Xeberin Varmi?

Xeberin Varmi? Ölkədə və dünyada baş verən hadisələrdən xəbəriniz olsun....

“Diasporla müsahibə”də karate üzrə 6 qat Dünya, 3 qat Avropa, 7 qat Respublika çempionu, "Qara kəmər" sahibi və eyni zam...
22/04/2024

“Diasporla müsahibə”də karate üzrə 6 qat Dünya, 3 qat Avropa, 7 qat Respublika çempionu, "Qara kəmər" sahibi və eyni zamanda Avstriya Azərbaycanları Cəmiyyətinin sədri, jurnalist Fərid Əzizovla söhbət aparılıb.

“Diasporla müsahibə”də karate üzrə 6 qat Dünya, 3 qat Avropa, 7 qat Respublika çempionu, "Qara kəmər" ...

Azərbaycandan kənarda yaşayanların sayı Azərbaycanda yaşayanların sayından dəfələrlə çox olsa da meydanda az görünür, Av...
19/04/2024

Azərbaycandan kənarda yaşayanların sayı Azərbaycanda yaşayanların sayından dəfələrlə çox olsa da meydanda az görünür, Avropda məskunlaşan Güney Azərbaycan icması və Türk diaspor təşkilatlarının bəziləri prosesdən sanki kənar gəzirlər.

“Diasporla gündəm”də Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media məsələləri üzrə ekspert Müşfiq Ələsgərli i...

Amerikada yaşayan tanınmış azərbaycanlı videobloger Mahir Məmmədli Diaspora TV-nin “Uğurlu soydaş” verilişinin qonağı ol...
17/04/2024

Amerikada yaşayan tanınmış azərbaycanlı videobloger Mahir Məmmədli Diaspora TV-nin “Uğurlu soydaş” verilişinin qonağı olub.

Amerikada yaşayan tanınmış azərbaycanlı videobloger Mahir Məmmədli Diaspora TV-nin “Uğurlu soydaş” verilişinin qonağı ol...

Baxmağa dəyər
16/04/2024

Baxmağa dəyər

В гостях у Diaspora.TV Эльмира Асланова - первая азербайджанка, которая поднялась на самую высокую вершину мира - Эве...

Azərbaycan diasporunun müəyyən uğurları ilə yanaşı, ciddi problemləri də var.
06/04/2024

Azərbaycan diasporunun müəyyən uğurları ilə yanaşı, ciddi problemləri də var.

Xəbərlər

Rusiyada azərbaycanlıların sayının çox olmasına baxmayaraq, bizim təsir imkanlarımız yoxdur. Eyni ilə Amerika və Avropad...
06/04/2024

Rusiyada azərbaycanlıların sayının çox olmasına baxmayaraq, bizim təsir imkanlarımız yoxdur. Eyni ilə Amerika və Avropada vəziyyət o cürdür. Yəni, bizim diaspor fəaliyyəti Azərbaycanın yürütdüyü xarici siyasətin əsas qollarından biri olmalıdır...

Xəbərlər

Öz vəsaiti hesabına milli mənafelər naminə iş görmək istəyənlər bəzi məmurların təkəbbürlü davranışları nəticəsində bu f...
05/04/2024

Öz vəsaiti hesabına milli mənafelər naminə iş görmək istəyənlər bəzi məmurların təkəbbürlü davranışları nəticəsində bu fəaliyyətədən “soyuyub”, kobud ifadə etsək, “iyrəniblər”. Yenə misallara müraciət edək: təsəvvür edin, bir qrup azərbaycanlı tələbə Macarıstanda kasıb büdcələri ilə tədbir keçirmişdi, lakin səfirliyimiz dəstək vermədiyi bəs deyilmiş, tədbiri öz adına çıxmışdı... Yaxud ABŞ-dan ölkəmizə tədbirə gələn fəallara guya onların otel və təyyarə xərclərinin dövlət tərəfindən ödənildiyinə dair maliyyə sənədi imzalamaqlarını xahiş etmişdilər.

Xəbərlər

Diasporumuz gördüyü işlərin effektivliyinin artırılması üçün hansı mediadan daha çox istifadə etməlidir?
05/04/2024

Diasporumuz gördüyü işlərin effektivliyinin artırılması üçün hansı mediadan daha çox istifadə etməlidir?

Xəbərlər

Nyu-York merinin azərbaycanlı müşaviri vəzifəsindən niyə uzaqlaşdırılıb?
03/04/2024

Nyu-York merinin azərbaycanlı müşaviri vəzifəsindən niyə uzaqlaşdırılıb?

Xəbərlər

Xaricdə yaşayan azərbaycanlı alimlərdən necə faydalana bilərik? - Millət vəkili açıqladı
03/04/2024

Xaricdə yaşayan azərbaycanlı alimlərdən necə faydalana bilərik? - Millət vəkili açıqladı

Xəbərlər

Азербайджанец, который защищает УкраинуГость Diaspora.TV - Мурад Насиров, офицер украинской армии, который защищает Укра...
03/04/2024

Азербайджанец, который защищает Украину

Гость Diaspora.TV - Мурад Насиров, офицер украинской армии, который защищает Украину в захватнической войне России.

Гость Diaspora.TV - Мурад Насиров, офицер украинской армии, который защищает Украину в захватнической войне Ро...

Xaricdə yaşayan soydaşlarımız Azərbaycana gələndə yaşadıqları ölkələrin tibbi sığortası ilə həkimə müraciət edə bilmirlə...
02/04/2024

Xaricdə yaşayan soydaşlarımız Azərbaycana gələndə yaşadıqları ölkələrin tibbi sığortası ilə həkimə müraciət edə bilmirlər. Buna səbəb kimi isə Azərbaycan qanunvericiliyində bu məsələnin təsbit olunmaması qeyd edilir.

Xəbərlər

26 ildir Azərbaycan mədəniyyətini Sankt-Peterburqda təbliğ edən X.Mirzəyeva deyib ki, həm Diasporla İş üzrə Dövlət Komit...
01/04/2024

26 ildir Azərbaycan mədəniyyətini Sankt-Peterburqda təbliğ edən X.Mirzəyeva deyib ki, həm Diasporla İş üzrə Dövlət Komitəsinə, həm də Rusiyadakı səfirliyimizə dəfələrlə müraciət etməsinə baxmayaraq, nəyinki kömək göstərilib, heç müraciətinə cavab da verilməyib: “Əksinə, parçalanmanı dərinləşdirirlər.”

“Diasporla gündəm”də Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Çinar” Azərbaycan Mi...

“Bu təşəbbüs dünyada təsdiqini tapmış modeldir”“Diaspor nümayəndələri yaşadıqları ölkələrdə ictimai-siyasi mühitdə aktiv...
30/03/2024

“Bu təşəbbüs dünyada təsdiqini tapmış modeldir”

“Diaspor nümayəndələri yaşadıqları ölkələrdə ictimai-siyasi mühitdə aktiv iştirak etmələri, o cümlədən həmin ölkələrin media, vətəndaş cəmiyyəti institutları ilə sıx təmaslar qurması müsbət addım olardı”.

Bu fikirləri Diaspora.tv-yə açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib.

Onun sözlərinə görə, diaspor nümayəndələri bu cür münasibətlər vasitəsilə özlərinin fəaliyyətlərini, daha yaxşı təşkilatlanmalarını formalaşdıra bilərlər:

“Bununla da Azərbaycan reallıqlarının həmin ölkələrdə təbliğ olunmasına yardım göstərə bilərlər. İndi bunun üçün geniş imkanlar da var. Əvvəla, internet inkişaf edib. Yəni, bu baxımdan bizim diaspor nümayəndələrinin olduqları ölkələrdə KİV qurumu yaratmaq üçün hansısa prosedurlardan keçmələri üçün böyük vəsait tələb olunmur. Belə deyək ki, onlayn müstəvidə informasiya resursu təşkil edərək yaşadıqları ölkələrin dilində həm öz təşkilatlarının, həm də Azərbaycan reallıqlarının təbliğatını apara bilərlər. Eyni zamanda orada yerli ictimai-siyasi mühitin nümayəndələri ilə də sıx təmaslar qurmaqla bu işi ən yaxşı şəkildə reallaşdırmaq olar”.

M.Ələsgərli qeyd edib ki, bu sahədə müəyyən işlər var:

“Həm II Qarabağ müharibəsinin getdiyi, həm ondan sonrakı dövrdə müəyyən diaspor təşkilatları, eləcə də nümayəndələrinin Azərbaycana səfərləri, bu reallıqları yerində görmələri, o cümlədən yaşadıqları ölkələrin ictimai-siyasi mühitinə çatıdırılması ilə bağlı müəyyən işlərin şahidi olmuşuq. Əlbəttə ki, bu işləri tam yüksək səviyyədə qiymətləndirmək olmaz. İstədiyimizə nail olmaq üçün hələ də müəyyən işlər görülməlidir. İndi hansısa formada təşəbbüslər ortaya çıxırsa, bu həmin diaspor təşkilatlarının işinə stimul verəcəksə, eyni zamanda onların vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına imkanlar yaradacaqsa, əlbəttə ki, həmin təkliflər müzakirə olunmalıdır. Bu təkliflərdən təqdir olunanı varsa, səmimi şəkildə bu işi görənlər olacaqsa, aqlışlanmalı və onlara dəstək göstərilməlidir. Bu təşəbbüs həm də dünyada təsdiqini tapmış modeldir”.

Bəxtiyar Məmmədli
Diaspora.tv

Müsahibədə dünyanın hər yerində insanların “Amerika xülaysı”, onlar niyə daha çox okeanın o tayını arzulayır, ⁠Amerikaya...
27/03/2024

Müsahibədə dünyanın hər yerində insanların “Amerika xülaysı”, onlar niyə daha çox okeanın o tayını arzulayır, ⁠Amerikaya getmək asandır, yoxsa orda yaşamaq, ABŞ arzusunda olanlar əvvəlcədən nəyi bilməlidirlər kimi suallara da cavablar verilir.

Diaspora.tv-də “Diasporla müsahibə”nin qonağı Amerikanın Vaşinqton ştatının Belluve şəhərində yaşayan Günay Əsgərova olub. Günay Əsgərova 2009-cu ildən Bel...

Məlumatda deyilir ki, səhər saat 10:30 radələrində Krımdan iki ballistik raketlə Kiyevə hücum olunub.Raketlərin hissələr...
25/03/2024

Məlumatda deyilir ki, səhər saat 10:30 radələrində Krımdan iki ballistik raketlə Kiyevə hücum olunub.

Raketlərin hissələri Kiyevin Peçersk, Dnepr və digər 2 rayonuna düşüb.

Peçersk rayonunda hücum nəticəsində 10 nəfər yaralanıb.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini, Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimov paytaxt Kiyevdə yaşananları Diaspora.tv-yə şərh edib.

verdiyimiz kimi, bu gün səhər saatlarında Rusiya silahlı qüvvələri tərəfindən Kiyevə iki ballistik raket atılıb.Fakt...

Bayden Ukrayna, Cənubi Qafqaz və Yaxın Şərqdə uğursuzluğa düçar olduqca, bu, yaxınlaşan seçkilərdə onun ABŞ ictimai rəyi...
25/03/2024

Bayden Ukrayna, Cənubi Qafqaz və Yaxın Şərqdə uğursuzluğa düçar olduqca, bu, yaxınlaşan seçkilərdə onun ABŞ ictimai rəyində nüfuzuna zərbə vurmaqla, daxildə əsas rəqibinin – Rusiya, Türkiyə və Azərbaycan rəhbərliyi ilə normal şəxsi münasibətləri olan Donald Trampın mövqeyini xeyli gücləndirəcək.

Moskvada “Crocus Siti Hall”dakı terror hadisəsi bir daha təsdiqləyir ki, qarşıdakı 7 aylıq zaman kəsiyi Qərblə Rusiya arasındakı qarşıdurma nöqtələrinin hər biri, o cümlədən bizim də daxil olduğumuz coğrafiya - Cənubi Qafqaz - Mərkəzi Asiya xətti ölkələri üçün ...

Eyni zamanda müəyyənləşdirilib ki, Bəhruz Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərb...
25/03/2024

Eyni zamanda müəyyənləşdirilib ki, Bəhruz Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırıb, lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib. Hazırda cinayət işi üzrə bütün xüsusatların araşdırılması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycanda terror aktları planlaşdıran şəxs həbs edilib.

Hamıya məlumdur ki, soydaşlarla bağlı Milli Məclisdə qanun layihəsinin hazırlandığı bəyan edilib. Ən azından 4-5 ildir q...
25/03/2024

Hamıya məlumdur ki, soydaşlarla bağlı Milli Məclisdə qanun layihəsinin hazırlandığı bəyan edilib. Ən azından 4-5 ildir qurumlararası əlaqələndirmə işləri gedir və rəylər toplanır. Hər bir qurumun da burada öz yanaşması var.

“Haradasa 10 ilə yaxındır soydaşlarla bağlı ayrıca bir qanunun qəbul edilməsi gündəmə gətirilir”.

“Xaricdə yaşayan soydaşlar və diaspora təşkiları” haqqında qanunun qəbulu niyə gecikir? “Haradasa 10 ilə yaxındır soydaş...
25/03/2024

“Xaricdə yaşayan soydaşlar və diaspora təşkiları” haqqında qanunun qəbulu niyə gecikir?

“Haradasa 10 ilə yaxındır soydaşlarla bağlı ayrıca bir qanunun qəbul edilməsi gündəmə gətirilir”.

Bu fikirləri Diaspora.tv-yə açıqlamasında miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirib.

Onun sözlərinə görə, Gürcüstan, Rusiya, İran, Ukrayna və digər ölkələrdən gələn və Azərbaycanda yaşayan soydaşlarımız üzləşdikləri problemləri öz icmaları vasitəsilə vaxtaşırı gündəmə gətirirlər:

“Hər zaman da deyirlər ki, bizə qarşı münasibət bir qədər fərqli olmalıdır. Hətta soydaş anlayışı, zamanında Azərbaycan Respublikasının vətəndaşı olmuş, sonradan gedib başqa bir ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə da şamil olunan bir məsələdir. Onlar da düşünürlər ki, soydaşlara münasibət fərqli olmalıdır və bu qanunvericilikdə öz əksini tapmalıdır. Bununla bağlı ABŞ-dan, Almaniyadan və sair bizə müraciət edənlər də var. Hətta vaxtaşırı Milli Məclisdə çıxışlar olur... Yəni, bu baxımdan kifayət qədər aktual bir mövzudur. Hamıya məlumdur ki, soydaşlarla bağlı Milli Məclisdə qanun layihəsinin hazırlandığı bəyan edilib. Ən azından 4-5 ildir qurumlararası əlaqələndirmə işləri gedir və rəylər toplanır. Hər bir qurumun da burada öz yanaşması var”.

Ekspert qeyd edib ki, indiki halda ölkə ərazisində olan istənilən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə münasibət miqrasiya qanunvericiliyi ilə tənzimlənir:

“Burada hər hansı ayrı-seçkiliyə yol verilimir. İndiki halda qanunun qəbulu həm pozitiv, həm də neqativ ayrı-seçkilik kimi dəyərləndirilə bilər. Bu da müəyyən mənada digər kateqoriyadan olan miqrantların narazılığına səbəb ola bilər. Lakin istənilən halda qanunvericilikdə həmin güzəştlər təsbit edilibsə, buna uyğun qaydalar və davranışlar tənzimlənməlidir. Hazırda bu yoxdur və hamıya eyni münasibət bəslənilir. Heç bir poztiv və neqativ diskriminasiya halı yoxdur. Amma çoxsaylı müracitələri nəzərə alaraq “Xaricdə yaşayan soydaşlar və diaspora təşkiları” haqqında qanun layihəsinin hazırlanması, müzakirəyə çıxarılması istiqamətində müəyyən təkliflər səsləndirilir. Hətta “soydaş” anlayışı özündə nəyi ehtiva edirsə, bununla bağlı da ayrıca rəsmi müraciətim də olub”.

A.Allahverənov vurğulayıb ki, bu məsələ müəyyən mənada bütün tərəflərin maraqlarını nəzərə almaqla həyata keçirilə bilər:

“Bilirik ki, təcrübədə belə presedentlər var. Misal üçün, Rusiya, İsrail, Almaniya və digər dövlətlərdə soydaşlara münasibət tamamilə fərqlidir və bu əsasda da mövcud münasibətlər qurulur. Mən də bu məsələyə müsbət yanaşıram. Amma düşünürəm ki, bu geniş bir müzakirə olunacaq məsələdir. Qanunvericilik müəyyən güzəştlər verəcəksə, bundan yararlana biləcək şəxslərin təxmini sayı, iqtisadi çəkisi nəzərə alınacaqdır. Digər tərəfdən elə hallar da ola bilər ki, sırf hüquqi və ya siyasi xüsusiyyətə malik güzəştlər tətbiq edilə bilər. Bunlar da nəzərdən keçirilməlidir. Yaxın gələcəkdə bu qanunla bağlı dinləmələr keçirilərsə, təcrübəmə əsaslanaraq töhfə verə bilərəm. Ən azından sədri olduğum Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyi də bu istiqamətdə fəaliyyət göstərir. Bundan başqa bizim təşkilatın təsis etdiyi Miqrasiya Əməkdaşlıq Platforması var və bu 9 təşkilatın koalisiyasıdır. Bunun tərkibində işçi qrupu fəaliyyət göstərir. Hansı ki, onun işi bilavasitə diaspora fəaliyyəti ilə bağlı məsələlərin həyata keçirilməsində dövlətə dəstək olmaqdır”.

“Ana dilinin tədrisi dövlət qurumları və səfirliklər tərəfindən təşkil olunmalıdır” Xarici ölkələrdə Azərbaycan dilində ...
21/03/2024

“Ana dilinin tədrisi dövlət qurumları və səfirliklər tərəfindən təşkil olunmalıdır”

Xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən məktəblərdə dərs vəsaitlərinin çatışmazlığı var. Eləcə də bu məktəblərin maddi-texniki təminatı ilə bağlı problemlər özünü göstərməkdədir. Baxmayaraq ki, bir çox hallarda diaspor təşkilatları da bu məktəblərə dəstək göstərsələr də, yetərli olmur.

Azərbaycanın müafiq dövlət qurumları tərəfindən problemlərin aradan qaldırılması üçün hansı addımlar atıla bilər?

Məsələ ilə bağlı Diaspora.tv-yə açıqlama verən təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil alması ölkə üçün çox həyati əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, bu baxımdan müvafiq dövlət qurumları bu işə xüsusi dəstək göstərməlidir: “Bunun üçün müvafiq dövlət qurumunun büdcə sənədinə xüsusi bənd əlavə edilməlidir. Orada qeyd olunmalıdır ki, bu xaricdə yaşayan azərbaycanlıların təlim-tədris dəstəyi büdcəsidir. Məlumdur ki, dünyada bütün mədəniyyətlər, dillər öz varlığını qorumağa çalışır. Bir çox mədəniyyətin daşıyıcıları onu təbliğ etməyə çalışır. Bunun üçün müxtəlif alətlərdən istifadə edərək dəstək proqramları təşkil edirlər. Azərbaycan üçün də bu çox vacib məsələdir. Ona görə də düşünürəm ki, müvafiq dövlət qurumları vasitəsilə müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycandilli məktəblər üçün bu mənada dəstək göstərilməlidir”.

Q.Məhərrəmov vurğulayıb ki, davamlı yeni məktəblər açılmalıdır: “Xüsusilə Azərbaycan icmasının çox olduğu yerlərdə Azərbaycan dili və mədəniyyətinin yaşadılması üçün həftəsonu məktəbləri, müxtəlif kurslar açıla bilər. Bu mənada ayrı-ayrı təşəbbüslərlə diaspora təşkilatları, səfirliklər, konsulluqlar birlikdə iş görə və müxtəlif konseptdə təhsil müəssisələri aça bilər. Məlumdur ki, inkişaf etmiş ölkələrdə icmalara yönəlik məktəb açmaq asandır. Xüsusilə, dərsdənkənar məşğələ və ya həftəsonu məktəbləri kimi konseptlər asan formada təşkil oluna bilir. Sadəcə, burada maddi resurslar, texniki baza, dərslik və müəllim məsələsi qalır. Bunu da yenə də həmin ölkədə yaşayan yerli icmaların ictimai və ya qeyri-ictimai əsaslı dəstəyi ilə onları işə cəlb edərək həll etmək mümkündür. Qeyd etdiyim kimi, burada əsas rolu müvafiq dövlət qurumları və səfirliklər oynayır. Bu iş onlar tərəfindən təşkil olunmalıdır”.

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) 2024-cü il üçün nəzərdə tutduğu ilk layihəsini başa çatdırıb. Diaspora...
19/03/2024

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) 2024-cü il üçün nəzərdə tutduğu ilk layihəsini başa çatdırıb. Diaspora.tv-nin qonağı olan DABF-ın Təhsil və Gənclik Komitəsinin rəhbəri Yusif Məmmədov Fondun xaricdə təhsil layihəsi çərçivəsində gördüyü işlərdən danışıb.

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) 2024-cü il üçün nəzərdə tutduğu ilk layihəsini başa çatdırıb. Diaspora.tv-nin qonağı olan DABF-ın Təhsil və...

Media cameəsi güllük-gülüstanlıq deyil, burada hər kəs mələk ola bilməz. Biz cəmiyyətin bir parçasıyıq. Bütün sahələrdə ...
18/03/2024

Media cameəsi güllük-gülüstanlıq deyil, burada hər kəs mələk ola bilməz. Biz cəmiyyətin bir parçasıyıq. Bütün sahələrdə olan problemlər, tiplər bizdə də var. Hər gün buna şahidik. O zaman nəyin davasını edirik?! Niyə özümüzü hər bir məsələyə münasibət bildirməyə borclu hesab edirik?! Bu qədərmi bekarçılıqdır?!

Tozanaq yatdı, duman çəkildi. Cəmi 3-4 günə bir-birinə kükrəyən tərəflər öz “səngərlərinə” çəkildi. Nə var, nə var serialda bir dələduz jurnalist obrazı yaradılıb. Sən demə, bu bütün medianı təhqir etmək anlamına gəlibmiş...

Müzakirələrdən sonra Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini, Ukrayna Kikboksinq Federasiyasının vit...
18/03/2024

Müzakirələrdən sonra Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini, Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidenti, elmlər namizədi Elşad İbrahimov yenidən Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru seçilib.

Ukrayna Azərbaycanlıları Radasının onlayn formatda növbəti hesabat-seçki konfransı keçirilib.

Mən bu gündən sizə "yox" deyirəm! Deputat əlçatan olmalıdır. Bu gün biznes ledisiz, işim yoxdur bu qərarınızla, amma gəl...
18/03/2024

Mən bu gündən sizə "yox" deyirəm! Deputat əlçatan olmalıdır. Bu gün biznes ledisiz, işim yoxdur bu qərarınızla, amma gələcəkdə mandat alacaqsınızsa, qərarınıza bir daha baxmalı olacaqsız. Hər bir halda, uğurlar arzulayıram!

Ruhi xanım (Ruhiyyə Əliyeva) Tovuzun deputatı olmağa hazırlaşır. Belə bir niyyət həm özünün fəaliyyətində hiss edilir, həm də dost-tanışdan eşitmişəm. Aktiv xanımdır, yüksək təşkilatçılıq qabiliyyəti var, fikrimcə, öhdəsindən gələr.

Xəbər vediyimiz kimi, “Diaspora TV” Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) YouTub kanalı kimi fəaliyyətini...
15/03/2024

Xəbər vediyimiz kimi, “Diaspora TV” Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) YouTub kanalı kimi fəaliyyətini bərpa edib. “Diaspora TV”-nin ilk verilişi Ramazan ayına təsadüf etdiyi üçün “Dünyada yaşayan azərbaycanlılar Ramazanı necə qeyd etməlidir?” mövzusu ətrafında müzakirələr aparılıb.

Xəbər vediyimiz kimi, “Diaspora TV” Dünya Azərbaycanlılarının beynəlxalq yüklənməsi (DABF) YouTub kanalı kimi fəaliyyətini bərpa edib. “Diaspora TV”-nin ilk ...

Hacı Şamil Rəsulov Ramazan və onun fəzilətləri, oruc tutmağın dini və sosial mahiyyəti, dünyada yaşayan azərbaycanlıları...
15/03/2024

Hacı Şamil Rəsulov Ramazan və onun fəzilətləri, oruc tutmağın dini və sosial mahiyyəti, dünyada yaşayan azərbaycanlıların Ramazan ayını necə qeyd etmələri barədə suallara aydınıq gətirib.

Xəbər vediyimiz kimi, “Diaspora TV” Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) YouTub kanalı kimi fəaliyyətini bərpa edib. “Diaspora TV”-nin ilk verilişi Ramazan ayına təsadüf etdiyi üçün “Dünyada yaşayan azərbaycanlılar Ramazanı necə qeyd etməlidir?” ...

14/03/2024

Misal gətirdiyimiz bu iki fakt məmur məsliyyətsizliyi ucbatından vəziyyətin necə kritik olduğunu göstərir. Bu hadisələr əvvəl olsa da, vəziyyətdə keyfiyyət dəyişikliyi baş verməyib. Bir sözlə, ciddi keyfiyyət dəyişikliyinə ehtiyac var.

Diaspora.TV-nin Analitik Qrupunun təqdim etdiyi yazı şərh bölümündə....

13/03/2024

Məsim Əhməd oğlu Məmmədov Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

13/03/2024

İranın vəziyyəti çox gərgindir...

Address

Azerbaycan
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Xeberin Varmi? posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Xeberin Varmi?:

Videos

Share


Other Media/News Companies in Baku

Show All

You may also like