24/12/2023
Sevinc Osmanqızı kimi jurnalist bir günə yetişmir ki, bir gün səhər yuxudan durub onu tənqid hədəfinə çevirəsiniz. Azərbaycanda Osmanqızı kimi 35 il həm beynəlxalq, həm milli jurnalistika karyerası olan neçə nəfər tanıyırsınız? Bu xanım 18 yaşından başlayaraq öz ixtisas kvalifikasiyasını rəsmi təsdiq etdirməyə başlayanda çoxları ömürlərinin böyük hissəsini natural təsərrüfatla məşğul olmaqla keçiriblər. İnsana qiymət verməyi bacarın. Jurnalistikanın özünün fəndləri var, Osmanqızı öz verilişlərində bu fəndlərdən istifadə edərək auditoriyası üçün maraqlı diskurslar yaradır. Bunu anlaya bilmirsinizsə siyasətlə məşğul olmayın. Osmanqızı öz kanalında istənilən haqsızlığı işıqlandırır. Əlbəttə ki, ideal deyil, amma baş tutmuş ən uğurlu kanaldır. Cəmiyyət həqiqəti hər yerindən duranın sözündən qəbul etmir, bunu başa düşmək üçün dərin ağıla ehtiyac yoxdur. Mən bir dəfə yazmışam, yenə təkrarlamağa ehtiyac var, Sevinc Osmanqızının tənqidi Azərbaycanın bütün KİV-lərinin tərifindən faydalıdır. Siz istəyirsiniz ki, Əli Kərimlini Ata Abdullayev, Fuad Muradov tənqid etsin? Mən bir kənar müşahidəçi kimi deyə bilərəm ki, Osmanqızı Əli Kərimlinin dəyərini partiya üzvlərinin 90 faizindən daha çox anlayır. Kənardan hər şey görünür, Əli Kərimlinin özünün savadı və təcrübəsi yetir ki, Sevinc Osmanqızının tənqidlərinə tutarlı cavab versin. Başqalarının qaş düzəltmək istədiyi yerdə vurub göz çıxarmasına nə ad vermək olar? 5 il öncə Gültəkin Hacıbəyliyə qarşı uyğun hücumlar var idi. O zaman da düşünə bilən hər kəs buna qarşı çıxdı. Beydulla Manaf Əli bəyi artist adlandırıb, siz də çıxıb ona artist dediniz. Nəticə nə oldu? Amma Beydulla Manafa məsləhətləşib tutarlı cavab hazırlamaq olardı. O Amerikada yaşayır, cəmiyyətdə hansı proseslərin getdiyini bilmir. Onun məlumatı yoxdur ki, rejim Azərbaycanda ailə institutunu dağıtmaqla məşğuldur. 10 ailədən 8-i formal xarakterlidir. Öz uşaqları üçün risk götürməyən valideyn ölkədə demokratiya uğrunda mübarizə aparacaq? AXCP üzvü Əlizamin Salayevin ilk həbsi hüquq-mühafizə orqanlarının azərbaycan ailələrinin içində nələr törətdiyini ortaya qoya bildi. Bax bunu demək lazım idi. Bugün minlərlə qadın açıq-gizli fahişəliklə evə pul gətirir. Bunu yeyən kişi demokratiya uğrunda mübarizə aparacaq? Tanıdığınız adamlar var, işdə arvadını döyüblər, söyüblər. Yenə "cənab prezident" sözü dilindən düşmür. Həyat yoldaşını qorumayan adam başqalarının rifahı uğrunda mübarizə aparacaq? Uşağının qanını p**a satan adamlar mübarizə aparacaq? Bakıda 250 min insanın evini uçurublar, evini qorumayan kişi rifah uğrunda mübarizə aparacaq? Biz cəmiyyət olaraq bu alçaq hərəkətləri yemək istəməyən adamları toplaya bilməyin formulunu tapmalıyıq. Bunları demək lazım idi. Sevinc Osmanqızına, Bedulla Manafa məişət səviyyəsində hücum etmək nə verəcək sizə? Bu tip yanaşmanı birdəfəlik yığışdırmaq lazımdır.