Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

  • Home
  • Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi KİTABXANANIN SƏHİFƏSİ

27 yanvar 2025 – ci il tarixdə Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində çalışan gənc əməkdaşların iştirakı ilə “Azə...
27/01/2025

27 yanvar 2025 – ci il tarixdə Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində çalışan gənc əməkdaşların iştirakı ilə “Azərbaycan kinosu: dünən və bu gün” başlığı altında dəyirmi masa keçirilmişdir.

Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məsmə Kərimli tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycan kinosu tarixi və şərəfli bir yol keçib. Yazıçı İbrahim bəy Musabəyovun eyniadlı pyesi əsasında 1905-ci ildə ekranlaşdırılmış H.Ərəblinskinin çəkildiyi səssiz “Neft və milyonlar səltənətində” filmindən indiyədək 300-dən çox tam və qısametrajlı kinosüjet və 100-dən çox cizgi, 150-dən çox xronikal sənədli, elmi-kütləvi, sifarişli, televiziya bədii və tədris filmləri istehsal edilib tamaşaçıların ixtiyarına verilib.

Babək Rayon Mədəniyyət İdarəsinin gənc əməkdaşlarından Fəridə Həsənli, Səriyyə Məhərrəmova, Məlahət Salayeva və başqaları mövzu ətrafında öz fikirlərini işrirakçılarla bölüşdülər. Səslənən fikirlərdə qeyd olundu ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının mədəni inkişaf sahəsində kino işçilərinin xidmətlərini və ölkəmizdə çəkilmiş kinosüjetlərin ilk kinoseansının həyata keçirildiyi tarixi nəzərə alaraq bu günün qeyd olunması barədə Sərəncam imzalayıb. 2000-ci il 18 dekabr tarixli 558 saylı Sərəncama əsasən 2 avqust Azərbaycan Kinosu Günü elan edilib. İkinci Qarabağ müharibəsi, Vətən savaşındakı şanlı qələbəmiz münasibətilə filmlər yaradılır, ssenarilər üçün müsabiqələr keçirilir.

Dəyirmi masa sonra diskussiya şəklində davam etmişdir.

25 yanvar 2025 – ci il tarixdə Babək Rayon MKS – nin Qahab Kənd Kitabxana Filialının əməkdaşı Süsən Orucova tərəfindən Q...
25/01/2025

25 yanvar 2025 – ci il tarixdə Babək Rayon MKS – nin Qahab Kənd Kitabxana Filialının əməkdaşı Süsən Orucova tərəfindən Qahab kənd sakini, sağlamlıq imkanı məhdud Heyran Bağırovaya səyyar kitabxana xidməti göstərilmiş, “Kəlilə və Dimnə” kitabından parçalar oxunmuşdur.

Növbəti “Kitabxana Günü” keçirilmişdir.                    24 yanvar 2025 – ci il tarixdə Babək Rayon Mərkəzləşdirilmi...
24/01/2025

Növbəti “Kitabxana Günü” keçirilmişdir.

24 yanvar 2025 – ci il tarixdə Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Kitabxana Günü”ndə amerikalı yazıçı Frensis Skott Fitsceraldın “Dəniz qulduru” əsərinin müzakirəsini keçirmişdir.

Tədbiri Babək Rayon MKS – nin direktoru Məsmə Kərimli açaraq bildirdi ki, Frensis Skott Fitscerald müasirlərinin şüurunda təkcə yazıçı kimi deyil, həm də öz dövrünü təcəssüm etdirən canlı əfsanə kimi qalmışdır. O, ötən əsrin 20-ci illərində amerikan gəncliyinin pərəstişgahı idi, gənclər ona öz dünya duyumlarının parlaq ifadəçisi kimi baxırdı. F.S.Fitsceraldın yaradıcılığı amerikan düşüncə tərzinin böyük bir dövrünü özündə əks etdirir və yüksək estetik dəyər baxımından olduqca əhəmiyyətlidir.

Babək Rayon MKS – nin əməkdaşlarından Sevinc İsmayılova və Xanım Əsədova “Frensis Skott Fitsceraldın həyat və yaradıcılığı”, “Dəniz qulduru əsərinin məzmunu” mövzularında müzakirə iştirakçılarına məlumat verdilər. Çıxışlarda bildirildi ki, Frensis Skott Fitscerald 24 sentyabr 1896-cı ildə Minnesota ştatının Sent-Pol şəhərində imkanlı katolik irland ailəsində dünyaya gəlmişdir. Hələ Priston Universitetində oxuyarkən o, universitet müsabiqələrinin qalibi olmuş hekayə və pyeslərini yazmış, bu illərdə musiqili komediya müəllifi olmaq arzusu ilə yaşamışdır. O, 1925-ci ildə nəşr olunmuş "Möhtəşəm Qetsbi" romanı ilə yanaşı, Amerika Birləşmiş Ştatlarında "caz dövrü"ndən bəhs edən bir sıra əsərləri ilə şöhrət qazanıb. “Caz əsrinin hekayələri” adlı hekayələr toplusuna “Ağır sınaq”, “Bencamin Battonun qəribə əhvalatı”, “Buz sarayı”, “Dəvənin arxası”, “Ədabaz Martin-Cons və “Uels şahzadəsi”, “İsti və soyuq qan”, “Küləyə düşmüş ailə”, “Dəniz qulduru” və “Saxsı və çəhrayı” əsərləri daxil edilib. 1940-cı il dekabrın 21-də Frensis Skott Fitscerald ürəktutmasından - infarktdan Hollivudda vəfat edir. “Dəniz qulduru” əsərində Ardita adlı cavan qızın başına gələn maraqlı və o qədər də qorxulu olan hadisələr qələmə alınıb. Əsərdə “dəniz quldur”ları tərəfindən qaçırılan gənc qızın onlara qarşı apardığı mübarizədən bəhs olunur.

Müzakirə sonra diskussiya şəklində davam etmişdir.

21 yanvar 2025 – ci il tarixdə “Nağıl Günü” ilə bağlı Babək Rayon MKS – nin Uşaq Kitabxanası tərəfindən Babək Şəhər Körp...
21/01/2025

21 yanvar 2025 – ci il tarixdə “Nağıl Günü” ilə bağlı Babək Rayon MKS – nin Uşaq Kitabxanası tərəfindən Babək Şəhər Körpələr Evi Uşaq Bağçasında, Yuxarı Uzunoba, Sirab, Yarımca, Kültəpə, Qahab, Məzrə, Məmmədrza Dizə və Gərməçataq kitabxana filialları tərəfindən isə müvafiq məktəblərdə bir – birindən maraqlı nağıllar oxunmuşdur.

20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Bu, ləyaqətini qoruma...
19/01/2025

20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Bu, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan millətin tarixində şərəfli bir səhifədir. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar. O gecə məsum insanlara açılan atəş tarixin axarını tam dəyişdi, milli intibahın, azadlıq hərəkatının qədərini müəyyən edən hadisə oldu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilərək dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılıb. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündən sonra mətbuata bəyanat verib. Prezident İl...
18/01/2025

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündən sonra mətbuata bəyanat verib. Prezident İlham Əliyev bildirib ki, Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir.

“Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar”, prezident deyib.

Energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlığa toxunan prezident bildirib ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır.

İlham Əliyev bəyanatda vurğulayıb ki, keçən il bu, 25 milyard kubmetrə çatıb və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür.

“Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır”, İlham Əliyev vurğulayıb.

O həmçinin Gürcüstanla birlikdə yaşıl enerji , Orta Dəhliz layihəsini xatırladaraq, Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynadığını bildirib.

“Bir şeyi də deyə bilərəm ki, Sizin partiyanızın qələbəsi bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit region olması üçün xüsusi əhəmiyyət daşıyır və biz bu qələbəyə Sizin dostunuz, qardaşınız kimi sevinirik. Sizin hökumətinizə fəaliyyətində yeni uğurlar arzulayırıq”, İlham Əliyev əlavə edib.

Öz növbəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında tərəfdaşlıq gələcəkdə də eyni ruhda inkişaf edəcək.

“Ümumxalq Hüzn Günü” ilə əlaqədar tədbir keçirilib. 17 yanvar 2025 – ci il tarixdə Babək Rayon Mədəniyyət Sarayında “20 ...
17/01/2025

“Ümumxalq Hüzn Günü” ilə əlaqədar tədbir keçirilib.

17 yanvar 2025 – ci il tarixdə Babək Rayon Mədəniyyət Sarayında “20 Yanvar – Ümumxalq Hüzn Günü” ilə əlaqədar Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində çalışan əməkdaşların iştirakı ilə “20 Yanvar həqiqətləri” başlığı altında tədbir keçirilmişdir.

Tədbir başlamazdan əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Babək Rayon Mədəniyyət İdarəsinin müdir əvəzi Yusif Səfərli tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri həm də millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.

Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Fuad Mirzəyev, Babək Rayon Mədəniyyət Sarayının direktor əvəzi Ələkbər İsmayılov tədbirdə çıxış edərək qeyd etdilər ki, həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı Moskvada yaşayan Heydər Əliyev verdi. Bilavasitə imperiyanın mərkəzində, dünyanın onlarla KİV təmsilçisinin qarşısında verilən bu bəyanat böyük rezonans doğurdu. SSRİ rəhbərliyinə ünvanlanan və kəskinliyi ilə seçilən bu bəyanatda 20 Yanvar faciəsinin törədilməsinə görə günahın bilavasitə Kremlin və M.Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı.

Sonda “Ümumxalq Hüzn Günü”nə həsr olunmuş sənədli filmə baxış oldu.

Həmçinin Babək Rayon Mədəniyyət Sarayının foyesində “20 Yanvar – Ümumxalq Hüzn Günü” ilə əlaqədar sərgi təşkil edilmişdir.

Növbəti “Kitabxanaçı Günü” keçirilmişdir.         17 yanvar 2025 – ci il tarixdə Babək Rayon Mərkəzləşdirilmiş Kitabxa...
17/01/2025

Növbəti “Kitabxanaçı Günü” keçirilmişdir.

17 yanvar 2025 – ci il tarixdə Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Kitabxanaçı Günü” ilə bağlı kitabxana əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir. Tədbiri Babək Rayon MKS – nin direktoru Məsmə Kərimli açaraq bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd kitabxana sahəsində olan yeniliklərlə tanış olmaq və fikir mübadiləsi aparmaqdır.

MKS – nin direktor müavini İnayət Fətullayev “2024 – cü ilin yekunları və 2025 – ci ildə kitabxana sahəsində qarşıda duran vəzifələr” mövzusunda çıxış etmişdir. İ.Fətullayev öz çıxışında bildirdi ki, 2024 – cü il ərzində Babək Rayon MKS – də (kitabxana filialları ilə birlikdə) ümumilikdə 24 görkəmli şəxsiyyətlə bağlı 76 yubiley sərgisi təşkil edilmiş, tədbir keçirilmiş və kitablarının müzakirəsi olmuşdur. Əlamətdar və tarixi günlərlə əlaqədar 89 tədbir keçirilmişdir. Babək Rayon MKS – nin işçiləri rayonun kitabxana filiallarında olmuş və burada metodiki köməklik göstərilmişdir. Hesabat dövrü ərzində 12 metodiki məktub hazırlanmış, yubileyi olan 12 şair və yazıçının Mərkəzi Kitabxananın fondunda olan kitablarının tövsiyə ədəbiyyat göstəricisi tərtib edilmiş, yubileyi olan 10 şair və yazıçının kitablarının biblioqrafik icmalı keçirilmişdir.

Sonra tədbir müzakirə şəklində davam etmiş və kitabxana filiallarına 2025 – ci ildə qarşıda duran vəzifələr haqqında tapşırıqlar verilmişdir.

Zəlimxan Yaqubun 75 illiyi münasibətilə tədbir keçirilmişdir.           15 yanvar 2025 – ci il tarixdə Babək Rayon Mərkə...
15/01/2025

Zəlimxan Yaqubun 75 illiyi münasibətilə tədbir keçirilmişdir.

15 yanvar 2025 – ci il tarixdə Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Xalq şairi Zəlimxan Yaqubun 75 illiyinə həsr olunmuş “Zamansız şair, şairsiz zaman” adlı tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məsmə Kərimli açaraq bildirdi ki, Z.Yaqub 1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Müxtəlif dillərə tərcümə edilmiş 40-a qədər şeir kitabının müəllifidir. Azərbaycan ədəbiyyatı qarşısında böyük xidmətlərinə, geniş ictimai fəaliyyətinə görə 50 yaşında Azərbaycanın “Şöhrət”, Gürcüstanın “Şərəf” ordenləri ilə təltif olunub. 55 yaşında Azərbaycanın ən yüksək fəxri adına - “Xalq şairi” adına layiq görülüb. Anadan olmasının 60 illik yubileyi ərəfəsində isə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, şair Zeyqəm Vüqar tədbirdə çıxış edərək vurğuladı ki, çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Zəlimxan Yaqubun əsərləri xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir. Sağlığında heykəlləşən, bənzərsiz şeirləri ilə Azərbaycan ədəbiyyatına adını əbədi həkk edən, əbədiyaşarlıq qazanan Zəlimxan Yaqub hər zaman böyük sevgi və ehtiramla anılacaq.

Sonra Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarının ifasında ədəbi – bədii kompozisiya nümayiş olunub.

Tədbirin sonunda Xalq şairi Zəlimxan Yaqubun həyat və yaradıcılığına həsr olunmuş sənədli filmə baxış oldu.

Həmçinin Babək Rayon Mədəniyyət Sarayının foyesində Zəlimxan Yaqubun kitablarından ibarət sərgi təşkil olunmuşdur.

Kitabxanaların maddi texniki bazası gücləndirilibNaxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin rayon(şəhər) mə...
15/01/2025

Kitabxanaların maddi texniki bazası gücləndirilib
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin rayon(şəhər) mədəniyyət idarə və şöbələrinin tabeliyində fəaliyyət göstərən mərkəzləşdirilmiş kitabxana sistemlərinin maddi-texniki bazasının gücləndirilməsi, kitabxana əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, oxuculara müasir standartlara uyğun xidmət göstərilməsi günün tələblərinə uyğunlaşdırılıb.
Belə ki, Nazirlik tərəfindən adı çəkilən müəssisələrə 8 adda komputer, printer və digər avadanlıqlar təhvil verilib.

14 yanvar 2025 – ci il tarixdə “Nağıl Günü” ilə bağlı Babək Rayon MKS – nin Uşaq Kitabxanası, Hacıvar, Aşağı Uzunoba, Nə...
14/01/2025

14 yanvar 2025 – ci il tarixdə “Nağıl Günü” ilə bağlı Babək Rayon MKS – nin Uşaq Kitabxanası, Hacıvar, Aşağı Uzunoba, Nəzərabad, Güznüt, Xal – xal, Yuxarı Buzqov, Çeşməbasar, Vayxır və Kərimbəyli kitabxana filialları tərəfindən müvafiq məktəblərdə bir – birindən maraqlı nağıllar oxunmuşdur.

11 yanvar 2025 – ci il tarixdə Babək Rayon MKS – nin Cəhri Qəsəbə Kitabxana Filialının əməkdaşı Yuxsarə Axundova tərəfin...
11/01/2025

11 yanvar 2025 – ci il tarixdə Babək Rayon MKS – nin Cəhri Qəsəbə Kitabxana Filialının əməkdaşı Yuxsarə Axundova tərəfindən Cəhri qəsəbə sakini, ahıl vətəndaş Şamama Sadiqovaya səyyar kitabxana xidməti göstərilmiş, Xəlil Rzanın “Seçilmiş əsərləri” kitabından parçalar oxunmuşdur.

Növbəti “Mütaliə Günü” keçirilmişdir.        10 yanvar 2025 – ci il tarixdə Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Si...
10/01/2025

Növbəti “Mütaliə Günü” keçirilmişdir.

10 yanvar 2025 – ci il tarixdə Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Babək rayon İsrafil Şükürov adına Didivar kənd tam orta məktəbində “Mütaliə Günü” ilə bağlı tədbir keçirmişdir. “Mütaliə Günü”ndə Azərbaycanın maarifçisi, pedaqoq, şair, publisist, mütəfəkkir, müəllim, ədəbiyyatşünas və filosofu Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabı müzakirə olunub.

Tədbiri Didivar kənd tam orta məktəbinin direktor əvəzi Səadət Yusifova açaraq bildirmişdir ki, məktəbdə Azərbaycan və dünya klassiklərinin kitablarının və əsərlərinin müzakirəsi Babək Rayon MKS ilə birlikdə müntəzəm olaraq keçirilir. Bu dəfə isə müzakirəmiz maarifçi, pedaqoq, şair, mütəfəkkir, müəllim Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabıdır.

Babək Rayon MKS – nin direktoru Məsmə Kərimli, direktor müavini İnayət Fətullayev, Didivar Kənd Kitabxana Filialının müdiri Məlahət İsmayılova, məktəbin Azərbaycan dili və ədəbiyyat fənn üzrə müəllimi Xədicə Abdullayeva çıxış edərək Məhəmməd Tağı Sidqinin həyat və yaradıcılığı, “Məktəb hekayələri” kitabının məzmunu haqqında məlumat verdilər. Çıxışlarda bildirildi ki, Məhəmməd Tağı Sidqi 1854 – cü ildə Ordubad şəhərində anadan olub. O ilk təhsilini Molla Məhəmməd Tağı adlı axund yanında almışdır. Gənclik illərində Cənubi Azərbaycanda yaşamış, təhsil almış, həmçinin o dövrdə ticarətlə məşğul olmuşdur. M.T.Sidqi milli uşaq nəsrinin yaradıcılarındandır. Sidqi Ordubadda "Əxtər", Naxçıvanda "Tərbiyə" məktəbi açmış, xalq müəllimi kimi tanınmışdır. Ayrı – ayrı başlıqlarla yazılmış "Məktəb hekayələri" kitabında kiçik hekayələr toplanılmışdır. Bu kitabda müəllifin maarifçilik ideyaları, pedaqoji görüşləri əks olunmuşdur. Kitabda "İki bacının söhbəti", "Qıçı sınmış uşağın hekayəti", "Qorxaqlıq", "İki əsir" və s. hekayələr verilmişdir.

Məktəbin şagirdləri Sadiq Rüstəmov, Nurəddin Şükürov, Fidan Ələkbərova, Aygün Ağayeva və digər şagirdlər kitabda olan hekayələr haqqında öz fikirlərini iştirakçılar ilə bölüşmüşlər.

Müzakirə sonra diskussiya şəklində davam etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına müsahibə verib.Prezident İlham Əli...
09/01/2025

Azərbaycan Prezidenti İlham Əliyev 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına müsahibə verib.
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran bir çox məqamlara aydınlıq gətirib. Dövlətimizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıda duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinin diqqətinə çatdırıb. Cənab İlham Əliyev ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu ifadə edib. Bildirib ki, Ermənistan, ilk növbədə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərini yerinə yetirməli, bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Ancaq görünür ki, Ermənistan 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətlərindən dərs çıxarmayıb. Prezident İlham Əliyevin müsahibə zamanı Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər Ermənistan tərəfini bir daha düşünməyə vadar edib: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır”. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun.

Növbəti kitab müzakirəsi keçirilib.      8 yanvar 2025 – ci il tarixdə Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi r...
08/01/2025

Növbəti kitab müzakirəsi keçirilib.

8 yanvar 2025 – ci il tarixdə Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi rus dramaturqu, yazıçı, şair və diplomat Aleksandr Sergeyeviç Qriboyedovun anadan olmasının 230 illiyi münasibətilə yazıçı Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: şair – diplomat” kitabının müzakirəsini keçirmişdir.

Müzakirəni giriş sözü ilə Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məsmə Kərimli açaraq bildirmişdir ki, Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: şair – diplomat” kitabında rus şair və yazıçısı A.S.Qriboyedovun həyatı, yaradıcılığı və fəaliyyəti haqqında geniş bədii çalarla məlumat verilmişdir.

Babək Rayon MKS – nin Uşaq Kitabxanasının böyük kitabxanaçıları Aytən Əliyeva və Xanım Əsədova çıxış edərək “A.S.Qriboyedov: şair – diplomat” kitabının məzmunu haqqında məlumat verdilər. Bir neçə kitab müəllifi olan Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: şair – diplomat” kitabında Qriboyedun Qafqaza səfəri, həyat yoldaşı Nina ilə tanış olmağı və onun diplomatiya sahəsində göstərdiyi fəaliyyət haqqında məlumat verilmişdir. 1818-ci ilin iyulunda Aleksandr Sergeyeviç Qriboyedov İrandakı rus diplomatik nümayəndəliyinin katibi təyin olunmuş və burada iki il işləmişdir. 1822-ci ilin payızından başlayaraq Tiflisdə bir müddət general A.Yermolovun dəftərxanasında xarici işlər üzrə katib işləmişdir. 1826-cı ildə dekabristlərin işi üzrə çar hakimiyyəti tərəfindən həbs edilmişdir. Günahı sübut edilə bilmədiyi üçün yenidən Qafqaza qayıdaraq diplomat vəzifəsində çalışmışdır. 1827-ci ildə Türkiyə ilə İran arasında danışıqlarda vasitəçi kimi çıxış etmişdir. 1828-ci ildə İranla imzalanan Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak etmişdir. Bundan sonra isə o, İranda rəsmi səfir təyin edilmişdir. A.S.Qriboyedov 1829-cu il fevral ayının 11-də Tehranda, səfirlik binasında qətlə yetirilmiş və cənazəsi Tiflisə aparılmışdır.

Həmçinin Babək Rayon Mədəniyyət Sarayının foyesində Aleksandr Sergeyeviç Qriboyedovun anadan olmasının 230 illiyi münasibətilə kitab sərgisi təşkil edilmişdir.

7 yanvar 2025 – ci il tarixdə “Nağıl Günü” ilə bağlı Babək Rayon MKS – nin Uşaq Kitabxanası tərəfindən Babək Şəhər Körpə...
07/01/2025

7 yanvar 2025 – ci il tarixdə “Nağıl Günü” ilə bağlı Babək Rayon MKS – nin Uşaq Kitabxanası tərəfindən Babək Şəhər Körpələr Evi Uşaq Bağçasında, Naxışnərgiz, Cəhri, Nəcəfəlidizə, Payız, Aşağı Buzqov, Didivar, Araz və Nehrəm kitabxana filialları tərəfindən isə müvafiq məktəblərdə bir – birindən maraqlı nağıllar oxunmuşdur.

24 dekabr 2024 – cü il tarixdə “Nağıl Günü” ilə bağlı Babək Rayon MKS – nin Uşaq Kitabxanası, Kültəpə, Gülşənabad, Yarım...
24/12/2024

24 dekabr 2024 – cü il tarixdə “Nağıl Günü” ilə bağlı Babək Rayon MKS – nin Uşaq Kitabxanası, Kültəpə, Gülşənabad, Yarımca, Məmmədrza Dizə, Məzrə, Şıxmahmud, Şəkərabad, Yuxarı Uzunoba və Gərməçataq kitabxana filialları tərəfindən müvafiq məktəblərdə bir – birindən maraqlı nağıllar oxunmuşdur.

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür.Ölkə ...
23/12/2024

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür.
Ölkə başçısı yeni yaşını Müzəffər Ali Baş Komandan, qalib sərkərdə kimi qarşılayır.
Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının Lideri olduğunu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq edib. Eyni zamanda, Prezident İlham Əliyev adını türk dünyası tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi yazdırıb. Odur ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider kimi sevir, dəstəkləyir. Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir.
Qeyd edək ki, İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

Address


Telephone

+994706810311

Website

Alerts

Be the first to know and let us send you an email when Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share