Oghuzproduction

  • Home
  • Oghuzproduction

Oghuzproduction videoçəkilişlərin təşkili

31/05/2024



Mayın 28-də paytaxtdakı “Elmlər bağı”nda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində təşkil olunan “Şeir adam” layihəsinin növbəti qonağı Quba rayonunda yaşayıb-yaradan tanınmış şair Ramiz Qusarçaylı idi. Görüşə şairin ecazkar poeziyasının çox sayda heyranları təşrif buyurmuşdular.

Ramiz Qusarçaylı əvvəlcə ona xas səmimiyyətlə görüşü təşkil edənləri və poeziya həvəskarlarını ürəkdən salamla­dı. Sonra qısa da olsa, özünün ilk uğur­lu qələm təcrübələrindən başlayaraq bir neçə il əvvəl qələmə aldığı və ona böyük oxucu sevgisi və populyarlıq qazandıran “Azərbaycan bayrağı” şeirinədək keçdiyi yaradıcılıq yolundan bəhs etdi.

Şair hər birimiz üçün əziz və doğma olan Şuşanı ötən il ziyarət edən zaman yaşadığı duyğusal anları yada salaraq dedi ki, bu gözəl və bənzərsiz şəhərin düşməndən azad edilməsi hamı kimi, onun da ruhunu səmaların ənginliklərinə yüksəldib. O, özünü şanlı Vətənin xoş­bəxt övladı sanır və yazıb-yaratmaqdan zövq alır.

Sonra tarix elmləri doktoru, profes­sor, şair Şahin Fazil çıxış etdi. Dedi ki, Ramiz Qusarçaylı “Şeir adam” adlan­dırılmağa, həqiqətən, ən çox layiq olan şairlərdəndir. Belə ki, o, vətənpərvərlik keyfiyyətlərindən doğan zəngin mənəvi dünyası, yüksək sənətkarlıq xüsusiy­yətləri, mükəmməl yaradıcılıq səriştəsi, araşdırma və təhlil qabiliyyəti ilə seçilən, bütövlükdə, vətəndaş-şair obrazı yaşa­yan bir sənətkardır.

Azərbaycan Dövlət Pedaqoji Uni­versitetinin Quba filialının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ay­tən Qurbanova səhnəyə çıxaraq “Azər­baycan bayrağı” şeirini böyük bir şövqlə oxudu. Yeri gəlmişkən, Aytən xanımın şeiri Azərbaycan bayrağına bürünərək, ucadan ifa etməsi diqqətdən yayınmadı.

Əziz oxucu, necə də əzəmətli səslə­nir:

“Sənsən Azadlıq eşqim, sənsən Hürr, –deyəcəyəm,

Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm.

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı,

Azərbaycan bayrağı!

Azərbaycan bayrağı!”

Milli istiqlalımızın rəmzi olan üçrəngli bayrağımızın çağdaş poeziyamızda, elə­cə də Qusarçaylı yaradıcılığında dərin hörmət və ehtiramla tərənnüm edilməsi görüşün əsas leytmotivinə çevrildi. “Azər­baycan bayrağı” şeirinə azı 7 mahnının bəstələndiyi məlumdur. Bu gözəl şeirə ilk melodiyanı isə xalqımızın sevimli mü­ğənnisi, mərhum Məhəbbət Kazımov bəstələyib. Budəfəki görüşdə isə gənc, bəstəkar Anar Bayramlı öz gözəl bəstə­sini böyük həvəslə oxudu.

Qusarçaylının qiraət ustası Müşfiqə Baləddinqızının ifasında səslənən lirik şeirləri də şairlə görüşə gələnləri çox duyğulandırdı. Ramiz müəllim həmin ax­şam bir çox yeni şeirlərini də oxudu.

Son illər Türkiyədə yaşayan həm­yerlimiz, şair-tərcüməçi, jurnalist Təranə Musayeva çıxışında Qusarçaylı poeziya­sının qardaş ölkədə də sevildiyini bildirdi. Vurğuladı ki, Azərbaycan ədəbiyyatı bu gün dünyanın ən güclü ədəbiyyatların­dan sayılmağa layiqdir. Yetər ki, şair və nasirlərimizi layiqincə təqdim etməyi ba­caraq.

Sabirabadlı qocaman pedaqoq, ha­zırda pensiyada olan Səidə Şirinova isə görüşdə söz alaraq fəxrlə bildirdi ki, ötən yaxın illər ərzində onun şagirdləri “Azər­baycan bayrağı” şeirini əzbər söyləmək­dən sonsuz zövq alırdılar. Səidə müəllimə düşünür ki, bu şeir ədəbiyyat müntəxaba­tımızda özünə əbədi yer tutacaq.

Görüşün sonunda Xalq artisti Gülyaz Məmmədovanın ifasında şeir və musiqi­nin vəhdəti olaraq bir-birindən gözəl mahnılar səsləndirildi.

Bəlkə də bu kiçik yazıya burada nöqtə qoymaq olardı. Amma Ramiz Qu­sarçaylının tədbirdə haqqında tez-tez söz açılan möhtəşəm “Vətən” poema­sını burada xatırlatmamaq günah olar­dı. Düşünürəm ki, xalqımızın qədim və şanlı tarixininin böyük məharətlə nəzmə çəkildiyi bu parlaq mənzum əsər barə­də sadəcə iqtisad elmləri doktoru, pro­fessor, yazıçı Əlibala Məhərrəmzadənin səmimi ürək sözlərini yada salmaq ki­fayət edər. O yazır:

“Mən ustad şair Ramiz Qusarçaylıya belə bir sənət şedevri ortaya qoyduğu üçün hədsiz minnətdarlıq bildirir, eyni zamanda əminlik ifadə edirəm ki, tezliklə bu poema hər bir azərbaycanlının ürə­yinə həkk olunacaq. Əsərin son misraları isə dillər əzbəri olacaq:

Vətən!

Bir ürəkdə döyünən candır,

Qarabağ bizimdir, –

Azərbaycandır!



M.HACIXANLI
XQ

08/05/2024

İLK KƏLAĞAYI FESTİVALI

OĞUZ AZƏRBAYCAN HİMNİNİ PİANODA İFA EDİR
05/03/2024

OĞUZ AZƏRBAYCAN HİMNİNİ PİANODA İFA EDİR

Əziz dostlar! Uzun fasilədən sonra youtub səhifəmin abonə sayını artırmaq qərarına gəldim!) Hal-hazırda (14.12.2023 saat...
14/12/2023

Əziz dostlar! Uzun fasilədən sonra youtub səhifəmin abonə sayını artırmaq qərarına gəldim!) Hal-hazırda (14.12.2023 saat 09:55) abonə sayı 2019 nəfər, paylaşılan video sayı 707-dir.
Hər kəsi youtub səhifəmə daxil olub, abonə olmağı xahiş edirəm! Çoxunuz burda özünüzü görəcəysiniz😊 Bundan sonra daha keyfiyyətli çəkilişlər, maraqlı paylaşımlar olacaq...
Yeni abonə olanlara rəy bölümündə adlarını yazıb təşəkkür edəcəm, artım sayını izləyəcəm...

Del dine videoer med venner, familie og verden

10/12/2023

NAZLI ÇƏLƏBİ "BİR KABUSUN İZİ İLƏ"_"QƏLB OĞRUSU"

videooperator:Sərvər Kamranlı
🎙️Nazlı Çələbi
📍Şuşa qalası restoranı
🗒️03dekabr2023
🕗13:00

20/11/2023

SAQİF QARATORPAQ "6 SAATLIQ SÜKUT"

28/06/2023

NAZLI ÇƏLƏBİ "CƏZA OTAĞI" roman

08/05/2023

Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı onun döyüş yolundan danışır...

08/05/2023

Aşıq Roman Azaflı _ DƏLİ KÖNÜL

söz: ƏKBƏR QOŞALI
musiqi: FƏRAHİM SADİQ

09/04/2023

01/04/2023

NAZLI ÇƏLƏBİ _ CADUGƏR

01/04/2023

CABİR NOVRUZ _ 90 !

15/03/2023



Şəhid mayor Emin Süleymanovun əziz xatirəsinə həsr olunur

Beynəlxalq Muğam Mərkəzində 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri, şəhid mayor Emin Süleymanovun əziz xatirəsinə həsr olunan "Qutsal yolçu" adlı kitabın təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, publisist Şahanə Müşfiqin müəllifi olduğu kitabın təqdimatı Milli Məclisin Mədəniyyət komitəsinin təşəbbüsü, “Nəfəs” İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə keçirilib.

Əvvəlcə şəhid mayor Emin Süleymanovun, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Dövlət Himni səsləndirilib.

Beynəlxalq "Alaş" Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı “Qutsal yolçu” kitabı haqda iştirakçılara məlumat verib. O qeyd edib ki, publisist, jurnalist Şahanə Müşfiqin müəllifliyi ilə çap edilən “Qutsal yolçu” adlı kitab 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri, şəhid mayor Emin Süleymanovun əziz xatirəsinə həsr olunub. Kitabda E.Süleymanovun həyat yolu, 25 illik hərbi xidməti, Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolu ailəsinin, dostlarının, əsgərlərinin, döyüş yoldaşlarının xatirələri əsasında əks olunub. Həmçinin, kitabda şəhid mayor haqqında müxtəlif zamanlarda dövri-mətbuatda işıq üzü görən məqalələr, ona həsr olunmuş şeirlər də toplanıb. Qəhrəman hərbçi ömrünün şəhadətə qədərki dövrü həyatının fərqli zamanlarına aid şəkillər də kitabda öz əksini tapıb.

Əkbər Qoşalı xatırladıb ki, şəhid mayora həsr olunan kitab “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva tərəfindən nəşr olunub.

Firəngiz Balakişiyeva çıxış edərək, Vətən uğrunda canlarını fəda etmiş şəhidlər haqqında bu cür kitabların işıq üzü görməsinin çox vacib olduğunu vurğulayıb:

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da çıxış edərək deyib: “Türkiyənin İstiqbal Marşını yazmış şair şeirlərinin birində deyir: “Ey şəhid oğlu şəhid, İstəmə məndən makber, Sənə ağuşunu açmış, Gözləyir Peyğəmbər”. Peyğəmbər əfəndimizin ağuşunu açıb gözlədiyi şəhidlərimizin qarşısında baş əyirik. “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq uğrunda ölən varsa vətəndir!” Vətən kimi oğullar doğan analar, vətən kimi oğullar yetişdirən atalar, sizin də qarşınızda baş əyirik. Qazilərimizə, müharibə iştirakçılarına da bildirmək istəyirəm ki, sizin fədakarlıqlarınızı heç bir zaman unutmayacağıq. Bu gün hamımız şəhid mayor Emin Süleymanovun işığına toplaşmışıq. Bu, əslində hamımızın bir vəfa borcudur. Bu cür tədbirlərin keçirilməsi çox vacibdir. Bununla biz gənc nəslə şəhidlik məqamının necə uca olduğunu bir daha göstərmiş oluruq. Sonda şəhid qardaşımıza həsr olunan “Qutsal yolçu” kitabının ərsəyə gəlməsində iştirak edən gənc yazar, jurnalist Şahanə Müşfiqə, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevaya, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin sədri İntiqam Yaşara öz təşəkkürümü bildirirəm”.

Tədbirdə Əməkdar artist Nuriyyə Hüseynova musiqisi özünəməxsus “Yaşa, yaşa, min yaşa Azərbaycan!” adlı mahnısını ifa edib.

Şəhid mayor Emin Süleymanovun ailəsi “Qutsal yolçu” kitabının ərsəyə gəlməsində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.

26/02/2023

_

Ramiz Qusarçaylı və Əlirza Xələfli ilə Məmmədli kənd tam orta məktəbdə görüş keşirilib!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Oghuzproduction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Oghuzproduction:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share