizi xüsusi qeyd etmək istəyirəm.

Atam Prezident Heydər Əliyevlə Sizin aranızda mövcud olmuş dərin hörmət və ehtiramı, səmimi dostluq münasibətlərini yüksək tutur, həmişə gözəl təəssüratlarla xatırlayıram.

Hörmətli Nursultan Abişeviç, bu əlamətdar gündə bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə işlərinizdə daim uğurlar diləyirəm”.

https://axin.az Bu gün Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin yeni hərbi hissə kompleksi xidməti istifadəyə...
24/06/2021

https://axin.az Bu gün Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilib.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sər­həd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş əraziləri­mizdə Dövlət Sərhəd Xidmətinin növbəti hərbi hissəsinin xidməti-döyüş fəaliy­yə­tinə başlaması münasibətilə şəxsi heyəti təb­­rik edib.

Tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­rək Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçulara orden və medallar təqdim olunub.

Açılış mərasimindən sonra hərbi hissədə qərargaha, xidməti və inzi­bati otaqlara, zabit heyəti üçün yaşayış evlərinə, əsgər yataq­xanasına, yemək­xanaya, hamam-camaşırxana, ərzaq, əşya-geyim, yanacaq və silah anbarlarına, avto­mobil parkına, döyüş texnikasına və silah-sursatlara baxış keçirilib.

Hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının daha da yük­səl­dil­məsi və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi üzrə görülən işlər yoxlanılıb, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sər­hədçilərlə görüş keçirilib, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şərait­lə­rinə baxış aparılıb.

https://axin.az ABŞ-ın müdafiə büdcəsi ilə bağlı təkliflər hazırlanarkən yeni müharibələr ehtimalı nəzərə alınıb.“İnterf...
24/06/2021

https://axin.az ABŞ-ın müdafiə büdcəsi ilə bağlı təkliflər hazırlanarkən yeni müharibələr ehtimalı nəzərə alınıb.

“İnterfaks” xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələrin işləri üzrə komitəsində çıxışı zamanı deyib.

“Müdafiə Nazirliyi rəqiblərimizlə ayaqlaşmağa hazır olmalıdır. Lazım gələrsə, mübarizə aparmalı və növbəti müharibəni udmalıdır. Bu isə son müharibə olmayacaq”, - deyə Pentaqon rəhbəri bildirib.

https://axin.az Vyanada İranın nüvə proqramı ətrafında aparılan danışıqların gedişində ABŞ-ın eks-prezidenti Donald Tram...
24/06/2021

https://axin.az Vyanada İranın nüvə proqramı ətrafında aparılan danışıqların gedişində ABŞ-ın eks-prezidenti Donald Tramp zamanında İrana qarşı iqtisadi sahədə tətbiq olunmuş mindən çox sanksiyanın aradan qaldırılması barədə razılıq əldə edilib.

“RİA Novosti” xəbər verir ki, bunu İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi bəyan edib.

O qeyd edib ki, Tramp dövründə İrana qarşı tətbiq edilmiş 1040-a yaxın sanksiya aradan qaldırılacaq.

M.Vaezinin sözlərinə görə, hazırda danışıqlar masasında Trampın hakimiyyətindən öncə qüvvəyə minmiş sanksiyaların ləğvi məsələsi müzakirə olunur.

https://axin.az PSJ-nin hücumçusu Kilian Mbappe klubdan ayrılmağa yaxındır.Bu barədə “Marca” yazıb.Nəşrin məlumatına gör...
24/06/2021

https://axin.az PSJ-nin hücumçusu Kilian Mbappe klubdan ayrılmağa yaxındır.

Bu barədə “Marca” yazıb.

Nəşrin məlumatına görə, hücumçu artıq PSL layihəsinə inanmır və komanda rəhbərliyinə ayrılmaq istədiyi barədə xəbər verib.

Qeyd edək ki, PSJ Mbappenin satışından ən azı 120-150 milyon avro qazanmağı planlaşdırır.

https://axin.az Türkiyəli məşhur müğənni Murad Boz tanınmış aktrisa Tuba Büyüküstünün baş rolda oynayacağı “Another Self...
24/06/2021

https://axin.az Türkiyəli məşhur müğənni Murad Boz tanınmış aktrisa Tuba Büyüküstünün baş rolda oynayacağı “Another Self” serialının heyətinə daxil olacaq.

“Snob Magazin” xəbər verir ki, serial “Netflix” platformasında təqdim ediləcək.

Serialda Leyla rolunu canlandıracaq Seda Bakan bundan əvvəl Murad Bozla “Öldür beni sevgilim” filmində baş rolları paylaşıb.

Serialın en gec 2022-ci ildə izləyicilərə təqdim olunması planlaşdırılır.

Address

Baku

Telephone

+994702228411

Website

Alerts

Be the first to know and let us send you an email when Axin.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Axin.az:

Share


Other News & Media Websites in Baku

Show All