Talk Tv İnternet Televiziyası

Talk Tv İnternet Televiziyası Talk TV Internet televiziyasıdır və ictimai-siyasi prosesləri işıqlandırır. YouTube və İns

Azərbaycan təyyarəsi qəzaya uğradıAzərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yeti...
25/12/2024

Azərbaycan təyyarəsi qəzaya uğradı

Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Bu barədə AZAL məlumat yayıb.

İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Rusiya-Ukrayna 1034-cü gün - Son hadisələr- Ukrayna prezidenti Vladimir Zelenski “X” səhifəsində yazıb ki, “ilkin məluma...
25/12/2024

Rusiya-Ukrayna 1034-cü gün - Son hadisələr

- Ukrayna prezidenti Vladimir Zelenski “X” səhifəsində yazıb ki, “ilkin məlumatlara görə, Kursk vilayətində öldürülən və yaralanan Şimali Koreya əsgərlərinin sayı artıq 3 mini keçib”.

- Rusiya Müdafiə Nazirliyi Telegram-da yazıb ki, onun hava hücumundan müdafiə sistemləri Rostov vilayətində doqquz, Azov dənizi üzərində isə iki Ukrayna pilotsuz təyyarəsini məhv edib.

- Ukraynanın hərbi kəşfiyyat agentliyi Rusiyanın Alabuqa xüsusi iqtisadi zonasındakı anbarın yanması nəticəsində “Şahed” pilotsuz təyyarəsinin 16 milyon dollar dəyərində hissələrinin sıradan çıxdığınl bildirib.

-Zelenskyy Slovakiyanın baş naziri Robert Fikonu Rusiya qazının idxalını davam etdirmək üçün Moskvaya səfər etdikdən sonra Putinə “kömək etmək” istəməkdə ittiham edib. Qeyd esək ki, Ukrayna ərazisindən qaz tranziti üzrə müqavilənin müddəti dekabrın 31-də başa çatacaq.

- İtaliyanın Nazirlər Kabineti Ukraynaya hərbi yardımın 2025-ci ilin sonuna qədər davam etdirilməsinə icazə verən qanun fərmanı qəbul edib.

Rusiyadakı səfirimiz ilk rəsmi səfərini Urala etdiAzərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiy...
24/12/2024

Rusiyadakı səfirimiz ilk rəsmi səfərini Urala etdi

Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev ilk rəsmi səfərini Ural Federal Dairəsinə edib.

Bu barədə Rusiyada diaspor rəhbəri Şahin Şıxlıniski məlumat verib. O bildirib ki, səfər çərçivəsində Yekaterinburq şəhərində səfirin qubernator, Milli Məclisin sədri, ombudsman, hüquq müfəhafizə orqanları, gənclər təşkilatları, diaspora rəhbərləri ilə önəmli görüşü olub.

Görüşdə Azərbaycanla Rusiya arasında ticari-iqtisadi və humanitar əlaqələr müzakirə edilib.

Müzakirə olunan məsələlər arasında Bakıda 1941-1945-ci illər müharibəsində qələbənin 80 illiyi şərəfinə Ural tarixçiləri tərəfindən toplanmış arxiv sənədlərindən ibarət sərginin təşkili də yer alıb.

Görüşdə iki ölkə arasında əlaqələrin bundan sonra da gücləndirilməsi barədə razılığa gəlinib.

Ölkədə 322 min şəkər xəstəsi var"TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin dərman, sarğı ləvazimatlarının və materiall...
24/12/2024

Ölkədə 322 min şəkər xəstəsi var

"TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin dərman, sarğı ləvazimatlarının və materiallarının, maddi-texniki bazasının, kadr təminatının və digər xərclərin maliyyələşdirilməsi sahəsində İnnovasiya və Təchizat Mərkəzi tərəfindən işlər görülüb”.

Medicina az xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, hazırda şəkərli diabet xəstələrinin vahid elektron registrində qeydiyyatda olan ümumi xəstə sayı 322 min 353 nəfərdir ki, onlar da zəruri preparatlarla təmin olunub”.

V.Qurbanov əlavə edib ki, B və C virus hepatitli xəstələrin virusəleyhinə dərman preparatları ilə təmin olunması üzrə Komissiya tərəfindən isə 1 dekabr 2024-cü il tarixinə olan məlumatlara əsasən 512 xəstə 6 aylıq periodlarla hepatit B əleyhinə, 1055 xəstə isə il ərzində hepatit C əleyhinə dərman vasitələri ilə təmin edilib.

"TikTok"-da partlayış edənlərə qarşı tədbir görülür“TikTok”-da kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli...
24/12/2024

"TikTok"-da partlayış edənlərə qarşı tədbir görülür

“TikTok”-da kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşımlar edilir. Polis əməkdaşları tərəfindən sosial şəbəkələrdə təhlükəli trendə çevrilən bu halla bağlı qəti tədbirlər görülür. Bu əməli törədən şəxslərdən bir nəfər Bərdə rayonunda həbs edilib.

Bu barədə DİN məlumat yayıb.

Məlumatda diqqətə çatdırılıb ki, izləyici toplamaq üçün istifadə olunan hərəkətlər insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyidir, vətəndaşları belə əməllərdən çəkinməyə çağırırıq.

“TikTok”dakı yarışa görə saxlanıldılar - Aralarında Azər Zahid də var“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında ...
24/12/2024

“TikTok”dakı yarışa görə saxlanıldılar - Aralarında Azər Zahid də var

“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

“Qafqazinfo” xəbər verir ki, vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.

Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.

İsrail yardım konvoyunu vurdu - Onlarla insan...- İsrail qüvvələri Qəzzada Kamal Advan xəstəxanasına hücumlarını davam e...
24/12/2024

İsrail yardım konvoyunu vurdu - Onlarla insan...

- İsrail qüvvələri Qəzzada Kamal Advan xəstəxanasına hücumlarını davam etdirir. Uzaqdan idarə olunan maşınları partladılması ən azı 20 xəstə və tibb işçisini yaralayıb.

- Deyr əl-Bələh şəhərinin mərkəzində İsrail qüvvələri aclıqdan əziyyət çəkən fələstinlilərə yardım aparan konvoya pilotsuz təyyarə ilə hücum edib. Nəticədə 4 təhlükəsizlik işçisi həlak olub və son sutka ərzində ölənlərin sayı ən azı 26-ya çatıb.

- İsrailin baş naziri Benyamin Netanyahu parlamentə bildirib ki, atəşkəs və Qəzzada əsirlərin azad edilməsi ilə bağlı razılaşmada irəliləyiş əldə olunub. Lakin heç bir zaman qrafiki təqdim edilməyib.

- İsrailin Qəzzaya qarşı müharibəsi 7 oktyabr 2023-cü ildən bəri ən azı 45.317 fələstinlinin ölümünə və 107.713 nəfərin yaralanmasına səbəb olub. Həmin gün HƏMAS-ın başçılıq etdiyi hücumlar zamanı İsraildə ən azı 1.139 nəfər həlak olub, 200-dən çox insan isə əsir götürülüb.

Minimum əmək haqqı 400 manat olduMinimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.P...
23/12/2024

Minimum əmək haqqı 400 manat oldu

Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat olub.

Zod qızıl yatağı fəaliyyətə başlayacaqSöyüdlü (Zod) qızıl yatağının işlənməsinə icazə veriləcək.Məsələ “Söyüdlü (Zod) qı...
23/12/2024

Zod qızıl yatağı fəaliyyətə başlayacaq

Söyüdlü (Zod) qızıl yatağının işlənməsinə icazə veriləcək.

Məsələ “Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək.

Ukrayna Türkiyədən elektrik stansiyası icarəyə götürüb- Ukrayna hakimiyyəti enerji böhranının qarşısını almaq üçün müxtə...
23/12/2024

Ukrayna Türkiyədən elektrik stansiyası icarəyə götürüb

- Ukrayna hakimiyyəti enerji böhranının qarşısını almaq üçün müxtəlif qeyri-standart tədbirlərə əl atır.

- Zədələnmiş şəbəkəni təmir etmək üçün köhnə Litva elektrik stansiyası Ukraynaya daşınıb.

- Ukrayna həmçinin Türkiyədən üzən elektrik stansiyaları icarəyə götürüb. Və hətta BMT-yə müraciət edib ki, Rusiyanın hücumlarının qarşısını almaq üçün kritik yarımstansiyalarda mövcudluğu təmin etsin.

ABŞ hərbi təyyarəsi vurulduABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarəsi Qırmızı dəniz üzərində vurulub, ABŞ ordusu məlumat yay...
23/12/2024

ABŞ hərbi təyyarəsi vuruldu

ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarəsi Qırmızı dəniz üzərində vurulub, ABŞ ordusu məlumat yayıb.

Pentaqon, hərbi təyyarəni Yəmənin husi üsyançılarının törətdiyini açıqlayıb.

Hər iki pilot vurulmuş iki yerlik F/A-18 təyyarəsindən atıldıqdan sonra sağ-salamat çıxarılıb, biri yüngül xəsarət alıb.

Mərkəzi Komandanlıq bildirib ki, vurulan F/A-18 USS Harry S. Truman təyyarədaşıyan gəmisinin göyərtəsindən yenicə uçubmuş.

Rusiya da Qərb silahlarından istifadə edir - Ukrayna sübut etdi - Ukrayna ABŞ-a Rusiya silahlarında Qərb texnologiyasını...
22/12/2024

Rusiya da Qərb silahlarından istifadə edir - Ukrayna sübut etdi

- Ukrayna ABŞ-a Rusiya silahlarında Qərb texnologiyasının istifadəsinə dair sübutlar təqdim edib.

- Müdafiə Nazirliyinin Baş Müfəttişliyi və Müdafiə Nazirliyinin Texniki Müfəttişliyi Rusiya silahlarında olan xarici komponentlərin ətraflı təhlilini ABŞ Müdafiə Nazirliyinin Baş Müfəttiş İdarəsinə təhvil verib.

- "Orlan-10" İHA-da qərb komponentləri tapıldı:

-️ Bələdçi sistemləri;
-️ Naviqasiya modulları;
-️ İdarəetmə blokları;
-️ Hesablama cihazları.

İsrail Qəzzada xəstəxana və məktəbi vurdu - Uşaqlar...- İsrail qüvvələri Qəzzada Kamal Advan xəstəxanasına hücum edib, m...
22/12/2024

İsrail Qəzzada xəstəxana və məktəbi vurdu - Uşaqlar...

- İsrail qüvvələri Qəzzada Kamal Advan xəstəxanasına hücum edib, müəssisənin daxilində və yaxınlığında insanların təxliyyə olunmasını əmr edib. Yaxınlıqdakı əl-Avda xəstəxanası da hücuma məruz qalıb.

- İsrail qüvvələri Qəzzanın şimalında daha bir məktəbə çevrilən sığınacaqları bombalayıb, ən azı 8 fələstinli həlak olub. Qəzzanın şimalında baş verən ayrı-ayrı hücumlarda dördü uşaq olmaqla daha 9 nəfərin öldüyü bildirilir.

- İsrailin Təl-Əviv-Yaffa bölgəsinə husilər tərəfindən atılan raketin düşməsindən bir neçə saat sonra, ABŞ ordusu Yəmənin paytaxtı Sənaya hücum edib.

- Papa Fransisk Milad nitqində İsrailin Qəzzada uşaqları öldürməsini “müharibə yox, qəddarlıq” adlandırıb.

İsrailin Qəzzaya qarşı apardığı müharibə, 7 oktyabr 2023-cü ildən bəri ən azı 45.227 fələstinlinin ölümünə və 107.573 nəfərin yaralanmasına səbəb olub. Həmin gün HƏMAS-ın başçılıq etdiyi hücumlar zamanı İsraildə ən azı 1.139 nəfər həlak olub, 200-dən çox insan isə əsir götürülüb.

Rusiyanın Ukrayna savaşında verdiyi itkilər24.02.22-dən 22.12.24-dək Rusiyanın Ukraynada ümumi döyüş itkiləri.(Ukrayna m...
22/12/2024

Rusiyanın Ukrayna savaşında verdiyi itkilər

24.02.22-dən 22.12.24-dək Rusiyanın Ukraynada ümumi döyüş itkiləri.

(Ukrayna mediasında yayılan məlumat)

⭕️ Heyət - 774100 (+1820)
⭕️ Zirehli maşınlar ‒ 19870 (+29)
⭕️ RSZV - 1256
⭕️ Hava hücumundan müdafiə sistemi ‒ 1030 (+3)
⭕️ Təyyarələr - 369
⭕️ Vertolyotlar - 329
⭕️ İHA - 20735 (+50)
⭕️ Qanadlı raketlər ‒ 2947
⭕️ Gəmilər/qayıqlar ‒ 28
⭕️ Sualtı qayıqlar - 1
⭕️ Nəqliyyat vasitələri və tankerlər - 31972 (+81)
⭕️ Xüsusi avadanlıq ‒ 3662

Ukrayna Kursku vurdu: 6 nəfər - 1032-ci gün- Ukrayna Rusiyanın Kursk sərhəd bölgəsindəki Rılsk şəhərini hədəfə alaraq, a...
22/12/2024

Ukrayna Kursku vurdu: 6 nəfər - 1032-ci gün

- Ukrayna Rusiyanın Kursk sərhəd bölgəsindəki Rılsk şəhərini hədəfə alaraq, altı nəfərin ölümünə səbəb olan hücumda ABŞ-ın təchiz etdiyi raketləri yerləşdirib. Bayden yaxınlarda Ukraynaya Rusiyanın dərinlərinə zərbələr endirmək üçün ABŞ raketlərdən istifadə etməyə icazə verib.

- Bir neçə saat əvvəl Rusiyanın Kiyevə endirdiyi zərbə nəticəsində azı bir nəfər həlak olub, Albaniya, Argentina, Monteneqro, Şimali Makedoniya, Fələstin və Portuqaliyanın səfirliklərinin yerləşdiyi binaya ziyan dəyib. Moskva bildirib ki, zərbə Ukraynanın Rusiyanın Rostov şəhərinə Qərb raketləri ilə endirdiyi zərbəyə cavabdır.

- Kiyev cümə günü Donetsk, Luqansk və Zaporojya vilayətlərindən və Rusiya daxilindəki morqlardan ölən 503 ukraynalı hərbçinin cəsədini qəbul etdiyini bildirib.
Meyitlərin əksəriyyəti döyüşlərdən ən çox əziyyət çəkən Donetskdəndir.

- Ekspertlər yüksək borclanma xərclərinin iqtisadiyyata təsirinə görə Kremli tənqid edib.

- Beynəlxalq Valyuta Fondu cümə günü Ukraynaya 1,1 milyard dollarlıq büdcə dəstəyini təsdiqləyərək, qurumun davam edən yardım proqramı çərçivəsində 2023-cü ilin mart ayından bəri ayrılan ümumi məbləği 9,8 milyard dollara çatdırıb.

Yəmən Təl-Əvivi vurdu - Qəzzada bir gündə 100- dən çox...- İsrail ordusu Yəməndən atılan raketin hava hücumundan müdafiə...
21/12/2024

Yəmən Təl-Əvivi vurdu - Qəzzada bir gündə 100- dən çox...

- İsrail ordusu Yəməndən atılan raketin hava hücumundan müdafiə sistemlərinin gələn mərmiləri ələ keçirə bilməməsinin ardından Təl-Əviv ərazisinə düşdüyünü bildirib.

- Qəzzanın Səhiyyə Nazirliyinin son 24 saat ərzində İsrailin hücumları nəticəsində 100-dən çox fələstinlinin həyatını itirdiyini bildirib.

- UNICEF-in xəbərinə görə, Qəzzanın uşaqları “soyuq, xəstə və travma alıb”. Müharibədən zərər çəkmiş ərazilərdəki qadın və uşaqların 96 faizi qış gələn kimi əsas qida ehtiyaclarını ödəyə bilmir.

- BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqları üzrə xüsusi məruzəçisi İsveçin BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyini (UNRWA) maliyyələşdirməsini dayandırmaq qərarını “rüsvayçılıq” adlandırıb.

- İsrailin Qəzzaya qarşı müharibəsi 7 oktyabr 2023-cü ildən bəri ən azı 45.206 fələstinlinin ölümünə və 107.512 nəfərin yaralanmasına səbəb olub. Həmin gün HƏMAS-ın başçılıq etdiyi hücumlar zamanı İsraildə ən azı 1.139 nəfər həlak olub, 200-dən çox insan isə əsir götürülüb.

Rusiya-Ukrayna müharibəsi 1030-cu gün: Son hadisələr- Rusiyanın Kiyevə endirdiyi raket zərbəsi nəticəsində azı bir nəfər...
20/12/2024

Rusiya-Ukrayna müharibəsi 1030-cu gün: Son hadisələr

- Rusiyanın Kiyevə endirdiyi raket zərbəsi nəticəsində azı bir nəfərin ölümünə səbəb olub. Kiyev meri Vitali Kliçko bikdirib ki, “düşmən hücumu nəticəsində” iki nəfər xəstəxanaya yerləşdirilib, dağıntılar dörd rayona düşüb.

- Ukraynanın Xarkov vilayətində Rusiyanın raket hücumu nəticəsində 3 nəfər həlak olub, daha 3 nəfər yaralanıb. Hücum nəticəsində 10-dan çox evə ziyan dəyib.

- Ukrayna Rusiyanın Rostov vilayətinə ABŞ istehsalı olan 6 uzaqmənzilli ATACMS raketi və Böyük Britaniya istehsalı olan 4 Fırtına Kölgəsi raketini atıb. Rusiya MN ATACMS-nin hamısının, Fırtına Kölgələrinin dördündən üçünün vurulduğunu, hücumlara cavab verəcəyini bildirib.

- Cənubi Koreyalı bir siyasətçi bildirib ki, Rusiyanın Ukraynadakı müharibəsində ən azı 100 Şimali Koreya əsgəri öldürülüb.

- Vladimir Putin, müharibənin dayandırılması ilə bağlı Donald Trampla mümkün danışıqlarda Ukrayna məsələsində güzəştə getməyə hazır olduğunu və Ukrayna hakimiyyəti ilə danışıqlara başlamaq üçün heç bir şərtin olmadığını bildirib.

- Volodymyr Zelenskyy, Trampın andiçmə mərasimindən əvvəl, Aİ liderləri ilə yekun zirvə görüşündə toplaşarkən, davamlı sülhü təmin etmək üçün Avropa və ABŞ-a ehtiyac olduğunu söyləyib.

Rusiya xərçəngə qarşı peyvənd hazırladıRusiya xərçəngə qarşı peyvənd hazırladığını və 2025-ci ildə istifadəyə veriləcəyi...
20/12/2024

Rusiya xərçəngə qarşı peyvənd hazırladı

Rusiya xərçəngə qarşı peyvənd hazırladığını və 2025-ci ildə istifadəyə veriləcəyini iddia edib.

Milli Epidemiologiya və Mikrobiologiya Mrk. Direktor Alexander Gintsburg verdiyi açıqlamada peyvəndin şişin böyüməsini yatıra və yayılmasını dayandıra biləcəyini söyləyib.

Address

Baku
Baku-Baladshary

Telephone

+994708110169

Website

Alerts

Be the first to know and let us send you an email when Talk Tv İnternet Televiziyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Talk Tv İnternet Televiziyası:

Share

Category