Qaynarxett Media

Qaynarxett Media Azərbaycan mediasının QAYNAR XƏTTİ!

Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilir: həm rəngi, həm də forması..Bununla belə qeyd edilib ki, yeni geyim form...
06/07/2021

Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilir: həm rəngi, həm də forması
..Bununla belə qeyd edilib ki, yeni geyim forması təsdiq olunduqdan bir müddət sonra da hazırda qüvvədə olan məktəbli formaları da istifadədə qalacaq...

Ətraflı saytımızda - https://qaynarxett.az/index.php?newsid=36109

🇦🇿

“Yeni Klinika”nın direktorunun cinayət işi məhkəməyə göndərildi..İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərvi...
06/07/2021

“Yeni Klinika”nın direktorunun cinayət işi məhkəməyə göndərildi
..İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilmişdir...

Ətraflı saytımızda - https://qaynarxett.az/index.php?newsid=36115

🇦🇿

"Nicat Hotel"in arxa qapısından ŞIDIRGI ALVER......Qeyd edək ki, bu əxlaqsızlıq yuvası barədə dəfələrlə mətbuatda yazıla...
05/07/2021

"Nicat Hotel"in arxa qapısından ŞIDIRGI ALVER....
..Qeyd edək ki, bu əxlaqsızlıq yuvası barədə dəfələrlə mətbuatda yazılanlara rəğmən hələ də hüquq-mühafizə orqanları ciddi bir tədbir görmür. Görünən odur ki, "Nicat Hotel" yüksək çinli məmur tərəfindən himayə olunur. Biz həmin məmurun kim olduğ barədə müyyən bilgilərə malikik. Lakin bəzi məqamları dəqiqləşdirdikdən sonra həmin şəxs barədə geniş məlumat verəcəyik...

Ətraflı saytımızda - https://qaynarxett.az/index.php?newsid=36063

Bu qanunsuzluqlara polis nə üçün göz yumur?Hətta, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad müəllimin t...
05/07/2021

Bu qanunsuzluqlara polis nə üçün göz yumur?

Hətta, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad müəllimin tövsiyyəsi ilə DİN-nin rəsmi Facebook səhifəsinin inboksuna yazılı şəkildə müraciət də göndərmişdik. Lakin, təəssüflər olsun ki, artıq iki həftədən çox müddət keçməsinə baxmayaraq, deyilən ərazidə çalışan, mövcud durumdan şikayətçi şəxslərin redaksiyamıza verdiyi məlumata görə məsələ barəsində heç bir ölçü götürülməyib. Əksinə, vəziyyət hər gün daha da bərbad, daha da iyrənc hal almaqda davam edir.

Ətraflı saytımızda - https://qaynarxett.az/index.php?newsid=36080

🇦🇿

Üç ildə avtomobillərinə 3 milyon manat xərcləyən icra başçısı... - İLGİNC FAKT..Qeyd edək ki, Adil Vəliyevin aylıq əmək ...
05/07/2021

Üç ildə avtomobillərinə 3 milyon manat xərcləyən icra başçısı... - İLGİNC FAKT
..Qeyd edək ki, Adil Vəliyevin aylıq əmək haqqısı 1000 manatdır. O, bu vəzifəyə təyinat almazdan öncə isə “Porshe Azərbaycan”ın rəhbəri olub.
Mehman Hüseynov yazır ki, Vəliyevlər ailəsinin də digər məmurlar kimi, avtomobil nömrələrinə xüsusi həssaslığı var və onlar da özləri üçün dövlət nömrə nişanı seçiblər. Bu rəqəmlər isə 0,7, 8-dən ibarətdir.
O bildirir ki, Adil Vəliyev 2012-ci ildən icra başçısıdır. Həmin müddətdən bəri onun və ailə üzvlərinin olduqca bahalı maşın kolleksiyası var. Bu kolleksiyaya daxil olan və ona məlum olan avtomobillərin dəyəri isə 3 milyon manat civarındadır...

Ətraflı saytımızda - https://qaynarxett.az/index.php?newsid=36077

🇦🇿

Dünənki partlayış Xəzərdəki digər vulkanları da oyada bilərmi?“Bəzi vulkanlar alov qarışıq palçıqla püskürür. Vulkanlar ...
05/07/2021

Dünənki partlayış Xəzərdəki digər vulkanları da oyada bilərmi?

“Bəzi vulkanlar alov qarışıq palçıqla püskürür. Vulkanlar da var ki, qazların sıxılması nəticəsində alovla, yanğınla müşahidə olunur”.

“Bunu Respublika Seysmoloji xidmət mərkəzinin baş direktoru Qurban Yetirmişli ötən gün Xəzər dənizində partlayan palçıq vulkanı ilə bağlı danışarkən deyib.

Ətraflı saytımızda - https://qaynarxett.az/index.php?newsid=36093

🇦🇿

Azər İsmayılovun ŞÜBHƏLİ TENDER MAXİNASİYALARI - Qurban Abbasov KİMDİR?..Sənədlərdən aydın olur ki, ayrılan vəsaitlər mü...
17/06/2021

Azər İsmayılovun ŞÜBHƏLİ TENDER MAXİNASİYALARI - Qurban Abbasov KİMDİR?
..Sənədlərdən aydın olur ki, ayrılan vəsaitlər müxtəlif MMC-lər vasitəsi ilə saga-sola xərclənib. Siyahıya yenə məhşur iş adamı Hacı Qurban Abbasov başçılıq edir. Onun “İlkin” MMS-sinə 250.000 manatdan çox pul köçürülüb. Guya həmin şirkət ehtiyat hissələri alaraq tabeliyində olan texnikaları təmir etdirib, daha sonra kollektor qazıb. Digər əməliyyatlar "Elektro Servis" MMC və "Samir A.Ə." MMC -lə aparılıb. Təxminən bu müəssisələrə bir yerdə 230.000 manatdan çox pul ötürülüb. Nəticədə isə demək olar ki, heç bir iş görülməyib. Əhali min bir əzab-əziyyətlə əkdiyi məhsulu yığa bilmir...

Ətraflı saytımızda - https://qaynarxett.az/index.php?newsid=35352

🇦🇿

Fərhad Əhmədovun qardaşı oğlu “Aznarı” darmadağın edir..O işçilərin maaşlarını kəsərək, həmin pulları öz kefinə xərcləyi...
16/06/2021

Fərhad Əhmədovun qardaşı oğlu “Aznarı” darmadağın edir
..O işçilərin maaşlarını kəsərək, həmin pulları öz kefinə xərcləyir...
Həmin Teymurdan şikayətçi bir qrup işçi isə Vergilər Nazirliyinə, Dövlət Əmək Müfəttişliyinə və Korrupsiyaya qarşı mübarizə idarəsinə ərizə ilə müraciət edib...

Ətraflı saytımızda - https://qaynarxett.az/index.php?newsid=35619

🇦🇿

Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin TAM MƏTNİAzərbaycan Respublikası və Türkiyə Respublikası a...
16/06/2021

Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin TAM MƏTNİ

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin tam mətni yayımlanıb.

"Həmin mətni təqdim edirik:

“Azərbaycan Respublikası və Türkiyə Respublikası,

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşünün tarixi əhəmiyyətini vurğulayaraq,

İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək, ...

Ətraflı saytımızda - https://qaynarxett.az/index.php?newsid=35621

🇦🇿

Ərdoğan bu gün Azərbaycan parlamentində çıxış edəcəkTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan Milli Məcl...
16/06/2021

Ərdoğan bu gün Azərbaycan parlamentində çıxış edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan Milli Məclisinin iclasına qatılacaq.
"Türkiyə lideri iclasda çıxış edəcək.

Qeyd edək ki, Ərdoğan iyunun 15-dən Azərbaycanda rəsmi səfərdədir. dünən o, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşa şəhərində olub.

🇦🇿 🇹🇷

Petrosyan: Azərbaycanla razılığa gəlməliyik, başqa yol yoxdur“Zamanla həm Azərbaycanla, həm də Türkiyə ilə necəsə razılı...
16/06/2021

Petrosyan: Azərbaycanla razılığa gəlməliyik, başqa yol yoxdur

“Zamanla həm Azərbaycanla, həm də Türkiyə ilə necəsə razılığa gəlməliyik. Qonşular əbədi düşmən ola bilməz. İndi mövcud situasiyanın həll edilməsi üçün sülhə, mehriban qonşuluğa və razılaşmaya ehtiyac var. ".

Ətraflı saytımızda - https://qaynarxett.az/index.php?newsid=35597

🇦🇿

Çimərlik mövsümünə görə 7 marşrut xəttində dəyişiklik edilibBakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşru...
15/06/2021

Çimərlik mövsümünə görə 7 marşrut xəttində dəyişiklik edilib

Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, məqsəd, çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.

Mövsümi xarakterli dəyişikliyə əsasən, 16.06.2021 tarixindən 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək, 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək, 146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinədək, 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək, 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək, 182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinədək, 189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhic” bağlarına qədər təşkil ediləcək.

🇦🇿

Sabiq deputat Rəfael Cəbrayılovun məhkəməsinin vaxtı bilindiBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndiri...
15/06/2021

Sabiq deputat Rəfael Cəbrayılovun məhkəməsinin vaxtı bilindi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs edilən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Trend-in məlumatına görə, iş üzrə məhkəmənin hazırlıq iclası iyunun 17-nə təyin edilib.

Prosesə hakim Əhməd Quliyev sədrlik edəcək.

Qeyd edək ki, Milli Məclisinin deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.

Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

🇦🇿

“Quru sərhədlərinin açılması müzakirə olunmur”Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiya...
15/06/2021

“Quru sərhədlərinin açılması müzakirə olunmur”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı məsələyə aydınlıq gətirib.

Prezidentin köməkçisi APA-ya açıqlamasında bildirib ki, hazırda digər məsələlərdən fərqli olaraq quru sərhədlərinin açılması ilə bağlı məsələ müzakirə olunmur.

🇦🇿

Danimarka şirkətləri Azərbaycanın potensialından yararlanmağa dəvət olunubBİZNES15 İyun , 2021 14:54Danimarka şirkətl...
15/06/2021

Danimarka şirkətləri Azərbaycanın potensialından yararlanmağa dəvət olunub







BİZNES

15 İyun , 2021 14:54

Danimarka şirkətləri Azərbaycanın potensialından yararlanmağa dəvət olunub



İqtisadiyyat naziri Mikayıl Cabbarov Danimarkanın ölkəmizə yeni təyin olunmuş qeyri-rezident səfiri Danni Annanla görüşüb.

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, M. Cabbarov səfiri yeni təyinatı münasibətilə təbrik edib, fəaliyyətinin ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.

Görüşdə Azərbaycanın Danimarka ilə əlaqələrin genişlənməsində maraqlı olduğu, əməkdaşlığın inkişafı üçün müqavilə-hüquq bazasının gücləndirilməsinin önəmi qeyd olunub. Ticarətin ölkələrimiz arasında tərəfdaşlığın əsas istiqamətlərindən olduğunu bildirən nazir ötən il Azərbaycan və Danimarkanın ticarət dövriyyəsinin 2019-cu ilə nisbətən 2 dəfədən çox artığını diqqətə çatdırıb, ölkəmizdə Danimarkanın “Carlsberg”, “Maersk” kimi transmilli şirkətlərinin fəaliyyətini qeyd edib.

İqtisadiyyat naziri Azərbaycanda həyata keçirilən islahatlar, qeyri-neft sektorunun və rəqəmsal iqtisadiyyatın inkişafı, ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri barədə məlumat verib, Danimarka şirkətlərini Azərbaycanın əlverişli biznes və investisiya mühitindən, nəqliyyat-logistika potensialından yararlanmağa dəvət edib.

Səfir Danni Annan ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb, diplomatik fəaliyyəti dövründə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə səy göstərəcəyini bildirib.

Görüşdə iqtisadi tərəfdaşlığın inkişafı imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

🇦🇿

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Füzulidə qarşılayıbİyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Ta...
15/06/2021

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Füzulidə qarşılayıb

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb.
Apa xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.

https://qaynarxett.az/index.php?newsid=35591

🇦🇿

Evli tələbəsi ilə eşq yaşayır: Elman Nəsirov haqda ŞOK İDDİAMillət vəkili Elman Nəsirovla bağlı qalmaqallı iddia ortaya ...
14/06/2021

Evli tələbəsi ilə eşq yaşayır: Elman Nəsirov haqda ŞOK İDDİA

Millət vəkili Elman Nəsirovla bağlı qalmaqallı iddia ortaya çıxıb. 

Azərbaycan 24 xəbər verir ki, Emil Cabbarov adlı şəxs mediaya çıxaraq həyat yoldaşı  ilə millət vəkilinin arasındakı münasibətləri ictimailəşdirib.

Ətraflı saytımızda - https://qaynarxett.az/index.php?newsid=35547

🇦🇿

Hulusi Akardan Liviya ilə bağlı vacib AÇIQLAMA“Türkiyə Liviyanın birliyi, bütövlüyü və təhlükəsizliyi üçün edilməsi gərə...
14/06/2021

Hulusi Akardan Liviya ilə bağlı vacib AÇIQLAMA

“Türkiyə Liviyanın birliyi, bütövlüyü və təhlükəsizliyi üçün edilməsi gərəkənləri bundan sonra da etməyə davam edəcək”.

Ətraflı saytımızda - https://qaynarxett.az/index.php?newsid=35564

🇦🇿

Ərdoğan Kansler Merkellə görüşdüTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında NATO...
14/06/2021

Ərdoğan Kansler Merkellə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında NATO Zirvəsi çərçivəsində keçirilən görüş sona çatıb.

“Qafqazinfo” xəbər verir ki, NATO Baş qərargahında keçirilən qapalı görüş yarım saat davam edib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar da görüşdə iştirak ediblər.

Bundan əvvəl Ərdoğan fransız həmkarı Emmanuel Makron və İngiltərənin Baş naziri Boris Conson ilə görüşüb.

Türkiyə Prezidentinin daha sonra ABŞ Prezidenti Co Bayden ilə görüşü gözlənilir.

🇦🇿 🇩🇪

Prezident “Füzuli” yarımstansiyasının açılışını edibAzərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva...
14/06/2021

Prezident “Füzuli” yarımstansiyasının açılışını edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak ediblər.

"Report" xəbər verir ki, dövlət başçısına 110/35/10 kilovoltluq yarımstansiyada görülən işlər barədə məlumat verilib.

🇦🇿

Azərbaycanın Bosniya və Herseqovinada Səfirliyi təsis edilirXARİCİ SİYASƏT10314 İyun , 2021 14:12Azərbaycanın Bosniya...
14/06/2021

Azərbaycanın Bosniya və Herseqovinada Səfirliyi təsis edilir







XARİCİ SİYASƏT

103

14 İyun , 2021 14:12

Azərbaycanın Bosniya və Herseqovinada Səfirliyi təsis edilir



Azərbaycanın Bosniya və Herseqovinada Səfirliyi təsis edilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu təsdiqləyib.

Dövlət başçısının imzaladığı sərəncamla Nazirlər Kabinetinə Azərbaycanın Sarayevo şəhərində səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

🇦🇿

Metroda PROBLEM YARANDIBakı Metropolitenində qısamüddətli gərginlik düşməsi olub.Bunu Trend-ə açıqlamasında "Bakı Metrop...
14/06/2021

Metroda PROBLEM YARANDI

Bakı Metropolitenində qısamüddətli gərginlik düşməsi olub.

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, nəticədə metronun "28 may"-"Gənclik" istiqamətində 30 saniyə gecikmə olub: "Gərginlik qəfil düşdüyündən həmin istiqamətdə tuneldə olan qatarın hərəkəti ləngiyib. Təxminən 30 saniyədən sonra gərginlik tənzimlənib və problem aradan qaldırılıb".

B. Məmmədov bildirib ki, hazırda qatarların hərəkət qrafikində gecikmə yoxdur, qrafik tam normal qaydasındadır.

🇦🇿

Qarabağda döyüşən muzdlu terrorçuya hökm oxunduQarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cina...
14/06/2021

Qarabağda döyüşən muzdlu terrorçuya hökm oxundu

Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün keçirilən prosesdə hökm elan olunub.
Məhkəmənin hökmü ilə Eulcekcian Viken Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib.

🇦🇿

Ombudsmandan Paşinyanla bağlı beynəlxalq təşkilatlara müraciətAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ...
14/06/2021

Ombudsmandan Paşinyanla bağlı beynəlxalq təşkilatlara müraciət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)Səbinə Əliyeva Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların xəritələrinin verilməsi barədə bəyanat yayıb.
"Bəyanatda deyilir:

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində insanların həyatı, sağlamlığı və təhlükəsizliyinə təhdid olan minalı ərazilərlə bağlı narahatlığımı bir daha ifadə edirəm...

Ətraflı saytımızda - https://qaynarxett.az/index.php?newsid=35566

🇦🇿

Ərdoğanın Şuşaya səfərinin mesajları: "Dünya gücləri Türkiyənin rolu ilə hesablaşır" - ŞƏRH“Türkiyə Cümhuriyyətinin Prez...
14/06/2021

Ərdoğanın Şuşaya səfərinin mesajları: "Dünya gücləri Türkiyənin rolu ilə hesablaşır" - ŞƏRH

“Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Ərdoğanın Azərbaycana, xüsusən də Şuşaya səfəri kifayət qədər tarixi əhəmiyyət kəsb edən bir səfərdir. Bu həm də cənab Ərdoğanın Azərbaycanın mədəniyyət paytaxtı olan qəhrəman Şuşa şəhərinə səfəri ilk Türkiyə Prezidentinin səfəri olacaq. Şuşa səfəri çərçivəsində iki qardaş ölkə arasında, o cümlədən bölgənin gələcək inkişafı ilə bağlı mühüm strateji əhəmiyyətli sənədlər imzalanacaq”.

Ətraflı saytımızda - https://qaynarxett.az/index.php?newsid=35576

🇦🇿

Prezident şəhid jurnalistlərlə bağlı sərəncam imzaladıPrezident İlham Əliyev "İşğaldan azad olunan ərazilərdə vəzifə bor...
14/06/2021

Prezident şəhid jurnalistlərlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev "İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb.

Ətraflı saytımızda - https://qaynarxett.az/index.php?newsid=35579

🇦🇿

Azərbaycanda və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilən Ağdam rayon...
13/06/2021

Azərbaycanda və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilən Ağdam rayonuna səfəri başlayıb.

Reportun Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Səfər çərçivəsində xarici diplomatik korpusların nümayəndələri Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olacaq, eləcə də Ağdamın tarixi və mədəniyyət abidələrini ziyarət edəcəklər.

🇦🇿 .media

Prezident fərman imzaladı: Səhiyyə Nazirliyinin bu səlahiyyəti ləğv olunduSəhiyyə Nazirliyinin uşaqların icbari dispanse...
13/06/2021

Prezident fərman imzaladı: Səhiyyə Nazirliyinin bu səlahiyyəti ləğv olundu

Səhiyyə Nazirliyinin uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə nəzarət sahəsində səlahiyyəti ləğv olunub.

Ətraflı saytımızda - https://qaynarxett.az/index.php?newsid=35543

🇦🇿

Address

46, Ali Mustafayev
Baku
AZ1040

Alerts

Be the first to know and let us send you an email when Qaynarxett Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Qaynarxett Media:

Share

Category



You may also like