Gorus-Qafan yolunda polis postu qurulub Görüntülərdə artıq Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı əməkdaşlarının Gorus-Qafan yolu üzərində qurulan postda xidmət etdiyi məlum olur. Burada İrandan Ermənistana, oradan isə Azərb
Gorus-Qafan yolunda polis postu qurulub
Görüntülərdə artıq Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı əməkdaşlarının Gorus-Qafan yolu üzərində qurulan postda xidmət etdiyi məlum olur. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.
Məlumata görə, maşınların daşıdığı yüklər yoxlanıldıqdan sonra onların hərəkətinə icazə verilir. İçərisində qadağan olunmuş yüklər olan avtomobillər geri qaytarılır.
Qeyd edək ki, son günlər İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılıb.
Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb.
Tokioda qızıl medal qazanan Şəhanə göz yaşlarına hakim ola bilmir və sonda hərbi salamını verir.
Tokioda qızıl medal qazanan Şəhanə göz yaşlarına hakim ola bilmir və sonda hərbi salamını verir.
Erməni hərbi cinayətkarların məhkəməsi başlayıb Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Arama
Erməni hərbi cinayətkarların məhkəməsi başlayıb
Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Ombudsman Səbinə Əliyeva təqsirləndirilən şəxslərlə görüşüb, onların saxlanma şəraiti və səhhətləri ilə maraqlanıb.
Erməni hərbçilərin azərbaycanlılara əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.
Məhkəmə baxışı iyunun 9-na təyin edilib.
Cəbrayıl rayonunun Sirik kəndindən görüntülər
Cəbrayıl rayonunun Sirik kəndindən görüntülər
Artilleriya
Artilleriyanın snayperi sayılan D-30 Haubitsa topları ilə düşmənin mövqelərini, çoxlu sayda canlı qüvvəsini, zirehli texnikasını, nəqliyyat vasitələrini, habelə düşmənin silah anbarlarını və digər hərbi obyektlərini dəqiq atəşlərlə məhv edən Komutan Rəşad Zülfüqarov.
Müzəffər Ordumuzun bir üzvünün döyüş meydanındakı görüntülərindən qısa xülasə.
Bu torpaq sizlərin, şəhidlərimizin, qazilərimizin, döyüşdə iştirak edən hər bir şəxsin, vuruşanın, vuruşana silah-sursat, təminat gətirənin, yaralıları və şəhidləri döyüş meydanından çıxaranların, həkimlərin, xalqın, hər bir vətəndaşın sayəsində işğaldan azad olundu. Qismən sayda hərbçilərimiz döyüşlərdə iştirak etdisə digər sayı Hərbi Komissarlıqların qarşısında saatlarla xahiş etdi, yalvardı ki, məni də aparın. Belə xalqı məhv etməkmi olar? Bu xalqın torpağı işğal altındamı qala bilər? Əlbəttə ki xeyr! Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Ali Baş Komandan! Şəhidlərimizə rəhmət yaxınlarına səbr, qazilərimizə təcili şəfalar diləyirik!
Alat.Az
Bayramda karantin sərtləşərsə, rayonlara yollar bağlanarsa... Deputat sərt danışdı: "Polislə vətəndaşı üz-üzə qoymayın"
Bayramda karantin sərtləşərsə, rayonlara yollar bağlanarsa... Deputat sərt danışdı: "Polislə vətəndaşı üz-üzə qoymayın"
❗️ Bakının Mixail Kaveroçkin küçəsində avtoyuma məntəqəsində yanğın baş verib. Hazırda əraziyə FHN əməkdaşları cəlb olunub.
❗️ Bakının Mixail Kaveroçkin küçəsində avtoyuma məntəqəsində yanğın baş verib. Hazırda əraziyə FHN əməkdaşları cəlb olunub.
İctima televiziyadan...
Xalq şairi Bəxtiyar Vahabzadə Azərbaycanı sevdiyi qədər yox Xalqın necə olduğu qədər təsvir etmişdir. Həqiqətən də, hər günümüz bir tarixdir. Həqiqətən də, bu qədə qəddar eyni zamanda dövrünün müasir silahları ilə təhciz olunmuş düşmən qarşısına sinəsini sipər etmişdi bu Xalq! Tarixdir bu xalq!
20 Yanvar və bu günədək Torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyirik!
Haqq.Az