NİZAMNAMƏ
ƏSAS ANLAYIŞLAR
Like - Səs
Status - İCTİMAİ MEDİA-nın paylaşdığı istənilən növ fayl və məlumatın ümumi adı
Fayl - Video, audio, foto və digər formatlarda olan konkret məlumat
User - Səhifəyə üzv olan internet istifadəçisi
Oxucu - Səhifəyə üzv olub-olmamasından asılı olmayaraq onu izləyən internet istifadəçisi
Comment - Qeyd, şərh
Administrator - İnzibatçı
Editor of public liberty - İn
zibatçılara sərbəst fikir azadlığı verən redaktor
İCTİMAİ MEDİA-NIN QURULUŞU, STRUKTURU VƏ MƏRAMI
1.1 İCTİMAİ MEDİA (Bundan sonra İM) - müstəqil maraqları olan və sırf vətəndaş mövqeyindən çıxış edən bir qrup gəncin təsis etdiyi virtual qurumdur. Bizim virtual qurum heç bir siyasi partiyanı təmsil etmir və hər hansı bir dövlət, hökumət və ya qeyqi-hökumət təşkilatına tabe deyil.
1.2 facebook.com/Ictimai.Media qurumun Facebook sosial şəbəkəsindəki səhifəsinin elektron ünvanıdır. Səhifədə olan bütün üzvlər bərabər hüquqlara malikdirlər və eyni zamanda avtomatik olaraq ICTIMAI MEDIA qrupuna daxil olan bütün internet resurslarının da istifadəçisi sayılırlar.
1.3 Səhifəni idarə edən inzibatçı heyət öz istifadəçiləri qarşısında onların bu Nizamnamə ilə tənzimlənən üzvlük bərabərliyini qorumaq və qeyd etdikləri yaxud sonradan sildikləri fikirləri, şərhləri və yazıları üşüncü bir tərəfə (şəxsə) verməmək, həmçinin istifadəçi məlumatının məxfiliyini daim təmin etmək öhdəliyini üzərinə götürür.
1.4 Heç bir inzibatçı İM-ın adından statusa əlavə açıqlamalardan başqa, ictimai rəyə təzyiq göstərən və ya istifadəçi fikirlərini müəyyən bir axara salmağa hesablanmış şərh və səsdən istifadə edə bilməz. QADAĞA VƏ YASAQLAMALAR
2.1 İM-nın yayımladığı bütün statuslar onun üzvləri üçün həmişə açıqdır. İstənilən xalqın nümayəndəsi bu Nizamnamənin 2.4 bəndində yer alan yasaqlamalar istisna olmaqla öz dilində istədiyi şərhi yazmaq hüququna malikdir.
2.2 Səhifənin istənilən üzvü növbətçi inzibatçıdan yayımlanmış statusu yaxud faylı silməyi tələb etmə hüququna malikdir. Bele bir tələbi əks etdiren şərhi görmüş növbətçi inzibatçı onu dərhal səsverməyə çıxarmalıdır. Maksimum 15 saat ərzində minimum 15 səs toplanarsa fayl/status silinir. Bir statusun heç vaxt silinməməsi üçün ən azı 60 səs yaxud müxtəlif şəxs tərəfindən yazılan 30 qeyd kifayətdir.
2.3 Status geniş ictimai dəstək qazanmadıqda və maraqsız qarşılandıqda maksimum 48 saatdan sonra köhnə hesab edilərək silinə bilər. Buraya sorğu və cavab xarakterli, o cümlədən lətifə, aforizm və digər fayllarda yer alan statuslar da daxildir.
2.4 Bu nizamnamənin 2.5 bəndi istisna olmaqla heç bir istifadəçi və növbədə olan inzibatçı statusa fikir bildirən şəxsi təhqir edə, ona təzyiq göstərə yaxud şərhini poza bilməz.
2.5 İnzibatçılar aşağıdakı hallarda istifadəçi şərhini dərhal poza və onun girişinə (xəbərdarlıqsız) məhdudiyyət tətbiq edə bilərlər. a) İstifadəçi yayımlanan materillarla bağlı administrasiyaya göstəriş verdikdə və ya yayımın formasına qarışdıqda
b) Dini, irqi və cinsi ayrıseçkiliyə yol verildikdə
c) Vulqar və ədəbsiz sözdən istifadə edildikdə
d) Kiminsə ləyaqətinə xələl gətirəcək ikimənali cümlə və ya ictimai fikrə təzyiq göstərə bilən ifadə aşkar edildikdə
e) Hər hansı bir istifadəçinin şərhinin pozulması üçün ən azı 10 nəfərin istəyi mövcud olduqda
f) Status köhnəlmiş hesab edildikdə
g) Reklam edildikdə və ya mövzu ilə əlaqəsiz hiperkeçid qoyulduqda
RAZILAŞMALAR
3.1 İM səhifəsinə üzv olarkən bu Nizamnamənin bütün tələb və qaydalarını qəbul etmiş sayılırsınız.
3.2 İM inzibatçısı hər hansı bir məlumatı və yaxud faylı yayımlamazdan əvvəl buna nə qədər ehtiyacın olub-olmamasını öyrənmək üçün öncədən səsvermə keçirə bilər.
3.3 Hər bir istifadəçi gələcəkdə mümkün ola biləcək İM-ya qarşı yönələn xarici qüvvələrin zərərli kampaniya və təbliğatı baş verərsə ona qarşı birgə mübarizə aparmaqda bizə kömək etməlidir.
3.4 İM müəllif hüquqlarını tanıyır və hörmət edir. İstinad etdiyimiz məlumatların bütün mənbələri saytımızda siyahı şəklində göstərilmişdir.
3.5 İM ödənişli reklam və elanların, saytlardan götürülən xəbər və məlumatların, həmçinin müəllif məqalələrinin, eləcə də istifadəçilərin qeyd etdiyi şərhlərin mətninə görə məsuliyyət daşımır.
3.6 İM bu Nizamnaməyə istədiyi zaman dəyişiklik etmək hüququnu özundə saxlayır.