İnfoteka.az

İnfoteka.az Müstəqil xəbər portalı
(4)

İyun ayında ardıcıl 5 gün iş olmayacaq.15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü, iyunun 16, 17-si Qurban bayramı ...
13/06/2024

İyun ayında ardıcıl 5 gün iş olmayacaq.

15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü, iyunun 16, 17-si Qurban bayramı günləridir.

Əmək Məcəlləsinə əsasən, istirahət və bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Beləiliklə, 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.

Suraxanıda “Məişət zorakılığı - fiziki, psixi, iqtisadi və cinsi zərərlər” və “İntihar - yeniyetmə və gənclər arasında a...
13/06/2024

Suraxanıda “Məişət zorakılığı - fiziki, psixi, iqtisadi və cinsi zərərlər” və “İntihar - yeniyetmə və gənclər arasında aktual problem kimi“ mövzularında tədbirlər keçirilib.
Ənənəvi olaraq hər il olduğu kimi qarşıdan gələn bu əlamətdar gün ərəfəsində cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər, qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə 18 may - 18 iyun tarixləri Ombudsman tərəfindən “İnsan Hüquqları Aylığı” elan edilmişdir.

“İnsan Hüquqları Aylığı” çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və qəsəbə bələdiyyələrində yaradılmış Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyaların təşkilatçılığı ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

İyunun 12-də “İnsan Hüquqları Aylığı” çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Suraxanı bələdiyyəsinin və 89 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Məişət zorakılığı – fiziki, psixi, iqtisadi və cinsi zərərlər”, Hövsan bələdiyyəsi və 118 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “İntihar - yeniyetmə və gənclər arasında aktual problem kimi..“ mövzularında keçirilib.

Tədbirdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, Suraxanı rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla proflaktiki işin təşkili bölməsinin rəisi Polis Polkovnik Leytenantı Əfqan Ağayev, İctimai Şuranın sədri Rəşid Məmmədov, din xadimi Allahverən Məmmədzadə və digər qonaqlar iştirak ediblər.

Tədbirlərdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlər haqqına ətraflı məlumat vermiş, eləcə də yeniyetmə, gənclər arasında intiharın səbəbləri, mübarizə yolları haqqında müzakirələr aparmış və qeyd etmişdir ki, yeniyetmələrə, gənclərimizə dəstək olmalıyıq, onları bu yoldan çəkindirmək üçün əlimizdən gələni əsirgəməməliyik.

Suraxanıda “Uşaq hüquqları və uşaq əməyinin istismarı” mövzusunda tədbir keçirilib.“İnsan Hüquqları Aylığı” və “12 İyun ...
12/06/2024

Suraxanıda “Uşaq hüquqları və uşaq əməyinin istismarı” mövzusunda tədbir keçirilib.

“İnsan Hüquqları Aylığı” və “12 İyun – Uşaq Əməyinə qarşı Ümumdünya Mübarizə günü” çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü , Zığ bələdiyyəsinin və 317 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları və uşaq əməyinin istismarı” mövzusunda tədbir keçirilib.

İyunun 11-də 317 saylı tam orta məktəbdə keçirilən tədbirdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, Suraxanı rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla proflaktiki işin təşkili bölməsinin rəisi Polis Polkovnik Leytenantı Əfqan Ağayev və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək bildirib ki, Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və layihələr həyata keçirilir. Rayon İcra hakimiyyəti yanında yetkinlik yaşına çatmayan uşaqların işləri üzrə komissiya tərəfindən azyaşlıların hər zaman diqqət və qayğı mərkəzində olduğunu vurğulayan K.Axundova onların düzgün tərbiyə olunmaları, qarşılaşdıqları problemlərin aradan qaldırılması, hərtərəfli təhsil almalarının daim nəzarətdə saxlanıldığını diqqətə çatdırıb.

Tədbirdə mövzu ilə bağlı prezentasiyalar, videoçarxlar, eləcə də şagirdlərin təqdimatında uşaqların hüquqlarının qorunmasına dair səhnəciklər və rəqslər nümayiş olunub, ifalar səsləndirilib.

̇h

“infoteka.az” xəbər verir ki, Suraxanı rayonunda “Qadın hüquqları, müasirlik və Azərbaycan” mövzusunda maarifləndirici t...
11/06/2024

“infoteka.az” xəbər verir ki, Suraxanı rayonunda “Qadın hüquqları, müasirlik və Azərbaycan” mövzusunda maarifləndirici tədbir iyunun 10-da 104 saylı tam orta məktəbdə təşkil olunub.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, RİHBA-nın nümayəndələri, Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə profilaktiki bölməsinin rəisi Əfqan Ağayev, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov, Şəhid ailələri müdafiə cəmiyyəti Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, 43 saylı şəhər poliklinikasının baş həkimi Ramella Quliyeva, şəhid Muxtar Qasımlının valideynləri və məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Daha sonra Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək qeyd edib ki, Azərbaycan müsəlman Şərqində və Türk dünyasında qadına seçmək və seçilmək hüququnu verən ilk ölkə olmuşdur. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliği, onlara yüksək imtiyazların verilməsi Ümummilli Lider Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissəsi olmuşdur. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılmış imkanların zaman - zaman genişləndirilməsi dövlət başçımız Cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərində dayanır. Bu gün Birinci vitse - prezident Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadını tarixdə layiq olduğu böyük zirvəyə yüksəlmişdir. Məhz ona görədə Azərbaycan qadınının səsi beynəlxalq aləmdən Avropa Şurasından gəlir. Azərbayan qadını zəkası ilə diqqət çəkdiyi kimi biləyinin gücü ilə də qalib gəlməyi bacarır. Müxtəlif beynəlxaql idman yarışlarında, olimpiadalarda üçrəngli bayrağımızı yüksəklərə qaldırır, qızıl medallar qazanır. Azərbaycan qadını UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi şərəfə nail olur.

Tədbirdə digər qonaqlar da çıxış edərək qadın hüquqlarının qorunması və qadınlara qarşı yönəlmiş zorakılığın qarşısının alınması üzrə tədbirlərin gücləndirilməsini vurğulamışdılar.

iPhone”lara tarixin ən böyük yenilənməsi gəlir.“Apple” tarixinin ən böyük yenilənməsinə hazırlaşır. Artıq “iOS”un yeni v...
09/06/2024

iPhone”lara tarixin ən böyük yenilənməsi gəlir.

“Apple” tarixinin ən böyük yenilənməsinə hazırlaşır. Artıq “iOS”un yeni versiyasının bəzi xüsusiyyətləri ictimaiyyətə bəlli olub.

Yeni eraya başlanğıc olacaq funksiyalara “Siri”nin daha güclü süni intellekt yeniləməsi əlavə olunub. Belə ki, “Siri” qeydlərdəki riyazi ifadələri qrafiklərə çevirə, qrammatik səhvləri düzəldə biləcək. Bundan başqa səsli qeydləri yazıya çevirə, uzun mesajları və bildirişləri səsli şəkildə xülasə edə, telefondakı hər hansı bir sənədi xülasə edərək “Qeydlər”ə yaza, bir veb saytın xülasəsini çıxara biləcək. “Siri” həmçinin emosional cavablar da verəcək: “bəli”, “xeyr” kimi sözlərə daha ətraflı reaksiyalarını əlavə edəcək.

Fotolar - şəkillərdə istəmədiyiniz obyektləri bir toxunuşla silmək olacaq. Qalereyadakı bir neçə şəkli bir şəkildə toplamaq funksiyası əlavə ediləcək. Beləliklə, şəkillər qalereyada çox yer tutmayacaq. Bunun üçün şəkilləri seçdikdən sonra aşağıda çıxan çoxtəbəqəli seçimə toxunmağınız kifayət edəcək.

“Dinamik Ada” – dinlədiyiniz musiqiləri, sizi axtaran şəxsləri və telefonun enerji məlumatlarını ətraflı görə biləcəksiniz. “FaceID” istifadəsi mümkün olacaq. “Dinamik Ada” həmçinin artıq media və fayl daşıma vəzifəsi görür; sənəd işarələyib, məsələn, mesajlar hissəsindən həmin faylı göndərmək istədiyiniz şəxsə göndərə bilərsiniz.

Ekran - əsas ekranı “Android” cihazlarda olduğu kimi bölmək mümkün olacaq.

Tətbiqlər - tez-tez istifadə etdiyiniz tətbiqləri sağa sola sürüşdürərək dəyişdirə biləcəksiniz.

“AirPods” rejimlərini “Tənzimləmələr” bölməsindən deyil, səsartırma hissəsindən dəyişdirmək mümkün olacaq.

7 iyun Xalq artisti Məlik Dadaşovun doğum günüdür.Məlik Dadaşov 7 iyun 1924-cü ildə Bakıda ziyalı ailəsində dünyaya göz ...
07/06/2024

7 iyun Xalq artisti Məlik Dadaşovun doğum günüdür.

Məlik Dadaşov 7 iyun 1924-cü ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Neft sənayeçisi olan atası Nobellə birlikdə işləyib. Aktyor təhsilini 174 saylı orta və A. Zeynallı adına musiqi məktəbində alıb. Buranı bitirdikdən sonra başqa gənclər kimi, Məlik də müharibəyə yollanıb. Kontuziya alıb və 1943-cü ildə müalicəsini başa çatdırıb, yenidən hərbi hissələrdə musiqiçi kimi xidmət göstərib.
1945-ci ildə ordudan tərxis olunduqdan sonra Məhərrəm Haşımovun təşəbbüsü ilə Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. Bir müddətdən sonra Zaqatala Dövlət Teatrı açılıb. Aktyorluq fəaliyyətinə yenicə qədəm qoymuş Məlik bu teatra göndərilib. 1946-cı ilin mayında isə Şəmkir teatrına göndərilib. Burada bir il işlədikdən sonra 1947-ci ildə Teatr İnstitutuna - Adil İskəndərovun kursuna daxil olub. Həmçinin, filarmoniyanın mahnı və rəqs ansamblına rəqqas kimi işə götürülüb.
1950-ci ilin oktyabrında Milli Dram Teatrında fəaliyyətə başlayıb.
Məlik Dadaşov 35-ə yaxın bədii filmdə çəkilib. «Axırıncı aşırım»da Qəmlo, «Dəli Kür»də Molla Sadıq, «Koroğlu»da Bolu bəy, «O dünyadan salam»da Şeyx Nəsrullah, «Birisi gün gecə yarısı»nda Nəriman Nərimanov, «Babək»də İbn Bəis, «Nəsimi»də Şirvanşah İbrahim, «Fəryad»da Aram Xaçaturyan obrazları hamının yaddaşındadır.
Bütün yaradıcı ömrünü Azərbaycan aktyor sənətinin inkişafına həsr etmiş görkəmli teatr və kino aktyoru Məlik Dadaşov 2 dekabr 1996-cı ildə vəfat edib.

Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. “Axırıncı aşırım”dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir.

Görkəmli aktyorun Azərbaycan mədəniyyətinə və incəsənətinə verdiyi dəyərli töhfələr onu hər zaman yaddaşlarda saxlayacaq, unudulmağa qoymayacaqdır.

#меликдадашев

Bu gün tanınmış Azərbaycan şairi Mikayıl Müşfiqin doğum günüdür.Şair Mikayıl Müşviq (İsmayılzadə Mikayıl Əbdülqadir oğlu...
05/06/2024

Bu gün tanınmış Azərbaycan şairi Mikayıl Müşfiqin doğum günüdür.

Şair Mikayıl Müşviq (İsmayılzadə Mikayıl Əbdülqadir oğlu) 1908-ci il iyunun 5-də Bakının Xızı kəndində ziyalı ailəsində dünyaya gəlmişdir.

1937-ci ildə şair “Xalq düşməni” damğası ilə həbs edilir və 1938-ci il yanvarın 6-də qısaca çəkən məhkəmə iclasında haqqında çıxarılmış ölüm hökmü elə həmin gün icra olunur.

Qeyd edək ki, Mikayıl Müşviqin xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, məktəbə, küçəyə və meydana adı verilmişdir. Onun «Yenə o bağ olaydı», “Oxu, tar” və bir sıra başqa əsərləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

İlk zəvvar qrupu Azərbaycandan Həcc ziyarətinə yola düşüb.İlk zəvvar qrupunda 180 nəfər var. Qafqaz Müsəlmanları İdarəsi...
04/06/2024

İlk zəvvar qrupu Azərbaycandan Həcc ziyarətinə yola düşüb.

İlk zəvvar qrupunda 180 nəfər var.

Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri açıqlamasında bildirib ki, ilk zəvvar qrupu 05:35-də Bakıdan təyyarə ilə yola düşüb, 08:45-də isə Səudiyyət Ərəbistanına çatacaq. Bu gün 180 nəfərlik ikinci zəvvar qrupu isə 16:35-də yola düşəcək.

Vüsal Cahangiri qeyd edib ki, ən kiçik zəvvar 2013, ən yaşlısı isə 1940-cı il təvəllüdlüdür.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Bu il Azərbaycandan Həcc ziyarəti üçün 1500 kvota ayrılıb.

“Uzaq sahillərdə” filminin Anjelikası vəfat etdi.Məşhur sovet aktrisası Aqniya Borisovna 95 yaşında vəfat edib.Bu barədə...
03/06/2024

“Uzaq sahillərdə” filminin Anjelikası vəfat etdi.

Məşhur sovet aktrisası Aqniya Borisovna 95 yaşında vəfat edib.

Bu barədə rus mediası məlumat yayıb.

Qeyd edək ki, aktrisa “Uzaq sahillərdə”, “Vətəndən uzaqlarda”, “Günorta şousuna iki bilet” kimi Azərbaycan filmlərində rol alıb. Xüsusən, “Uzaq sahillərdə” filmindəki “Anjelika” obrazı ilə yadda qalıb.

#надальнихберегах

Kanslerin Brejnevə hədiyyə etdiyi “Mercedes-Benz” satışa çıxarılıb.Rusiyada Almaniya kansleri Villi Brandt tərəfindən So...
03/06/2024

Kanslerin Brejnevə hədiyyə etdiyi “Mercedes-Benz” satışa çıxarılıb.

Rusiyada Almaniya kansleri Villi Brandt tərəfindən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevə hədiyyə edilən “Mercedes-Benz 450 SLC” avtomobili satışa çıxarılıb.

Qeyd olunub ki, avtomobil 1973-cü ildə SSRİ-yə gəlib və SSRİ Daxili İşlər Nazirliyinin o vaxtkı rəhbəri Nikolay Şolokovun oğlu İqor Şolokovda olub.

Avtomobilin yürüşü azdır və salonda aşınma izi yoxdur. “Mercedes”in kapotunun altında 4,5 litr həcmə və 225 at gücünə malik “V8” mühərriki var. Sürət qutusu üç pilləli hidromexaniki avtomatdır.

Avtomobilin təxmini qiyməti 20 milyon rubl (təxminən 376 min manat) təşkil edir.

Brejnevə hədiyyə edilən “Mercedes-Benz” Rusiyada yenidən qeydiyyata alınmayıb.

#брежнев #виллибрандт

Cenevrə avtosalonu sərgilərini dayandırdı.Cenevrə Beynəlxalq Avtomobil Sərgisinin (GIMS) rəhbərliyi 2025-ci ildə bu tədb...
01/06/2024

Cenevrə avtosalonu sərgilərini dayandırdı.

Cenevrə Beynəlxalq Avtomobil Sərgisinin (GIMS) rəhbərliyi 2025-ci ildə bu tədbiri keçirməkdən və şəhərdə gələcək fəaliyyətlərdən imtina edib.

Mətbuata bəyanatda deyilir ki, məşhur sərgilərin 120 illik tarixinə son qoyan bu addım avtomobil sənayesindəki qeyri-müəyyən vəziyyət, Avropada bu cür böyük tədbirlərə marağın azalması və digər sərgi meydançaları tərəfindən rəqabətin artması ilə əlaqədardır.

Hərçənd, sərginin rəhbərliyi COVID pandemiyasının yaratdığı dörd illik fasilədən sonra 2024-cü ilin fevral-mart aylarında keçirilən Cenevrə avtosalonunun uğurla baş tutduğunu bildirib. Tədbirdə 19 avtomobil istehsalçısı və 168 min ziyarətçi iştirak edib.

Qeyd edək ki, Cenevrə avtosalonu ilk dəfə 1905-ci ildə keçirilib və uzun müddət qlobal avtomobil sənayesinin nailiyyətlərinin ən nüfuzlu şoularından biri hesab olunub. Populyarlığının zirvəsində sərginin sahəsi 120 min kvadratmetrə çatıb və burada 120-yə qədər şirkət iştirak edib, ziyarətçilərin sayı isə 600 mini keçib.

Suraxanı rayonunda 1 İyun – Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə “Yaşıl dünyamızı qoruyaq, uşaqlarımıza sağl...
01/06/2024

Suraxanı rayonunda 1 İyun – Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə “Yaşıl dünyamızı qoruyaq, uşaqlarımıza sağlam gələcək quraq” adlı Uşaq Festivalı keçirilib.

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Araz supermarketlər şəbəkəsinin tərəfdaşlığı ilə hazırlanan tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Mühafizə İdarəsinin rəisi Arif Məmmədov, RİHB-nin müavinləri, eləcə də Araz supermarketlər şəbəkəsinin departament müdiri Ramil Ağayev, şöbə müdiri Aysel Əliyeva, əməkdaşı Sara Məmmədbağırova, Yaşat Fondunun məsul nümayəndələri, Colour Factory CF salonunun əməkdaşları Sabina Rzayeva, Fatih Popkov , şəhid və qazi övladları, digər qonaqlar iştirak ediblər.

İlk öncə dövlət himni və şəhid övladlarının ifasında mahnı səsləndirilib, sülhün carçıları olan göyərçinləruşaqlar tərəfindən səmaya buraxılıb.

Daha sonra RİH başçısı Əziz Əzizov və qonaqlar rayonun uşaq bağçası-körpələr evləri və məktəblər tərəfindən tullantılardan hazırlanan əl işlərindən ibarət guşələr ilə tanış olub və uşaqların təqdimatlarını dinləyiblər.

Eyni zamanda, 1 İyun – Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə uşaqlar üçün Colour Factory CF salonunun əməkdaşları Sabina Rzayeva, Fatih Popkov tərəfindən saç kəsimi aksiyası təşkil olunub.

Tədbirdə şəhid övladlarına və əl işləri sərgilənən sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr təqdim edilib. Həmçinin, bütün uşaqlara dondurmalar paylanıb, eləcə də keçirilən müxtəlif əyləncəli müsabiqələrin qalibləri mükafatlandırılıb.

̇h #кенульахундова .factory_

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxal...
01/06/2024

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children’s Day) qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunub.Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir.

Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür - sabahımız, gələcəyimiz dediyimiz uşaqların bayramıdır. Nazim Hikmət demiş, gəlin dünyanı uşaqlara verək - heç olmasa bir günlüyə, bir neçə saatlığa.

“Bizim uşaq dünyamız” adlı tədbir keçirilib.Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov mayın 29-da Azərbayca...
30/05/2024

“Bizim uşaq dünyamız” adlı tədbir keçirilib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov mayın 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin fəaliyyətinin 50 illik yubileyinə həsr olunmuş “Bizim uşaq dünyamız” adlı tədbirdə iştirak edib.

RİH başçısı Mərkəzin direktoru Lalə xanım Qətini və bütün kollektivi təbrik edərək ən xoş arzularını çatdırıb, mərkəzin fəaliyyətini qiymətləndirərək rayonun ictimai həyatında fəal iştirakına görə Fəxri Fərmanla təltif edib.

̇h

Müəssisə ləğv edildikdə işçiyə ödəniş olunmalıdırmı?Bəzən illərlə çalışdığımız müəssisə bir anda bağlanır. Bunun müxtəli...
29/05/2024

Müəssisə ləğv edildikdə işçiyə ödəniş olunmalıdırmı?

Bəzən illərlə çalışdığımız müəssisə bir anda bağlanır. Bunun müxtəlif səbəbləri ola bilər. Ancaq burada ön plana çıxan məsələ işsiz qalan şəxslərin təminatıdır.

Hüquqlarını bilənlər bu məsələni müzakirəyə çıxararaq öz haqlarını tələb etməyə cəhd göstərir, qaydalardan xəbərsiz insanlar isə şikayətlənməklə kifayətlənirlər.

Bəs qanun nə deyir? Müəssisə ləğv edildikdə işçiyə işəgötürən tərəfindən hansı ödənişlər olunmalıdırmı?

Məsələ ilə bağlı “infoteka.az”-ın suallarını əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov cavablandırıb.

Daha ətraflı “infoteka.az” saytında…

Hal-hazırda Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı normadan 3.2 dəfə çoxdur.Tozlu hava şəraiti meteoroloji...
27/05/2024

Hal-hazırda Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı normadan 3.2 dəfə çoxdur.

Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir.

Suraxanı RİH başçısı Əziz Əzizov Respublika Reabilitasiya Mərkəzi - Suraxanı Tibbi Bərpa Mərkəzində olub.     ̇h        ...
24/05/2024

Suraxanı RİH başçısı Əziz Əzizov Respublika Reabilitasiya Mərkəzi - Suraxanı Tibbi Bərpa Mərkəzində olub.

̇h

23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.Azərbaycan Respublikası müstəqillik əldə etdik...
23/05/2024

23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra məhz Ulu Öndər Heydər Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi sahəsinə qayğıkeş münasibəti nəticəsində onun imzaladığı 23 may 2001”“ci il tarixli Sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.
Hər il ölkəmizdə 23 may günü, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixində imzaladığı Sərəncama uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Bu gün Beynəlxalq Çay Günüdür.21 may Beynəlxalq Çay Günü qeyd olunur.BMT bu tarixi çay idxal edən ölkələrdə bu məhsulun ...
21/05/2024

Bu gün Beynəlxalq Çay Günüdür.

21 may Beynəlxalq Çay Günü qeyd olunur.

BMT bu tarixi çay idxal edən ölkələrdə bu məhsulun istehlakının azaldılmasına diqqət çəkmək məqsədilə elan edib. Belə ki, çay istehsalı və ixracı inkişaf etməkdə olan ölkələrdəki bəzi insanların əsas dolanışıq mənbəyidir.

Digər tərəfdən, qlobal iqlim dəyişikliyi, cənub rayonlarında orta temperaturun artması, quraqlığa səbəb olan zəif yağıntılar, daşqınlara səbəb olan güclü yağış, azot tərkibli gübrələrin həddindən artıq istifadəsi çay plantasiyalarının məhsuldarlığını və məhsul keyfiyyətini aşağı salır.

Xatırlaq ki, çay dünyada sudan sonra ən məşhur içki olaraq qalır.

İran Prezidenti İbrahim Rəisi ilə birgə həlak olanların adları açıqlandı.İran Prezidenti İbrahim Rəisinin ölümündən sonr...
20/05/2024

İran Prezidenti İbrahim Rəisi ilə birgə həlak olanların adları açıqlandı.

İran Prezidenti İbrahim Rəisinin ölümündən sonra bu gün İranın vitse-prezidenti Məhəmməd Moxberin rəhbərlik etdiyi Nazirlər Kabinetinin növbədənkənar iclası başlayıb.

Bu barədə “Azad İran” “Telegram” xəbər yayıb.

Məlumata görə, iclasda Məhəmməd Moxber İran Prezidenti İbrahim Rəisinin helikopter qəzası nəticəsində həlak olduğunu bildirib.

Qeyd olunub ki, helikopterdə İran prezidenti ilə birlikdə həlak olan digər rəsmilərin də adları açıqlanıb.

“Onların arasında İranın XİN başçısı Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan əyalətinin başçısı Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Al-Haşim, İbrahim Rəisinin mühafizə xidmətinin rəhbəri Mehdi Musəvi, pilot polkovnik Tahir Mustəfəvi, pilot köməkçisi polkovnik Möhsün Dəryanuş, texniki mayor Bəhruz Qədimi və SEPAH-ın adı açıqlanmayan “Ənsar-əl Mehdi” qərargahının zabiti olub”, - deyə Moxber bildirib.

İran prezidentinin qəzaya düşən helikopterini tapan AKINCI Van gölü üzərində ay-ulduz cızaraq geri qayıdıb.
20/05/2024

İran prezidentinin qəzaya düşən helikopterini tapan AKINCI Van gölü üzərində ay-ulduz cızaraq geri qayıdıb.

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterinin qəzaya uğramasından 3 saatdan çox vaxt keçir:Prezidentdən və onun...
19/05/2024

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterinin qəzaya uğramasından 3 saatdan çox vaxt keçir:

Prezidentdən və onunla birgə olan rəsmilərdən xəbər yoxdur.

Ərazidəki qatı duman və yağışlı hava şəraiti axtarış işlərini ləngidir.

İran hökuməti təcili iclas keçirib, rəsmilər qəza yerindən gələn məlumatların narahatlıq yaratdığını deyir.

Ermənistan KİV-i Azərbaycan və İran Prezidentlərinin görüşündən sonra baş verən qəza ilə bağlı Azərbaycana qarşı ittihamlar səsləndirir.

Azərbaycan hər cür dəstək göstərməyə hazır olduğunu bəyan edib.

Bəzi mənbələr prezidentin öldüyü xəbərini yayır, ancaq rəsmi təsdiq yoxdur.

Hadisələrin gedişatı anbaan .az -da.
az

İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA.“İran prezidenti İbrahim Rəisini daşıyan helikop...
19/05/2024

İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA.

“İran prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığında sərt eniş edib”.

Bu barədə ölkənin daxili işlər naziri Əhməd Vahidi məlumat verib.

“Prezident duman səbəbindən çətin eniş edən bir neçə helikopterdən birində geri qayıdırdı, xilasedicilər əraziyə gedirlər, lakin duman və p*s hava şəraiti səbəbindən bu bir qədər vaxt apara bilər”, - deyə nazir bildirib.

Qeyd olunub ki, təyyarədə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahyan və bir neçə İran rəsmisi də olub. Xilasetmə qrupları İran prezidentinin helikopterinin çətin eniş etdiyi əraziyə çatıblar.

Onlar hadisə barədə məlumat verildikdən təxminən bir saat sonra helikopteri axtarmağa başlayıblar. İddia edilən qəza bölgəsində 20 xilasetmə qrupu işləyir və pilotsuz uçuş aparatları yerləşdirilib. Meşəlik dağlıq ərazidə avtomobil yollarının olmaması, eləcə də əlverişsiz hava şəraiti, o cümlədən qatı duman səbəbindən axtarış-xilasetmə işləri təxirə salınacaq.

“Təcili yardım vertolyotu göndərilib, lakin qatı duman səbəbindən yerə enə bilməyib və geri qayıtmaq məcburiyyətində qalıb. Bu bölgədəki duman o qədər güclüdür ki, görmə sahəsini daraldıb”, - deyə İranın fövqəladə hallar xidmətindən bildirilib.

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivənd də bildirib ki, ən azı 40 xilasetmə qrupu axtarışlarla məşğuldur, onlardan biri helikopterin sərt eniş yerinə çatıb.

Daha sonra “Tasnim” agentliyi helikopterin sərt eniş yerinin dəqiq aşkar edildiyini bildirib. Onun sözlərinə görə, bu, İranın Şərqi Azərbaycan əyalətinin U*i kəndi ərazisində baş verib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin rəsmi “Instagram” hesabında “Mənim üçün dua edin” sözləri ilə paylaşım edilib.
az

İranda “Fövqəladə vəziyyət” elan edildi.
19/05/2024

İranda “Fövqəladə vəziyyət” elan edildi.

İbrahim Rəisinin xəsarət almadığı ilə bağlı xəbər silindi.“Mehr” agentliyi İran Prezidenti İbrahim Rəisinin xəsarət alma...
19/05/2024

İbrahim Rəisinin xəsarət almadığı ilə bağlı xəbər silindi.

“Mehr” agentliyi İran Prezidenti İbrahim Rəisinin xəsarət almadığı ilə bağlı məlumatı silib.

Bu barədə TASS agentliyi yazıb.

Qeyd edək ki, daha əvvəl “Mehr” agentliyi bildirib ki, qəzadan sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian xəsarət almayıb.
az

İbrahim Rəisini aparan helikopterin qəza səbəbi bilindi, prezident avtomobillə Təbrizə yola düşdü.İran Prezidenti İbrahi...
19/05/2024

İbrahim Rəisini aparan helikopterin qəza səbəbi bilindi, prezident avtomobillə Təbrizə yola düşdü.

İran Prezidenti İbrahim Rəisini aparan helikopterin qatı duman səbəbindən məcburi eniş etdiyi bəlli olub.

Məlumata görə, dövlət başçısı avtomobillə Təbrizə gedib.

Hadisənin digər təfərrüatı hələ ki açıqlanmayıb.

Fars Xəbər Agentliyi qəzadan sonra iranlıları prezident üçün dua etməyə çağırıb.

Daha ətraflı infoteka.az saytında.

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun son görüntüsü yayılıb.Modern.az xəbər verir ki, T.Əhmədov 6 ildə...
19/05/2024

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun son görüntüsü yayılıb.

Modern.az xəbər verir ki, T.Əhmədov 6 ildən çoxdur səhhətindəki problemlərlə mübarizə aparır.

O, qan təzyiqi, şəkər, kəskin ürək ağrılarından əziyyət çəkir.

Sabiq rəisə ən çox əziyyət verən isə ayaqlarındakı ağrıların şiddətlənməsidir.

Məlumatlara görə, 3 ildən çoxdur T.Əhmədovun hərəkət imkanları məhdudlaşıb.

Hazırda onun əlil arabasına möhtac qaldığı deyilir.

Bakıdakı klinikaların birinin daimi pasiyenti olan sabiq rəisin hərəkət imkanlarını itirəndən sonra yaxın ətrafı ilə əlaqəni kəsdiyi, dostları və keçmiş iş yoldaşları ilə telefon vasitəsilə əlaqə saxladığı bildirilir.

İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü.Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədin...
19/05/2024

İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü.

Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü başlayıb.

İtaliyalı alim Enn Pizzorusso sənət tarixinin ən sirli rəsmlərindən biri olan Leonardo da Vinçinin “Mona Liza” əsəri ilə...
17/05/2024

İtaliyalı alim Enn Pizzorusso sənət tarixinin ən sirli rəsmlərindən biri olan Leonardo da Vinçinin “Mona Liza” əsəri ilə bağlı unikal tapıntılarını təqdim edib. 
Alim “Mona Liza”  əsərinin fonunda təsvir edilmiş mənzərənin harada yerləşdiyini araşdıraraq tapıb.
Geoloq və sənət tarixçisi Ann Pizzorusso Leonardo da Vinçinin “Mona Liza” əsərini İtaliyanın şimalındakı Lombardiya bölgəsindəki Komo gölünün sahilində yaratdığını irəli sürüb.
O, əsərdəki mənzərəni, digər klassik mənzərə rəsmləri ilə müqayisə edib, 14-cü əsrdə Lecco bölgəsinin relyefinin məhz belə görünməsi qərarına gəlib.
Əvvəllər tədqiqatçılar Mona Lizanın fonunda görünən körpüyə diqqət yetirərək, onun Bobbio şəhərində və ya Arezzo əyalətində tikildiyini irəli sürmüşdülər. Lakin Pizzorussonun fikrincə, təkcə körpü rəsmin çəkildiyi yeri dəqiqləşdirmək üçün əsas ola bilməz. Alimin əsas arqumenti ərazinin geologiyası idi. Lecco bölgəsindəki qayalar, Leonardonun rəsmlərindəki boz-ağ fona uyğun gələn əhəngdaşıdır. Bundan əlavə, Bobbio və Arezzoda Mona Liza portretinin fonunda aydın görünən göl yoxdur.
Anne Pizzorusso vurğulayır ki, onun tədqiqatı geologiya və sənət tarixinin biliklərinin birləşməsinə əsaslanır və o, konkret faktlara əsaslanaraq həqiqətə yaxınlaşmağa çalışır.

Günün Fotosu:İlham Əliyev və Aleksandr Lukaşenko Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edirlər.          ...
17/05/2024

Günün Fotosu:

İlham Əliyev və Aleksandr Lukaşenko Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edirlər.

#ильхамалиев #александрлукашенко #азербайджан #беларусь #карабах

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when İnfoteka.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to İnfoteka.az:

Videos

Share


Other Broadcasting & media production in Baku

Show All

You may also like