WPS Digital Hub Azerbaijan

WPS Digital Hub Azerbaijan Qadınlar, Sülh və Təhlükəsizlik gündəliyi, 1325 qətnaməsinin rəqəmsal platforması

Regional Media İnkişaf və Təlim mərkəzinin son 6 aylıq fəaliyyəti ilə tanış olaq! Əsas fəaliyyət sahəsi həssas qruplarda...
03/05/2024

Regional Media İnkişaf və Təlim mərkəzinin son 6 aylıq fəaliyyəti ilə tanış olaq!

Əsas fəaliyyət sahəsi həssas qruplardan olan şəxslərə hüquqi yardımın göstərilməsi olan mərkəz, keçirilən 10 maarifləndirici təlimlə ümumilikdə 210 benefisiara çatmışdır.


ib

Sumqayıt Diskussiya Klubunun son 6 ayda həyata keçirdiyi fəaliyyətlərlə tanış olaq!Əsas məqsədlərindən biri məcburi köçk...
30/04/2024

Sumqayıt Diskussiya Klubunun son 6 ayda həyata keçirdiyi fəaliyyətlərlə tanış olaq!

Əsas məqsədlərindən biri məcburi köçkün qadınların bacarıqlarının artırılması olan Sumqayıt Diskussiya Klubu, ötən aylarda 65 təşəbbüs qrupu, 12 maarifləndirici təlim, 1 konfrans və 1 hakaton yarışı həyata keçirmişdir.



Lənkəran şəhərində silsilə təlimlər baş tutdu!“Sülh Uğrunda” Gənc Məcburi Köçkün Qadınlar təşəbbüs qrupunun təşkilatçılı...
21/04/2024

Lənkəran şəhərində silsilə təlimlər baş tutdu!

“Sülh Uğrunda” Gənc Məcburi Köçkün Qadınlar təşəbbüs qrupunun təşkilatçılığı ilə kənd məktəblərindən birində ümumilikdə 128 şagirdin iştirakı ilə sağlam yeniyetməlik, erkən nikah, zorakılıq, məktəblərdə bullinq və digər önəmli mövzularda maarifləndirici təlim və görüşlər həyata keçirildi.


"Sülh Uğrunda" Gənc Məcburi Köçkün Qadınların Təşəbbüs Qrupu-nun 6 aylıq fəaliyyəti ilə tanış olaq!Təşəbbüs qrupu Bakı, ...
20/04/2024

"Sülh Uğrunda" Gənc Məcburi Köçkün Qadınların Təşəbbüs Qrupu-nun 6 aylıq fəaliyyəti ilə tanış olaq!

Təşəbbüs qrupu Bakı, Qaradağ, Ağsu, Ağdam, Füzuli, Xocavənd, Lerik və Lənkəran rayon/şəhərlərdə sağlam yeniyetməlik, erkən nikah, zorakılıq, məktəblərdə bullinq və digər önəmli mövzularda maarifləndirici təlim və görüşlər həyata keçirir.


Vətəndaş Cəmiyyəti təşkilatlarının 6 ay ərzində fəaliyyətlərinin qısa icmalına nəzər yetirək!Regional Gender Mərkəzinin ...
12/04/2024

Vətəndaş Cəmiyyəti təşkilatlarının 6 ay ərzində fəaliyyətlərinin qısa icmalına nəzər yetirək!

Regional Gender Mərkəzinin əsas fəaliyyət istiqaməti Ağdam, Ağcabədi, Beyləqan(Xocavənd), Bərdə, Tərtər və Goranboy rayonlarında məcburi köçkün icmalarında maarifləndirmə və mənalı iştirakın artırılması yönündə təlimlər, görüşlər, kurslar həyata keçirməkdir.

Regional Gender Mərkəzi

📝 BMT-nin 1325 saylı qətnaməsinin müddəalarını həyata keçirmək üçün milli fəaliyyət planı qəbul etmək vacibdir.📍Milli fə...
05/04/2024

📝 BMT-nin 1325 saylı qətnaməsinin müddəalarını həyata keçirmək üçün milli fəaliyyət planı qəbul etmək vacibdir.

📍Milli fəaliyyət planının hazırlanması və icra edilməsində isə bəzi məqamlar nəzərə alınmalıdır. Bu mövzu ilə bağlı bir neçə tövsiyəni sizlərlə bölüşürük. Postu sürüşdürərək tanış ola bilərsiniz.


📝BMT-nin 1325 saylı qətnaməsinin müddəalarını həyata keçirmək üçün milli fəaliyət planı qəbul etmək vacibdir. 📍Milli fəa...
05/04/2024

📝BMT-nin 1325 saylı qətnaməsinin müddəalarını həyata keçirmək üçün milli fəaliyət planı qəbul etmək vacibdir.

📍Milli fəaliyyət planının hazırlanması və icra edilməsində isə bəzi məqamlar nəzərə alınmalıdır. Bu mövzu ilə bağlı bir neçə tövsiyəni sizlərlə bölüşürük. Postu sürüşdürərək tanış ola bilərsiniz.


Bütün qadınlara ədalətli, bərabər və təhlükəsiz bir dünya arzu edirik!
08/03/2024

Bütün qadınlara ədalətli, bərabər və təhlükəsiz bir dünya arzu edirik!


9-20 fevral tarixlərində Kişinyov, Moldovada Regional Konfrans həyata keçirildi.Şərq Qonşuluğunda Dayanıqlığın Qurulması...
03/03/2024

9-20 fevral tarixlərində Kişinyov, Moldovada Regional Konfrans həyata keçirildi.

Şərq Qonşuluğunda Dayanıqlığın Qurulması(BREN) Regional Konfransı Moldova, Azərbaycan, Ermənistan, Gürcüstandan 40 vətəndaş təşkilatı nümayəndələrini bir araya gətirdi.

Konfrans 4 ölkədən olan təşkilatlar üçün şəbəkələşməyə imkan yaratdı, həmçinin 1325 saylı qətanamə çərçivəsində sülh və təhlükəsizlik mövzusunda regionlararası dialoqa təşviq etdi. Tədbirin gündəliyi sülh və təhlükəsizlik mövzusunda maraqlı söhbətlər, təşkilat nümayəndələrinin bir-birilə təcrübələrini bölüşə biləcəyi sessiyalar və mühüm tərəfdaşlıq qurmaq üçün fürsətləri əhatə edirdi.

Bununla yanaşı, konfransda gender, sülh və təhlükəsizlik üzrə ixtisaslaşmış ekspertlər iştirak edərək təşkilat nümayəndələrini maraqlandıran sualları cavablandırdılar.

Sosial Hüquqlar Mərkəzi
Gender Hub Azerbaijan
Qadın və Uşaq Sığınacağı
Regional Media İnkişaf və Təlim Mərkəzi
Sumqayit Diskusiya Klubu SDK
Azerbaijan Feminist Group/YUVA Center

“YOLumuz: Azərbaycanda Qadın, Sülh və Təhlükəsizlik” adlı QALA tədbiri baş tutdu!22 fevral tarixində  İnkişaf uğrunda Qa...
28/02/2024

“YOLumuz: Azərbaycanda Qadın, Sülh və Təhlükəsizlik” adlı QALA tədbiri baş tutdu!

22 fevral tarixində İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən Azərbaycanda "Qadın, Sülh və Təhlükəsizlik" mövzusunda QALA tədbiri keçirildi. Tədbir dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökümət təşkilatları, təşəbbüslər və özəl sektorun nümayəndələrini bir araya gətirdi.
Tematik rəqs tamaşası ilə başlamış tədbir Böyük Britaniyanın Azərbaycandakı səlahiyyətli səfiri Ferqus Auld və Ceyran Rəhmətullayevanın açılış nitqləri ilə başladı.
Daha sonra tədbir jurnalist, ictimai fəal İlhamiyyə Rzanın Azərbaycanda Qadın, Sülh və Təhlükəsizlik sahəsində vəziyyəti haqqında çıxışı ilə davam etdi. RİQC sədri Şəhla İsmayıl BMT 1325 saylı Qətnaməsinin Milli Fəaliyyət Planının potensial təsirləri haqqında iştirak edən tərəfləri məlumatlandırdı.
Sonda isə 1325 saylı Qətnamənin Milli Fəaliyyət Planının qəbulunu dəstəkləyən imza marafonu həyata keçirildi.

Xocalı soyqırımında həyatını itirənləri hörmətlə yad edirik!
26/02/2024

Xocalı soyqırımında həyatını itirənləri hörmətlə yad edirik!

Məcburi köçkün qadınların halhazırda yaşadıqları problemlər nələrdir? Bəs qayıdış prosesində hansı  problemlərin həlli i...
24/02/2024

Məcburi köçkün qadınların halhazırda yaşadıqları problemlər nələrdir? Bəs qayıdış prosesində hansı problemlərin həlli istiqamətində addımlar atmaq lazımdır? 🤔

📋750 məcburi köçkünlə aparılan bu araşdırma məhz bu sualların cavablarına diqqət çəkir. Postu sürüşdürərək araşdırma ilə bağlı məlumat ala bilərsiniz.

Fikirlərinizi bizimlə şərhlərdə bölüşün 👇🏼

❕Azərbaycanda 2023-cü ilin İyun ayından bəri qadınlar minatəmizləmə işinə cəlb olunub. Artıq 18 qadın təlimləri uğurla b...
18/02/2024

❕Azərbaycanda 2023-cü ilin İyun ayından bəri qadınlar minatəmizləmə işinə cəlb olunub. Artıq 18 qadın təlimləri uğurla başa vuraraq bu sahədə çalışmağa başlayıb.

❗️Bir çox işdə olduğu kimi qadınlar minatəmizləmə işində də stereotiplərlə qarşılaşırlar. Lakin araşdırmalar göstərir ki bu sahədə kişilər və qadınlar arasında iş effektivliyi baxımından fərq yoxdur.

❕Minatəmizləyən qadınlar yaşadıqları bölgədə təhlükəsizliyin təmininə öz tövhələrini verərək dayanıqlı sülhün qurulmasına dəstək olurlar.

Bəs siz bu mövzuda nə düşünürsünüz?
Fikirlərinizi bizimlə bölüşün 👇🏼


📍Münaqişə və post-münaqişə dövründə qadınlar bir çox çətinliklə üzləşir. Bunlardan biri də reproduktiv sağlamlıq problem...
13/02/2024

📍Münaqişə və post-münaqişə dövründə qadınlar bir çox çətinliklə üzləşir. Bunlardan biri də reproduktiv sağlamlıq problemləridir.

📍 Müharibə kimi həssas dövrlərdə reproduktiv problemlər çox vaxt əhəmiyyətisiz hesab olunur, qadınlar isə mövzuyla bağlı danışmaqdan çəkinir.

Postu sürüşdürərək mövzu ilə daha yaxından tanış ola bilərsiniz ➡️

📍1325 saylıq qətnamədə də vurğulandığı kimi qadınların münaqişə və post-münaqişə dövründə bütün ehtiyacları nəzərə alınaraq effektiv həll yollarının tapılması dayanıqlı sülhün təmini üçün vacibdir!


📍Müharibə kimi travmatik təcrübələrdən sonra qorxu, çaşqınlıq, kədər kimi duyğular hissetmək normaldır.📍Travmatik hadisə...
30/01/2024

📍Müharibə kimi travmatik təcrübələrdən sonra qorxu, çaşqınlıq, kədər kimi duyğular hissetmək normaldır.

📍Travmatik hadisələrdən sonra etibarlı mühitin təmin olması, ətrafdakı insanlardan sosial dəstək görmək kimi dəstəkləyici hadisələr beynin özünü bərpa xüsusiyyətini işə salaraq “sağalma” prosesinə kömək edir.

📍Əgər kədərli ruh halı, yuxu problemləri, qorxu hadisədən bir müddət keçdikdən sonra belə azalmır və davam edirsə peşəkar dəstək almaq vacibdir.

❗️Qeyd: bu post sadəcə məlumat xarakterlidir, psixoloji və tibbi tövsiyyə məqsədi daşımır.


📍Svetlana Aleksiyeviç 2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı olmuşdur. Özünü “duyğuların və ruhun tarixçisi...
24/01/2024

📍Svetlana Aleksiyeviç 2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı olmuşdur. Özünü “duyğuların və ruhun tarixçisi” adlandıran Aleksiyeviç əsərləri ilə ədəbiyyat sahəsində yeni bir janr yaratdı.

📍”Müharibə Qadın Simalı Deyil” kitabı isə qadınların və müharibənin tarixinə yeni bir baxış gətirən ən vacib əsərlərdən biridir.


20 Yanvar hadisələrində həyatını itirənləri ehtiramla yad edirik!
20/01/2024

20 Yanvar hadisələrində həyatını itirənləri ehtiramla yad edirik!


Qadınlar tarix boyunca bir çox maneə ilə qarşılaşsalar da, inkişaf və dəyişiklik üçün çalışmağa hər zaman davam etdilər ...
18/01/2024

Qadınlar tarix boyunca bir çox maneə ilə qarşılaşsalar da, inkişaf və dəyişiklik üçün çalışmağa hər zaman davam etdilər ✨
Son 150 il isə qadınların öz hüquqlarını əldə etməsi və iştirakçılığı üçün çox vacib tarixi aralıq oldu.

Gəlin postu sürüşdürərək qadınların həm ölkəmizdə həm də dünyada 150 ilə necə iz qoyduğuna birlikdə baxaq!

Bəs siz hansı hadisələrin qadınlar üçün tarixi önəm daşıdığını düşünürsünüz?
Bizimlə şərhlərdə bölüşün 👇🏼


ADPU Bakı və Qubada tələbələrlə görüşdük! 😍20-21 dekabr Quba və 25-26 dekabr Bakıda 60-a yaxın müəllimliyə namizəd tələb...
28/12/2023

ADPU Bakı və Qubada tələbələrlə görüşdük! 😍

20-21 dekabr Quba və 25-26 dekabr Bakıda 60-a yaxın müəllimliyə namizəd tələbə ilə “Təhsildə Gender Bərabərliyi Səfirləri: Tələbələr üçün” təlim kursularını başa vurduq. 🎯

2 günlük təlimlərdə tələbələr üçün gender bərabərliyi, gender əsaslı zorakılıq, gender əsaslı stereotiplər, təhsil müəssisələrində bullinqlə mübarizə və qarşısının alınması, erkən nikahın qarşısının alınması və digər önəmli mövzularda məlumat əldə etmək və həmçinin müzakirələr aparmaq fürsəti yarandı. 🗣️

Təlim kursları ərzində qeyri-formal təhsil üsulunun istifadəsi ilə yanaşı mövzuların daha dərindən anlaşılması və mənimsənilməsi üçün çox sayda qrup işləri həyata keçirildi.

Təlim kursu Britaniya hökuməti tərəfindən dəstəklənən Şərq Qonşuluğunda Davamlılığın Artırılması (BREN) layihəsi çərçivəsində keçirilir.

British Embassy Azerbaijan - Britaniyanın Azərbaycandakı Səfirliyi
IWPR Eastern Neighbourhood
Azərbaycan Dövlət Pedaqoji Universiteti

❕Fələstin - İsrail❕Rusiya - Ukrayna❕Sudan2023 ili ərzində bu münaqişələrin hər birində minlərlə insan həyatını itirib, m...
27/12/2023

❕Fələstin - İsrail
❕Rusiya - Ukrayna
❕Sudan
2023 ili ərzində bu münaqişələrin hər birində minlərlə insan həyatını itirib, milyonlarla insan isə yaşadığı yerləri tərk etməyə məcbur qalıb.

Qadınlar müharibənin ilkin təsirlərinə əlavə olaraq isə insan alveri, cinsi zorakılıq kimi risklərlə üzləşir, hamilə qadınlar qeyri-insani şəraitdə dünyaya uşaq gətirir, dəstək mexanizmlərinin əl çatan olmaması isə gender əsaslı zorakılığın artması ilə nəticələnir.

Məhz bu səbəblərdən 1325 saylı qətnamənin və bu qətnamənin milli fəaliyyət planının qəbul edilməsi hər bir ölkə üçün vacibdir.

Postu sürüşdürərək hər üç münaqişədə qadınların vəziyyəti ilə bağlı detallı məlumat əldə edə bilərsiniz

Bəs siz bu mövzu barəsində nə düşünürsünüz?
Bizimlə şərhlərdə bölüşün👇🏼

Münaqişələrin qadınlara təsirindən bəhs edən, dilimizə tərcümə olunmuş bəzi kitablarla tanış olun📚📕Svetlana Aleksiyeviç ...
22/12/2023

Münaqişələrin qadınlara təsirindən bəhs edən, dilimizə tərcümə olunmuş bəzi kitablarla tanış olun📚

📕Svetlana Aleksiyeviç - Müharibə Qadın Simalı Deyil
📗Nadiyə Murad - Sonuncu Qız
📘Anna Frank - Gündəlik
📙Xalid Hüseyni - Min Möhtəşəm Günəş

Bəs siz bu siyahıya hansı kitabları əlavə edərdiniz? 🤔

British Embassy Azerbaijan - Britaniyanın Azərbaycandakı Səfirliyi
IWPR Eastern Neighbourhood


Rəqəmsal texnologiyaların inkişafı yeni fürsətlər yaratmaqla yanaşı özünəməxsus problemləri də bərabərində gətirir. Bunl...
19/12/2023

Rəqəmsal texnologiyaların inkişafı yeni fürsətlər yaratmaqla yanaşı özünəməxsus problemləri də bərabərində gətirir. Bunlardan biri də kiber zorakılıqdır.
Gender əsaslı kiber zorakılıq isə qadınların iştirakçılığına və təhlükəsizliyinə böyük zərbə vuran qlobal problemdir.

Bəs sizcə bu problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır? 🤔

Fikirlərinizi bizimlə şərhlərdə bölüşün 👇🏼
British Embassy Azerbaijan - Britaniyanın Azərbaycandakı Səfirliyi
IWPR Eastern Neighbourhood


17-19 noyabr tarixlərində keçirilən Təhsildə Gender Bərabərliyi Səfirləri 2 təlim kursundan iştirakçılar hansı təəssürat...
17/12/2023

17-19 noyabr tarixlərində keçirilən Təhsildə Gender Bərabərliyi Səfirləri 2 təlim kursundan iştirakçılar hansı təəssüratlarla ayrıldı? 🤩
Gəlin onların düşüncələri və gələcək planları ilə tanış olaq ✨

Bu gün 10 Dekabr İnsan Hüquqları Günü, eyni zamanda 16 günlük fəallıq kampaniyasının son günüdür.30 ildir ki keçirilən k...
10/12/2023

Bu gün 10 Dekabr İnsan Hüquqları Günü, eyni zamanda 16 günlük fəallıq kampaniyasının son günüdür.

30 ildir ki keçirilən kampaniyanın məqsədi insanların təkcə 16 gün ərzində bu vacib problemə fokuslanmaqsı deyil, hər kəsi ilin 365 günü bu problemin həlli üçün çalışmağa, mübarizə aparmağa dəvət etməkdir.

Elə bu səbəbdən:
Təkcə 16 gün YOX, HƏR GÜN qadına qarşı zorakılığa YOX!

British Embassy Azerbaijan - Britaniyanın Azərbaycandakı Səfirliyi
IWPR Eastern Neighbourhood


Zorakılıqdan zərərçəkənlər üçün kömək istəmək bəzən bir sıra səbəblərdən çətin olur.Münaqişə və post-münaqişə dövründə i...
09/12/2023

Zorakılıqdan zərərçəkənlər üçün kömək istəmək bəzən bir sıra səbəblərdən çətin olur.
Münaqişə və post-münaqişə dövründə isə qadın və qızların dəstək istəməsi daha da çətinləşir.
Posta nəzər yetirərək bu vəziyyətin səbəbləri haqqında məlumat əldə edə bilərsiniz.



British Embassy Azerbaijan - Britaniyanın Azərbaycandakı Səfirliyi


“Bərabərlik qanunlarına yenidən baxaq: Gənc Hüquqşünasların Gender Bərabərliyi ilə bağlı Təlimçilik Təlimi” 🤩Sosial Hüqu...
08/12/2023

“Bərabərlik qanunlarına yenidən baxaq: Gənc Hüquqşünasların Gender Bərabərliyi ilə bağlı Təlimçilik Təlimi” 🤩

Sosial Hüquqlar Mərkəzi (“Sadə Hüquq”) gənc hüquqşünaslar üçün nəzərdə tutulmuş təlimçilər üçün təlim proqramını açıq elan edir! 🥳

Böyük Britaniya hökumətinin dəstəyi ilə Şərq Qonşuluğunda Dayanıqlılığın Qurulması layihəsi çərçivəsində keçiriləcək 4 günlük təlimimizdə iştirakçılar gender bərabərliyinin hüquqi aspektləri, bu sahədə beynəlxalq sənədlər, zorakılıq qurbanları ilə işin hüquqi və psixoloji nüansları barədə geniş məlumat əldə edəcək və gender və insan hüquqları sahəsində “necə daha yaxşı təlimçi olmaq olar?” sualına cavab tapa biləcəklər.

Təlim proqramının sonunda iştirakçılar qazandığı bilikləri praktikada tətbiq etmək fürsəti qazanacaq. Belə ki, iştirakçılar arasından seçilmiş 6 şəxs regionlarda məktəblilərə gender sahəsində təlim keçəcək, 3 nəfər isə bu sahədə çalışan qeyri-hökumət təşkilatlarında bir aylıq ödənişli təcrübə proqramına cəlb ediləcəklər.

✅ Proqram dekabr ayının 16-17-23-24 tarixlərində baş tutacaq. Təlimin son günü iştirakçılar böyük auditoriya qarşısında hüquqi fiksiya əsasında hazırlanmış simulyasiya oyunu nümayiş etdirəcəklər.

🔗Link: https://forms.gle/LAFcvRRVe1pZVE5x7

Son müraciət tarixi: 10 dekabr, 2023, saat 23:59.

Təlimlə bağlı hər hansı sualınız olduğu təqdirdə [email protected] ilə əlaqə saxlamaqdan çəkinməyin.

British Embassy Azerbaijan - Britaniyanın Azərbaycandakı Səfirliyi
Sosial Hüquqlar Mərkəzi
Sadə Hüquq

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when WPS Digital Hub Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WPS Digital Hub Azerbaijan:

Videos

Share


Other Digital creator in Baku

Show All