SizinZaman

SizinZaman Gördüyünüz və şahidi olduğunuz xəbərləri bizimlə paylaşın🇦🇿❗️Wp: ‪+994 (77)324 1151

Daha 6 PKK terrorçusu zərərsizləşdirilibTürkiyə ordusu İraqın şimalında davam edən "Pəncə-Kilit" əməliyyatında  6 PKK te...
21/02/2024

Daha 6 PKK terrorçusu zərərsizləşdirilib
Türkiyə ordusu İraqın şimalında davam edən "Pəncə-Kilit" əməliyyatında 6 PKK terrorçusunun zərərsizləşdirib.

“Sizin Zaman” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Sosial yardımlar bu tarixdə ödəniləcəkFevralın 23-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardı...
21/02/2024

Sosial yardımlar bu tarixdə ödəniləcək
Fevralın 23-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə "Sizin Zaman"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Kamil Zeynallı belə saxlanılıbİdmançı Kamil Zeynallı Azərbaycana qayıdarkən Rusiyanın Domodedovo hava limanında saxlanıl...
21/02/2024

Kamil Zeynallı belə saxlanılıb
İdmançı Kamil Zeynallı Azərbaycana qayıdarkən Rusiyanın Domodedovo hava limanında saxlanılıb.

"Sizin Zaman" xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib.

Kamil Zeynallı Ermənistan tərəfindən hələ ötən ilin mayından beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını bildirib.

Dövlət orqanlarına yardım üçün müraciət edən idmançı Rusiya tərəfindən Ermənistana təhvil veriləcəyini deyib.

Kamil Zeynallı sabah hakim qarşısına çıxarılacaq.

"Məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır".

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə idmançı Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı suala cavabında deyib.

O qeyd edib ki, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa bildiriləcək.

Gürcü deputat Azərbaycanla bağlı AŞPA-ya müraciət ETDİGürcüstan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı ...
20/02/2024

Gürcü deputat Azərbaycanla bağlı AŞPA-ya müraciət ETDİ
Gürcüstan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA sədri Teodoros Rusopulosa məktub ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Sizin Zaman"a verilən xəbərə görə, məktubda AŞPA-nın sessiyası zamanı Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qəbul edilmiş qətnaməyə toxunulur.
Bildirilir ki, bu cür sərt qərarlar AŞPA-nın Azərbaycanla və Cənubi Qafqazla gələcək münasibətləri, eləcə də AŞPA-nın özünün gələcəyi üçün mümkün olan mənfi nəticələr əsaslı şəkildə müzakirə edilmədən və təhlil olunmadan qəbul edilir. Bu isə narahatlıq doğurur.

Gürcüstanın qurumdakı nümayəndə heyətinin rəhbəri hesab edir ki, bu qətnamə AŞPA çərçivəsində Azərbaycanla gələcək əməkdaşlığı və fikir mübadiləsini mümkünsüz edir. Bu, AŞPA-nın Cənubi Qafqaz regionu ilə qarşılıqlı fəaliyyətinə də mənfi təsir göstərəcək.

Üstəlik, bu qərar Avropa Şurasının dialoq və əməkdaşlıq üçün vacib platforma kimi missiyasına və nüfuzuna da xələl gətirir. Bu qətnamə Avropa Şurasının dəyər və öhdəliklərinin ruhuna zidd olmaqla yanaşı, daha çox qütbləşməyə səbəb ola və AŞPA-ya üzv dövlətlər arasında xüsusilə dəyərli olan etimad əsaslı əməkdaşlığa xələl gətirə bilər.

G.Mikanadze yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qərarın zərərli nəticələrinin qarşısını almaq üçün bu qətnamənin yenidən nəzərdən keçirilməsinə çağırır.

Məktubun sonunda bu qətnamənin ləğvinin Avropa Şurasının maraqlarına xidmət edəcəyinə əminlik ifadə olunur.

Erməni deputat Türkiyəyə gedirErmənistan parlamentinin maliyyə, kredit və büdcə məsələləri daimi komissiyasının sədri Ge...
20/02/2024

Erməni deputat Türkiyəyə gedir
Ermənistan parlamentinin maliyyə, kredit və büdcə məsələləri daimi komissiyasının sədri Gevorq Papoyan Türkiyəyə ezam olunacaq.

Erməni KİV xəbər verir ki, bu barədə spiker Alen Simonyan qərar verib.

Papoyan Daimi Komitənin xüsusi iclasında və Əsasnamə üzrə İşçi Qrupun iclasında iştirak edəcək.

Aqrar Sığorta Fondunun sədrinin vəzifələrindən biri ləğv edilibNazirlər Kabineti 11 dekabr 2019-cu il tarixli qərarı ilə...
20/02/2024

Aqrar Sığorta Fondunun sədrinin vəzifələrindən biri ləğv edilib
Nazirlər Kabineti 11 dekabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Fondunun Nizamnaməsi”ndə dəyişiklik edib.

"Sizin Zaman" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin Fondun istiqrazlarının buraxılması üçün emissiya prospektini təsdiq etmək vəzifəsi ləğv edilib.

Bu istiqrazların qeydiyyatına 10 iş günündə baxılacaqNazirlər Kabineti 28 oktyabr 2016-cı il tarixli qərarı ilə təsdiq e...
20/02/2024

Bu istiqrazların qeydiyyatına 10 iş günündə baxılacaq
Nazirlər Kabineti 28 oktyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə qiymətli kağızlarının emissiyası və tədavülü Qaydaları”nda dəyişiklik edib.

"Sizin Zaman" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra dövlət və bələdiyyə istiqrazlarının buraxılışlarının dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən 10 iş günü müddətində baxılacaq. İndiyə qədər bu müddət 20 gün idi.

Malayziya Kralı İlham Əliyevi təbrik edibMalayziyanın Kralı Əlahəzrət Sultan İbrahim Prezident İlham Əliyevə təbrik məkt...
20/02/2024

Malayziya Kralı İlham Əliyevi təbrik edib
Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahim Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Sizin Zaman" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Kraliça Raca Zarit Sofiah ilə birlikdə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.

Əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqı bundan sonra daha yüksək tərəqqi və firavanlığa nail olacaqdır.

Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanı yeni yüksək zirvələrə çatdırmaq üçün fəaliyyətinizdə daha böyük uğurlar nəsib etməsini diləyirəm.

Malayziya ilə Azərbaycan Respublikası arasında çoxillik qardaşlıq münasibətlərinin və dostluq əlaqələrinin xalqlarımıza qarşılıqlı fayda gətirərək daha da möhkəmlənməsini arzu edirəm".

İlham Əliyev onlara ali xüsusi rütbələr verdi - SƏRƏNCAMAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət...
20/02/2024

İlham Əliyev onlara ali xüsusi rütbələr verdi - SƏRƏNCAM
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

"Sizin Zaman" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.

Quliyev Kənan Adil oğlu – Daxili təhlükəsizlik baş idarəsinin rəisi

Bəylərov Elçin Bəylər oğlu – Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi.

"Ölkə müharibəyə hazır olmalıdır" - Lukaşenko"Ölkə həm mental, həm də strateji cəhətdən müharibəyə hazır olmalıdır". "Si...
20/02/2024

"Ölkə müharibəyə hazır olmalıdır" - Lukaşenko
"Ölkə həm mental, həm də strateji cəhətdən müharibəyə hazır olmalıdır".

"Sizin Zaman" xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
O, əlavə edib ki, bütün qanlı kampaniyalar qərbdən şərqə doğru gəlib: "Torpaqlarımıza marağın əsl səbəblərini bilirik... Bizə müharibə lazım deyil, lakin biz buna həm mental, həm də strateji cəhətdən hazır olmalıyıq".

Onun sözlərinə görə, NATO Rusiya və Belarusla sərhəddə 32 min əsgər, o cümlədən 1000-dən çox zirehli texnika, 160-a yaxın artilleriya sistemi və minaatan, 235 təyyarə və helikopter yerləşdirib.

Paşinyan prezidentin işdən çıxardığı direktoru yerinə qaytardıErmənistanın baş nazir Nikol Paşinyanın qərarı ilə Armen A...
12/01/2024

Paşinyan prezidentin işdən çıxardığı direktoru yerinə qaytardı
Ermənistanın baş nazir Nikol Paşinyanın qərarı ilə Armen Abazyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru təyin edilib.
Erməni KİV xəbər verir ki, bu gün o, prezident Vaaqn Xaçaturyanın sərəncamı ilə tutduğu vəzifədən azad edilmişdi.
Xatırladaq ki, hökumətin noyabrın 30-da keçirilən iclasında Milli Təhlükəsizlik Xidmətinin direktoru və müavinlərini prezident deyil, baş nazirin vəzifəyə təyin və vəzifədən azad etməsi barədə qərar qəbul edilib.

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın komandirlərini öldürdüİsrail Müdafiə Qüvvələri Qəzza zolağının Xan-Yunis və Maqazi böl...
12/01/2024

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın komandirlərini öldürdü
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının Xan-Yunis və Maqazi bölgələrində onlarla terrorçunu öldürüb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında paylaşım edilib.
Məlumata görə, Maqazidə son 24 saat ərzində HƏMAS-ın “Nuxba” bölməsinin komandirləri də daxil olmaqla 20-yə yaxın terrorçu məhv edilib. Bundan əlavə, çoxlu silah-sursat aşkar edilib.
Xan-Yunisdə İsrail ordusunun qırıcısı HƏMAS-ın hərbi iqamətgahına zərbə endirib və yeddi terrorçunu məhv edib. Öldürülən terrorçulardan biri də 7 oktyabr qırğınında iştirak edən “Nuxba” komandiri olub.

Heydər Piriyev yerinə o gətirildiMilli Müdafiə Universitetinin rəisi Heydər Piriyev vəzifəsindən azad edilib. Heydər Pir...
12/01/2024

Heydər Piriyev yerinə o gətirildi
Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyev vəzifəsindən azad edilib.
Heydər Piriyevin yerinə təyinat olub. Bu vəzifəyə polkovnik Gündüz Əbdülov gətirilib. O, əvvəllər Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin rəisi və TƏBİB-də aparat rəisi kimi vəzifələrdə çalışıb. Ehtiyatda olan zabit sonuncu dəfə Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Baş İdarəsinin rəisi vəzifəsini icra edib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib. Nazirlik ehtiyata və istefaya göndərilən şəxslərin adlarını açıqlamayıb. Mətbuatda müdafiə nazirinin müavini Ənvər Əfəndiyevin istefaya göndərildiyi barədə xəbərlər yayılıb.

Bakıda yolun ortasında stul qoyub oturdu - "TikTok"da paylaşdıBakıda yolun hərəkət istiqamətində stul qoyub əyləşən və h...
12/01/2024

Bakıda yolun ortasında stul qoyub oturdu - "TikTok"da paylaşdı
Bakıda yolun hərəkət istiqamətində stul qoyub əyləşən və hərəkətə mane olan şəxsə məhkəmə hökm oxuyub.

Qaynarinfo-nun məlumatına görə, bu hərəkətinə görə saxlanılan 1987-ci il tarixdə Ağdam rayonu, Baharlı kəndində anadan olmuş Cəfərov Fərahim Ədalət oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Fərahim Cəfərov məhkəmə ifadəsində özünü təqsirli deyib ki, yanvar ayının əvvəlində tanışı ilə içkili halda Nərimanov rayonu, Z.Bünyadov prospektində yolun hərəkət istiqamətində stul qoyub əyləşərək, hərəkətə mane olub və qeyri-adekvat hərəkətlər edib. Bu hərəkət onda gülünc vəziyyəti yaradıb. Tanışı həmin hadisəni videoya çəkib, "TikTok" sosial şəbəkəsində paylaşıb. Etdiyi əməldən peşmandır, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib.

Məhkəmə Fərahim Cəfərovun ikinci dərəcə əlilliyi olduğunu nəzərə alataq, 50 manat cərimə edib.

Bakıda barmağına üzük sıxışan yaşlı qadının köməyinə FHN çatdıFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon x...
11/01/2024

Bakıda barmağına üzük sıxışan yaşlı qadının köməyinə FHN çatdı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 1 nəfərin barmağında üzüyün sıxılıb qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrlə halqanın təhlükəsiz qaydada çıxarılması təmin edilib.

Fevralda növbədənkənar seçkilər nə üçün keçiriləcək? - Prezident açıqladıDövlətimizin başçısı İlham Əliyev yerli televiz...
11/01/2024

Fevralda növbədənkənar seçkilər nə üçün keçiriləcək? - Prezident açıqladı
Dövlətimizin başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri açıqlayıb.
Prezident İlham Əliyev bunun, ilk növbədə, sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu bildirib.
O qeyd edib ki, ikinci səbəb müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçiriləcək birinci seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyidir.
Dövlətimizin başçısı digər səbəbi isə bu cür izah edib: “Mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”.

“WhatsApp”dan istifadəçilərini sevindirəcək YENİ FUNKSİYA - FOTOMəşhur "WhatsApp" messencerində istifadəçilərə mesajları...
11/01/2024

“WhatsApp”dan istifadəçilərini sevindirəcək YENİ FUNKSİYA - FOTO
Məşhur "WhatsApp" messencerində istifadəçilərə mesajların mətnini formatlaşdırmağa imkan verən yeni funksiya əlçatan olacaq.
Bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Mütəxəssislər bildirirlər ki, messencerdə yeni formatlaşdırma alətləri olacaq:
kodlar bloku,
sitatlar,
siyahılar bloku.
Mesajın müəyyən hissəsini vurğulamaq üçün kodlar blokundan istifadə ediləcək.
Sitat bloku mesajın müəyyən hissəsinə cavab vermək üçün istifadə edilə bilər. Bunun üçün mətnin qarşısına “>” işarəsi əlavə etməlisiniz.
Ekspertlər əlavə edib ki, siyahılar məlumatı təşkil etməyə kömək edəcək.
Məqalədə deyilir: “Siyahılar yaratmaq üçün mətninizi '*', '-' və ya rəqəmlərlə başlayın.

Mətanət İsgəndərli: “Kəfəni yırtdım”"Koronavirusa Moskvada yəhudilərin toyunda yoluxdum. Sonra eşitdim ki, toyda olan ha...
10/01/2024

Mətanət İsgəndərli: “Kəfəni yırtdım”
"Koronavirusa Moskvada yəhudilərin toyunda yoluxdum. Sonra eşitdim ki, toyda olan hamı xəstə imiş. Artıq həyatla vidalaşırdım".
http://xn--axam-65a.az/ xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Evdəkilərə salam" verilişində deyib.
O, koronavirusa yoluxmasından, keçirdiyi ağır günlərdən danışıb:
"Kərimdə 40 faiz idi. Məndə isə daha çox oldu. Həkimlər dedi ki, gec gəlib, ümid yoxdur. Bütün günü yalvarırdım ki, Allah, güc ver, vətənimə gedim. Halım qalmamışdı. Ölürdüm. Sonra yalvardım ki, Allah, mənə 1 ay möhlət ver. Qızım Ülkər hamilə idi, ağır keçirdirdi. Deyirdim, qızımın övladı olsun, sonra ölüm. Ölümə hazır idim. Allah mənə güc verdi, kəfəni yırtdım".

Blinken Mahmud Abbasla görüşdüABŞ dövlət katibi Entoni Blinken Fələstin dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb.Gör...
10/01/2024

Blinken Mahmud Abbasla görüşdü
ABŞ dövlət katibi Entoni Blinken Fələstin dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb.
Görüş Rəmallahda baş tutub.
Qeyd edək ki, İordan çayının qərb sahili Blinkenin Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, İordaniya və İsrailə səfərlərini əhatə edən regional turun son dayanacağıdır.

Model Razini döymüş keçmiş sevgilisinin ittihamı ağırlaşdırıldıBakıda model sevgilisi Raziyyat Əliyevanı (Razi) döyməklə...
10/01/2024

Model Razini döymüş keçmiş sevgilisinin ittihamı ağırlaşdırıldı
Bakıda model sevgilisi Raziyyat Əliyevanı (Razi) döyməklə gündəmə gələn iş adamı, hazırda həbsdə olan Ziya Hüseynzadənin ittihamı ağırlaşdırılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Z.Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin ümumilikdə 7 maddəsi üzrə ittiham elan edilib.
Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmə prosesində Z.Hüseynzadə məcəllənin 127.2.2 (Qəsdən sağlamlığa az ağır zərər vurma-xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə), 133.2.6 (Əzab vermə-işgəncə ilə törədildikdə), 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 177.3.2 (Oğurluq-külli miqdarda ziyan vurmaqla), 182.3.2 (Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə), 186.2.1 (Əmlakı qəsdən məhv etmə-zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla) və 221.1-ci (Xuliqanlıq) maddələri ilə təqsirləndiriləcək.
Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Bunlar Raziyyat Əliyeva ilə yanaşı, onun anası və daha bir qadındır.
İttihamda qeyd edilib ki, Z.Hüseynzadə R.Əliyeva ilə münasibətlərinin pozulmasından sonra onu dəfələrlə döyərək xəsarətlər yetirib. Yaşadığı evdə başını ardıcıl olaraq döşəməyə çırparaq işgəncə verib. Həmçinin yaşadığı 13-cü mərtəbədəki mənzilin pəncərəsinin qarşısına gətirərək onu yerə atmaqla hədələyib.
Bundan başqa Ziya Hüseynzadə Raziyyat Əliyevaya məxsus olan 185 000 manat dəyərindəki “Mercedes” markalı avtomobili təhvil verməsini hədə-qorxu ilə tələb edib. R.Əliyevanın Türkiyəyə getməsindən sonra isə həmin avtomobilin yerini müəyyən edərək evakuatorla yaşadığı bağ evinə aparıb. Burada avtomobili zədələyərək 94 000 manatlıq ziyan vurub.
Qeyd edək ki, bir müddət öncə “Miss Azerbaijan” müsabiqəsinin qalibi, bloger Raziyyat Əliyeva döyülmə və sosial şəbəkələrdə naməlum şəxslərin onunla bağlı videolar paylaşması ilə əlaqədar polisə müraciət edib. Bu videolarda Ziya adlı şəxs onu xəyanət etməkdə ittiham edib. R.Əliyeva videolarla bağlı ictimaiyyətə və polisə müraciət edərək şiddətə məruz qaldığını bildirib.
Aparılan araşdırmalardan sonra Z.Hüseynzadə barəsində cinayət işi başlanılıb və o həbs edilib.

Üçüncü kurs tələbəsi özünü asdıAzərbaycanda tələbə intihar edib. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan Turizm və Menec...
10/01/2024

Üçüncü kurs tələbəsi özünü asdı
Azərbaycanda tələbə intihar edib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin Turizm işinin təşkili fakültəsinin 3-cü kurs tələbəsi Raqib Rafiq oğlu Qədimov özünü asıb.
Tələbə yoldaşlarının bildirdiyinə görə, R.Qədimovun universitetdə davamiyyətlə bağlı problemi olub və o, 8 fənn üzrə qayıb limitinə düşüb.
İntiharın ilkin ehtimalı kimi bu iddia səsləndirilsə də, məsələyə hüquqi qiymət araşdırmalardan sonra veriləcək.
Qobustan rayonunun Sündü kənd sakini olan tələbənin həyatına qəsd etməsi ilə bağlı araşdırma aparılır.

İlham Əliyev yerli kanallara müsahibə verdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli telev...
10/01/2024

İlham Əliyev yerli kanallara müsahibə verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib.
Bu barədə Prezidentin Mətbuat Xidməti xəbər yayıb.

“Nikosayağı” qəzanı törədərkən sərxoş olub“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə ibtidai ...
08/01/2024

“Nikosayağı” qəzanı törədərkən sərxoş olub
“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

N.Şakirliyə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Əldə etdiyimiz məlumata görə, bloger qəza törədən vaxt sərxoş vəziyyətdə olduğu üçün ona qarşı həmin maddə irəli sürülüb. Bu maddənin sanksiyasında 5 ilə kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Cinayət işini hakim Samir Əliyev araşdıracaq.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

Prezident seçkiləri dövründə polisin həyata keçirəcəyi tədbirlər müəyyənləşdiMərkəzi Seçki Komissiyası (MSK) Daxili İşlə...
07/01/2024

Prezident seçkiləri dövründə polisin həyata keçirəcəyi tədbirlər müəyyənləşdi
Mərkəzi Seçki Komissiyası (MSK) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlayıb.

Bu barədə MSK-dan məlumat verilib.

Bildirilib ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı ardıcıl və sistemli şəkildə davam edir. Qurumlararası əməkdaşlıq çərçivəsində reallaşdırılan layihənin əsas məqsədi polis əməkdaşlarının qarşıdan gələn seçkilərdə xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsidir.

Nəşrdə Prezident seçkilərinin hazırlanması və keçirilməsi dövründə, seçkiqabağı təşviqat mərhələsində, səsvermə günü və rəsmi seçki sənədlərinin daşınması, mühafizə olunması proseslərində polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, habelə rol və vəzifələri aydın şəkildə göstərilib.

Polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulan yaddaş kitabçası Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” qanun və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli sənədlər əsasında tərtib olunub.

Rusiya daha bir Ukrayna şəhərini vurdu - Ölənlər varRusiyanın Ukraynanın şərqindəki Pokrovsk şəhərinə raket hücumu nətic...
07/01/2024

Rusiya daha bir Ukrayna şəhərini vurdu - Ölənlər var
Rusiyanın Ukraynanın şərqindəki Pokrovsk şəhərinə raket hücumu nəticəsində beşi uşaq olmaqla 11 nəfər həlak olub.

Bu barədə şəhərin qubernatoru Vadim Filaşkin bildirib.

Bundan əlavə, 8 nəfərin yaralandığı bildirilir.

Mehriban Əliyeva Milad bayramı münasibətilə paylaşım edib"Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmi...
07/01/2024

Mehriban Əliyeva Milad bayramı münasibətilə paylaşım edib
"Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".

Azərbaycanda Novruz bayramının ilk su çərşənbəsi fevralın 27-də olacaq.Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakü...
07/01/2024

Azərbaycanda Novruz bayramının ilk su çərşənbəsi fevralın 27-də olacaq.

Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Qeyd olunub ki, Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi martın 12-də, sonuncu Torpaq çərşənbəsi isə martın 19-da olacaq.

Xatırladaq ki, martın 20-si saat 07:06:21-də Azərbaycanda Yaz fəsli başlayır. Həmin vaxt gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində yaz fəsli, cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Aygün Bəylər vəfat etdiAzərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova Türkiyənin paytaxtı Ankara şəhərində v...
07/01/2024

Aygün Bəylər vəfat etdi
Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.Qeyd edək ki, sənətçinin nəşinin bu gecə Vətənə gətiriləcəyi deyilir.

Rusiya MN: Ukraynada 6 minə yaxın əcnəbi muzdlu məhv edilibXüsusi Hərbi Əməliyyat zamanı Ukrayna ordusunun sıralarında d...
04/01/2024

Rusiya MN: Ukraynada 6 minə yaxın əcnəbi muzdlu məhv edilib
Xüsusi Hərbi Əməliyyat zamanı Ukrayna ordusunun sıralarında döyüşən 6 minə yaxın əcnəbi muzdlu məhv edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, xüsusi hərbi əməliyyat zamanı Ukraynaya 13,5 mindən çox xarici muzdlu əsgər gəlib. Onların 8,5 mindən çoxu Avropadan, 1,7 mindən çoxu Asiyadan, 2,7 mindən çoxu Şimali və Cənubi Amerikadan, 220-dən çoxu isə Afrikadan gəlib.
Bildirilib ki, Rusiya qoşunları xüsusi hərbi əməliyyat zamanı 5,9 mindən çox muzdlu əsgəri məhv edib, 5,6 mindən çox muzdlu Ukraynanı tərk edib. Hazırda Ukrayna Silahlı Qüvvələrinin sıralarında 1,9 mindən çox əcnəbi muzdlu döyüşür.
Müdafiə Nazirliyinin materiallarında o da qeyd olunub ki, xarici dövlətlər Ukrayna Silahlı Qüvvələrinə 1,6 min ədəddən çox raket və artilleriya silahı, 200 ədəddən çox zenit-raket kompleksi, 5,2 min ədəddən çox zirehli texnika və 23 mindən çox dron verib.
Eyni zamanda Rusiya MN xarici ölkələrin Ukraynanı maliyyə yardımının həcmini də açıqlayıb. Bildirilib ki, Ukraynanı 54 ölkə dəstəkləyir və Kiyevə ayrılan maliyyə yardımının həcmi 203 milyard dollardan çoxdur.
Rusiya tərəfi iddia edib ki, ABŞ və NATO-nun 500-dən çox peyki Ukrayna ordusunun maraqları üçün fəaliyyət göstərir. Onlardan 70-dən çoxu hərbi və kəşfiyyat kosmik aparatları, qalanları isə ikili təyinatlı kommersiya peykləridir. Həmçinin, Ukrayna ordusu idarəetmə və rabitəni təşkil etmək üçün Starlink peyk sisteminin 20 mindən çox terminalından istifadə edir.

Qazaxıstanda binanın çökməsi zamanı 3 nəfər ölüb - YENİLƏNİBQazaxıstanda kafedə partlayış nəticəsində uçan binada ölən 3...
04/01/2024

Qazaxıstanda binanın çökməsi zamanı 3 nəfər ölüb - YENİLƏNİB
Qazaxıstanda kafedə partlayış nəticəsində uçan binada ölən 3-cü şəxs tapılıb.

APA xəbər verir ki, bu barədə APA-nın Qazaxıstan müxbiri məlumat yayıb.
Uralsk şəhərində baş verən hadisə zamanı həlak olan üçüncü şəxsin meyiti xilasedicilər tərəfindən aşkar edilərək çıxarılıb.
Partlayış günorta saat 14:00-da kafedə baş verib. Daha əvvəl 2 nəfərin ölümü haqda məlumat verilmişdi. Hazırda daha 4 nəfərin reanimasiyada olduğu bildirilir.

Qazaxıstanda kafedə partlayış nəticəsində bina uçub, 2 nəfər ölüb.
Bu barədə “Sputnik”in Qazaxıstan bürosu məlumat yayıb.
Hadisə Qazaxıstanın Uralsk şəhərində baş verib. Gecə saatlarında baş vermiş güclü partlayışdan sonra ikimərtəbəli binada yanğın başlayıb.
Partlayış nəticəsində bina uçub, dağıntılar altından 6 nəfər xilas edilib, onlardan 5-i xəstəxanaya yerləşdirilib. Ölənlərin isə şəxsiyyəti müəyyənləşdirilir.
Hazırda hadisə yerində xilasedicilər çalışır, dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimalı var.

Address

Azərbaycan
Baku

Alerts

Be the first to know and let us send you an email when SizinZaman posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SizinZaman:

Videos

Share


Other News & Media Websites in Baku

Show All

You may also like