Rakurs.TV

Rakurs.TV Rakurs.TV xəbər portalının rəsmi facebook səhifəsi.

Cəlilabadda vəzifəli şəxs rüşvət alarkən tutulub.Baş Prokurorluğun Mətbuat xidmətindən  verilən məlumata görə, Korrupsiy...
10/09/2022

Cəlilabadda vəzifəli şəxs rüşvət alarkən tutulub.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad rayon Dövlət Arxivinin müdiri İskəndərov Toğrul Çapar oğlu vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.

Müəyyən edilib ki, Toğrul İskəndərov qeyd olunan vəzifədə işləyərkən tanışı Bağır Şirəliyevlə qabaqcadan əlbir olaraq 2022-ci ilin avqust ayı ərzində vətəndaşın adına torpaq sahəsi ayrılmasına dair arxivdə olan sənədlər əsasında müvafiq arayışın verilməsi müqabilində rüşvət alıb.

Habelə, Toğrul İskəndərovun qabaqcadan əlbir olduğu Bağır Şirəliyevlə birlikdə ayrı-ayrı vətəndaşlara müvafiq qurumlarda iş stajlarının olması barədə saxta arayışlar təqdim edərək onların 11 min 500 manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə, qeyd edilən qanunsuz hərəkətləri ilə vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə də əsaslı şübhələr müəyyən edilib.

İlkin sübutlar əsasında Toğrul İskəndərov və Bağır Şirəliyevə Cinayət Məcəlləsinin müvafiq olaraq 311.1 (rüşvət alma), 32.4 312.2 (rüşvət verməyə təhrik etmə), 178.2.1, 178.2.2, 178.2.3 (dələduzluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə təkrar törədildikdə ) və digər maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə Toğrul İskəndərov barəsində həbs, Bağır Şirəliyev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri xahiş olunur.

❗️Türkiyədə avtobus qəzasında 42 nəfər yaralandı.▪️İstanbulun Avcılar Şükrübey dayanacağı yaxınlığında baş verən qəzada ...
09/09/2022

❗️Türkiyədə avtobus qəzasında 42 nəfər yaralandı.

▪️İstanbulun Avcılar Şükrübey dayanacağı yaxınlığında baş verən qəzada 4 avtobus toqquşub.

Biləcəridə narkotiklə bağlı 44 nəfər saxlanılıb. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlu...
09/09/2022

Biləcəridə narkotiklə bağlı 44 nəfər saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında Biləcəri qəsəbəsində son 1 həftə ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümumilikdə 44 nəfər saxlanılıb.

Bu gündən Rusiyada vahid seçkilər prosesinə start verilib. Ölkə vətəndaşları 3 gün ərzində 14 regionun başçısını və 6 qa...
09/09/2022

Bu gündən Rusiyada vahid seçkilər prosesinə start verilib.

Ölkə vətəndaşları 3 gün ərzində 14 regionun başçısını və 6 qanunverici orqanın, eləcə də 12 subyektdə bələdiyyə orqanlarının üzvlərini seçəcəklər.Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 69 mindən çox namizəd qeydə alınıb, onların 56 min 600 nəfəri müxtəlif partiyaların üzvləridir.

Seçkilərdə 1655 ərazi və 37 min 525 sahə seçki komissiyası fəaliyyət göstərir. Moskvanın 125 rayonunda bələdiyyə seçkiləri baş tutacaq. Paytaxtda 1417 bələdiyyə üzvü yerinə 5700 namizəd qeydə alınıb.

Vətəndaşlar Qazaxda generalı DÖYÜB
08/09/2022

Vətəndaşlar Qazaxda generalı DÖYÜB

Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov ötən gün işdən çıxarılıb və onun barəsində cinayət işi başlanıb.

Baş Prokurorluq jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamının ailəsindən 20 min manat pul tələb etməsi ilə bağlı id...
08/09/2022

Baş Prokurorluq jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamının ailəsindən 20 min manat pul tələb etməsi ilə bağlı iddialara münasibət bildirib.
Qurumun Mətbuat Xidmətindən verilən məlumata görə, cinayət faktı haqqında mediada dərc edilmiş və səsləndirilmiş hər bir məlumat prokurorluq orqanları tərəfindən araşdırılır.Dünən jurnalist, "haqqin.az" portalının baş redaktoru Eynulla Fətullayev sosial media hesabında iddia edib ki, Ə.Zeynallı sentyabrın 3-də həbsdə olan biznesmenin ailəsindən 20 min manat pul tələb edib və iş adamını tənqid etməkdən əl çəkəcəyi müqabilində onun yaxınlarından pul almağa nail olub. İttihamda adı keçən vəkil Elçin Sadıqov da "Haqqin.az" saytının yazdıqlarını qara-piar adlandırıb. Vəkilin sözlərinə görə, Əvəz Zeynallının biznesmenin yaxınlarından pul alması barədə deyilənlər yalandır. O, bunun sadəcə azad sözə hücum olduğunu vurğulayıb.

Şəhid Xudayar Yusifzadənin anası əməliyyat olundu
08/09/2022

Şəhid Xudayar Yusifzadənin anası əməliyyat olundu

Şəhidimizin anası Radə Qurbanova uşaqlığın simptomlu leyomioması, uşaqlıq boyunun displaziyası diaqnozu ilə bu gün paytaxtdakı tibb müəssisələrindən birində əməliyyat edilib. 

Daxili İşlər Nazirliyi (DİN) artıq məsələni nəzarətə götürüb. Fakt üzrə Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılı...
07/09/2022

Daxili İşlər Nazirliyi (DİN) artıq məsələni nəzarətə götürüb. Fakt üzrə Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Toplum TV-yə məsələnin aidiyyatı qurumlarla birlikdə araşdırıldığını deyib:
“Komitənin əməkdaşları psixoloqun iştirakı ilə tibb müəssisəsində olub. Yetkinlik yaşına çatmayan qızın sağlamlıq vəziyyəti ilə maraqlanıb və onun psixoloji durumu qiymətləndirilib. Azyaşlı ananın və yenidoğulmuş körpənin sonrakı taleyi ilə bağlı məslələlər Komitə və aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və bu istiqamətdə müvafiq tədbirlər görülməkdədir”.

07/09/2022

Övladlarına şəhid statusu ala bilməyən valideynlər Prezident Administrasiyasına yürüş edirlər

Onu tabutun açılmasına icazə vermədən dəfn ediblər - Tərtər işi
07/09/2022

Onu tabutun açılmasına icazə vermədən dəfn ediblər - Tərtər işi

“Tərtər işi”ndə hərbçi Təmkin Nizamioğlunun da işgəncələr nəticəsində öldüyü istintaq tərəfindən sübuta yetirilib. Belə ki, onun meyiti ekshumasiya edilib və keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə bu hal təsdiq olunub.

Güclü yağış şəhəri suda boğur.Bakı, 1909-cu il.Fotonu Səbuhi Sadiq göndərib.
07/09/2022

Güclü yağış şəhəri suda boğur.
Bakı, 1909-cu il.
Fotonu Səbuhi Sadiq göndərib.

Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib.Prezident İlham Əliyev yeni sərəncam imzalayıb. O, İbrahim Cəfəro...
07/09/2022

Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev yeni sərəncam imzalayıb. O, İbrahim Cəfərovu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edib.
Qeyd edək ki, İbrahim Həsən oğlu Cəfərov 25 iyul 2013-cü il tarixindən bu vəzifəni icra edib. Bu təyinatdan öncə isə o, ADAU-nun rektor əvəzi, tədris işləri üzrə prorektoru olub.

Sabahınız xeyirli və uğurlu olsun
07/09/2022

Sabahınız xeyirli və uğurlu olsun

Rasim Məmmədov deyir ki, DTX əməkdaşları kimə nə qədər pul verdiyini yazdığı qeyd kitabçası və flaşkaları götürsələr də,...
06/09/2022

Rasim Məmmədov deyir ki, DTX əməkdaşları kimə nə qədər pul verdiyini yazdığı qeyd kitabçası və flaşkaları götürsələr də, işə əlavə olunmayıb

“Baku Steel Company” şirkətinin (poladəritmə zavodu) Müşahidə Şurasının sədri, 1 il 8 aydır həbsdə olan Rasim Məmmədov bildirib ki, 2011-ci ildə zavodu yaradanda Prezident Administrasiyasının o zamankı rəhbəri Ramiz Mehdiyev və Prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovla üçlükdə görüşləri olub. Bundan sonra ötən 10 il ərzində də yüksək vəzifəli şəxslərlə dəfələrlə görüşləri, danışıqları olub. Bu müddətdə kimlərlə hansı söhbətlər etdiyini, kimə nə qədər pul verdiyini saxlandığı kamerada yazdığı kitabda göstərib.

Bütün bunları Rasim Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində deyib.

Hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası bu məhkəmədə onun işinə baxır. Məhkəmənin hazırlıq iclasında Rasim Məmmədovun vəkilləri onun məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyməsi, onun ev dustaqlığına buraxılması, əmlakları üzərinə həbs qoyulmuş qohumlarının üçüncü tərəf kimi bu prosesə cəlb olunması, hal şahidlərinin ifadələrinin sübutlar siyahısından çıxarılması və s. vəsatətlər qaldırıb.

Rasim Məmmədov özü də bildirib ki, onu həbs edərək zavodunu, başqa əmlaklarını əlindən alıblar. Onun sözlərinə görə, özüylə kifayətlənməyib, qohumlarının da əmlaklarına əl qoyublar:

“O zavodu özüm qurub yaratmışam. İndi deyirlər, “sənin deyil”. Qohumlarımınsa əmlakına həbs qoyublar ki, Rasimindir. Mənim olana deyirlər, sənin deyil. Mənim olmayana deyirlər, sənindir…”

Rasim Məmmədov bildirib ki, zavodun necə yaranması, ötən illər ərzində kimlərlə pay bölgüsü olması və s. məsələlərin hamısını bir-bir açıqlayacaq. Onun sözlərinə görə, razılaşma əsasında fəaliyyət göstərib, kimsənin də narazılığı olmayıb.

“Hələ də anlamıram, nə baş verdi ki, qəfil hər şey dəyişdi? Bütün bu biabırçılıqlar kimə, nəyə lazım idi? Sakit-sakit işləyirdik, hamı da qazanırdı…”

Sabiq zavod rəhbəri deyir ki, kimin qalmaqal yaratdığı ona məlumdur. O, həmçinin öz ünvanına səslənən qeyri-rəsmi ittihamdan da danışıb:

“Məni prezidentə xəyanətdə ittiham edirlər. Yalandır. Mən danışacam, onda bilinəcək ki, kim kimə necə xəyanət edib…”

Rasim Məmmədov ilkin razılaşmanın onunla Ramiz Mehdiyev və Bəylər Əyyubov arasında olduğunu iddia edir. Vəkili də Ramiz Mehdiyevin məhkəməyə çağırılıb şahid qismində dindirilməsi haqda vəsatət qaldırıb.

“Düzdü, vəkilimin vəsatətini müdafiə edirəm. Amma qoca kişidir, 85 yaşı var, qoy oturub…”, – vəkilinin vəsatətinə iş adamının münasibəti belə olub.

Vəkil onu da bildirib ki, Rasim Məmmədov DTX əməkdaşları tərəfindən saxlanılarkən onun evindən və iş kabinetindən qeyd kitabçaları, iki flaşkart götürülüb. Orada 2011-ci ildən bu yana Rasim Məmmədovun kimə nə qədər pul verdiyi barədə qeydlər olub. Amma həmin kitabça və flaşkartlar iş materialları arasında yoxdur.

“Mən o kitabçaların üzə çıxmasını istəyirəm. Orda kimlərin adı var… Mən məhdud çərçivədə olan söhbətləri açıqlamaq istəməzdim. Amma buna məcbur edirlər. 20 aydır DTX-da 15 kvadratmetrlik otaqda qalıram. Orada qeydlər aparıram, kitab yazıram. Mənim orada qalmağıma görə bu gün azadlıqda olanlar narahat olsun. Ötən 10 ildə kimə nə qədər pul vermişəm, kiminlə nədən danışmışam, hamısını orada detallı şəkildə yazıram. Mən dövlətin malını, pulunu yeməmişəm. Özüm öz pulumu qazanıb, yemişəm. Üstəlik, başqaları da gəlib qazancıma şərik olub. Məhkəmədə hamısının bir-bir deyəcəm”, – Rasim Məmmədov bildirib.

Vəkillər həmçinin evdə, iş yerində axtarışda iştirak edən hal şahidlərinin ifadələrinin sübutlar siyahısından çıxarılmasını istəyib. Belə əsaslandırıblar ki, hal şahidlərinin eyni vaxtda müxtəlif yerlərdə şahidlik etməsi rəsmiləşdirilib. Bu isə mümkün deyil.

Hakimlər vəsatətlərin heç birini təmin etməyib.

Rasim Məmmədovun etirazlarından biri də qardaşı Süleyman Məmmədovla bağlı məsələyə olub:

“İttihamda yazıblar ki, baş direktorun vəzifəsini mənimsəmişəm. Gülməlidir. Zavod mənim, baş direktoru da doğma qardaşımdı. Mən öz əlimlə qurduğum zavodda doğma qardaşımın vəzifəsini mənimsəmişəm?”

Məkəmədə o da məlum olub ki, Rasim Məmmədovun isveçrəli vəkilləri var. Onların məhkəmədə vəkil kimi iştirakına Azərbaycan qanunvericiliyi imkan verməsə də, məhkəmədə iştirak edib, prosesi izləyə bilərlər.

Azərbaycanlı vəkillər gileylənib ki, isveçrəli həmkarları məhkəmə prosesinə buraxılmır.

Hakim isə bildirib ki, məhkəmə prosesi açıq keçirilir, istənilən şəxs iştirak edə bilər, məhdudiyyət yoxdur.

Bu iş üzrə məhkəmə istintaqı sentyabrın 9-da başlayacaq.

1976-cı il təvəllüdlü Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində 13 milyon 200 min manatın mənimsənilməsi, 42 milyon manatlıq məhsulun israf edilməsindən söhbət gedir.

Rasim Məmmədova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham verilib.

Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Rasim Məmmədov ittihamları qəbul etmir, özünü təqsirli bilmir.

"Wolt" işçiləri niyə etiraz edir?Bəxtiyar Hacıyev izah edirBir neçə gündür "Wolt" şirkətinin 1200-dən çox kuryeri şirkət...
06/09/2022

"Wolt" işçiləri niyə etiraz edir?
Bəxtiyar Hacıyev izah edir
Bir neçə gündür "Wolt" şirkətinin 1200-dən çox kuryeri şirkətin yeni qaydalarına etiraz əlaməti olaraq boykot edirlər. Onların bir qismi bu gün Caspian PlatForumda mətbuat konfransı keçirdilər.
Əsas dəyişikliklərdən biri şirkətin onlara iki sifariş götürəndə birinin pulunu təklif etməkləri olub. Məsələn, kuryer Gənclikdən Elmlərə sifariş aparırsa, yolüstü Statistika komitəsinə də sifariş çatdırırsa, əvvəllər hər iki sifariş üçün kuryerə pul ödənilirmiş. İndi hər iki sifarişə görə şirkət müştəridən pul alsa da, onlardan birini kuryerə verirlərmiş ki, onsuz da bu yolu gedirsən, "yolüstü bunu da ver də".
Kuryerlərin ikinci tələbləri tariflərin azaldılması, üçüncü tələbləri isə tanınmış "Waze", yaxud "Google Maps" proqramlarınndan istifadə edilməsidir. Bu tələbi birinci dəfə eşidəndə öz-özümə "nə fərqi var proqramın" düşünmüşdüm. Ancaq kuryerlər izah edirlər ki, şirkətin indi istifadə etdiyi xəritə proqramı ilə digər tanınmış proqramlar arasında kilometrlərlə fərq yaranır, bu da onların gəlirlərini azaldır.
Hər bir halda şirkətin kuryerlərinin yarıdan çoxu, 1200 nəfər aktiv boykota qoşulubsa, bunu təqdir etmək lazımdır. İctimaiyyət də, "Wolt" müştəriləri də bu etiraza dəstək verməlidirlər. Şirkət müştəridən sifarişə görə pul alırsa, bunu həyatını riskə atan, əziyyə

05/09/2022

Lerikdə dəhşətli qəza..
Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər geri qayıdarkən Lerik rayonunun Günəşli kəndi ərazisində qəzaya düşüblər.
Rakurs.tv xəbər verir ki, təqribən 18-20 nəfər tutumu olan mikroavtobusda olan sərnişinlərin əksəriyyətinin yaşlı adamlar olduğu bildirilir.
Qəza nəticəsində 8 nəfər ölüb, 10-a qədər insan yaralanıb.
Lerik rayon İcra Hakimiyyəti Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov xəbəri təsdiqləyib.
Hazırda faktla bağlı araşdırma aparılır.

Özünü yandıran I Qarabağ müharibəsi veteranı Həsənov Nazir Məmmədhəsən oğlu vəfat edib. Bu barədə sentyabrın 6-da Baş Pr...
05/09/2022

Özünü yandıran I Qarabağ müharibəsi veteranı Həsənov Nazir Məmmədhəsən oğlu vəfat edib.
Bu barədə sentyabrın 6-da Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, sentyabrın 4-də Ucar rayonu, Alpout kənd sakini, II qrup əlil Nazir Həsənovun yaşadığı evin həyətindəki özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən vəfat edib.
Onun 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsində sentyabrın 5-də öldüyü bildirilib.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Rakurs.TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rakurs.TV:

Videos

Share