11/08/2023
10.08.23 tarixində “Egalite” nəşriyyatının təmsilçiləri Samira Alakbarli və Araz Bağırov Baku Research Institute tərəfindən təşkil olunan “Tərcümə maarifçiliyi nədir və nəyə lazımdır? Bilik monopoliyasına qarşı alternativlər” adlı tədbirdə çıxış edərək,nəşriyyatın bu yolda gördükləri işlər, ideya və prinsipləri, kitab seçimləri və məqsədləri, həmçinin üzləşdikləri əsas çətinliklər barədə danışıblar.
“Egalite” barəsində daha çox məlumata sahib olmaq və növbəti kitabımız haqqında bilmək istəyirsinizsə, sizi bu müzakirəyə baxmağa dəvət edirik.
Bakı Araşdırmalar İnstitutuna dəvət üçün təşəkkür edirik!