24/05/2024
📌İDDO PROQRAMI övladlarımızın xəstəliklərinə deyil, onların qabiliyyətlərinə köklənir!
‼️İDDO PROQRAMI
Övladlarımızın qabiliyyətlərini kəşf edib, onları inkişaf etdirərək xəstəliklərin tam sağalacağı prinsipini özünə rəhbər tutur! İDDO proqramı fərdlərin qabiliyyətlərinə baxır və hamıya individual yanaşır. Qabiliyyətlərini üzə çıxararaq, şəxsiyyət olması üçün şərait yaradırıq.
İDDO PSİXİ SAĞLAMLIQ PROQRAMI (İDDO PSP) İLƏ SAĞALMAYAN XƏSTƏLİK YOXDUR.
🧩Məhz “İDDO” proqramı müasir dövr psixologiyasına əsaslanaraq bir fərdin özünü dərk etməsi, psixi və fiziki inkişafı, eyni zamanda sağlamlığını təmin etmək üçün yaradılmış bir sistemdir.
📃Bir fərdin şəxsiyyət olması üçün sosial mühitdə özünü təsdiq etməsi mütləqdir. Yalnız sağlam psixikaya sahib olan fərd şəxsiyyət ola bilər. Bugünki vəziyyət onu göstərir ki, fərdlərin psixi durumu qarışıq olduğundan davranışlarında da qarışıqlıq olur. Belə qarışıq psixikaya sahib olan fərd özünü dərk etmədən cəmiyyətdə məhv olub gedir. Deməli, hər bir fərd ilk öncə psixi cəhətdən sağlam olmalıdır. Psixi sağlamlığı isə beyində gedən formalaşma; beyində gedən formalaşma isə fərdin davranışlarını tənzimləyir. Sağlam davranışa malik fərdlər də cəmiyyətdə özünü şəxsiyyət kimi təsdiq edə bilir. Beləliklə, “İDDO” proqramı hər bir insana lazım olan, hətta vacib olan bir proqramdır. Bunun əsas səbəbi odur ki, bir fərdin formalaşması yuxarıda qeyd etdiyimiz kimi, ilk olaraq onun psixi sağlamlığı və psixi inkişafından asılıdır. Məhz “İDDO” proqramı ilk olaraq fərdin psixi durumunu stabilləşdirir, belə olduqda davranışlar da birbaşa həm sağlamlaşır, həm də qaydaya düşmüş olur.
💡“İDDO” proqramına qoşulan hər kəs öz müsbət və mənfilərini dərk edəcək. Öz daxilində olan mənləri dərk edəcək. Dərketmələr artdıqca, şəxsiyyət formalaşması həyata keçəcək.